V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
127 
 
 
2800  m  dərinlikdə    ≈  50  m-lik  nisbi  qalxım  əmələ  gətirdiyi 
aydın olur.    
ġəkil 5.18. Profil üzrə alınmıĢ qravimetrik və seysmik məlumatların müqa-
yisəsi (Qazanbulaq sahəsi, 5 və 6 saylı qravimetrik və seysmik profillər) 
ġərti iĢarəlar: bax: ġəkil 5.17 
  


 
128 
Beləliklə,  faktiki  (quyu,  seysmik,  qravimetrik)  məlumatların 
analizi göstərir ki, Yevlax-Ağcabədi çökəkliyində müĢahidə edilən 
lokal  qravitasiya  maksimumları  Mezozoy   (üst TəbaĢir)  çökün-
tülərinin   əmələ  gətirdiyi  lokal qalxımlarla  əlaqədardır. Müxtəlif 
geoloji  səbəblərdən    (dərinlik,  strukturun  amplitudu  və  s.)    asılı  
olaraq    lokal  maksimumların  intensivliyi    0,4-1,0  mQal  arasında  
(bəzən  daha  çox)  dəyiĢir.  Bəzi  sahələrdə  lokal  maksimumların 
seysmik  kəĢfiyyatla  müəyyənləĢdirilmiĢ  qalxımlara  nəzərən  sürüĢ-
məsi təsadüf edir ki, belə sahələrdə kompleks geofiziki iĢlərin apa-
rılması məqsədəuyğun sayılır. 
AĢağı  Kür  çökəkliyində  quyularla  Dördüncü  dövr-Məhsuldar 
Qat çöküntüləri öyrənilmiĢdir. Daha dərin qatların geoloji quruluĢu 
barədə demək olar ki, geoloji-geofiziki məlumat alınmamıĢdır. 
Kəlaməddin-MiĢovdağ-Ağzıbir-Bəndovan  antiklinal  qırıĢığı 
zonasında aparılmıĢ qravimetrik tədqiqatlar qravitasiya anomaliya-
larının  geoloji  təbiətini  aydınlaĢdırmağa  imkan  vermiĢdir.  Kə-
laməddin,  Böyük  və  Kiçik  Hərami  sahələrində  5  km  radiusla  he-
sablanmıĢ  müxtəlif  intensivlikli  qravitasiya  maksimumlarının  Me-
zozoy  çöküntülərinin  strukturları  ilə  əlaqədar  olub-olmaması    ay-
dınlaĢdırılmamıĢdır. Çünki, sahənin cənub-qərbində aparılmıĢ seys-
mik  kəĢfiyyat  iĢləri  Mezozoy  çöküntülərinin  səthinin  10  km-dən 
artıq dərinlikdə yatdığını və Ģimal-Ģərq istiqamətində (monoklinal) 
enməyə məruz qaldığını göstərir. Kəlaməddin sahəsində alınmıĢ 1-
2  mQal  intensivlikli  maksimum  isə  Məhsuldar  Qat  (MQ)  çökün-
tülərinin  yer  səthinə  yaxınlaĢdığı  (və  ya  çıxdığı)  sahələrə  uyğun 
gəlir.  Ġntensivliyi  1 mQal-a çatan  Böyük Hərami maksimumu  MQ 
çöküntülərinin  monoklinal  Ģəkildə  aĢağı  düĢdüyü,  Kiçik  Hərami 
maksimumu isə MQ çöküntülərinin yer səthinə çıxdığı sahədə mü-
Ģahidə  edilir.  Böyük  Hərami  minimumu  palçıq  vulkanı  brekçiya-
larının  geniĢ  yayıldığı  sahəyə  və  vulkanın  kraterinə  uyğun  gəlir. 
Hesab  etmək  olar  ki,  Kəlaməddin-Kiçik  Hərami  sahəsində  müĢa-
hidə  edilən  intensiv  minimumlar  əsasən  palçıq  vulkanları  ilə  əla-
qədardır [64]. 


 
129 
Bəndovan  qırıĢığı  zonasında  2004-cü  ildə  “KəĢfiyyatgeofi-
zika” idarəsi  tərəfindən iĢlənilmiĢ ÜDN profilləri üzrə seysmik kə-
siliĢlər 7-8 km dərinliyi əhatə edir. Lakin, 6-7 km dərinlikdə qeyd 
olunan  Pont  mərtəbəsindən  sonra  kəsiliĢlərdə  informativlik  itmiĢ, 
geoloji  interpretasiya  üçün  yararlı  məlumat  alınmamıĢdır  (B.M. 
Qarayev  və  b.,  2007).  Ona  görə  də,  bu  rayonda  ağırlıq  qüvvəsi 
sahəsinin daha dərində yatan izafi sıxlıqlı Mezozoy  çöküntülərinin 
geoloji quruluĢu  ilə qarĢılıqlı əlaqəsi öyrənilməmiĢdir. 
Bəndovan  sahəsində  ağırlıq  qüvvəsi  sahəsinin  lokal  dəyiĢmə-
lərini  düzgün  analiz  etmək  üçün  iĢlənilmiĢ  bütün  profillərdə  sahə-
nin  dərinlik  quruluĢunun  ümumi  dəyiĢmələrini  göstərən  regional 
fon çəkilmiĢdir. Beləliklə, müĢahidə edilmiĢ sahədən lokal maksi-
mumlar  ayrılmıĢdır  (bax:  Ģəkil  5.12).  Paralel  profillər  üzrə  lokal 
maksimumlar izlənərək korrelyasiya olunmuĢ, hər profil üzrə mak-
simumların  sərhədləri  və  onların  amplitudları  müəyyənləĢdirilərək 
plana  köçürülmüĢ  və  tədqiq  olunan  ərazi  üzrə  lokal  qravitasiya 
maksimumlarının paylanma xəritəsi qurulmuĢdur (Ģəkil 5.19). 
Ərazidə ən intensiv lokal maksimum 4 və 5 saylı profilin son-
larına, 6, 7, 8 saylı quyuların yerləĢdiyi əraziyə təsadüf edir və bu-
rada maksimumun amplitudu 2 mQal-a çatır. Qeyd olunan bu sahə 
Bəndovan strukturunun MQ çöküntülərinin səthi üzrə müəyyənləĢ-
dirilmiĢ tağ hissəsinə uyğun gəlir. Strukturun Ģərq hissəsində qravi-
metrik  müĢahidə  məlumatları  olmadığından  (profillərin  sonu  də-
nizin sahilinə çatdığından) maksimumun izoxətləri qapanmamıĢdır. 
Əgər maksimumun simmetrik olduğunu qəbul etsək, onun eni 5 km 
həddində qiymətləndirilə bilər. Uzunluğu isə,  0,4 mQal-lıq izoxət-
lə götürülərsə, 

 8 km-ə çatır. Bu maksimumun uzanma oxu təxmi-
nən  Ģimal-cənub  istiqamətindədir.  ġərq-qərb  istiqamətində  maksi-
mumu  əmələ  gətirən  izoxətlər  sıxlaĢaraq,  burada  qravitasiya  sahə-
sinin daha böyük qradiyentlə dəyiĢdiyini göstərir. Qeyd olunan bu 
maksimumdan qərbdə, 15 və 16 saylı quyulardan baĢlayaraq 14 və 
22  saylı  quyulara doğru   istiqamətlənmiĢ,   təxminən 2 

  4  km ölçülü 
digər  lokal  qravitasiya  maksimumu  ayrılmıĢdır.  Onun  ən  intensiv   
hissəsi  1 və 3  saylı  profildə  qeyd  olunur  və  0,8 mQal-a çatır. 


 
130 
 
 
ġəkil 5.19. Ağırlıq qüvvəsinin lokal maksimumlar xəritəsi 
(Bəndovan sahəsi) 


 
131 
Bu  maksimumlar  bir-birindən  qravitasiya  sahəsinin  dərin  mi-
nimumlar   (≈ 1 mQal) zonası  ilə  ayrılmıĢdır. Qravitasiya minimu-
mu  zonası  isə  29  saylı  quyu  yaxınlığında  kəsilir,  sonra 

  1  km 
çənubda  yenidən baĢlayaraq 32, 31, 30, 28 saylı  quyulardan keçir 
və  Bəndovan  sahəsini  iki  hissəyə  bölür.  Həmin  zonadan  cənub-
qərbdə MQ səthinin qalxması ağırlıq qüvvəsi sahəsinin azalması ilə 
müĢayiət olunduğu halda, Ģimal-Ģərq hissədə MQ səthinin qalxması 
ağırlıq  qüvvəsinin  artması  ilə  qeyd  olunur.  Bu  mənzərə  daha 
dərində  yatan,  yüksək  izafi  sıxlığa  malik  olan  digər  struktur  mər-
təbələrin  (məs.  Mezozoyun)  dərinlik    qırılması    ilə    ayrılaraq    cə-
nub-qərb    qanadda  enməsi,  Ģimal-Ģərq  qanadda  isə  qalxması  ilə 
əlaqələndirilə bilər. 
Göstərilən  qravitasiya  minimumu  boyunca  Ağzıbir,  Aralıq, 
DovĢandağ  (Qamma) və  Bəndovan  palçıq  vulkanları  yerləĢmiĢ-
dir.  Çoxsaylı  sopka,  qrifon,  salzaları  olan  bu  palçıq  vulkanları 
AĢağı  Kür  çökəkliyinin  digər  sahələrində    olduğu    kimi  lokal  
qravitasiya  minimumları ilə qeyd olunurlar.  
34 və 32 saylı quyulardan cənub-qərb istiqamətində, təxminən 
2-3 və 3-4 km məsafədə yerləĢən, intensivlikləri 0,6 mQal-dan çox 
olan iki lokal maksimum qeyd edilmiĢdir. Onların planda eni 1 km-
dən  bir  qədər  artıq  olub,  uzunluqları  3,5-  4  km-ə  çatır.  Bu  mak-
simumlar yuxarıda qeyd  edilən maksimumlardan fərqli olaraq, təx-
minən Ģmq-cĢ istiqamətində yerləĢir. 
1 və 2-ci profillərin 25-30-cu,10, 11, 12-ci profillərin 20-30-cu 
piketlərində  də,  0,4-0,6  mQal  amplitud  ilə  müxtəlif  ölçülü  maksi-
mum anomaliyalar ayrılmıĢdır. Qeyd etmək lazımdır ki, göstərilən 
bu anomaliyalar Ģmq-cĢq istiqamətində uzanan, 0,2 mQal  izoxətlə 
ayrılan zona daxilində yerləĢmiĢdir. 
Qravitasiya anomaliyalarının MQ-nin geoloji quruluĢu ilə əla-
qəsini  aydınlaĢdırmaq  məqsədilə  ağırlıq  qüvvəsi  və  MQ-nin  seys-
mik  kəĢfiyyatla  müəyyənləĢdirilmiĢ  dərinliyi  arasında  funksional 
asılılığın mövcudluğu araĢdırılmıĢdır. Ayrı-ayrı profillərdə Δg
B
  və 
H
MQ
  arasında  korrelyasiya  görinsə  də,  bütöv  ərazi  üçün  vahid 
korrelyasiya əlaqəsi qurmaq mümkün olmamıĢdır (Ģəkil 5.20). 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə