Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 
57 
pa  Birliyinə  yaxınlaşsın.  Əgər  bu  standartlara  əməl 
olunmursa, biz bu barədə iradımızı dostlarımıza bildir-
məliyik.  Azərbaycanda  qanunların  tətbiqi  məsələsində 
Rusiyadakı  vəziyyəti xatırladan çoxlu hadisə baş  verir. 
Azərbaycan  seçim  etməlidi:  daha  çox  Rusiyaya  oxşa-
maq istəyir, yoxsa avropalı olmağa çalışır?”
 
O,  soyuq  Varşava  gecəsindəki  kimi  HAQLI  və 
SƏMİMİdi,  dedikləri  nə  qədər  ağır  və  acı  olsa  da. 
Buna kiminsə şübhəsi varmı?
 
 
21 dekabr 2009 
 
Esse litov dilinə tərcümə olunaraq Litvanın qəzet 
və saytlarında dərc edilib. 
 


 
58 
 
Özünü axtaranlar ölkəsi 
ya maydan sonra gələn aprel 
 
 “Söz  bütün  hissləri  dartıb  uzada  bilən  yayma 
dəzgahıdır”  yazarkən  Qustav  Floberin  hansı  ovqatda 
olduğu  onun  “Madam  Bavari”sindən  bilinir.  Amma 
inana bilmərəm ki, bu dahi yazıçı da nə vaxtsa sözün 
əlində aciz qalmasın, ən dərin hissi ürəyində fır bağla-
yıb, dilinin ucunda düyünlənib sözə çevrilə bilməsin.  
Hələ sözlə davadan qalib çıxan görmədim...  
Neçə  illərdi  Azərbaycan  Xalq  Cümhuriyyəti, 
Müsavat  hökuməti,  onu  “yoxdan”  yaradanlar,  sonra 
onun bir ideya kimi yaşaması üçün Sibirdə donanlar, 
Nargində  güllələnənlər,  türmədə  çürüyənlər,  küçədə 
alçaldılanlar, qürbətdə çərləyənlər haqda duyğularımı 
Allahın  nə  bir  kəlmə  sözü,  nə  də  sayı  artıq  altıya 
çatdırılan insan hislərinin biriylə ifadə edə bilmirəm. 
Bu, romantik duyğular deyil, o, çoxdan arxada qalıb. 
Həm də romantik duyğuları dilə gətirməkdən asan nə 
var romantik xalqın nümayəndəsi üçün?  
 
*** 
 
İki  ilə  yaxındı  çoxsaylı  nazirlik,  dövlət  idarələri, 
Bakı Dövlət Universiteti 90 yaşını bayram edir, müxtəlif 
tarixi günlər qeyd olunur. Qeyd olunmayanlar da az de-
yil.  Bütün  bunlar  eldə  Müsavat  hökuməti  kimi  tanınan 
Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətin yaranması 
və ona bağlı çoxsaylı əlamətdar günlərlə əlaqədardı.  


 
59 
*** 
 
...Şuşa  yolunun  ikiyə  böldüyü  Qarabağın,  bəlkə 
də, özü ilə yaşıd Qarahacılı qəbiristanlığının sağ tərə-
fində son əlli ilin, solunda isə gedib-gələni olmayan, cı-
ğırları çoxdan itmiş daha qədim qəbirlər var(dı). Cama-
atın Dəmirçı Səlman çağırdığı babam sağ tərəfdə uyu-
yur. O biri babam Həbib Qazıyevin məzarı qəbiristanlı-
ğın sol tərəfindədi. Mən onu tapa bilməzdim deyə ax-
tarmamışdım. Həm də ona görə ki, ağlı kəsən vaxtdan 
atam da çox axtarıb, ancaq tapmayıb. Uşaqlıq illərində 
onun qəbrinin itməsi mənə qəribə gəlirdi. Bu o vaxtlar 
idi  ki,  doğma  bildiyim  bütün  adamları,  cismləri,  ha-
disələri  yaxından  görürdüm.  Çünki  onların  yanınday-
dım. Bu doğmalardan aralandıqca onlara uzaqdan bax-
mağı  öyrəndim.  Daha  sonra  duydum  ki,  uzaqlaşdıqca 
onlar daha əziz olurlar. Beləcə, ən əlçatmaz ən çox vu-
rulduğun olur, lap Allah kimi...  
Bu gün nə Qarabağa, nə də Qarahacılı qəbiristan-
lığına əl çatır. İndi, bu yazını yazdığım anlar onun qəb-
rinə də beləcə kənardan baxıram, lap dipdiri Ruh kimi.  
Buraya yazdığım hər kəlmə məni quş uçuşu boyu 
göyə  qaldırır.  Qalxdıqca  uzaqlaşıram.  Uzaqlaşdıqca 
bütöv qəbiristanlıq dönüb bir qəbir olur, elə onun mə-
zarı  boyda.  Şuşanın  dağlarından  gələn  duman  qız  ör-
pəyi  kimi  ağappaq  buluda  çevrilir,  çatıb  çəkirəm  bir 
kənara bu örpək-buludu. Uçuşa davam edirəm. Qəbi-
ristanlıq Azərbaycana, o da nəhəng qitəyə çevrilir. Bu-
ludların  cızdığı  xətti  çoxdan  yarıb  Ayadək  dikəlirəm, 
ilahi  boşluğa  çatıram.  Burdan  gördüklərim  oğlumun 
gecələr  qucaqlayıb  yatdığı  yupyumru  topu  xatırladır. 


 
60 
Mən  də  onu  beləcə  qucaqlamaq  istəyirəm.  Üstünün 
tozu-ləkəsi,  içinin  dostu-düşməniylə...  İlahi,  buradan 
Yer necə tanış, necə doğmadı!  
... Dünyanın ən gözəl səyahətindən üzü Yerə dö-
nürəm.  Nəhəng  Yer  atlas  vərəqləri  kimi  çevrilir  və 
hər çevrilişində adamı özünə bir nəfəs də çəkir. “Oğ-
lumun topu” daha görsənmir.  
Burada  yıxılmaq  təhlükəsi  yoxdu!  Enirəm! 
Üzüm iki okean arasındakı böyük torpağa sarıdı. Nə-
dir bu yerin adı? Min illər saniyə kimi keçir. Kimlər 
yoxdu bu qırıq saniyələrin içində, kimlərin səsi yox-
du...  onu  qollarımın  arasına  alıb  sarılmaq  istəyirəm. 
Alınmır, ötüb keçirəm. Qafqaz da arxada qaldı. Azər-
baycana  enirəm.  Budur,  çatdım!  Amma  düşdüyüm 
yer qalxdığım yer, bu qəbir də o qəbir deyil!  
... Babamın itmiş məzarını Göyçaydan üzü Bakı-
ya səpələnmiş adsız türk qəbirləri şəklində tapıram.  
 
*** 
 
23  Cümhuriyyət  ayı  tariximizin  “qara  dəliyi”di. 
Bu  yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, 
bir babalıq tariximiz isə yasaq olub. Amma Beyinlə-
rin Böyük Yuyulma illəri belə onu silib apara bilmə-
di. Onu yazanlar elə yazmamışdılar ki, hər gələn poz-
sun,  heç  indən  belə  də  pozulası  deyil.  Azərbaycan 
Xalq  Cümhuriyyəti  minillərlə  yaşı  olan  qoca  bir 
xalqın təzələnən genetik yaddaşıdı... 
 
*** 


 
61 
... Eyvandakı uzun stolun o biri başında tüstülə-
nən samovardan çay süzdü. Stəkəna qonşu Ağca ar-
vadın göndərdiyi builki qarağat mürəbbəsindən salıb 
qarışdırdı.  Hörümçək  toru  kimi  dəqiq  işlənmiş  qırış 
sifətinə  yaraşıq  verən  xüsusi  ədayla  “Zoğalı  yığma-
san, danışmayacam” dedi.  
Yaydan-yaya  Bakıdan  Ağdama  gələn,  hər  gəli-
şiylə evimizi qonum-qonşunun “ziyarətgahına” çevi-
rən, yaşlıların gah “Ordubad qızı”, gah da “Tiflis gə-
lini”  çağırdığı  nənəmin  dediyini  eləməsən,  dediyini 
eləməyəcəyinə şübhə yox idi. Söhbətlərini dinləmək 
üçün ən zəhlətökən işi belə görməyə hazır idim. Belə 
işlərdən biri də yarpağının daladığı yer uzun müddət 
qaşınan zoğal ağacına çıxmaq idi.  
Onun söhbətləri yalnız özü yorulanda bitirdi. Bə-
zən uşaqlıq xatirələrinə baş vurub bizi Ordubada “sə-
yahətə”  aparırdı.  Xatirələri  babasının  ərik  bağlarıyla 
başlayıb elə onunla da bitirdi: “Hamısı birdən çiçəklə-
yəndə deyirdin elə bəs dünyada çiçəkdən başqa heç nə 
yoxdu”. Bəzən də Tiflisdə, əmisinin Şeytanbazardakı 
evində yaşadığı yeniyetməlik illərindən danışar, getdi-
yi teatrlardan, gəzdiyi yerlərdən söz açardı. “Leyli və 
Məcnun”  operasını  əzbər  oxuyurdu:  “Ged,  ey  Leylü, 
sən  o  Leylü  döyülsən!”  Ordubad,  Tiflis  və  Qarabağ 
ləhcələrinin  qarışığından  qəribə  bir  danışığı  vardı. 
Söhbətlərinin ən şirini babamla tanışlığı idi.  
 
*** 
 
...  Azərbaycan  Xalq  Cümhuriyyəti  Azərbaycan 
türklərinin  tarixdə  özünüdərk,  özünüifadə  etdiyi  tək 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə