Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə22/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 
94 
barmaqlarının  sümük  tək  möhkəmliyi  onlara  toxun-
madan da duyulurdu. Bunu duymağa təmas lazım de-
yil ki, elə heyran bir baxış da yetərdi. Barmağındakı 
iri firuzə qaşlı gümüş üzük isə incə yar belinə dolan-
mış kəməri xatırladırdı. 
“Nənəmdən qalmadı”. Pərtliyə bənzər bir duyğu 
içimdən elə sürətlə gəlib keçdi ki, düz-əməlli kəsdirə 
bilmədim.  Barmaqlarına  baxdığımı  görübmüş.  Gör-
məyinə görmüşdü, necə baxdığımı da duymuşdumu?  
Durub fincanlara yenə qəhvə süzmək üçün mətbə-
xə keçəndə anladım ki, məni heyran edən tək bu insan, 
onun  bu  əlləri,  bu  barmaqlar  deyil,  həm  də  cürbəcür 
çərçivədən boylanan kişi, qadın, uşaq, qoca, at belində, 
çəmənlikdə,  fotostudiyada,  ayaqüstü,  oturulu,  uzanılı, 
ciddi, şən, tək, birgə, ağ-qara, sarımtıl şəkillər arasında-
kı bir cüt gözdü. Ürkək baxışlı mələksima bir qız...  
Bəlkə də, əlli il əvvəl çəkilmiş bu şəkil Hollivu-
dun  ilk  dövrlərindəki qadın  aktrisalarının  retro  foto-
larına  bənzəyirdi.  İnqrid  Berqmanın  “Kasablanka” 
filmindəki  canalan  çöhrəsini  xatırlayırsanmı?  Bax, 
elə o idi. Bu, məsum bir qızın sevdiyi oğlandan sevgi 
etirafı eşitdiyi günün ilk yuxusuz gecə yaşantılarının 
çöhrəsində  çiçəkləyən  sevincinin  əksi  idi.  İlahi,  bu 
gözəlliyi yaratmaqda qəsdin nəymiş? 
 
*** 
 
Həmin  gecə  söhbətimiz  xeyli  çəkdi.  Saatın  əq-
rəbləri  zamanı  sürüyüb  səhər  4-ə  çatdıranda  məni 
söhbətə tutduğundan narahat oldu, səhər tez duraca-
ğımı yəqin eləyib yatmamı istədi. Mənimsə günorta-


 
95 
yacan heç bir işim yox idi. Yuxuya da elə xəyal labi-
rintində azaraq getdim. 
...  Yuxudan  royal  səsinə  oyandım.  Kimsə  bir  mu-
siqinin  eyni  yerindən  başlayır,  çalır,  çalır,  çaşır,  daya-
nır, təkrar həmin yerdən davam edirdi. Tez-tez kəsilsə 
də, pauzalar arası çalğı füsunkar bir əsərdən xəbər ve-
rirdi.  Sonra  səs  tamam  kəsildi.  Amma  hüzur  çox  sür-
mədi, bu dəfə sükutu royalın səsi bir başqa cür pozdu.  
Ecazkar səsə bir sıçrayışla qalxdım. Qapını azca 
araladım.  Çalan  o  idi.  Görünür,  uzun  barmaqları  ro-
yal  dillərinin  dilini  yaxşı  bilirdi,  sevgili  əli  kimi  tu-
marlayıb ram eləmişdi. Bu təmasdan doğan qığılcım 
insan  qəlbinin  ən  qaranlıq  guşəsini  belə  işıqlandır-
maq gücündəydi, inan. Qəfil aydınlıq bir qəlbin baş-
qa  bir  könülə  uzanan  tellərini  diksindirir,  utancaq 
hisdən  bu  saat  qopacaqmış  kimi  əsdirirdi.  Köhnə, 
nimdaş,  illərin  kədərini  canına  çəkibmiş  kimi  rəngi 
qaralmış,  lakin  bir  andaca  gənclik  həvəsi  ilə  alovla-
nan, yeni tapdığı eşqə təkrar doğuş ümidi ilə can atan 
qocaya  bənzəyən  bu  royal  o  səsi  necə  çıxarırdı,  o 
ehtizaza necə gəlirdi? Royalı kimi özü də qürurlu gö-
rünən 70 yaşlı qadındanmı? Sanki o, royalı çalmırdı, 
onunla qol-boyun idi, sevişirdilər…  
Ona yandan baxırdım. Bədəni at belindəymiş ki-
mi  işvəkar  titrəyişdəydi.  Saçları  dağılmışdı,  ta  ax-
şamkı  tək  tumarlı  deyildi.  Sifəti  uzanmışdı,  boynu 
sanki  boğaz  qırışlarını  gizlətmək  üçün  çiyinlərinə 
batmışdı.  Otağın  divarlarında  saysız-hesabsız  çərçi-
vələrdən  boylanan  fotolardakılar  böyük  bir  konsert 
salonunun tamaşaçılarıydı elə bil. İlahi musiqiyə do-


 
96 
nub  qalmışdılar.  “İnqrid  Berqman”  da  donmuşdu, 
aralı qapı dalından gah ona, gah da konsert çıxarana 
baxan oğlan da heykəlləşmişdi. Donmayan tək o idi.  
“Qadın bədəni skripka kimidi, onu səsləndirmək 
üçün gərək əla çalğıçı olasan!” Cerom Selincer, sənin 
bu  sözlərin  çox  dəqiqdir,  amma  bu  dəfə  royal  özü 
qadın bədənini dilləndirirdi!.. 
Musiqini  bitirib  üzünü  yanındakı  qızcığaza  tut-
du. Yazıq qız onun açdığı dəsgaha heyran qalmışdı. 
Qapını  açıb  sehrli  otağa  girdim.  Çevrilib,  “Bağışla-
yın,  sizi  oyatdıq,  hər  gün  12-də  şagirdlərim  gəlir” 
dedi. Saata baxdım, birə qalırdı… 
 
*** 
 
...  Növbəti  gecə  əvvəlkinin  davamıydı  elə  bil. 
Onunla  birlikdə  olmaqdan,  danışdırıb  tamaşasına 
durmaqdan  dərkolunmaz  zövq  alırdım.  Ovqatıma 
otağın  üçüncü  sakini  –  divardakı  “İnqrid  Berqman” 
da xüsusi rəng qatırdı. Baxışlarımın divardakı şəkil-
lərdən birinə tez-tez zilləndiyindən duyuq düşmüşdü. 
Deyəsən, elə hansı şəklə baxdığımı da hiss eləmişdi. 
Bəlkə  də,  ona  görə  məni  şəkillərlə  tanış  edəndə 
“İnqrid Berqman”ımın üstünə gəlmədi: “Bu, atamdı, 
həkim idi. Bu, nənəmin cavanlığıdı – bu üzüyü mənə 
bağışlayan  nənəmin.  Bu,  mənəm  -  üç  yaşındayam. 
Burdakılar  babamın  külfətidi,  görürsünüz  nə  çoxdu-
lar? Ta belə ailə şəkilləri çəkdirən yoxdu heç.  
Bu isə Paracanovdu. Vurulmuşdu mənə. Tanıyırsı-
nızmı onu? Yerlinizdi. Qafqaz təkcə qəddar bolşeviklər 
yetişdirməyib,  dünyaya  belə  sənətkarlar  da  bəxş  edib. 


 
97 
Qafqazlıları sevirəm. Sizdə azadlıq ruhu güclüdür. Çox 
şeyi  itirsəniz  də,  ruhunuzu  qoruya  bilmisiniz.  Paraca-
novla  burda,  bu  otaqda  uzun-uzun  söhbətlər  edərdik. 
60-cı illərdə başı çox çəkdi onun. 139 intellektual Brej-
nevə siyasi məhkəmə proseslərinin dayandırılması tələ-
bi ilə etiraz məktubu yollamışdı. Onun imzası birinciy-
di.  Elə  buna  görə  çox  çək-çevir  elədilər,  tutdular  da. 
Maraqlı  adamıydı.  Dahiydi.  Onun  filmlərinə  baxmısı-
nızmı?” “Aşıq Qərib”i görmüşəm” dedim.  
Konyak  qədəhini  qaldırdıq,  “Kiyev  veçernıy” 
qutusundan adama bir şokolad götürdük, başı ilə işa-
rə elədi, sağlıqsız-zadsız içdik.  
Sergey  Paracanovun  şərəfinə  içdiyinə  şübhə  yox 
idi. Mənisə anlamadığım hislər bürümüşdü. Nə edəcə-
yimi, nə deyəcəyimi bilmirdim. Özümü saxlamayıb “O, 
ermənidi”  dedim,  “Ermənilər  bizim  düşmənimizdi”. 
Uzun,  sicilləmə  dastan  açdım.  Az  qala  bütöv  bir  tarix 
danışdım.  Dağıdılan  şəhərimdən,  evimdən  danışdım. 
Çəkdiyimiz  zillətdən  danışdım.  Göz  qırpmadan,  nəfəs 
dərmədən  qulaq  asdı,  hövsələylə  dinləməyinin  səbəbi 
söhbətin  maraqdan  çox,  onun  tərbiyəsindən  gəldiyini 
susanda  bildim.  “Paracanov  belə  eləməzdi”  –  deyib 
yatmaq vaxtına işarə kimi ayağa qalxdı. 
 
*** 
 
... Növbəti axşam evə əlidolu gəldim; xeyli şirniy-
yat, quru meyvə almışdım. Konyak da vardı, elə axşam 
içdiyimizdən  –  “Krım”  konyakı.  Yenə  onun  xəfif 
təbəssümü, isti baxışları, məhrəm qayğısı, nəvaziş dolu 
aurası... yenə “İnqrid Berqman”ın cazibəli çöhrəsi...  


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə