V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   49   50   51   52   53   54   55   56   57

 
207 
Qeyd edək ki, 50 saylı quyu yeni aĢkar edilmiĢ Çöytəpə struk-
turunun qərb yamacına düĢür və qravimetrik yataq tipli anomaliya-
ların  0,2  mQal-lıq  hissəsini  əhatə  edir.  Bu  quyudan  Ģərqə  doğru, 
intensiv minimum zonasında isə qazıma iĢləri aparılmamıĢdır.  
Qarabağlı və Babazənən strukturları arasında qravimetrik mə-
lumatlarla  aĢkar  edilmiĢ  Göytəpə  strukturunda  yataq  tipli  qravitasiya 
anomaliyası  zonasında  bir  axtarıĢ  quyusunun  qoyulması  təklif  olunur 
(bax:  Ģəkil  7.9).  Burada  gözlənilən  neft-qazlılıq  MQ  çöküntülərinin 
yuxarıları ilə əlaqələndirilir və çöküntülərin açılma dərinliyi ≈ 2000 m  
kimi  qiymətləndirilir.  Sahədə,  eyni  zamanda,  kompleks  geofiziki 
birbaĢa axtarıĢ üsulu ilə tədqiqatların aparılması təklif olunur. 
Ərəbqubalı sahəsi. Seysmik kəĢfiyyat məlumatları AĢağı Kür 
çökəkliyinin  cənub-qərb  yamacında,  Paleogen-Neogen  komplek-
sində  ayrı-ayrı  stratiqrafik  vahidlərin  Mezozoyun  səthinə  pazlaĢa-
raq  kəsiliĢdən  düĢdüyünü  və  stratiqrafik  tələlər  əmələ  gətirdiyini 
göstərir.  Muğan  monoklinalında  HəĢimxanlı,  Muğanlı,  Sarxan-
bəylı,  Ağçala,  Xırmandalı  tələlərinin  məhz  Məhsuldar  Qatın  aĢağı 
hissələrinin Mezozoy çöküntülərinin yuyulma səthinə pazlaĢmaları 
nəticəsində əmələ gəldiyi müəyyən edilmiĢdir [65].   
1978-ci ildə Geofizika ETĠ tərəfindən aparılmıĢ qravimetrik və 
maqnitometrik kəĢfiyyat iĢləri  Kürdəmir-Sabirabad qalxım zonası-
nın AĢağı Kür çökəkliyinin cənub-qərb yamacına açılan hissəsində 
-Ərəbqubalı  sahəsində  Mezozoy  çöküntülərinin  səthi  üzrə  lokal 
qalxımın  varlığını  göstərmiĢdir  (bax:  Ģəkil  6.16).  Bu  sahədə,  eyni 
zamanda, 5 profil üzrə  (12-16 saylı profillər) neft-qazlılıqla  əlaqə-
ləndirilən xarakterik lokal qravitasiya və maqnit minimumları aĢkar 
edilmiĢ və bunun əsasında sahə üzrə lokal qravi-maqnit minimum-
larının paylanma sxemi qurulmuĢdur (Ģəkil 7.10). Lokal minimum-
ların intensivlikləri uyğun olaraq, 0,4-0,5 mQal və 30-40 nTl təĢkil 
edir  ki, bu  da  Muradxanlı  və  Cəfərli sahələrində  neftli obyektlər 
üzərində müĢahidə olunan anomaliya qiymətləri qədərdir. Eni təx-
minən 2 km-ə yaxın olan lokal minimumlar zonası asimmetrik qu-
ruluĢlu  Ərəbqubalı  strukturunun  tağ  hissəsindən  Ģimal  və  cənub-
Ģərq istiqamətdə 8 km-dən artıq bir məsafədə uzanır. 


 
208 
 
 
Digər tərəfdən, aĢkar olunmuĢ lokal minimumların Ərəbqubalı 
strukturunun tağ hissəsinə deyil, kəskin enməyə məruz qalmıĢ Ģərq 
ġəkil 7.10. Ərəbqubalı sahəsində neft-qazlılıqla əlaqələndirilən lokal     
qravi-maqnit minimumlarının paylanması 
 
1- üst TəbaĢir çöküntülərinin səthinin izohipsləri; 2- qravi-maqnit profillər; 3- qravimaqnit 
məlumatlara görə müəyyən edilmiĢ qırılma xətləri; 4- lokal qravi-maqnit minimumları 
zonası; 5- axtarıĢ-kəĢfiyyat quyusu; 6- təklif olunan dərin qazıma quyuları; 7- MQ-nin 
aĢağılarına uyğun gələn SH-II seysmik horizontunun pazlaĢma xətti (K.M.Filanoviç, 1981) 


 
209 
qanadında  yerləĢdiyi  aydınlaĢmıĢdır  [15,  72].  Mezozoy  çöküntü 
kompleksinin  səthinin  Ģərq  istiqamətdə  kəskin  endiyini  və  üstdə 
yatan çöküntülərin Mezozoyun səthinə növbə ilə pazlaĢdığını nəzə-
rə  alsaq,  burada  ehtimal  olunan  yatağın  Muğan  monoklinalı  sahə-
sindəki  kimi  pazlaĢmalarla  əlaqədar olduğunu söyləmək mümkün-
dür.  Qeyd  etmək  lazımdır  ki,  seysmik  kəĢfiyyat  məlumatları  əsa-
sında bu sahədə müəyyənləĢdirilmiĢ (K.M.Filanoviç, 1981) və MQ 
çöküntülərinin  aĢağılarına  uyğun  gələn  SH-II  seysmik  horizon-
tunun  pazlaĢma  xəttinin  bir  hissəsinin  yataq  tipli  qravi-maqnit 
anomaliya  zonasının istiqamətinə uyğun gəlməsi alınmıĢ nəticələrə 
inamı bir qədər də artırmıĢ olur. 
ġəkil  4.11-də  Ərəbqubalı  strukturunun  tağ  hissəsindən  keçən 
14-78  saylı  qravi-maqnitometrik  profil  üzrə  qurulmuĢ  kəsiliĢdə 
güman olunan  yatağın  tağyanı  hissədə  3000 m  dərinlikdə  yat-
dığı, Ģərqə doğru 4000 m-ə qədər endiyi görünür. Bu profilin uzan-
ma  istiqamətində  yerləĢən  2  saylı  Qərbi  Qarasu  quyusunun  məlu-
matına  əsasən  MQ  çöküntüləri  3322-4473  m  dərinlik  intervalında 
açılmıĢ və 1151 m qalınlığa malikdir. 1980-1990-cı illərdə bu sahə-
lərdə aparılmıĢ seysmik kəĢfiyyat iĢləri də Qərbi Qarasu sahəsindən 
Ərəbqubalı  sahəsinə  doğru  MQ  çöküntülərinin  qalxmağa  məruz 
qaldığını,  qalınlığının  600-700  m-ə  qədər  azaldığını  və  bu  çökün-
tülərin  aĢağılarının  növbə  ilə  pazlaĢdığını  göstərir.  Güman  etmək 
olar  ki,  karbohidrogenlər  AĢağı  Kür  çökəkliyindən  miqrasiya 
edərək  MQ  çöküntülərinin  üst  TəbaĢirin  səthinə  pazlaĢmasından 
yaranan tələ daxilində toplana bilər. 
Ümumiyyətlə, Ərəbqubalı sahəsində üst TəbaĢir horizontu üzrə 
qalxımın varlığı, neft-qazlılıqla əlaqələndirilən qravitasiya və maqnit 
minimumlarının  aĢkar  edilməsi  bu  sahəyə  yeni  geofiziki  kəĢfiyyat 
iĢlərinin cəlb olunmasını tələb edir. Ona görə də, bu sahədə geoloji 
quruluĢun  dəqiqləĢdirilməsi  və  neft-qazlılığın  proqnozlaĢdırılması 
məqsədilə kompleks geofiziki (seysmo-qravi-maqnit) kəĢfiyyat iĢlə-
rinin aparılması təklif olunur ki, bu da yeni neft yatağının kəĢfi üçün 
zəmin  yaratmıĢ  olar.  AxtarıĢ  qazımasının  aparılması  zərurəti  mey-
dana çıxdıqda isə, quyuların Ģəkil 7.10 və 7.11-də göstərildiyi kimi, 
yataq tipli lokal anomaliyalar zonasına qoyulması vacibdir. 


 
210 
ġəkil 7.11. 14-78 saylı qravi-maqnit profili üzrə geoloji kəsiliĢ 
 
1 və 2- müĢahidə olunmuĢ Δg və Δz  əyriləri; 3- regional fon; 4- lokal qravitasiya və 
maqnit maksimumları; 5- bərpa olunmuĢ maksimum; 6- neft-qazlılıqla əlaqələndirilən 
lokal qravitasiya və maqnit minimumları; 7- axtarıĢ-kəĢfiyyat quyusu; 8- təklif olunan 
qazıma quyuları; 9- güman olunan neft-qaz yatağı; 10- seysmik məlumatlara görə MQ-nin  
dabanı və tavanı; 11, 12 və 13- qravi-maqnit məlumatlarla müəyyənləĢdirilmiĢ: üst TəbaĢir 
çöküntülərinin səthi, qırılma və effuziv süxurların yayılma arealı 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə