V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
115 
 
11 saylı quyudan Ģimalda qeyd olunan intensiv minimum digər 
bütün paralel profillərdə də izlənir. Bu minimum zona əvvəlcə cə-
nub, sonra  isə nisbətən  cənub-Ģərq istiqamətini alır. 16, 15, 26, 11 
saylı  quyulardan  keçən  4  saylı,  29  və  8  saylı  quyulardan  keçən  5 
saylı  profillərdə,  həmçinin  6 və 8 saylı  profillər  arasında  ağırlıq 
ġəkil 5.13. Buge anomaliyası xəritəsi 
(Ģərti vahidlərlə; Bəndovan sahəsi) 


 
116 
 
 
qüvvəsi  izoxətlərinin  kəskin  dəyiĢmələri  müĢahidə  olunur  (Ģəkil 
5.13; 5.14). Bu  dəyiĢmələr həmin zonada anomaliya  yaradan küt-
lələrin müəyyən dəyiĢmələrə (struktur-tektonik, litoloji) məruz qal-
dığını söyləməyə əsas verir. 
Beləliklə,  Kür  çökəkliyinin  ayrı-ayrı  sahələrində  aparılmıĢ 
qravi-maqnit  tədqiqatları  göstərir  ki,  regional  miqyasda  nisbətən 
sakit  görüntü  yaradan  geopotensial  sahələr  iri  miqyaslı  planal-
malarda  (detal  iĢlərdə)  özünün  mürəkkəb  xüsusiyyətləri  ilə 
ġəkil 5.14. Buge anomaliyasının üçölçülü təsviri 
(Bəndovan sahəsi) 


 
117 
xarakterizə  olunur.  Geopotensial  sahələrin  lokal  dəyiĢmələrinin 
ərazidə davamlı izlənilməsi onların geoloji kəsiliĢi təĢkil edən lay-
ların  struktur,  tektonik,  petrofiziki  vəziyyətləri  ilə  bilavasitə  əla-
qədar olduğunu göstərir. Bu dəyiĢmələrin xüsusiyyətlərinin araĢdı-
rılması,  onlardan  digər  geofiziki  üsullar  kompleksində  yetərincə 
istifadə  edilməsi,  onlara  əhəmiyyət  verilməsi  geoloji  kəsiliĢi  daha 
etibarlı öyrənmək baxımından olduqca vacibdir. 
 
                    
5.2. Lokal qravitasiya maksimumlarının geoloji təbiəti 
 
Orta Kür çökəkliyində lokal qravitasiya maksimumlarının Me-
zozoy  çöküntülərinin  səthindəki  qalxımlarla  əlaqədar  olması  fikri 
bir  çox  mənbələrdə  göstərilmiĢdir  [15,  41,  61].  Bu  faktın  əsasını 
Mezozoy  (üst  TəbaĢir)  çöküntülərinin  yüksək  izafi  sıxlığa  malik 
olması  təĢkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  digər  ölkələrdə  apa-
rılmıĢ  bu  kimi  tədqiqatlarda  da  izafi  sıxlıqlı  sərhədlərlə  əlaqədar 
qalxımların  qravitasiya  sahəsində  lokal  maksimumlar  əmələ  gətir-
diyi göstərilir  [23, 24, 25, 55]. 
Yevlax-Ağcabədi çökəkliyində əldə olunmuĢ bir çox nəticələrə 
nəzər  yetirək. 1962-1963-cü illərdə qravimetrik kəĢfiyyat üsulu ilə 
Muradxanlı sahəsində aĢkar edilmiĢ lokal qravitasiya  maksimumu  
Mezozoy    kompleksində  qalxımın  olması  ilə  əlaqələndirildi    [45, 
60]. 1967-1968-ci   illərdə    bu qalxımın varlığı  ÜDN üsulu  ilə  təs-
diqləndi. 1975-ci ildə ÜDN üsulu ilə aĢkar edilmiĢ Qaralı strukturu 
[65] üzərində 1983-cü ildə aparılmıĢ qravimetrik kəĢfiyyat iĢləri bu 
sahədə  intensivliyi  0,7  mQal-a  çatan  lokal  maksimumun  varlığını 
göstərdi (S.H. Məmmədov, V.Q.Qədirov, 1984). 1986-cı ildə ÜDN 
üsulu  ilə  müəyyənləĢdirilmiĢ  Ağaməmmədli  strukturu  üzərində 
1977  və  1993-cü  illərdə  aparılmıĢ  qravimetrik  kəĢfiyyat  iĢləri  bu-
rada da 0,5-0,75 mQal intensivli lokal maksimumun olduğunu gös-
tərdi.  1977-ci  ildə  Cəfərli  sahəsində  0,5-0,8  mQal  intensivliklə 
qeyd olunan qravitasiya maksimumu əsasında Mezozoy çöküntüləri 
ilə  əlaqədar  lokal  qalxımın  olduğu  söylənildi  və  sonrakı  illərin 


 
118 
ÜDN materialları ilə təsdiq olundu. 1979-cu ildə 0,4-0,6 mQal in-
tensivli qravitasiya maksimumlarına əsasən aĢkar edilmiĢ Bozqobu 
strukturu  da  ÜDN  üsulu  nəticələri  əsasında  Mezozoy  çöküntülə-
rində  qalxım  kimi  təsdiqləndi  [65,  69].  1989-1990-cı  illərdə  seys-
mik  kəĢfiyyatın  ÜDN  üsulu  ilə  üst  TəbaĢir  çöküntülərinin  səthi   
üzrə aĢkar edilmiĢ ġm.Naftalan strukturu üzərində intensivliyi 0,6- 
0,8  mQal-a  çatan  lokal  qravitasiya  maksimumları  aĢkar  edilmiĢdir   
[65,  70].  AraĢdırmalar  Orta  Kür  çökəkliyinin  bir  çox  sahələrində 
seysmik  kəĢfiyyatla  “P”  horizontu  üzrə  müəyyənləĢdirilmiĢ  qal-
xımların  qravitasiya sahəsində lokal maksimumlarla ifadə olundu-
ğunu  göstərir  (cədvəl  5.1).  Lokal  maksimumların  intensivliyi  0,4-
1,0  mQal  və  daha  böyükdür.  Bəzi  hallarda  lokal  qravitasiya  mak-
simumları və seysmik kəĢfiyyat ilə müəyyənləĢdirilmiĢ qalxımların 
plan vəziyyətinin tam üst-üstə düĢmədiyi də rast gəlinir. 
AparılmıĢ  model  tədqiqatları  əsasında  müəyyən  olunub  ki, 
dərində  yatan  (məs.  3000  m)  izafi  sıxlıqlı  sərhədin  dərinliyi  daha  
100 m dəyiĢdikdə ağırlıq qüvvəsi sahəsində nəzərə çarpacaq dəyiĢ-
mə yaranır [74]. Praktiki ölçmələr isə göstərir ki, Yevlax-Ağcabədi 
çökəkliyində  Mezozoyun    səthinin  dərinliyinin  dəyiĢməsi    ağırlıq 
qüvvəsinin daha böyük dəyiĢmələri ilə ifadə olunur. Bu çökəkliyin 
müxtəlif  sahələrində  Mezozoy  horizontunun  quyularla    müəyyən-
ləĢdirilmiĢ dərinliyinin və həmin nöqtələrdə ağırlıq qüvvəsinin də-
yiĢmələri  müqayisə  olunmuĢdur  (cədvəl  5.2).  Göründüyü    kimi, 
bütün hallarda  Mezozoyun səthinin qalxması  (və ya enməsi) ağır-
lıq qüvvəsinin  artması (və ya azalması) ilə müĢayət olunur. Quyu-
lararası  sahələrdə  Mezozoyun  dərinliyinin  vahid  dəyiĢməsinə  uy-
ğun  gələn  ağırlıq  qüvvəsi  hesablanmıĢdır.  Bu,  həmin  quyular  ara-
sında Mezozoyun dərinliyinin dəyiĢməsinə ağırlıq qüvvəsinin gös-
tərdiyi  reaksiyadır.  Ağırlıq  qüvvəsi  dəyiĢməsinin  ən  az  qiymətə 
malik  olduğu  sahə  7  və  47  saylı  Muradxanlı  quyuları  arasında  ol-
muĢ  və  0,006 mQal/m təĢkil etmiĢdir. Bu isə həmin ərazidə  Me-
zozoyun  səthinin  100  m  dəyiĢməsi  zamanı  ağırlıq  qüvvəsinin       
0,6  mQal  dəyiĢməsi  deməkdir.  Bu  kəmiyyət    ağırlıq    qüvvəsinin  
təyin  olunma  dəqiqliyindən  6-7 dəfə böyükdür. 
                                                                                                   


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə