V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   49   50   51   52   53   54   55   56   57

 
211 
Rəhimli sahəsi. AĢağı Kür çökəkliyinin Ģimal-Ģimal qərb his-
səsində  Mezozoy  və  Kaynazoy  çöküntü  kompleksləri  arasında 
struktur və bucaq uyğunsuzluğunun olması Miosen və MQ çökün-
tülərinin Ģərqdən qərbə doğru Mezozoyun səthinə söykənməsinə və 
pazlaĢmasına  səbəb  olmuĢdur.  Bu  rayonda  -  Rəhimli  qravitasiya 
maksimumu  sahəsində  1996-1998-ci  illərdə  Geofizika  ETĠ  tərə-
findən kompleks geofiziki (seysmoqravimetrik) tədqiqat iĢləri apa-
rılmıĢ,  əvvəlki  illərin  məlumatları  əsasında  məlum  olan  Rəhimli 
qravitasiya  maksimumunun  2  hissəyə  (Rəhimli  və  Qərbi  Rəhimli) 
bölündüyü  müəyyənləĢdirilmiĢdir.  Ġntensivliyi  2  mQal-a  çatan  bu 
lokal  maksimumlar  zonasının  ölçüləri  ≈  3×10  km  olub,  ĢmĢmq  - 
ccĢ  istiqamətlidir.  Bu  maksimumların  MQ-nin  struktur  planı  ilə 
əlaqədar  olduğu  güman  olunur.  Bu  zona  daxilində  neft-qazlılıqla 
əlaqələndirilən  qravimetrik  və  seysmik  yataq  tipli  anomaliyalar 
müəyyənləĢdirilmiĢdir.  Seysmik  məlumatlara  görə  proqnozlaĢdı-
rılan  neft-qaz  yatağının  dərinliyi  4200-4500  m  intervalındadır  ki, 
bu  da  Məhsuldar  Qat  çöküntülərinin  yuxarılarına  uyğun  gəlir 
(Novruzov  Ə.Q.  və  b.,  1998).  MQ  çöküntülərinin  Ģərqdən-qərbə 
doğru  qalxdığını  və  qalınlığının  azaldığını  (seysmik  ÜDN  məlu-
matlarına  görə)  nəzərə  alsaq,  güman  etmək  olar  ki,  bu  sahədə 
proqnozlaĢdırılan neft-qaz yatağı qeyri-antiklinal tələlərlə əlaqədar 
olacaqdır. 
Ümumiyyətlə,  AĢağı  Kür  çökəkliyinin  qərb,  Ģimal-Ģimal-qərb 
yamacında  (o  cümlədən,  Ərəbqubalı  və  Rəhimli  sahələrində)  
kompleks geofiziki birbaĢa axtarıĢ üsulu ilə tədqiqatların aparılması 
təklif olunur. 
 
 
                               


 
212 
XÜLASƏ 
 
Azərbaycanın  qərbində  Kür-Qabırrı  çaylararası  vadidən  baĢ-
lamıĢ,  Ģərqdə  Xəzər  dənizi  sahillərinə  qədər  böyük  bir  ərazidə 
Geofizika  ETĠ  tərəfindən  aparılmıĢ  qravi-maqnitometrik  kəĢfiyyat 
iĢləri  mürəkkəb  geoloji  quruluĢlu  sahələrdə  bu  üsulların  tətbiq 
edilməsinin  mümkünlüyünü,  quyularla  və  seysmik  kəĢfiyyatla  təs-
diqlənən mühüm geoloji nəticələrin alındığını göstərir. 
Geopotensial sahələrin analizi əsasında Orta və AĢağı Kür çö-
kəkliklərində  ağırlıq  qüvvəsi  və  geomaqnit    sahələrdə  müĢahidə 
olunan mürəkkəbliyin və ümumi dəyiĢmə fonunda baĢ verən lokal 
dəyiĢmələrin geoloji kəsiliĢi təĢkil edən süxurların struktur-tektonik 
və  petrofiziki  (sıxlıq,  məsaməlik,  temperatur,  maqnit  qavrayıcılığı   
və  s.)  xüsusiyyətləri  ilə  bilavasitə  əlaqədar  olduğu  müəyyənləĢ-
dirilmiĢdir. 
AparılmıĢ  model  və  təcrübi  tədqiqatlar  göstərir  ki,  müĢahidə 
edilən  lokal  qravitasiya  maksimumlarının  Orta  Kür  çökəkliyində 
birmənalı olaraq üst TəbaĢir (Mezozoy) çöküntülərinin əmələ gətir-
diyi  lokal  qalxımları    əks  etdirməsi,  qravi-maqnit  sahələrin  hori-
zontal  qradiyentlərinin  rayonun  tektonikası  ilə  əlaqədar  olması, 
neft-qaz  yataqları  üzərində  xarakterik  lokal  qravi-maqnit  mini-
mumlarının təzahürü - qravi-maqnit anomaliyaları əsasında üst Tə-
baĢir  çöküntüləri  ilə  bağlı  lokal  qalxımları  aĢkar  etməyə,  rayonun  
tektonikasını müəyyənləĢdirməyə və çöküntülərin  neftli-qazlılığını 
proqnozlaĢdırmağa imkan verir. 
Əldə edilmiĢ geoloji nəticələr əsasında müəyyən edilmiĢdir ki, 
qravimetrik  və  maqnitometrik  kəĢfiyyat  üsulları  izafi  sıxlığı  ilə 
fərqlənən horizontların yaratdığı strukturları çox incəliklə qeyd edə 
bilir,  kəsiliĢdə  və  planda  vulkanogen  süxurların  paylanmasını  öy-
rənməyə,  neft-qaz    perspektivli  lokal  sahələri  aĢkar  etməyə  və  d.  
geoloji məsələləri  həll etməyə imkan verir. 
Təcrübi  tədqiqatlarla  müəyyənləĢdirilmiĢ  geoloji  pazlaĢma-
ların  qravitasiya  sahəsində  qradiyentli  zonalarla  əks  olunması  da, 
qravimetrik  kəĢfiyyat  qarĢısında  yeni  perspektivlər  açır.  Bunun 


 
213 
əsasında Bəndovan strukturunun cənub-qərb qanadında, Ərəbqubalı 
və  d.  sahələrdə  güman  olunan  neft-qaz  yatağının  qeyri-antiklinal 
tələlərlə əlaqədar olması ehtimal olunur. 
Qravimetrik  və  seysmik  (ÜDNÜ,  SDÜ)  məlumatların  müqa-
yisəsi və birgə analizindən aydın olmuĢdur ki, bu üsullarla alınmıĢ 
geoloji məlumatlar bir-birini nəinki inkar edir, əksinə təsdiqləyir və 
tamamlayır.  Qazanbulaq,  Pənahlı-Oruclu,  Zərdab-ġıxbağı,  Bəndo-
van sahələrində bu iki üsulun müqayisəsi sahənin struktur-tektonik 
xüsusiyyətlərinin öyrənilməsində və neft-qazlılığın proqnozlaĢdırıl-
masında  qravimetrik  kəĢfiyyatın  ÜDNÜ  və  SDÜ  ilə  kompleksləĢ-
dirilməsinin  əhəmiyyətini  və  zəruriliyini  göstərir.  Ona  görə  də, 
axtarıĢ qazıma iĢlərinin kompleks geofiziki tədqiqatların nəticələri 
əsasında  (struktur  və  proqnoz  məsələlərinin  həllindən  sonra)  isti-
qamətləndirilməsi nəzərə alınmalıdır. 
Qravi-maqnit  tədqiqatlar  nəticəsində  Dağlararası  Kür  çökək-
liyində  onlarla  yeni  lokal  qalxım  aĢkar  edilmiĢ,  onların  neftlilik-
qazlılığı  proqnozlaĢdırılmıĢ  və  axtarıĢ-kəĢfiyyat  qazıma  iĢlərinin 
istiqamətləndirilməsi üçün tövsiyələr verilmiĢdir.  
Çoxsaylı  təcrübi  tədqiqatlarla  təsdiqlənən  geoloji  nəticələr 
neft-qaz  perspektivli  strukturların  axtarıĢında  qravi-maqnit  kəĢ-
fiyyat üsullarının yüksək geoloji səmərəliliyindən xəbər verir. Ona 
görə  də,  bu  tədqiqat  istiqamətinin  neft-qaz  axtarıĢı  məsələlərinin 
həllində tətbiqi və nəticələrindən praktiki istifadə olduqca vacib və 
əhəmiyyətlidir. 
 
  
 
 
 
 
 
 
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə