Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   29

 
108 
də bu xalqın yarısından çoxunu qırıb. Sovet tarix ki-
tablarında  isə  onun  haqqında  belə  yazılıb:  “Rus  çarı 
əmr etdi: belarusları öldürməyin, daxmalarını yandır-
mayın, çöllərini tapdamayın”.  
Belarusların  ruslar  üzərində  son  qələbəsi  1514-
cü ildə Orşa şəhərində olub. Belarus ordusu sentyab-
rın  8-də  Moskva  knyazlığını  darmadağın  edib.  İndi 
belarus milli-demokratları bu tarixin qəhrəmanlıq gü-
nü  kimi  qeyd  olunmasını  istəyirlər.  Ötən  il  “Gənc 
Cəbhəçilər”  təşkilatının  üzvləri  həmin  günü  Belaru-
sun Rusiyaya birləşməsini təklif edən Kreml rəhbəri-
nin müqəvvasını Rusiya səfirliyinin həyətinə atmaqla 
qeyd  ediblər.  Müqəvvanın  üstünə  bu  sözlər  yazılıb-
mış: “Putin, Belarusdan əlini çək, yoxsa ikinci Orşa 
olacaq”.  Bu  hadisəyə  görə  aksiyanın  təşkilatçısı 
Dima Daşkeviç 15 sutka alıb. 
Bu  xalqın  uzun  əsrlər  boyu  göstərdiyi  müqavi-
mət  1796-cı  ildə,  Belarus  Rusiyanın  tərkibinə  qatı-
landa qırılıb. Bütöv bir xalqın taleyini yönləndirənlər 
ona yeni tarix də yazıblar, başqa sovet xalqlarının ta-
rixini yazdıqları kimi... 
  
 
Sovet İttifaqı rus imperiyasının  
kulminasiya nöqtəsidi 
 
Belarus xalqının faciəsi sovetlər dönəmində özü-
nün  son  həddinə  çatıb.  Bu  yerlər  “qırmızı  terror”un 
çiçək  açdığı  diyar  olub.  Əsl  soyqırımı  1939-cu  ildə 
Polşa  faşistlərlə  kommunistlər  arasında  bölünəndən, 


 
109 
Belarusun  qərbi  ilə  şərqi  “birləşdiriləndən”  sonra 
başlayıb.  NKVD  “qərbli”lər  arasında  daha  amansız 
repressiya  aparıb.  Yürüdülən  siyasət  xalqı  parçala-
mağa  xidmət  edib  –  şərqli  provaslavları  qərbli  kato-
liklərlə üz-üzə qoymağa çalışıblar. İkinci Dünya mü-
haribəsində Belarus xalqı 1654-1667-ci illər savaşın-
dan sonra ən çox itkiyə məruz qalıb, bu xalqın dörd-
də biri məhv edilib. 
Yaşlı nəsil belarusları daha çox partizan xalq ki-
mi tanıyır. “Bataqlıqlar arasında, düşmən əhatəsində 
qanlı  mübarizə  aparan  qəhrəman”  sovet  ədəbiyyatı-
nın,  kinosunun  ən  çox  müraciət  elədiyi  obrazlardan 
idi. Malodeçni rayonunun qoca sakinləri isə partizan-
lar haqda belə deyirdilər: “Partizan dəstələri yaradıla-
nadək almanlar yerli əhali ilə normal davranırdı. Belə 
dəstələrin  yaradılması  əmri  Moskvadan  verilmişdi. 
Əhalinin almanlara rəğbəti yox idi, hər halda işğalçı 
idilər, amma ilk illər onlara dərin nifrət bəslənmirdi. 
Qırğınlara  partizan  dəstələri  peyda  olandan  sonra 
başladılar.  Elə  fikirləşirdilər  ki,  yerli  əhali  parti-
zanlara yardım edir... Azuqəmizi almanlar da əlimiz-
dən alırdı, partizanlar da. Onlar çox vaxt ərzağın pu-
lunu,  heç  nəyə  yaramasa  da,  verirdilər,  “bizimki-
lər”sə  dədələrinin  malı  kimi  –  müftə  aparırdılar. 
Kəndləri almanlar da yandırırdı, partizanlar da”.  
Üzü qırışlı, ağzı dişsiz olduğundan çənəsi burnu-
na  yapışan  başqa  bir  qocadan  isə  bunları  eşitdim: 
“Əvvəl-əvvəl almanların bizimlə işi yox idi, özlərini 
aparmalarından  elə  bilirdik  ki,  bura  uzun  müddətə 
gəliblər,  odur  ki,  yerli  əhali  ilə  münasibəti  pozmaq 


 
110 
istəmirdilər.  Bir  alman  əsgəri  məzuniyyətdən  qayı-
danda xiyar toxumu gətirib əkmişdi. Tağ əməlli-başlı 
bar  gətirmişdi.  Gizlətmirəm,  ilk  dəfə  qarnımız  al-
manlar gələndə doyub. Onlar kolxozları dağıdıb əhali 
arasında böldülər... Bizə qarşı vəhşiliyi əvvəl NKVD, 
sonra  da  SS  nümayəndələri  etdilər.  Yerli  polislər, 
başqa  xalqlardan  seçilmiş  “cəza”  dəstələri  daha 
amansız  idi.  Camaatımızsa  vuruşmaq  istəmirdi.  Elə 
qardaşlar vardı ki, biri partizan, o biri almanlar tərəf-
dəydi.  Axşam  bir  evdə  yatır,  səhər  o  başdan  durub 
hərə öz dəstəsinə gedirdi. Adamlar yalnız sağ qalmaq 
haqda düşünürdülər”.  
 
*** 
 
Bu  ölkənin  müxtəlif  yerlərində  görüşdüyüm  in-
sanlarla  elədiyim  söhbətlər  başqa  bir  təsəvvürümün 
də yanlış olduğunu üzə çıxardı. Sovet dövründə bela-
rusların və ukraynalıların xüsusi statusa malik olma-
ları  xeyli  şişirdilib.  Müəyyən  sahələrdə,  məsələn, 
yüksək  dövlət  və  hərbi  vəzifələrdə  onlara  üstünlük 
verilsə  də,  milli  məsələlərdə  belarus  xalqı  ilə  daha 
amansız  rəftar  edilib.  Belarus  vətənpərvərləri  bu 
ögey münasibəti unutmaq istəmirlər... 
Kommunistlərdən söhbət düşəndə sürücümüz də 
üz-gözünü turşudurdu. O, uzaqda, yamyaşıl meşənin 
üstündə burulan dumana bənzər dümağ tüstünü gös-
tərib deyirdi: “Yanan torfdur. Sovetlər sonrasını dü-
şünmədən  bataqlıqları  qurutdular.  Nəticədə  ekoloji 
fəlakət  yaranıb.  Bir  balaca  quraqlıq  olan  kimi  torf 
yanmağa başlayır”.  


 
111 
Daha ağrılı hadisəni başqa bir həmsöbətim danı-
şır: “Çernobıl hadisəsi vaxtı radiasiyalı buludlar Be-
larus  üzərindən  Moskvaya  doğru  uçurdu.  Bilirsiniz, 
neylədilər?  Toplarla  vurub  buludların  səmtini  Bela-
rusa  yönəltdilər.  Uzun  müddət  başımıza  şüalı  yağış 
yağdı. Bu da Moskvanın bizə sevgisi”. 
 
 
Lukaşenko erası 
 
Belarusda  imzalanan  Belovejsk  müqaviləsi 
SSRİ-ni yaradan respublikalara müstəqillik bəxş elə-
sə  də,  tarixi  sammitə  ev  sahibliyi  edən  millət  əsl 
azadlıq  sevincini  çox  az  yaşadı.  İndi  belaruslar 
Stanislav  Şuşkeviçin  rəhbərlik  illərini  demokratiya 
dövrü  kimi  xoş  təəssüratla  xatırlayır.  1994-cü  ildən, 
ölkənin tarixində keçirilən ilk və son azad seçki sov-
xoz direktoru, sonralar isə “Bilik“ cəmiyyətinin təli-
matçısı işləmiş Aleksandr Lukaşenkonun qələbəsi ilə 
nəticələnəndən  Belarus  geriyə  –  “ittifaqa”  sürüklən-
məyə başladı.  
“Nomenklatura  və  təqaüdçülərin  hakimiyyəti” 
(ifadə bir belarus jurnalistinə məxsusdu) bərpa edildi. 
Prezidentlik fəaliyyətinə Belarusun milli atributlarını 
–  bayraq,  herb  və  himnini  dəyişməklə  başlayan 
Lukaşenko  həm  də  rus  dilinə  dövlət  statusu  verdi. 
Çox  tezliklə  onun  Rusiyaya  maksimum  inteqrasiya 
siyasəti yürüdəcəyi məlum oldu. Rusiya ilə razılaşdı-
rılmış xarici və daxili siyasət aparıldı. Nəticədə Bela-
rus Rusiyanın satellitinə çevrildi. Yerli mütəxəssislər 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə