Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 
49 
masaya  nəsə  sifariş  edir,  digəri  boşqabları  dəyişdir-
mək  göstərişi  verirdi.  Masaları  birləşdirməkdən  tut-
muş hesabımızı ödəməyədək heç bir təkliflərilə razı-
laşmadıq.  Sonda,  sağollaşıb  ayrılanda  ayağa  qalxıb 
bizi qapıyadək gülə-gülə yola saldılar.  
Əlahəzrətin qonaqlarının hüzuru elə Əlahəzrətin 
öz hüzuru idi.
 
 
*** 
 
Soyumuş  çaydan  bir  qurtum  içmişdim  ki,  parkın 
qapısı ağzında qara rəngli, “AA” seriyalı maşın dayandı. 
Qabaqda  oturan  cantaraq  oğlan  cəld  düşüb  arxa  qapını 
açdı. Qonaq maşından çıxıb ətrafa göz gəzdirdi. Parkın o 
biri  başında  sıraya  düzülmüş  “futbolçuları”  danlayan 
Başçı  sözünü  yarımçıq  qoyub  qəfil  gəlmiş  Qonağın 
hüzuruna qaçdı, “dinləyicilər” də onun arxasınca... 
 
İndi  o  özü  ali  Qonağın  zərbələri  qarşısında  mum 
olub əriməyə hazır idi. Qonaq parkı gəzib razılıq əlaməti 
olaraq  başını  tərpətdikcə  Başçının  da  başı  təvazökar 
təbəssümlə  gah  sağ,  gah  da  sol  çiyninə  düşürdü.  Park 
bəyənilmişdi.  Sabah  o  da  gördüklərini  eyni  səmimi  və 
təvazökar təbəssümlə daha yüksək hüzura çatdıracaqdı...
 
Təxminən  bir  saatdan  sonra  Qonağı  yola  salan 
Başçı əyanlarını süzüb, razılıq və rahatlıq hissiylə ba-
şını  silkələdi.  Sonra  əllərini  belinə  qoydu,  qamətini 
dikəldib  bir  daha  parka  göz  gəzdirdi.  Sanki  Cahan 
şah  taleyinin  ən  dəyərli  bəxşişi  üçün  tikdirdiyi  Tac 
Mahalı seyr edərək memarlara minnətdarlıq təbəssü-
mü bəxş edirdi.
 
17 noyabr 2009 


 
50 
 
Bekar(a) ömür 
 
“Əgər hər şey gömülməyə məhkumdursa 
və  nəhayət,  Yer  kürəsinin  qabığı  ilə  bərabər 
soyuyacaqsa, sonra da milyonlarla il mənasız 
və məqsədsiz bir halda günəşin ətrafına dola-
nacaqsa, əcəba, beyin mərkəzləri və qırışları, 
görmə  və  danışma  qabiliyyəti,  xüsusi  hisslər 
nə üçünmüş?”  
Anton Çexov, “6 saylı palata” 
 
Bu  yaxınlarda  Rüstəm  İbrahimbəyovun  “İbrus” 
teatrında nümayişi elan olunan “Köçəri” filminə bir-
likdə  baxmağa  adam  axtarırdım.  Hayladıqlarımsa 
getmək istəmirdilər.  Çoxsaylı  bəhanələrin  ən  abırlısı 
“Bekarsan  eyy...”  idi.  “Facebook”dakı  yaxınların  və 
zəng  edib  dilə  tutduğum dostların  sayı  filmin  başla-
masına qalan dəqiqələrin sayına çatanda ayağa qalx-
dım.  Yeddiyə  15  dəqiqə  qalmış  kələ-kötür,  qaranlıq 
küçəylə yaxınlıqdakı teatra yollandım.  
 
*** 
 
Bu  ilin  martında  Moskva  çeçeni,  etnoqraf  dos-
tum Leça İlyasovla Vaşinqtonda qonaq idik. Ev yiyə-
si  özünün  bütün  istedadıyla  “amerikan  əsilli  qafqaz 
qonaqpərvərliyini”  nümayiş  etdirirdi.  Günümüzün 
maraqlı keçməsi üçün İnternetdəki elanları bir-birinə 
vurub  mədəni  tədbirlərin siyahısını  tutur,  həyatımızı 
qrafikə  salırdı.  Muzeylər,  parklar,  restoran-kafelər 


 
51 
bir-birini əvəzləyirdi. Artıq tarixi Vaşinqtonu “yarısı-
nacan  oxumuşduq”  –  “Reyqana  güllə,  bax,  burada 
açılmışdı” və sairə.  
Bir gün bizi pantomim teatrına aparmaq istədiyini 
dedi. “Özü də bu teatrı gürcü miqrantları yaradıb. İste-
dadlı  uşaqlardır”.  Qafqazlı  təəssübkeşliyimizə  hesab-
lanmış  bu  təqdimat  neçə  gündü  mədəni  tədbirlərdən 
“doyan”larda heç bir maraq oyatmırdı. Ona başqa işi-
mizin  olduğunu  bəhanə  edib  getmək  istəmədiyimizi 
bildirsək də, bir səhər soruşub eləmədən biletlə gəldi. 
Teatra  getməli  olduq,  könülsüz,  həvəssiz.  Sanki  kol-
xozçuları lafetə yığıb  Qara Qarayevin “Don  Kixot”u-
nu  dinləməyə  aparırdılar.  Həmin  axşam  “Van  Ness” 
metrostansiyasının o üzündəki barda pivə içmək vədi-
miz  yada  düşəndə  isə  az  qala  bu  gürcü  artistləri  nə 
vaxtsa Amerikaya gətirən təyyarənin pilotunu lənətlə-
yirdik.  İşimiz  var  da,  Vaşinqtonda  səni  zorla  gürcü 
tamaşasına aparalar, özü də lal dili tamaşaya. 
... Şəhər ətrafındakı Arlinqton Spectrum Teatrına 
girəndə  məlum  oldu  ki,  baxacağımız  tamaşa  Sinetik 
Teatrın  (Synetic  Theater)  hazırladığı  “İlahi  kome-
diya”dı  (Dante).  Öyrəndik  ki,  bu  teatrı  2001-ci  ildə 
gürcü miqrantları Paata və İrina Tsikurişvililər yara-
dıblar.  Az  müddətdə  populyarlaşan  teatr  bu  illər 
ərzində xeyli mükafat qazanıb.  
Çox da böyük olmayan zal tezliklə doldu. Tama-
şaçıların  orta  yaş  həddini  çıxara  bilmədim.  Yaşlılar 
çoxluq təşkil etsə də, cavanlar da az deyildi. Xanım-
lı-kişili  daraqlanıb-sığallanıb  gəlmişdilər.  Hamının 
üzündən bəxtəvərlik yağırdı, dostum Leçadan başqa. 


 
52 
Sanki  çeçen  müharibəsinin  əzabı  gözlərinin  dibinə 
çökmüşdü. Sifətimdəki Qarabağdan qalma müharibə 
çöküntüsünü də, yəqin, yalnız o görürdü.  
İşıqlar  söndü.  Tamaşa  başladı.  Bir  neçə  rəngin 
tünd  çalarından  ibarət  qeyri-adi  dekorasiya  qəribə 
mənzərə  yaratmışdı.  Nəhəng  qıfa  bənzəyən  “burul-
ğan”  azğın  ehtiras  içində  çapalayan  insan  ruhları  ilə 
dolu idi. Qeybdən gələn musiqi ruhların fəryadına züy 
tuturdu. Tanrı dərgahında çılpaq ruhların “ruhları” da 
çılpaq idi: burada heç nəyi gizlədə bilməzsən. Burada 
yalnız günahlar “diri”di. Bəli, bura cəhənnəmdi, Dan-
tenin cəhənnəmi! Dantenin özü də bir gürcü balasının 
qurduğu bu cəhənnəm səhnəsinə qibtə edərdi.  
Zal nəfəs almırdı. Səhnədəki “cəhənnəm”dən fərqli 
olaraq  burada  həyat  yox  idi,  donmuşdu.  Sanki  biz 
cəhənnəm sakinlərinin yox, onlar bizim halımıza heyrət 
edirdilər.  Özümü  bu ruhların arasında hiss edəndə nə-
dənsə sağımdakı  Leçaya baxırdım. Dünyanın ən məğ-
mun  çeçeni  yumaq  kimi  yığılmışdı.  Bütün  zal  bir  bö-
yük yumaq idi. Mənim də halımı yəqin ki, yanımdakı-
lar sezirdi. Özüm öz günümü görə bilməzdim. 
“İlahi komediya”nın növbəti hissələri də eyni uğur-
la  oynandı.  Rənglər,  işıqlar,  səslər,  aktyorların  üz  və 
bədən  ifadələri  bir  ahəng  yaratmışdı.  Tamaşa  bitəndə 
bizim  sifətimizdən  “əzab”,  amerikalıların  üzündən  isə 
“bəxtəvərlik” yox olmuşdu. Hamının üzü bir idi. Hamı-
mız  HEYRAN  qalmışdıq!  Tamaşa  hamımızı  “Cəhən-
nəm”in “Məşhər”indən adladıb “Cənnət”ə çıxarmışdı. 
Qayıdanda  yolboyu  teatrşünaslar  kimi  tamaşanı 
şərh  edirdik.  Dostumuz  pərtliyimizi  səhnədəki  “cə-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə