V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   49   50   51   52   53   54   55   56   57

 
199 
 
 
ġəkil 7.6. Ağırlıq qüvvəsinin neft-qazlılıqla əlaqələndirilən lokal 
minimumlar xəritəsi (Bəndovan sahəsi) 
1- lokal qravitasiya minimumlarının izoxətləri; 2- qravimetrik məlumatlara görə 
müəyyənləĢdirilmiĢ tektonik xətlər; 3- qravimetrik profillər; 4- seysmik ÜDN profili;  
5- axtarıĢ-kəĢfiyyat quyuları; 6-qravitasiya  minimumu zonalarının sıra sayı 


 
200 
Strukturun  cənub-qərb  qanadında  əsas  diqqət  Ģmq-cĢ  istiqa-
mətli  maksimumlar  zonasına  yönəldilməlidir  (bax:  Ģəkil  5.19).  Bu 
zonanın  planda  eni  2-4  km  arasında  dəyiĢir,  uzunluğu  isə  10  km-
dən  artıqdır.  Quyular  olmayan  bu  ərazidə  intensivliyi  0,35  mQala 
çatan,  eni  1,5-2  km,  ümumi  uzunluğu  10  km-dən  artıq  olan  2 xa-
rakterik  lokal  minimumlar  zonası  qeyd  olunmuĢdur.  1-7-ci  profil-
lərdə qeyd olunan I minimumlar  zonası 2-3-cü və 5-6-cı  profillər-
də  daha  intensivli  görünən  2  minimuma  bölünür.  ġmq-cĢ  istiqa-
mətli bu minimum anomaliyaların ölçüləri 1,5 

 3 km-dir.  
4-12-ci profillərdə qeyd olunan II minimumlar zonasında isə 3 
intensiv minimum anomaliya ayırmaq mümkündür. Zonanın Ģima-
lında yerləĢən anomaliya nisbətən az intensivli (0,2 mQal) və kiçik 
ölçülü  (0,7 

  2  km)  olmaqla  Ģimal-cənub  istiqamətində  yerləĢdiyi 
halda, daha intensiv (0,3 mQal) digər iki anomaliya  Ģmq-cĢ istiqa-
mətindədir və ölçüləri daha böyükdür (1 × 4 km). 
MüəyyənləĢdirilmiĢ  minimum  anomaliya  zonaları  (I  və  II) 
qravimetrik  məlumatlarla  təyin  olunmuĢ  pazlaĢma    xətləri  (1-2  və 
2-3 xətləri) arasında  yerləĢir. Seysmik ÜDN məlumatlarına (“KəĢ-
fiyyatgeofizika” Ġdarəsi) əsaslanaraq, hər iki zonadakı lokal anoma-
liyaların    Ağcagilin  aĢağılarının  MQ-yə  pazlaĢmaları  ilə  əlaqədar 
olduğu,  I  anomaliya  zonasının  2400-2800  m,  II  anomaliya  zona-
sının isə 2700-3400 m dərinlikləri əhatə etdiyi güman olunur.  
Bəndovan  sahəsində  alınmıĢ  qravimetrik  kəĢfiyyat  materialla-
rının analizi bu sahədə çoxsaylı lokal maksimum və minimumların 
varlığını və bu anomaliyaların qırılma və pazlaĢma kimi qiymətlən-
dirilən horizontal qradiyentlərinin kəskin dəyiĢdiyi zonalar arasında 
yerləĢdiyini  göstərir.  Strukturun  tağ  hissəsində,  əsasən  də,  cənub-
qərb qanadında neft-qazlılıqla əlaqələndirilən xarakterik qravitasiya 
minimumlarının (yataq tipli anomaliyaların) aĢkar olunması bu sa-
hədə gələcək axtarıĢ-kəĢfiyyat geofiziki və qazıma iĢlərinin düzgün 
istiqamətləndirilməsi üçün əhəmiyyətli məlumatlar vermiĢdir. 
ġəkil 7.7-də bir-birinə çox yaxın iĢlənilmiĢ qravimetrik (07-06 
saylı)  və  seysmik  ÜDN  (040306 saylı)  profillərinin  müqayisəsi 
verilmiĢdir. 


 
201 
 
                                                                                                            
ġəkil 7.7. Seysmo-qravimetrik profil (Bəndovan sahəsi) 
 
1- müĢahidə olunmuĢ Δ
g
 əyrisi; 2- regional fon; 3- lokal qravitasiya maksimumları; 4- bərpa 
olunmuĢ maksimum; 5 və 6- neft-qazlılıqla əlaqələndirılən lokal qravitasiya minimumları; 
 7- kəĢfiyyat quyusu; 8- qazlı  interval;  9- qırılma xətti; 10- güman olunan neft-qaz yatağı. 
 


 
202 
Göründüyü  kimi,  neft-qazlılıqla  əlaqələndirilən  lokal  qra-
vitasiya  minimumunun  sərhədləri  daxilində  seysmik  dərinlik  kə-
siliĢində  Ağcagil  çöküntülərinin  növbə  ilə  Məhsuldar  Qat  çökün-
tülərinə pazlaĢdığı müĢahidə edilir. Təbii ki, bu pazlaĢmalar qeyri-
antiklinal  tələ  rolunu  oynaya  bilərlər.  Ona  görə  də,  güman  olunan 
neft-qaz yatağının məhz bu pazlaĢmalarla əlaqədar olduğunu  ehti-
mal  etmək  olar.  Qeyd  edək  ki,  Bəndovan  strukturunun  tağ  hissə-
lərində qazılmıĢ quyularda (15, 29, 30, 31, 34 və s.) sənaye əhəmiy-
yətli qaz AbĢeron çöküntülərindən alınmıĢdır. Ona görə də, struktu-
run  cənub-qərb  qanadında  isə  dərin  quyuların  olmamasından  çö-
küntülərin  neftli-qazlılığı  bilavasitə  təyin  olunmamıĢdır.  Odur  ki, 
bu  hissədə  geofiziki  üsullarla  proqnoz  iĢlərinin  aparılması,  sonra 
isə dərin axtarıĢ quyularının qoyulması məqsədəuyğundur.  
Ümumiyyətlə,  AĢağı  Kür  çökəkliyinin  bir  çox  sahələrində 
(MiĢovdağ,  Böyük  və  Kiçik  Hərami,  Qarabağlı,  Neftçala  və  s.) 
sənaye əhəmiyyətli neft-qaz yığımının AbĢeron və MQ çöküntüləri 
ilə əlaqədar olduğu bildirilir [2, 63]. Yalnız Qarabağlı strukturunun 
qərb  qanadında,  Kürovdağ  strukturunun  cənub-qərb  qanadında  və 
periklinal hissəsində AbĢeron və Ağcagil çöküntülərinin məhsuldar 
(qazlı)  olduğu  müəyyən  edilib.  Kiçik  Hərami  sahəsində  isə  neft-
qazlılıq  qırıĢığın  cənub-qərb  qanadında  AbĢeron  və  Ağcagil  hori-
zontlarının  pazlaĢmaları  ilə  əlaqələndirilir  [2].  Eyni  zamanda,  bu 
regionda  Ağcagil  çöküntüləri  çox  da  böyük  olmayan  qalınlığı    ilə 
səciyyələnsə də (Qalmaz-240 m, Kürsəngi-70 m, Babazənən-110 m 
və  s.),  böyük  ərazilərdə  quyu  və  seysmik  məlumatları  əsasında  bu 
çöküntülərin  pazlaĢmaları  qeyd  olunur.  PazlaĢma  zonaları  hüdu-
dunda  neft-qazlılıqla  əlaqələndirilən  xarakterik  qravitasiya  mini-
mumlarının varlığı isə həmin ərazilərin  geofiziki  üsullarla  bir da-
ha öyrənilməsini  tələb edir. Bu baxımdan, Bəndovan  strukturunun 
cənub-qərb  qanadında  müəyyənləĢdirilmiĢ  qravitasiya  minimumu 
zonalarında  seysmik  kəĢfiyyatın  sınan  dalğalar  üsulu  ilə  birbaĢa 
axtarıĢ iĢlərinin aparılması əhəmiyyətlidir. 
Hacıqabul  sahəsi.  1992-1993-cü  illərdə  Hacıqabul  sahəsində 
Geofizika ETĠ tərəfindən aparılmıĢ geofiziki iĢlər nəticəsində struk-


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə