Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə17/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 
74 
sında  Yaxın  Şərq  üzrə  rəsmisi  Corc  Montqomerinin 
(George  Montgomery)  cədvəllərinə,  həmçinin  İstan-
buldakı  Erməni  Milli  Şurasının  rəqəmlərinə  əsaslana-
raq  sübut  edir  ki,  həmin  dövrdə  ölənlərin  sayı  iddia 
edildiyi  kimi,  milyon  yarım  yox,  642  min  olub.  "Hə-
min dövrdə heç bir ölüm statistikası mövcud deyildi".  
Bu kitabda ən vacib məqamlardan biri də Henri 
Morgentaunun  məktublarıdı.  1912-ci  ildə  Vudro 
Vilsonun prezident seçkiləri kampaniyasına rəhbərlik 
etmiş  Henri  Morgentau  1913-cü  ilin  noyabrından 
1916-cı  ilin  fevralınadək  İstanbulda  ABŞ-ın  səfiri 
olmuş,  eyni  zamanda,  Türkiyə  ilə  müharibə  aparan 
Antantanın marağını təmsil etmişdi.  
Morgentau ABŞ dövlətinin müharibə siyasətində 
qələbə  çalmasına  yardım  etmək  üçün  öz  təklifini 
prezident  Vilsona  1917-ci  il  noyabrın  26-da  yazdığı 
məktubla  bildirir.  Burada  Morgentau  müxalifət  və 
müharibəylə  bağlı  ümidsizliyini  ifadə  edir  və  bu 
vəziyyətdə  dəyişiklik  yarada  biləcək  bir  kitab  dərc 
edə biləcəyini yazır:  
“Elə bir kitab yazmaq istəyirəm ki, təkcə Al-
maniyanın  Türkiyə  və  Balkanlara  nüfuz  etməsini 
deyil,  eyni  zamanda  dünyanın  istənilən  ölkəsində 
meydana gələn bu tipli sistemi faş edə bilim. Tür-
kiyəyə  gəldikdə,  burada  biz  Almaniyanın  ən  zə-
hərli halda ziyanlı təsirini görürük – bu isə yaşın-
dan asılı olmayaraq hər bir kəsin qətlə yetirilmə-
sində,  köməksiz  erməni  və  suriyalıların  dəhşətli 
şəkildə  öldürülməsində  kulminasiya  nöqtəsinə 
çatdı. Bu əhvalatın belə bir ayrıca detalı və Alma-


 
75 
niyanın bu işi təşviq etməsinə gəlincə, düşünürəm 
ki, kiçik şəhərlərdə və rayonlarda yaşayan ameri-
kalılara  müraciət,  onları  nəticəsi  qələbə  olacaq 
müharibə  aparmaq  siyasətinə  inandırmağın  ən 
uğurlu vasitəsi olardı”
3

Burada  erməni  qırğınlarının  miqyası  və  mahiy-
yəti  qəsdən  təhrif  olunur.  Türkiyənin,  əslində  onun 
müttəfiqi Almaniyanın düşmən obrazı ABŞ hökumə-
tinin  okeanın  o  tayında  müharibə  siyasətinə  bəraət 
qazandırmış olur.  
Təklif qəbul edildi və sonralar ermənilərin ermə-
ni  soyqırımına  görə  istinad  edəcəkləri  əsas  sənəd 
1918-ci  ildə  “Səfir  Morgentaunun  xatirələri”  (“Am-
bassador  Morgenthau’s  Story”)  adlı  kitab  şəklində 
nəşr olundu. Onun bu təklifi sonralar başqa ölkələrə 
münasibətdə  də  təzyiq  siyasəti  kimi  istifadə  olunan 
yeni təhdid üsuluna, “soyqırımı” terminli siyasi oyun 
alətinə çevrildi. 
 
 
Erməni elmi 
 
“Armenianew.com”  saytı  yazır  ki,  Ermənistanın 
Milli  Elmlər  Akademiyasının  Molekulyar  Biologiya 
İnstitutu  ermənilərin  genetik  tərkibini  öyrənmək 
üçün elmi tədqiqatlar aparır. İndiyədək 2500 erməni 
bu tədqiqata cəlb olunub. DNT testi pulsuzdu. Höku-
                                                 
3
 Guenter Lewy. “The Armenian Massacres in Ottoman 
Turkey: A Disputed Genocide”, p. 140. The University of 
Utan Press, 2005 


 
76 
mət bu elmi tədqiqat üçün adambaşına 30 min dram 
(81 dollar) ayırır. İdeyanın müəllifi və institutun pro-
fessoru  Levon  Yepiskoposyan  güman  edir  ki,  belə 
təcrübələr sayəsində ermənilərin tez-tez təhrif edilən 
genetik  təkamülünü  və  soy  tarixini  bərpa  etmək 
mümkün  olacaq.  “Bizim  üçün  çox  vacib  olan  belə 
bir qənaətə gəlmişik ki, ermənilər Sünik əyalətin-
də və Dağlıq Qarabağda şüurlu insan görünməyə 
başlayandan,  yəni  40-50  min  il  əvvəldən  yaşayır. 
Belə tədqiqatlar qonşu Azərbaycanda və Gürcüs-
tanda  aparılmır,  çünki  bu  millətlər  kifayət  qədər 
homogenous, yəni yekcins deyil”
4
.  
Ermənistan  dövləti  bu  tədqiqata  milyonlarla  pul 
ayırır ki, Xocalı “Holokost”unu, Ağdam “Xirosima”sı-
nı  törətdiyi  ərazilərdə  40-50  min  il  əvvəl  ermənilərin 
yaşadığını  sübut  etsin.  Mənim  genetik  yaddaşımsa  de-
yir ki, 40-50 min il əvvəl bu ərazilərdəki məxluqlar hələ 
təzə-təzə bellərini düzəldib dik gəzməyi öyrənirdilər.  
 
 
Bizi erməni qızdırmasıyla  
xəstələndirməyin! 
 
... Xocalının qisası Ermənistanda başqa bir “Xo-
calı qırğını“ törətməklə alına bilməz. Bu qırğının ba-
iskarları  ədalət  məhkəməsinə  veriləndə  (Nürnberq 
məhkəməsi kimi) və bu faciəyə görə erməni ziyalıla-
                                                 
4
 Burda oxu: 
http://www.armenianow.com/news/21032/armenian_genetic
_history 


 
77 
rı, sonra da bütün erməni xalqı səmimi şəkildə təəs-
süf və xəcalət çəkəndə (Holokosta görə xəcalət çəkən 
almanlar kimi) məsələyə son qoyulacaq.  
...  Ədalətin  bərpa  olunması  düşmənə  nifrətdən 
yox,  Qarabağa  sevgidən  keçir.  Nifrət,  kin  bir  hiss 
olaraq  ilk  növbədə  onun  bəsləndiyi  obyekti  yox,  öz 
mənbəyini – insanın özünü məhv edir. İnsanı içindən 
yeyir,  adamı  insanlıqdan  çıxarır.  Nifrət  insan  mənə-
viyyatını korlayır, onu obyektivlikdən uzaq, rasional 
düşüncədən məhrum edir.  
... Dünyada körpə qəlbində nifrət əkmək, bu nif-
rəti illərlə becərmək, ondan qatil yetişdirməkdən ağır 
günah tanımıram. Belə bir cinayətə bəraət verən qa-
nun və belə bir günahı bağışlayan din də tanımıram. 
... Tibbdə adına “dövri erməni xəstəliyi” deyilən 
bir xəstəlik var. Ərəb, yəhudi, bəzən türklər kimi Ya-
xın  Şərq  xalqlarına  şamil  edilsə  də,  adı  ermənilərlə 
bağlıdı. Adətən qarın boşluğunda ağrılar yüksək  hə-
rarətlə müşayiət olunur. Amma mən “erməni nifrəti” 
adlı başqa bir xəstəlik də tanıyıram. Bunu yalnız on-
larla  qonşuluqda  yaşayanlar  bilir.  Epidemiya  səviy-
yəsinə  çatmış  bu  xəstəliyin  yayılma  təhlükəsi  var, 
mən  belə  bir  virusun  bizə  də  keçməsini  istəmirəm. 
“Nifrət xəstəliyini”, bu virusu canımıza salmayın!  
Məni eşitsəydilər martın 4-də ABŞ-da qətnaməyə 
səs verən konqresmenlərə deyərdim: “Henri Morgen-
tau  siyasətindən  başlayan  yalana  inanmayın!  Ədalət 
siyasətin yanında olmur. Ədalət vicdanın içindədi. Biz 
1915-ci  ilin  erməni  qırğınına  da,  1992-ci  ilin  Xocalı 
qırğınına  da  ədalət  istəyirik.  Nə  qədər  ki,  NİFRƏT 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə