V. Q. QƏDĠrov


Yevlax-Ağcabədi  çökəkliyində  aĢkar  edilmiĢ  lokal



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
155 
6.1.2.Yevlax-Ağcabədi  çökəkliyində  aĢkar  edilmiĢ  lokal 
strukturlar.  Yevlax-Ağcabədi  çökəkliyinin  müxtəlif  sahələrində 
(Ağcabədi, Sovetlər, Ağgöl, Zərdab, Muradxanlı, ġirinqum, Cəfər-
li, Mil, Qarabat-ġahsünnü, Qarğalı-QıĢlaq, ġm.Naftalan-Gödəkboz-
Duzdağ  və  d. sahələr)  1975-2007-ci  illərdə  aparılmıĢ  qravi-maqnit 
kəĢfiyyat tədqiqatları nəticəsində Mezozoy (üst TəbaĢir) çöküntülə-
rinin səthi üzrə onlarla lokal qalxım müəyyənləĢdirilmiĢdir. Çökək-
liyin cənub-Ģərq hissəsində aĢkar edilmiĢ lokal qalxımların bir qis-
mi məlum strukturları (Muradxanlı, ġirinqum, Sovetlər, Ağcabədi, 
Ağgöl  və  d.)  əks  etdirmiĢ,  bir  qismi  (Əlivənd,  Cəfərli,  Bozqobu) 
sonrakı illərin seysmik kəĢfiyyat və dərin qazıma quyuları ilə təsdiq 
edilmiĢdir  (Ģəkil  6.6).  Onlarla  lokal  qalxım  isə  yeni  müəyyənləĢ-
dirilmiĢ,  onların  geofiziki  kəĢfiyyat  üsulları  ilə  bir  daha  dəqiqləĢ-
dirilməsi  və  axtarıĢ-kəĢfiyyat  qazımasına  cəlb  olunması  tövsiyə 
edilmiĢdir. ġəkildən göründüyü kimi, aĢkar edilmiĢ lokal struktur-
lar Ģmq-cĢ istiqamətli tektonik zonalar daxilində yerləĢirlər. Bu zo-
naların  planda  eni  2-5  km,  uzunluqları  isə  40-60  km  təĢkil  edir. 
Göstərilən  ərazidə  7  lokal  qalxımlar  zonası  ayrılmıĢ,  bu  zonalar 
daxilində 70 lokal struktur müəyyən edilmiĢdir. Lokal strukturların 
tağ  hissələrinin  dərinlikləri  çökəkliyin  Ģimal-Ģərq  və  cənub-qərb 
qanadlarından çökəkliyin oxuna doğru artır. Burada, əsasən, Ģmq-cĢ 
istiqamətli  çoxsaylı  qırılmalar  müəyyən  edilmiĢdir.  Bir  çox  halda 
qalxım zonalarının kənarlarına uyğun gələn bu qırılmalar regionun 
bloklu quruluĢa malik olduğunu göstərir. 
Neft-qazlılıq  baxımından  maraq  doğuran  sahələrdən  biri  Cə-
fərli strukturundan cənub-Ģərq istiqamətində, Ağaməmmədli və Qa-
ralı strukturları arasında uzanan zona daxilində yerləĢir. Bu sahədə 
Mezozoy  çöküntüləri  ilə  bağlı  struktur  mürəkkəbləĢmənin  varlığı 
hələ  1983-84-cü  ildə  aparılmıĢ  qravimetrik  tədqiqatlar  nəticəsində 
söylənilmiĢ (S.H.Məmmədov, V.Q.Qədirov, 1984) və bura diqqətin 
artirılması tövsiyə olunmuĢdur [69]. 
Ona görə də, 2007-ci ildə Ağaməmmədli və Qaralı strukturları 
arasında  təxminən  85-90  km
2
  ərazidə,  sıx  müĢahidə  Ģəbəkəsində 
200  x.km  həcmində  çöl  qravimetrik  və  maqnitometrik  kəĢfiyyat  


 
156 
 
 
ġəkil 6.6. Qravimetrik məlumatlar əsasında Yevlax-Ağcabədi 
çökəkliyinin cənub-Ģərq hissəsində aĢkar edilmiĢ lokal 
strukturların paylanması 
1 – lokal qalxımlar zonası; 2 – lokal qalxımlar və onların Ģərti 
nömrələri; 3- qırılmalar; 4 – axtarıĢ-kəĢfiyyat quyuları.
 
 


 
157 
I - ġimal-Ģərqi Zərdab-Axtaçı qalxımlar zonası: 
1 - ġmġ.Zərdab; 2 - QıĢlaq; 3 - ġahsünni; 4 - Söyüdlər; 5 - ġüĢün;  
6 - Məmmədli; 7 - Türkədi-1; 8 -Türkədi-2; 9 -Axtaçı-1; 10 -Axtaçı-2.   
II - Zərdab-Muradxanlı qalxımlar zonası: 
11 - Zərdab; 12 - ġıxbağı; 13 - ġ.ġıxbağı; 14 - Saftaxal;  
15 - Əlivənd; 16 - 17 - 18 - Muradxanlı. 
III – Cənub-qərbi Zərdab – Mil qalxımlar zonası: 
19 - CQ.Zərdab; 20 - Q.Əlivənd; 21 - CQ. Muradxanlı; 22 - Qaralı; 
23 - Mil-1; 24 - Mil-2; 25 – Sarısu. 
IV - Mehman-Cəfərli qalxımlar zonası: 
26 - ġmQ. Mehman-1; 27 - ġmQ. Mehman-2; 28 -Mehman;  
29 - Cġ.Mehman; 30 - Bozqobu; 31 - ġmQ.Cəfərli; 32 - Q.Cəfərli; 
33 - Cəfərli; 34 - Pənahlı; 35- Oruclu; 36 - C. Qaralı; 37 - ġ. ĠmiĢli. 
V - Məmmədqasımlı-Ağaməmmədli qalxımlar zonası: 
38 -Məmmədqasımlı; 39- ġ. Məmmədqasımlı; 40 - Cġ. Məmməd-
qasımlı; 41 - ġmQ. ġirinqum; 42 - ġirinqum; 43 - Ağaməmmədli; 
44 - C. Oruclu; 45 - ĠmiĢli. 
VI - Cənub ġirinqum qalxımlar zonası: 
46 - CQ. ġirinqum; 47 -C. ġirinqum-1; 48 - C. ġirinqum-2;  
49 - C. ġirinqum-3; 50 - C. ġirinqum- 4; 51 - Cġ. ġirinqum;  
52 - Q. ĠmiĢli; 53- CQ. ĠmiĢli. 
VII - Ağgöl - Sovetlər qalxımlar zonası: 
54. - Ağgöl; 55 - Q. Ağgöl; 56 - C. Ağgöl; 57 - C. Ağcabədi;  
58 - ġm. Sovetlər-1; 59 - ġm. Sovetlər-2; 60 - ġmġ. Sovetlər;  
61 - Sovetlər; 62 - ġ. Sovetlər-1; 63 - ġ. Sovetlər-2;   
64 - ġ. Sovetlər-3; 65 - ġ. Sovetlər-4; 66 - Cġ. Sovetlər-1; 
67- Cġ. Sovetlər-2; 68 - Cġ. Sovetlər-3; 69 - Cġ. Beyləqan-1;  
70 - Cġ. Beyləqan-2.    
 
iĢləri yerinə yetirilmiĢdir. Aralarındakı məsafə 500 m olmaqla, təd-
qiq olunan strukturları eninə kəsən  (cq-ĢmĢ istiqamətli)  19 paralel 
profil  iĢlənilmiĢ,  3  əlaqələndirici    profil    vasitəsilə  bağlanmıĢdır. 
MüĢahidə  nöqtələri  arasındakı  məsafə  100  m  olmuĢdur.  Dayaq 
məntəqələrində  qravimetrik  müĢahidələrin  orta  kvadratik  xətası     


 
158 
±  0,035  mQal,  sıravi  nöqtələrdə  isə  ±  0,05  mQal,  maqnitometrik 
müĢahidələrin orta  kvadratik xətası isə ± 4 nTl olmuĢdur. 
Buge  anomaliyası  və  Mezozoy  çöküntülərinin  dərinliyi  ara-
sında  yuxarıda  göstərilən  (bax:  cədvəl  6.1)  korrelyasiya  asılılı-
ğından istifadə edərək tədqiqat sahəsi üzrə Mezozoy çöküntülərinin 
dərinliyi  hesablanmıĢ  və  izohipsləri  50  m-dən  olmaqla  struktur 
xəritəsi qurulmuĢdur (Ģəkil 6.7). 
Xəritənin  ümumi  analizi  göstərir  ki,  Mezozoy  çöküntülərinin  
səthi  Ģmq-cĢ  istiqamətli  5,  cq-ĢmĢ    istiqamətli  3  kiçik    amplitudlu  
qırılma ilə doğranmıĢ və broklu quruluĢ almıĢdır. Bu çöküntülərin 
səthi tədqiqat sahəsinin Ģimal-qərbində, 3 saylı (Cəfərli) quyu rayo-
nunda 4300 m, cənub- Ģərqə doğru 

9 km məsafədə 3950-4000 m 
izohipslə qeyd olunur. Beləliklə, bu istiqamətdə 300-350 m qalxım 
müĢahidə  olunur  ki,  bu  da  yatım  bucağının 

  2

 
təĢkil  etdiyinı 
göstərir.  Cq-ĢmĢ    istiqamətində  isə  Mezozoyun  hipsometriyasında 
nəzərə çarpacaq dəyiĢiklik müĢahidə olunmur. Lakin, bunlara bax-
mayaraq  1-1  tektonik  xəttindən  cənub-qərbdə,  2-2  və  4-4  xətləri 
arasında və 4-4 xəttindən Ģimal-Ģərqdə kiçik amplitudlu lokal qal-
xımlar və diqər struktur mürəkkəbləĢmələr qeyd olunur. 
4-4  xəttindən  ĢmĢ-də,  10

17-ci  profillərin  sonlarında  qeyd  
olunan və 7-7 tektonik xətti ilə iki hissəyə bölünən lokal qalxımlar 
məlum Qaralı strukturuna uyğun gəlir. 4200 m və 4150 m izohipslə 
qapanan  bu  qalxımlar  1və  2  saylı  quyulardan  800-1000  m  Ģərqdə 
yerləĢir.  1-1  xəttindən  cənub-qərbdə  qeyd  olunan  struktur  mürək-
kəbləĢmələr Ağaməmmədli strukturunu və ondan cĢ-də qalan sahə-
ləri əhatə edir. Lakin, müĢahidə profilləri cənub-qərbə doğru davam 
etmədiyindən izohipslərin hansı forma alacağı məsələsi açıq qalır.   
Əsas    maraq  doğuran  sahə  isə  2-2  və  4-4  qırılma  xətləri  ara-
sında qeyd olunur. Burada üç yerdə izoxətlərin qapanaraq lokal qal-
xımlar  əmələ  gətirdiyi    müĢahidə  edilir.  4150  m  və  4050  m  izo-
hipslə qapanan lokal qalxımlar Pənahlı və Oruclu strukturlarına uy-
ğun gəlir. Bu lokal qalxımlar bir-birindən kiçik  amplitudlu  qırılma 
ilə (7-7 tektonik xətti boyunca) ayrılmıĢdır. 8-8 xətti boyunca Ģərq 
hissə kiçik qırılma ilə qalxmıĢdır.  


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə