Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 
90 
yardı,  cənnət  elə  bura  deyirlər.  Cənnətin  azadlığı, 
azadlığın cənnəti... Qırğız dostlar neçə ildir inqilabdan 
sonra  bu  azadlığın  boğulmasından  danışırdılar.  Taxt-
dan salınıb indi doğma yurdu Cəlalabada sığınan pre-
zident  Bakiyev  ümidləri  doğrultmadı,  öz  siyasətiylə 
“Orta Asiyanın azadlıq adası” kəlməsini də yazılardan 
pozdu.  Yaddaşıma  azadlıqlar  oylağı  kimi  hopan  ölkə 
qara qan rəngindədi. Azadlığı qırmızı rəngdə görənlər 
yanılırlar, lap iki yüz ilin inqilabçıları da. 
... İndi yadıma düşdü ki, yazının əvvəlində dedi-
yim o sözlər Alber Kamyuya məxsusdu. Onun “Yad” 
əsərində  yazdıqları  daha  dəqiq  belə  səslənir:  “Bu 
dünyada bircə gün  yaşamış adam da heç bir əziyyət 
çəkmədən  yüz  il  türmədə  keçinə  bilər.  Onun  darıx-
mamaq üçün nə qədər desən xatirəsi olacaq”.  
 
9 aprel 2010 
 
 
 
 
 
 
 
 
 
 
 


 
91 
 
Yelena 
 
Ötən bazar yuxudan piano səsinə ayıldım. Qızı-
mın imtahan sonrası başladığı yeni əsəri elə ilk notla-
rındanca  tanımışdım.  Əvvəl-əvvəl  bu  çalğını  haçan 
eşitdiyimi xatırlaya bilməsəm də, məhrəm bir musiqi 
olmasına şübhə yox idi. Uzun illərdən sonra çox əziz 
adamla qəfil rastlaşmışam kimi sevincək olmuşdum.  
Çalğını  kəsməsin  deyə,  o  biri  otağa  girmədən, 
elə qapının azca aralı yerindəncə qulaq kəsilmişdim. 
O səhər qızım çox doğma bir xatirəmə işıq saldı... 
 
*** 
 
1995-ci ilin qarlı-şaxtalı dekabr gecəsi Ukraynanın 
tanınmış  hüquq  müdafiəçisi  Nataliya  Belitser  məni 
aeroportdaca qarşılayıb yolboyu səfər proqramıyla tanış 
eləyəndə heç ağlına da gətirməzdi ki, Kiyevi xatirələri-
min ən şirin, yaddaşımın ən diri qatında saxlayacaq ha-
disə  onun  sadaladığı  tədbirlər  siyahısındakılar  yox, 
gündəlikdə qeyd eləmədiyi görüş olacaq.  
Kiyevin  mərkəzindəki  qədim  binalardan  birində 
kirayələnmiş evə çatanda yuxusuzluqdan kirpiklərim 
söyüd  budağı  kimi  sallanırdı.  Dərhal  yataram  deyə 
birbaşa  yatağa  girsəm  də,  yan  otaqdan  gələn  iki  qa-
dın  səsi  söz-söz  süzülüb  qulaqlarıma  axdıqca  yuxu-
nun qaranlıq aləmi işıqlanır, əvvəl beynimin qırışları-
nı açır, sonra da gözümün qapaqlarını qaldırırdı.  
Otağın  həyat  nişanəsi  qapının  döşəməyə  toxun-
mayan  küncündən  içəri  süzülən  qonşu  otağın  işığı, 


 
92 
bir  də  elə  həmin  otaqdan  gələn  nəvazişli  qadın  səsi 
idi. Xəfif işıq, titrək səs günəşə könül verən gecənin 
səhər pıçıltısına bənzəyirdi.  
Yerimi  dəyişdiyim  ilk  gecəni  həmişə  pis  yatı-
ram, yenə yuxum qaçmışdı. Qapının o üzündəki ma-
raq dolu həyat da bir tərəfdən gecə yuxusunun bağrı-
na xəncər kimi sancılmışdı.  
 
*** 
 
…  Yuxumun  söhbətlərinə  görə  qaçmadığına 
inandıra  bilmədim  onları.  Qadınlardan  biri  “gecdir” 
deyib  getdi.  Qonşusunu  ötürüb  qayıdan  ev  yiyəsi 
“Raz nam ne spitsya, toqda prodoljim” dedi və cavab 
gözləmədən nənəmin cehiz kamodunu xatırladan yüz 
ilin  şkafından  balaca  qədəh,  boşqab,  qaşıq  çıxardı. 
Stolun  üstündəki  şokolad  qutusunun  ağzını  açdı. 
Qəhvə  dəmləmək,  şabalıd  qovurmaq  üçün  mətbəxə 
keçdi. 
Nikolay  dövrü  intelligentlərinin  evini  xatırladan 
böyük otaq mənzilin tən ortasını tuturdu. Burdan üç 
qapı  açılırdı:  biri  mən  yatana,  ikincisi  dəhlizə  və 
onun  sonundakı  mətbəxə,  üçüncüsü  də  böyük  ehti-
malla ev sahibəsinin yataq otağına.  
Sonuncu iki qapı arasında təmtərağı çoxdan get-
miş  qara  rəngli  royal  dururdu.  Küncdəki  iri  kəfgirli 
saat  qürurunu  saxlamağa  çalışan  mühacir  çar  gene-
ralları  kimi  dik  dursa  da,  köhnəlmişdi,  solan,  qopan 
yeri  çox  idi.  Otağın  o  biri  küncündəki  kreslonun  ar-
xasında abajurunun bir lenti qopmuş uzun gecə lam-
pası otağın alaqaranlığına xüsusi fon verirdi.  


 
93 
Diqqəti ən çox çəkən isə dörd divar boyu saymaqla 
bitməyən,  cürbəcür  çərçivələrdəki  köhnə  fotolardı. 
Otağın ortasında qoz ağacından hazırlanmış zindan tək 
ağır  stolun  elə  yerində  oturmuşdum  ki,  səmtim  saat 
dirənən divara sarıydı, elə bu divardakı şəkilləri görür-
düm. Tək bir divarda əlliyədək şəkil saya bildim, sonra 
sayı  qarışdırdım  –  qovrulmuş  şabalıdın  qoxusu  özün-
dən əvvəl gəldi, arxasınca qəhvə ətri, sonra da konya-
kın tünd iyi qovuşdu bir-birinə.  
Sahibəmin süfrəsi ürəyi kimi açılmışdı, nəyi var-
dısa  düzmüşdü.  Bu,  heç  də  yeni  tanışı  qarşısında  əl-
dən-ayaqdan gedən dul qadının özünü təqdimi deyildi, 
“nə  üçün  yaşadım”  sualı  haqda  düşünmək  belə  istə-
məyən,  həyatdan  heç  bir  umacağı  qalmayan,  əksinə, 
həyatın  fövqünə  çıxmış,  ancaq  gənclik  ehtiras  və  tə-
kəbbürünü, köhnə zamanların aristokrat ədalarını hələ 
də saxlamış 70 yaşlı qadının qonaqpərvərliyi idi.  
Yelena İbraqimova. Arıq bədən, dik qamət, uzun 
boğaz, ucu azacıq sivri burun, yandan ayrılıb çiyinlərə 
tökülən  saç  -  hamısı  sanki  bir-birinə  simmetrik  oxla 
nizamlanmışdı.  Onun  sakit,  ehmallı  tərpənişi,  yaşına 
uyğun  olmayan  kəpənək  uçuşu  yüngül  yerişi,  dodağı 
hələ öpüş görməyən qızlar kimi yarı utancaq, yarı da 
şıltaq  təbəssümü  otağın  beyin  qırışlarını  açan  qəhvə 
qoxusu, göz qaraldan zəif lampa işığı ilə harmoniyada 
idi. Səsi səhər ibadətindən qayıdan rahibə səsinə oxşa-
yırdı – mərhəmət yanğılı tembrdə xəfif xırıltı da vardı. 
Balaca nəlbəkiyə çiyələk mürəbbəsi çəkib qarşı-
ma  qoyanda  əlinin  qırışı  altda  qabaran  damarların 
göy-qırmızı rəngi dolmuş bulud kimi tünd idi. Uzun 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə