V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
179 
matlarına  görə  Göytəpə  lokal    qalxımı  Babazənən    strukturundan 
böyük amplitudlu qırılma ilə ayrılır və Babazənən strukturu   Göy-
təpəyə nəzərən kəskin qalxmıĢ formadadır (Ģəkil 6.18). Qırılma isə  
42 və 44 saylı Babazənən quyularının arasından keçir. 
  
 
ġəkil 6.17. Qravimetrik məlumatlara görə MQ çöküntülərinin səthi üzrə 
struktur xəritə (Göytəpə sahəsi) 
1- MQ-nin səthinin izohipsləri, 2- qravi-maqnit profillər, 3- qravi-maqnit məlumatlara görə 
müəyyən edilmiĢ tektonik xətlər, 4- axtarıĢ-kəĢfiyyat quyuları. 


 
180 
1996-1998-ci illərdə AĢağı Kür çökəkliyinin Ģimal-Ģimal-qərb 
hissəsində  (Rəhimli  sahəsi)  Geofizika  ETĠ  tərəfindən   kompleks
 
geofiziki  (seysmo-qravi-maqnit  kəĢfiyyatı)  tədqiqatlar  aparılmıĢ, 
sahənin geoloji quruluĢuna və neft-qazlılığına aid bir sıra yeni mə-
lumatlar əldə edilmiĢdir. 
 
 
Qeyd  edək  ki,  AĢağı  Kür  çökəkliyinin  Ģimal-Ģimal-qərb  his-
səsində  “KəĢfiyyatgeofizika”  idarəsi  tərəfindən  aparılmıĢ  seysmik 
kəĢfiyyat    iĢləri    Mezozoy    çöküntülərinin  səthinin  Ģərq  və  Ģimal-
Ģərq  istiqamətdə  enməyə  məruz  qaldığını,  bu  səth  üzrə  Rəhimli, 
Padar, Cənubi Padar və digər çıxıntıların qeyd olunduğunu göstərir. 
Mezozoyun  səthi  ilə  Kaynozoy  çöküntüləri  arasında  struktur  və 
bucaq  uyğunsuzluğunun  olması  Miosen  və  MQ  çöküntülərinin 
ġəkil 6.18. Ağırlıq qüvvəsinin 01-95 saylı profil üzrə dəyiĢmə qrafiki 
(Göytəpə sahəsi) 
1- müĢahidə olunmuĢ ağırlıq qüvvəsi sahəsi, 2- regional fon, 3- lokal qravitasiya 
maksimumları. 


 
181 
Ģərqdən  qərbə  doğru  Mezozoyun  səthinə  pazlaĢaraq  düĢməsinə 
səbəb olmuĢdur. Miosenin aĢağılarına uyğun olan seysmik horizont 
Rəhimli sahəsindən Ģərqdə pazlaĢaraq qurtarır. 
1973-1974-cü  illərdə  “KəĢfiyyatgeofizika”  idarəsi  tərəfindən 
aparılmıĢ qravi-maqnit tədqiqatları burada aydın ifadəli qravitasiya 
və maqnit anomaliyalarının olduğunu göstərmiĢdir. Eyni zamanda, 
Rəhimli  və  ona  yaxın  sahələrdə  Rəhimli,  Ģimali  Rəhimli,  Qara-
qoyunlu,  Kürdəmir,  Çovranlı,  Padarçöl  qravitasiya  maksimumları 
qeyd edilmiĢdir. 
Bu rayonlarda 1996-1998-ci illərdə aparılmıĢ qravimetrik təd-
qiqatlar nəticəsində Rəhimli sahəsində ≈3x10 km ölçülü  iki zolaq  
daxilində  intensivliyi  ≈  2  mQal-a  çatan  lokal  qravitasiya  maksi-
mumlar  zonası  müəyyənləĢdirilmiĢ,  Rəhimli  və  Qərbi  Rəhimli  ad-
landırılmıĢdır.  Bu  maksimumlar  zonaları  Qərbi  Xəzər  qırılmasına 
paralel olub, təxminən Ģimal-cənub istiqamətlidir. AyrılmıĢ intensiv 
lokal  maksimumların  əsasında  Miosen  və  MQ  çöküntülərində 
struktur  qalxımın  varlığı    ehtimal  olunmuĢdur  (S.H.  Məmmədov, 
1998). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
182 
FƏSĠL VII 
 
QRAVĠ-MAQNĠT ÜSULLARLA NEFT VƏ QAZ 
YATAQLARININ AXTARIġI VƏ KƏġFĠYYATI  
ĠSTĠQAMƏTLƏRĠ 
 
 
7.1. Yevlax-Ağcabədi çökəkliyində neft-qaz yataqlarının 
proqnozlaĢdırılması. Birinci növbəli geofiziki tədqiqatların və 
axtarıĢ qazımasının aparılması  üzrə tövsiyələr. 
 
Qravi-maqnit  kəĢfiyyatı  məlumatları  əsasında  Yevlax-Ağca-
bədi çökəkliyində neft və qaz yataqlarının proqnozlaĢdırılması mə-
sələləri  keçən  əsrin  70-ci  illərinin  ortalarından  bəri  araĢdırıl-
maqdadır [4, 15, 42, 67, 68, 69, 70, 72]. 
Qeyd  edək  ki,  Yevlax-Ağcabədi  çökəkliyində  neft  və  qaz  ya-
taqlarının kəĢfi üçün axtarıĢ-kəĢfiyyat qazıma iĢləri,  əsasən, Gəncə 
NQR-də XX əsrin 50-60-cı illərində aparılmıĢdır. Burada əsas axta-
rıĢ obyekti Maykop və  Eosen çöküntülərinin dənəvər kollektorları 
idi.  Üst  TəbaĢirin  karbonatlı  çöküntülərinə  daxil  olduqda  isə  qazı-
ma iĢləri dayandırılır, altda yatan yüksəkomlu çöküntülərin kollek-
tor  olmadığı  və  karbohidrogenləri  özündə  saxlaya  bilməyəcəkləri 
söylənilirdi [53]. Lakin, sonrakı geofiziki tədqiqatlar və dərin qazı-
ma  iĢləri  Muradxanlı,  Zərdab,  Cəfərli,  Bozqobu  və  d.  sahələrdə 
lokal  qalxımların  varlığını  və  burada  üst  TəbaĢir,  Eosen,  Maykop 
çöküntülərində sənaye əhəmiyyətli neftin olduğunu göstərdi. 
Son illərin qravi-maqnit tədqiqatları ilə bu çökəklikdə neft-qaz 
yataqlarının proqnozlaĢdırılması  baxımından  yeni  məlumatlar əldə 
edilmiĢdir. Belə ki,  çökəkliyin ayrı-ayrı sahələrində neft-qazlılıqla 
əlaqələndirilən xarakterik lokal qravitasiya minimumlarının (yataq 
tipli  anomaliyaların)  müəyyənləĢdirilməsi    bu  regionda  yeni  neft-
qaz yataqlarının açılması perspektivliyindən xəbər verir.  
Pənahlı-Oruclu sahəsi. Yevlax-Ağcabədi çökəkliyinin cənub- 
Ģərq hissəsində, Cəfərli strukturundan cənub-Ģərq istiqamətdə, Qa-


 
183 
ralı  və  Ağaməmmədli  strukturları  arasında  uzanan  zona  daxilində 
yerləĢmiĢdir.  Burada  yeni  güman  olunan  neft-qaz  yatağı  proqnoz-
laĢdırılmıĢdır [69, 76]. Sahədə iĢlənilmiĢ bütün profillər üzrə ağırlıq 
qüvvəsinin mikrostrukturları analiz edilmiĢ, lokal qravitasiya mak-
simumları  üzərində  neft-qazlılıqla  əlaqələndirilən  xarakterik  lokal 
minimumlar  (yataq  tipli  anomaliyalar-YTA)  ayrılmıĢ  və  planda 
qeyd edilərək, lokal minimumlar xəritəsi qurulmuĢdur (Ģəkil 7.1). 
Xəritədən görünür ki, xarakterik lokal minimumlar əsasən 2-2 
və 4-4 tektonik xətləri arasında aĢkar edilmiĢdir. Bu xətlər arasında 
6-6 və 7-7 xətləri ilə məhdudlaĢan minimumlar zonası Pənahlı, 7-7 
və  8-8  xətləri  arasındakı  hissə  Oruclu,  8-8  xəttindən  Ģərqdə  qalan 
minimumlar  isə  yeni  aĢkar  edilmiĢ  Cənubi  Qaralı,  Cənub-ġərqi 
Oruclu  və  Cənubi  Oruclu  strukturlarının  tağ  və  qanad  hissələrinə 
uyğun gəlir. 
Pənahlı  sahəsində  2-2,  3-3,  6-6  və  7-7  xətləri  arasında  müəy-
yənləĢdirilmiĢ xarakterik minimumlar strukturun tağ və Ģimal-qərb 
periklinal  hissəsini  örtür.  Burada  lokal  minimumların  intensivliyi 
0,3  mQal-a  çatır.  3-3,  4-4,  6-6  və  7-7  xətlərinin  arasında  aĢkar 
edilmiĢ  minimumlar  zonası  isə  strukturun  Ģimal  qanadını  əhatə 
edir. Burada anomaliyanın intensivliyi 0,2 mQal-dan artıqdır. Lokal 
minimumlar  zonası  6-6  tektonik  xəttindən  Ģimal-qərb  istiqamətdə 
uzanaraq  Cəfərli strukturunun üzərinə düĢür. 
Oruclu  sahəsində  2-2,  3-3,  7-7  və  8-8  xətləri  arasındakı     
lokal minimumlar strukturun tağ və Ģimal-qərb hissəsini, 3-3, 4-4,   
7-7  və  8-8  xətləri  arasındakı  minimumlar  isə  strukturun  açılmıĢ 
Ģimal-Ģərq  qanadını  əhatə  edir.  Burada  lokal  anomaliyanın  inten-
sivliyi  0,2-0,3  mQal-dır.  8-8  xəttindən  Ģərqdə  müəyyənləĢdirilmiĢ, 
0,2-0,3  mQal  intensivli  minimumlar  zonası  burada  aĢkar  edilmiĢ 
strukturların  əsasən  periklinal  hissələrini  əhatə  edir.  4-4  xəttindən 
Ģimal-Ģərqdə isə Qaralı strukturuna uyğun gələn lokal minimumlar 
zonası  aĢkar  edilmiĢdir.  Ġntensivliyi  0,2  mQal  olan  minimumlar 
zonası 7-7 xətti ilə iki hissəyə bolünmüĢdür. Xəritədən göründüyü  
kimi 1 və 2 saylı Qaralı quyuları xarakterik lokal minimumlar (ya-
taq tipli anomaliyalar) zonasından kənarda qalmıĢdır. 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə