V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
168 
 
 
Qazanbulaq  qalxımı  8  və  9-cu  profillərin  baĢlanğıclarında 
qeyd  olunan  dərin  dərə  (bu  yerdən  cq-ĢmĢ  istiqamətli  qırılmanın 
keçdiyini  ehtimal  etmək  olar)  vasitəsilə  iki  hissəyə  bölünmüĢdür. 
ġimalda qalan hissə 400 m-lik  izoxətt daxilində 13, 91, 140, 29, 15 
saylı  quyu  rayonlarını  əhatə  edərək,  təxminən  qərbə  doğru  istiqa-
mətlənmiĢ  və  13  saylı  profildə  3,0  km-ə  qədər  geniĢlənmiĢdir. 
AlınmıĢ bu yeni qalxım əvvəlki illərin struktur xəritəsində öz əksini 
tapmamıĢdır.  Ziyadxan  və  Çaylı  strukturlarının  arasında  yerləĢən 
bu  qalxıma  ġimali  Çaylı  adı  verilmiĢdir.  Ġzohipslərin  əyilmələri 
Qazanbulaq  qalxımının  29,  13  saylı  quyularından  Ģimal-Ģərq  isti-
qamətdə 202 saylı quyuya qədər, 63, 19 saylı quyulardan isə Ģərq- 
cənub-Ģərq istiqamətdə 17-ci profilə qədər davam etdiyini göstərir. 
ġəkil 6.12. Qravimetrik məlumatlara görə Mezozoy çöküntülərinin səthi üzrə 
struktur xəritə (Qazanbulaq-Borsunlu-Ziyadxan sahəsi) 


 
169 
Göründüyü  kimi  bu  qalxım  həddindən  artıq  mürəkkəbdir.  Qeyd 
etmək  lazımdır  ki,  qravimetriya  ilə  müəyyənləĢdirilmiĢ  ġimali 
Çaylı  qalxımı  Geofizika  ETĠ-də  2007-ci  ildə  alınmıĢ  ÜDN  məlu-
matlarında (04/07 saylı profil üzrə)  öz əksini tapmıĢdır. 
1, 2 və 3 saylı profillərin  əvvəllərində  qeyd olunan və 2 saylı 
profil  boyunca  Ģərqə  doğru  uzanan  struktur  mürəkkəbləĢmə  Zi-
yadxan  qalxımını  əks  etdirir.  800-900  m-lik  izohips  daxilində  Qa-
zanbulaq  və  Ziyadxan  qalxımları  vahid  struktur  görüntüsü  yarat-
salar da, 32, 31, 7 saylı quyu rayonunda qeyd olunan kiçik əyilmə 
ilə ayrılırlar. 
Mezozoy çöküntülərinin səthinin  hipsometriyasını  əks etdirən 
3-ölçülü  təsvirdə  də  bu  səthin  həddindən  artıq  mürəkkəb  olduğu 
görünür (Ģəkil 6.13). 
 
 
 
ġəkil 6.13. Mezozoy çöküntülərinin səthinin üçölçülü təsviri 
(Qazanbulaq-Borsunlu-Ziyadxan sahəsi) 


 
170 
Üçölçülü təsvirin vizual olaraq yaxĢı görüntüsünü almaq üçün 
ona  Ģimal-Ģərq  istiqamətindən  baxılır.  Bu  təsvirdə  Qazanbulaq 
strukturunun  bir  neçə  hissəyə  parçalanaraq  mürəkkəbləĢməsi,  sə-
thin  Ģimal-qərb  istiqamətdə  bəzi  yerlərdə  pillələrlə  enməsi  müĢa-
hidə  olunur.  1-3-cü  profillərin  əvvəllərində  qeyd  olunan  Ziyadxan 
strukturu bu sxemdə qərb-Ģərq istiqamətində görünür. Qazanbulaq-
dan  qərbdə,  Ziyadxan  və  Çaylı  strukturları  arasında  lokal  qalxım 
(ġimali  Çaylı)  müĢahidə  olunur  və  bu  qalxım  Ziyadxan  struk-
turundan  ensiz  sinklinalla  ayrılır.  Qazanbulaqdan  Ģərqə  doğru  da, 
Mezozoy  (üst  TəbaĢir)  çöküntülərinin  səthinin  nahamarlıqları 
açıqaydın görünür. 
 
 
6.1.3.  Kür-Qabırrı  çaylararası  sahədə  aĢkar  edilmiĢ  lokal 
strukturlar.  1986-1987-ci  illərdə  bu  sahənin    cənub-Ģərq  hissə-
sində (Tərsdəllər-Ceyrançöl-C.Palantökən  sahəsi) aparılmıĢ qravi-
maqnit  tədqiqatları  əsasında  burada  qravitasiya  və  maqnit  anoma-
liyalarının paylanma xüsusiyyətləri öyrənilmiĢ, qərb-Ģərq və Ģimal-
qərb-cənub-Ģərq  istiqamətli,  0,6-0,8  mQal  və  40-60  nTl  intensivli   
4 lokal qravitasiya və maqnit maksimumları zonası (I-Cənubi Tərs-
dəllər;  II-Cənubi  Ceyrançöl-Tərsdəllər;  III-Ceyrançöl;  IV-Cənubi 
Palantökən-ġimali  Tərsdəllər)  müəyyənləĢdirilmiĢdir.  Qravimetrik 
məlumatlar  əsasında  üst  TəbaĢir  çöküntülərinin  səthini  əks  etdirən 
stuktur xəritə qurulmuĢdur (Ģəkil 6.14).  
Planda eni 3 km-dən artıq olan Cənubi Tərsdəllər zonasında tağ 
hissəsinin yatım dərinliyi ≈ 3000 m olan üç lokal qalxım - Cġ. Tərs-
dəllər  (2),  C.Tərsdəllər  (3),  CQ.Tərsdəllər  (4)  aĢkar  edilmiĢdir. 
Cənubi  Ceyrançöl-Tərsdəllər  zonası  daxilində  də  bir  sıra  lokal  qal-
xım  müəyyən  edilmiĢdir:  C.Ceyrançöl  (10),  Cġ.Ceyrançöl  (9),  Q. 
Tərsdəllər (5) və Tərsdəllər (1). Lokal qalxımların dərinlikləri təxmi-
nən  3400-3900  m  təĢkil  edir.  Bu  zona  Ģimaldan  və  cənubdan  qərb-
Ģərq  istiqamətli  qırılmalarla  məhdudlaĢmıĢ,  iki  yerdə  eninə  qırılma 
ilə  kəsilmiĢ  və  müəyyən  edilmiĢ  lokal  qalxımları  bir-birindən 
ayırmıĢdır. Ceyrançöl zonası daxilində tağ hissəsinin yatım dərinliyi 


 
171 
3900-4000  m  olan  Ceyrançöl  (7)  və  ġmġ.  Ceyrançöl  (8)  lokal 
qalxımları  aĢkar  edilmiĢdir.  Cənubi  Palantökən  -  ġimali  Tərsdəllər 
zonası daxilində Cġ. Palantökən (11,12) və ġm. Tərsdəllər (6) lokal 
qalxımlarının  varlığı  güman  olunur  (Ģəkil  6.14).  Qeyd  etmək 
lazımdır ki, aĢkar  edilmiĢ  bəzi  lokal  qalxımlar  üzərində  seysmik   
 
 
ġəkil 6.14. Qravimetrik məlumatlara görə üst TəbaĢir çöküntülərinin 
  səthi üzrə struktur xəritə (Tərsdəllər -Ceyrançöl -C.Palantökən sahəsi) 
1 - üst TəbaĢir çöküntülərinin səthinin izohipsləri; 2 - qravi-maqnit profillər; 3 - qırılma xətləri;  
4 - lokal qravi-maqnit maksimumları zonası; 5 - axtarıĢ-kəĢfiyyat quyuları;  6 - lokal qalxımlar:  
1- Tərsdəllər: 2- Cġ.Tərsdəllər; 3- C.Tərsdəllər; 4- CQ.Tərsdəllər;  5- Q.Tərsdəllər; 6- ġm.Tərsdəllər;  
7- Ceyrançöl; 8- ġmġ.Ceyrançöl; 9- Cġ.Ceyrançöl; 10- C.Ceyrançöl; 11 və 12- Cġ. Palantökən. 


 
172 
 
 
kəĢfiyyat  məlumatları  ilə  üst  TəbaĢir  çöküntülərinə  aid  edilən 
struktur mürəkkəbləĢmələrin olduğu müəyyənləĢdirilmiĢdir. 
Sahədə  müəyyən  edilmiĢ  müxtəlif  istiqamətli  qırılmalar  üst 
TəbaĢir  horizontunun  bloklu  quruluĢa  malik  olduğunu  göstərir. 
Tərsdəllər  sahəsinin  cənubundan  Böyük  Palantökənin  cənubuna 
qədər  blokların  qırılaraq,  növbə  ilə  300-400  m  düĢdüyü  müĢahidə 
olunur. 
ġəkil 6.15. Qravimetrik məlumatlara görə üst TəbaĢir çöküntülərinin    səthinin 
          3Ö struktur xəritəsi (Tərsdəllər - Ceyrançöl - C. Palantökən sahəsi) 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə