V. Q. QƏDĠrov


 Qravimetrik kəĢfiyyatla AĢağı Kür çökəkliyində



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
176 
6.3. Qravimetrik kəĢfiyyatla AĢağı Kür çökəkliyində  
aĢkar edilmiĢ lokal strukturlar 
 
Orta  Kür  çökəkliyindən  fərqli  olaraq  AĢağı  Kür  çökəkliyində 
yüksək izafi sıxlığa malik olan Mezozoy çöküntü kompleksi dərin 
enməyə  məruz  qalmıĢ,  burada  qazılmıĢ  quyularla  açılmamıĢ  və 
öyrənilməmiĢdir. Bu çöküntü kompleksinin geoloji quruluĢu dəqiq 
məlum  olmadığından  onların  qravitasiya  sahəsində  yaratdığı 
anomal effektlər öyrənilməmiĢ, qravitasiya sahəsinin lokal anoma-
liyalarının həmin kompleksin əmələ gətirdiyi strukturlarla nə dərə-
cədə və necə əlaqəli olması müəyyənləĢdirilməmiĢdir. 
AĢağı  Kür  çökəkliyinin  müxtəlif  sahələrində  aparılmıĢ  seys-
mik kəĢfiyyat iĢləri Mezozoy çöküntülərinin səthinin qərbdən baĢ-
layaraq  Ģərq  istiqamətdə  kəskin  enməyə  məruz  qaldığını  göstərir. 
Kəlaməddin,  Böyük  bə  Kiçik  Hərami  sahələrindən  cənub-qərbdə 
alınmıĢ  seysmik  ÜDN  məlumatları  əsasında  Mezozoy  çöküntülə-
rinin səthinə uyğun gələn “P” horizontunun burada 10 km-dən artıq 
dərinlikdə  yatdığı  və  Ģimal-Ģərq  istiqamətdə  monoklinal  endiyi 
müəyyənləĢdirilib. 
Bəndovan  sahəsində  7-8  km  dərinliyi  əhatə  edən  dərinlik 
dinamik  kəsiliĢlərdə  yalnız  Pont  mərtəbəsinə  qədər  (6-7  km) 
horizontları  izləmək  mümkün  olmuĢdur.  Strukturun  tağ  və  cənub-
qərb qanad hissəsindən keçən, cq-ĢmĢ istiqamətli 040206, 041411, 
041711 saylı seysmik profillərdə nə MQ çöküntüləri daxilində, nə 
də Ponta aid edilən horizontda nəzərə çarpacaq struktur mürəkkəb-
ləĢmələr  qeyd  olunmur,  yalnız  horizontların  cənub-qərb  istiqamət-
də Kürsəngi sinklinalına doğru monoklinal yatımı müĢahidə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  və  bundan  böyük  dərinliklərdə  yatan 
horizontların  (izafi  sıxlıqlı  horizontların)  əmələ  gətirdiyi  struktur 
mürəkkəbləĢmələr ağırlıq qüvvəsi sahəsində öz təsirini böyük mə-
safədə  göstərir  və  regional  fonun  müəyyən  qədər  dəyiĢməsinə  sə-
bəb  ola  bilər.  Lakin,  Bəndovan  sahəsində  müĢahidə  edilən  lokal 
qravitasiya anomaliyalarının profil üzrə ölçüləri kiçik (bir neçə km) 
alınır ki,  (bax:  Ģəkil 5.12 a;  5.19) bu da ağırlıq  qüvvəsi  sahəsində 


 
177 
lokal  anomaliyaları  yaradan  geoloji  faktorların  (struktur  mürək-
kəbləĢmələrin) nisbətən dayazda yerləĢdiyini söyləməyə əsas verir. 
Seysmik  və  quyu  məlumatları  əsasında  strukturun  tağ  və  tağ-
yanı  hissəsində  0-1500  m  dərinliklərdə  MQ-nin  çoxsaylı  qırılma-
larla  mürəkkəbləĢdiyi  müəyyənləĢdirilmiĢdir.  Burada  ağırlıq  qüv-
vəsi  sahəsinin  kəskin  dəyiĢmələri,  intensiv  minimumlar  və  mak-
simumlar qeyd olunur. 2, 3, 4, 5, 7 saylı profillərdə bu daha aydın 
görünür (bax: Ģəkil 5.12 a; 4.18). Bu baxımdan, strukturun cənub-
qərb qanadında müĢahidə edilən lokal qravitasiya anomaliyalarının 
da,  böyük  olmayan  dərinliklərdəki  geoloji  quruluĢla  əlaqədar  ol-
masını söyləmək olar. 
Bəndovan  sahəsində  iĢlənilmiĢ  seysmik  ÜDN  profillərinin 
(040911,  040206,  040606,  040306,  041211,  041311,  041411, 
041511, 041711,  042011 )  dinamik  dərinlik  kəsiliĢlərində, 2000-
3000  m  dərinliklərdə  Ağcagil  çöküntülərinin  ayrı-ayrı  qatlarının 
MQ-yə pazlaĢmaları qeyd olunur. Ağırlıq qüvvəsi sahəsindən ayrı-
lan lokal maksimumların məhz bu pazlaĢmaları əhatə etdiyindən və 
kəskin qradiyentli zonaların pazlaĢma xətləri üzərinə düĢdüyündən 
bu regionda (Bəndovanın  cənub-qərb  qanadında) qravitasiya sahə-
sinin  bir  çox  lokal  dəyiĢmələrinin  MQ-yə  pazlaĢan  horizontlarla 
əlaqədar olduğunu söyləmək mümkündür (Ģəkil 4.16; 4.18). 
Beləliklə, qravimetrik məlumatlar əsasında Bəndovan struktu-
runun  cənub-qərb  qanadında  Ağcagil  çöküntülərinin  aĢağılarında 
ayrı-ayrı layların pazlaĢmalarını izləmək mümkün olmuĢdur ( bax:   
§ 4.3). 
Belə  mənzərə  Hacıqabul  və  Nəvahi  sinklinallarında  da  mü-
Ģahidə  edilir.  Bəndovan  sahəsində  olduğu  kimi,  bu  sahələrdə  də 
Məhsuldar  Qat  çöküntülərinin  səthinin  qalxımı  istiqamətində  ağır-
lıq  qüvvəsinin  qiymətləri  azalır.  Hər  iki sahədə  seysmik  kəĢfiyyat 
məlumatları  əsasında  Ağcagil  mərtəbəsinin  aĢağılarında  ayrı-ayrı 
horizontların  Məhsuldar  Qat  çöküntülərinin  səthinə  pazlaĢdığı 
müəyyənləĢdirilmiĢdir. AparılmıĢ  qravimetrik kəĢfiyyat iĢləri qeyd 
olunan  pazlaĢmaların  üzərində  ağırlıq  qüvvəsi  sahəsinin  kəskin 
dəyiĢdiyini  və  pazlaĢma  zonaları  daxilində  lokal  qravitasiya  mak-


 
178 
simumlarının  təzahür etdiyini göstərir. Bəndovan sahəsində olduğu 
kimi,  Hacıqabul  və  Nəvahi  sahələrində  də  qravitasiya  sahəsinin 
kəskin  dəyiĢmələri  qırılmalarla  bərabər,  Ağcagilin  aĢağılarının 
MQ-yə pazlaĢmalarını da əks etdirir. 
AĢağı  Kür  çökəkliyinin  Kürovdağ,  Qarabağlı,  Babazənən  sa-
hələrində MQ çöküntülərinə görə müəyyən edilmiĢ strukturlar üzə-
rində  lokal  qravitasya  maksimimlarının  müĢahidə  olunduğu  yuxa-
rıda  qeyd  edilmiĢdir  (bax:  §5.2).  Bunu  əsas  götürərək,  Qarabağlı-
Babazənən  strukturları  arasında  aĢkar  edilmiĢ  lokal  qravitasiya 
maksimumunun  (bax:  Ģəkil  5.21)  əsasında  və  quyu  məlumatların-
dan  istifadə  edərək    MQ  çöküntülərinin  səthi  üzrə  struktur  xəritə 
qurulmuĢdur (Ģəkil 6.17 ). Bu xəritədə Qarabağlı strukturunun uzaq 
cənub periklinalında, 22 saylı quyudan Ģərqdə eni ≈ 3-4 km, uzun-
luğu  ≈  5-6  km  olan  lokal  Göytəpə  qalxımı  müəyyən  edilmiĢdir. 
Ağcagilin  dabanına görə qurulmuĢ (seysmik və  quyu məlumatları 
əsasında)  xəritədə  isə  həmin  yerdə  Kürsəngi  sinklinalına  dogru 
monoklinal  yatım  müĢahidə  edilir.  Məhsuldar  Qatda  struktur  mü-
rəkkəbləĢmənin olması qravimetrik profillərdə  (1-8 saylı ) çox ay-
dın görünür (bax: Ģəkil 5.21; 5.12 b, c). ġəkil 5.12 b-də bir-birinə 
paralel  6 profildə   (qərb-Ģərq istiqamətli) Kürsəngi sinklinalınının 
mərkəzi  hissəsinə doğru  ağırlıq  qüvvəsinin azaldığı  müĢahidə  olu-
nur.  Lakin,  ümumi  azalma  fonunda  qravitasiya  sahəsinin  lokal 
maksimumlarının  təzahürü,  anomaliya  yaradan  kütlələrin  hamar 
səthlə (monoklinal) yatmadığını, həmin hissədə struktur mürəkkəb-
ləĢmə  yaratdığını göstərir. Bu mürəkkəbləĢmənin Ģimal-cənub isti-
qamətində  də  məhdudlaĢdığı  (lokallaĢdığı) burada iĢlənmiĢ 1 və 7 
saylı profil məlumatlarında çox aydın görünür (Ģəkil 6.18).  
Qarabağlı-Babazənən struktrurlarını kəsib keçən dərinlik qıril-
ması ilə Ģərq qanadın  1000 m-dən  daha artıq qalxdığı  müəyyən 
edilib. Qravimetrik və maqnitometrik məlumatlarda  bu dərinlik qı-
rılması  öz  əksini  tapmıĢdır  (bax:  Ģəkil  5.24,  2-2  qırılma  xətti). 
Bundan Ģərqdə isə daha iki yerdə qırılma xətti qeyd olunur. 
1  və  7  saylı  profilin  məlumatları  isə  burada  eninə  (qərb-Ģərq 
istiqamətli) qırılmanın da olduğunu  göstərir. 1 saylı profilin məlu-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə