Vahid qazi


Şahmat taxtasında beysbol



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 
66 
 
Şahmat taxtasında beysbol 
Genosid düşüncələri 
 
On  yaşlı  oğlum  məktəbdə  kağızdan  düzəltdiyi 
ucu  şiş,  gövdəsi  yoğun  “qanadlı  raket”  bağışlayıb 
məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elə-
di. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşa-
ğısındakı  uzun  nərdivan  onun  nəhəngliyindən  xəbər 
verirdi.  Özü  də  sovetin  SS-20  uzaqvuran  raketinə 
oxşayırdı.  Urandan  alınan  o  zəhrimarı  da  əlavə  elə-
yəndə buna atom bombası deyirlər...  
Hədiyyəni qəbul eləsəm də, 23 fevralın 1920-ci ilin 
aprelində  müstəqilliyimizə  son  qoyan,  70  il  bizi  əsa-
rətdə  saxlayan,  1990-cı  ilin  yanvar  qırğınını  törədən, 
Qarabağın  işğalında  ermənilərə  kömək  edən  sovet  or-
dusunun,  yəni  bizə  yad,  düşmən  bir  ordunun  yaranma 
tarixi olduğunu dedim oğluma. Bu naftalin qoxulu “23 
fevral bayramı” söhbətinə görə mənim adımdan müəlli-
minə etirazımı bildirməsini tələb etdim.  
Sonra  niyə  məhz  raket  düzəltməsiylə  maraqlan-
dım. Onunla söhbətdən qısa bir dialoqu olduğu kimi 
yazıram. 
– Niyə ayrı şey yox, raket düzəltdin? 
– Xoşuna gəlmir? 
– Gəlir. Maraqlıdı.  
– Bunun əsli olsa, atarsan Ermənistana? 
– Niyə? 
– Mən ataram.  
– Bilirsən nə qədər şəhər, kənd dağılar onda? 


 
67 
–  Dağılsın!  Bəs  onlar  Ağdamı  niyə  dağıdıblar? 
Yadına  gəlir,  bir  kaset  gətirmişdin,  nənəm  sağıydı 
onda, baxıb necə ağlamışdı? 
–  Sən  bu  raketi  atsan,  orda  da  çoxlu  adam  ölə-
cək. Analar, atalar, nənələr, babalar, uşaqlar öləcək. 
– Ölsün! Xocalıda qocaları öldürəndə, uşaqların 
gözünə siqaret basanda, qulaqlarını, başlarını kəsən-
də yaxşıydı? 
Bu sözləri ona mən deməmişdim. 10 yaşlı uşağa 
deyə bilməzdim... Ev, yol, məktəb, radio, televiziya... 
O faciənin ağır hənirtisinin gələn vaxtıdı – üç gündən 
sonra Xocalı qırğınının 18 yaşı olacaqdı.  
–  Onu  eləyənlər  başkəsəndi,  qatildi,  sən  də  qatil 
olmaq istəyirsən? Uşaq öldürən, ata, ana öldürən qatil? 
“Qatil”  sözünü  ağzımdan  elə  çıxardım  ki,  sanki 
udmağa hazırlaşdığımın murdar olduğunu bilib qay-
tarırdım. Bu sözün mənasını tam anlamasa da, pis bir 
şey  olduğunu  sifətimdən  oxudu.  İzah  etdikcə  fikrə 
getdiyini gördüm. Sualıma cavab vermədi. Əvəzində 
məni  daha  qorxulu  sual  yaş  dəsmal  kimi  bürüdü: 
“Evimdə QATİLmi böyüdürəm?”  
 
 
Yaddaş cığırı 
 
Otağıma  çəkilirəm.  Yaddaş  hücrələrimin  ən  də-
rin  qatlarında  gizlətməyə  çalışdığım  qorxunc,  ağrılı, 
yaralı  xatirələr  yenə  boy  verir.  Onları əlacı  tapılana-
dək dondurulan xəstələr sayaq qoymuşdum ora. Ora 
gedən yol qaranlıqda səmti görünməyən cığır kimidi.  


 
68 
...  Göz  bəbəklərimi  beynimdəki  yaddaş  hücrələ-
rinə sarı çevirirəm. Çölümə yox, içimə gedirəm. Bey-
nimin  qırışlarını  cəngəllikdə  yol  açırammış  kimi 
yara-yara, əzə-əzə, xırçıldada-xırçıldada keçirəm, hü-
ceyrələri  yaş  ilbiz  kimi  üzümə  yapışır,  damarcıqları 
hörümçək toru kimi kipriklərimə ilişir...  
Qaranlıqda  öz  Qorxuna  doğru  getmək  dünyanın 
ən qorxulu və əzablı yoludu. 
... Ağdam şəhəri Xocalıdan 18 kilometr aralı(y)dı. 
Xocalı  qırğınının  səhəri,  1992-ci  ilin  27  fevralında 
Ağdama  gəldim,  o  vaxt  hələ  buralar  sərgərdan  ruhlar 
şəhəri deyildi, diriydi. İşlədiyim qəzetə yazı söz versəm 
də, heç nə alınmadı, göz görəni əl yaza bilmədi. Gözləri 
çıxarılmış uşaq, qarnı yırtılmış qadın, burnu, qulağı, ki-
şiliyi kəsilmiş kişi meyitləri gəlməkdəydi...  
Ağdam məscidi heç vaxt bu qədər meyiti bir yerdə 
görməmişdi. Yandırmağa odun, qaynatmağa su, yuma-
ğa  meyityuyan,  kəfənləməyə  bez  çatdırmaq  olmurdu. 
Şəhər keyimişdi. Key-key yaralı qarşılayır, əsir dəyişir-
di.  Donuq  gözlər  Xocalı  yoluna  zillənir,  keyimiş  əllər 
qəbir  qazırdı.  Şəhərin  ağlamağa  göz  yaşı  yoxuydu. 
Qorxu şəhərin “göz yaşları”nı qurutmuşdu.  
Qanqrena  olacaq  əllər,  yerlə  sürünən  ayaqlar... 
Can  götürüb  gecə  köynəyində,  gizli  cığırlarla  ayaq-
yalın  qaçan bu  adamlar 18  kilometrlik  yolu  bir  neçə 
gündən sonra qarlı dağlar, meşələrdən dolanaraq beş-
beş,  on-on  gəlib  Ağdama  çatırdılar.  Gördüklərini 
söz-söz, cümlə-cümlə yox, qırıq-qırıq, heca-heca de-
yirdilər.  Sanki  həkim  dozası  xəstəni  şoka  salar  deyə 
sistem qoşub, dərmanı damla-damla yeridirdi.  


 
69 
Əsirlikdə nə qədər adam qalmışdı, bilən yoxudu. 
Meyitləri, əsirləri almaq üçün yerli batalyon koman-
dirləri  danışıqlar  aparır,  meyit  qarışıq  əsirləri  dəstə-
dəstə  alıb  gətirirdilər.  Əsirlikdən  azad  olunanlar  on-
lara  verilən  işgəncələrdən,  edilən  təhqirlərdən  danı-
şırdı. Eşidənlərin canına qorxu ruh kimi girirdi... 
Şəhərə  Qorxu  hakim  idi.  Düşmən  istəyinə  nail 
olmuşdu: kütləvi qorxu, kollektiv sarsıntı baş tutmuş-
du. Həmin günlər şəhər tarixinin ən vahiməli anlarını 
yaşayırdı.  Bir  il  sonra  Ağdamın  özü  –  evləri,  kü-
çələri,  bağları  kəsilib,  sökülüb,  daşınıb,  yandırılıb, 
xarabaya çevriləcəkdi.  
 
 
Nifrət xəstəliyi 
 
Bu dava 100 il əvvəl də olmuşdu. Nənəm danışır-
dı: “Biz uşaq olanda ermənilər çox türkü qırıb. O vaxt 
bizə türk deyirdilər. Onlar bizi hər yerdə öldürürdülər. 
Arvadların  döş  gilələrini  kəsib  sapdan  keçirir,  təsbeh 
kimi  bizimkilərin  səngərinə  atırdılar.  Buna  dözməyib 
irəli çıxanları da gülləylə vururdular. Adamların belinə 
qaynar samovar bağlayıb qaçırırdılar...”  
Amma nənəm heç vaxt demədi ki, sən də ermə-
niyə nifrət et! Bilirəm, eşitmişəm, ermənilər uşaqları-
nı  körpəlikdən  türkə,  azərbaycanlıya  nifrət  hissiylə 
böyüdür. Bizdə belə olmayıb. Nifrət yaddaşa bağlıdı. 
Bizim  yaddaşımızda  nifrət  qalmayıb.  Odur  ki,  sonra 
10 minlərlə Azərbaycan kişisi erməni qızlarını sevdi, 
evləndi, ailəsinə gətirdi. 100 minlərlə ata, ana, nənə, 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə