Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 
45 
qıvrağı  etiraz  edirdi.  Parkdakı  məmurların  bağırtısı 
onun  etiraz  səsini  elə  göydəcə  tutub  fəvvarənin  su-
yunda  boğdu.  Uşaqlar  bir  dəstə  ov  itinə  tuş  gəlmiş 
dovşan kimi qaçıb aradan çıxdılar. “Təmizləmə” işini 
uğurla başa çatdıranlar Başçının hüzuruna qayıtdılar, 
cərimə  zərbəsini  qəbul  edəcək  futbolçular  sayaq 
sıraya  düzüldülər.  Zavallı  uşaqların  üstünə  pələng 
olub  şığıyanlar  indi  əlahəzrət  “hökmdarın”  hüzu-
runda mum kimi əriyirdilər. Yəqin bu proses bir qə-
dər də uzansaydı, əriyib qurtaracaqdılar...
 
 
*** 
 
2002-ci ilin yayında Özbəkistanın bir neçə şəhərin-
də seminar keçirib Daşkəndə dönmüşdük. Bu o vaxt idi 
ki, hələ QHT-lərin fatihəsini verən qanun qəbul edilmə-
mişdi,  Əndicanda  qırğın  törədilməmişdi.  Lakin  buna 
baxmayaraq  bizim  demokratiya,  vətəndaş  cəmiyyəti 
problemləri  mövzusundakı  tədbirlərimiz  yerli  həmkar-
larımız  üçün  müəyyən  qədər  riskli  idi.  Odur  ki,  Daş-
kəndin  sayılıb-seçilən  restoranlarından  birində  şam  et-
mək  üçün  masa  seçərkən  özbək  dostlarımızın  cidd-
cəhdlə  qapalı  yer  istəmələrinin  əsl  səbəbini  vaxtında 
duymamışdıq.  Onlar  dünyanın  müxtəlif  ölkələrindən 
gəlmiş demokratiya aşiqlərinin sərbəst söhbətlərinin kə-
nardan eşidilməsini istəmirmişlər. 
 
Amma azad dünyanın azad sakinləri təmiz hava-
da,  qocaman  çinar  altında  qoyulmuş  iki  uzun  masa-
dan birini seçdilər. Dostlarımız dəmirdən keçən arqu-
mentlərini  dilə  gətirmədilər,  eləcə  razılaşdılar.  Bir 


 
46 
qədər  sonra  rəngarəng  söhbətlərdən  bağlanmış  söh-
bət çələngi çeşidli özbək yeməkləri və içkilərilə bir-
likdə nə vaxtsa mövcud olmuş Bakının tramvay rels-
ləri  kimi  yan-yana  gedirdi.  Ev  sahibinin  sifətindəki 
narahatçılıq da elə bu relslər kimi yoxa çıxmışdı.
 
Amma  bu,  uzun  çəkmədi.  Tezliklə  yanımızdakı 
ikinci  masaya  bazburudlu,  qalstuklu  adamlar  gəldi. 
Restoran  heyətinin  tam  səfərbər  edilməsi  gələnlərin 
ali  qonaq  olmasına  dəlalət  edirdi.  Bizim  masadakı 
cürbəcür dillərdə danışan xaricilər, hətta sarışın pol-
yak gözəli də öz dəyərini itirmişdi. Bütün diqqət yeni 
qonaqlardaydı.  Süfrə  sahibimizin  həyəcan  və  nara-
hatlığı artıq hamımıza sirayət etmişdi. 
 
Gələnlərin çox yüksək rütbəli məmurlar – arala-
rında nazir, deputat da vardı – olduğunu öyrənməyi-
miz çox çəkmədi. Onlar gəlişlərilə ilk anda başa düş-
mədiyimiz  bir  qaramat  da  gətirmişdilər.  İndi  bizim 
yox, onların səs-küyü ətrafı başına götürmüşdü. Ara-
larında  birinin  onsuz  da  qıyıq  olan  gözünü  bir  az  da 
qıyıb  hərdən  bizim  özbək  dostumuza  oğrun-oğrun 
baxması  diqqətimdən  yayınmadı.  Dostumuz  həmin 
qıyıq  gözün  yiyəsini  tanımışdı  və  bu  gözlərdə  yazı-
lanları  oxuduqca  onun  ürək  döyüntülərinin  necə  art-
dığını  masanın  o  biri  başında  “eşidirdim”,  düz  sö-
zümdü. Onu belə zavallı görmək ağır idi.
 
Dostumuzun  məclisi  qapalı  otaqda  açmaq  istə-
məsinin  məqsədini  indi  anlamışdıq.  Bəzən  azadlıq 
açıq havada yox, dörd divar arasında, hətta zirzəmidə 
olur. Avtoritar rejimlərdə belə olub, elə indi də belə-
di.  Məclisin  boğanaq  havasını  dəyişmək  lazım  idi. 


 
47 
Ayağa  qalxıb  çöl  havasının  “qapı-pəncərələri”ni  aç-
maq üçün söz aldım. “Bir sağlıq deyəcəm və əminəm 
ki, məni eşidənlərin hamısı bu sağlığa ayaq üstə içə-
cəklər” – deyə üzümü həm də yan masaya tutdum. 
 
Onlar  məni  görüb-eşitməsələr  də,  sözlərim  bizim 
məclisdəkilərdə canlanma yaratdı. Amma Andrey Pla-
tonovun  “Can”ındakı  Çaqatayevin  əzabı  bizim  özbək 
dostumuzun üzünə qonmuşdu, ürək paralayan bu sifətə 
baxmaq  olmurdu.  “Məzlum  ən  böyük  qəddardır  –  ka-
babın  göz  yaşları  atəşi  daha  da  alovlandırır”.  Farsların 
təxminən belə bir atalar sözü olmalıdı. Dostumuzun bu 
iztirablı halı məni də beləcə “qəddarlaşdırmışdı”.
 
Səsimin  tonunu  bir  oktava  da  qaldırıb  Özbəkis-
tan  və  onun  xalqının  şəninə  köhnə  val  kimi  təkrar-
təkrar təriflər yağdırırdım. Dediklərimin qonşu masa-
da oturanlara aid olduğunu artıq hamı başa düşmüş-
dü. “Vıpyem za velikovo uzbekskovo naroda”. Qon-
şularımız  artıq  məni  eşidirdilər.  Söhbətə  ara  verib 
bir-bir  masamıza  çevrilirdilər,  sanki  bizi  indi  görür-
dülər. Amma ayağa durmurdular. 
 
Sağlığa  başlamazdan  əvvəl  yanımdakı  amerikalı 
dostumla bu yekəxana qonşuları ayağa qaldıracağımdan 
mərcləşmişdim. Bu xəbər pıçhapıçla bizim masadakılara 
yayılmışdı. Odur ki, sözlərimə elə qulaq asırdılar, sanki 
Roma Papası II Pavel Varşavadakı məşhur mərasim nit-
qini söyləyir. Hamı diqqətlə bayaqdan məclisimizin azad 
həyatını pozanların reaksiyasını gözləyirdi. 
 
“Özbək  xalqı”  kömək  etmədi,  yardıma  Əmir 
Teymuru  çağırdım.  Bayaqkı  nitqimi  təkrarlayıb  so-
nunda bu dəfə “Vıpyem za velikovo Tamerlana” de-


 
48 
dim.  Dünyanın  yarısını  hüzuruna  gətirən  Əmir  Tey-
mur  5-10  partnomenklaturu  ayağa  qaldıra  bilmirdi. 
Özümü işə salmışdım, mənim bu dilxoşluğum yaxşı 
heç  nə  vəd  eləmirdi.  Amerikalı  dostum  isə  mərci 
udubmuş kimi qımışırdı.
 
Səsimi  bir  qədər  də  qaldırdım.  İndi  məni  hamı 
eşidirdi.  Nəvaidən  tutmuş  Əmir  Teymuracan  (hələ 
qazax  və  türkmənlərin  də  nəhənglərini  özbəklərin 
ayağına  yazdım)  yada  saldım.  Qalstukların  sıxıb  şi-
şirtdiyi  qıpqırmızı  sifətlərdən  dombalan  gözlərin  bi-
rində  laqeydlik,  digərində  ikrah  vardı.  Axı  mən 
onları necə insafa gətirim, bunlar heç dədələrinin də 
sağlığına  ayağa  durana  oxşamırlar.  Məclisimizin  sa-
hibi, yazıq dostumuzsa dirigözlü ölmüşdü. 
 
“Vıpyem  za  velikovo  sına  uzbekskovo  naroda, 
za İslama Karimova!” – nidam özümü də diksindirdi. 
Bir  məclis  “tuluq”  ləngərləyib  dik  ayağa  durdu.  Bi-
zim masadakılar da qalxdı. Amma orada əsl Daşkənd 
zəlzələsi  baş  verdi;  boşqablar  şaqqıldadı,  bakallar 
cingildədi,  yaşıl  çay  dolu  piyalə  yerə  düşüb  qırıldı. 
Sonra bayaqkı donuq gözlərə işıq gəldi, alışıb yandı-
lar. Razılıq əlaməti olaraq üzümə gülür, başlarını yel-
ləyirdilər.  Onların  məclisimizə,  xüsusilə  də  mənə 
münasibəti tamam dəyişdi. O  yandakı qıyıq göz bö-
yümüşdü, daha özbək dostumuza açıq gözlə baxırdı. 
Dostumuz isə Sizifdən fərqli olaraq daşı dağın başına 
“qaldırmışdı”, indi rahat-rahat gülürdü. 
 
Sanki  mən  İslam  Kərimovun  məclisdəki  xüsusi 
nümayəndəsi,  masa  ətrafındakılar  isə  onun  xarici 
dostları idi. Onlardan biri baş aşbazı çağırtdırıb bizim 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə