Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 
70 
baba, qohum erməni qızlarını ailəsinə qəbul etdi. Bu 
qarışıq ailələrdə minlərlə uşaq doğuldu. Bu qədər ay-
rılan,  ölkəni tərk  edənlərdən  sonra indi  də  Azərbay-
canda 30 min erməni qadını öz ailəsiylə yaşayır. Bu, 
rəsmi statistikadı, qeyri-rəsmi lap çoxdu. Məgər nif-
rət hissiylə qovrulan bir millət bunu edərdimi? Buyu-
run,  azərbaycanlı  qızını  arvad  edən  erməni  kişiləri 
göstərin,  ailəsinə  buraxıb  gəlin  edən  erməni  atası, 
anası,  nənəsi,  babası  göstərin.  Mən  tək-tüklərdən 
yox, minlərdən, 10 minlərdən danışıram. 
 
 
Ədalət sorağında 
 
...  Serblər  Srebrenitsada  10  minədək  bosniyalı 
kişini  və  oğlan  uşağını  qətlə  yetirib.  Müsəlman  ol-
duqlarına görə. 1997-ci ildə öz gözlərimlə görmüşəm 
Bosniyanın tükürpədən xaraba kəndlərini. 
... Ruandada 100 gün ərzində 800 minədək insan 
öldürüldü.  Burda  insanları  məhvetmə  sürəti  faşist 
hərbi düşərgələrindəkini beş dəfə üstələyib.  
... Bir gecənin içində Xocalı şəhəri Yer üzündən 
silindi.  Ermənilər  613  nəfəri  öldürdü,  487  nəfəri  şi-
kəst elədi, 1275 dinc sakini – qoca, uşaq, qadını əsir 
götürüb  ağlasığmaz  işgəncələr  verdi.  Azərbaycanlı 
olduqlarına  görə.  150  nəfərin  taleyi  hələ  də  məlum 
deyil.  Ölənlərin  106  nəfəri  qadın,  63  nəfəri  azyaşlı 
uşaqdı. 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki 
valideynini  itirdi.  Ölənlərin  yalnız  335  nəfəri  dəfn 
edildi. 200 nəfərin ayaqları soyuqdan qanqrena oldu.  


 
71 
Bu  hadisələr  tarixin  hansısa  uzaq  əsrlərində  deyil, 
1990-cı illərin əvvəlində baş verib, BMT-nin 50, ATƏT-
in  20  yaşı  olanda.  İki  dünya  müharibəsindən  sonra 
sivilləşən, humanistləşən dünyanın gözü qarşısında. 
Ruandada, Bosniyada baş verən hadisələrə siyasi 
qiymət verildi, bu qırğınları törədənlərə soyqırımı id-
diasıyla  məhkəmə  quruldu,  cəzalar  verildi.  Xocalı 
qətliamını  törədənlərə  isə  yox!  Əksinə,  həmin  vaxt 
separatçıların  lideri  olmuş  Robert  Köçəryan  əvvəl 
Ermənistanda baş nazir oldu, sonra prezident seçildi. 
Xarici ölkələrdə qəbul edildi, BMT kürsüsündən de-
mokratiya, insan hüquqlarından söz açdı. Avropa Şu-
rası  Parlament  Assambleyasında,  etdiklərindən  qəh-
rəman  kimi  fəxrlə  danışdı.  Həmin  dövrdə  Qarabağ-
dakı erməni ordusunun başında duran, Xocalı qətlia-
mına başçılıq edən Serj Sərkisyan da əvvəl baş nazir 
idi.  İndi  Ermənistanın  prezidentidi.  Görün  o,  “Qara 
bağ” adlı məşhur kitabın müəllifi, britaniyalı jurnalist 
Tomas de Vaalla söhbətində Xocalıda dinc sakinlərə 
qarşı genosid cinayətinin törədilməsini necə “səmimi 
və  qəddarcasına”  (ifadə  T.De  Vaalındı)  etiraf  edir: 
“Biz  belə  şeylər  haqda  yüksəkdən  danışmırıq... 
Bu məsələ çox şişirdildi... Amma onu da deyim ki, 
Xocalıya  qədər  azərbaycanlılar  elə  bilirdilər  ki, 
bizimlə  zarafat  etmək  olar,  onlar  elə  düşünürdü-
lər  ki,  ermənilər  mülki  əhaliyə  əl  qaldırmazlar. 
Biz bu təsəvvürü alt-üst etdik”
1
.  
                                                 
1
 Thomas de Waal. “Black garden”, p. 172. New York 
University, 2003 (Tomas de Vaal. “Qara bağ”) 


 
72 
Kütləvi  qorxu  yaratmaq  üçün  törədilən  cinayət 
bir qrup quldurun əməli yox, uzaq məqsədlərə hesab-
lanmış  siyasi  qərardı.  Vahimə  yaratmaq,  qorxutmaq, 
qovmaq,  etnik təmizləmə aparmaq,  boşaldılan  ərazi-
lərdən  sahiblərinin  izini  silmək  və  “qədim  erməni 
torpağı”nı “bərpa” etmək...  
Çoxlu, lap çoxlu erməni torpağı yaratmaq və onu 
üç  dənizə  qədər  genişləndirmək.  1919-cu  ildə  Paris 
Sülh Konfransında ermənilərin iddia etdikləri torpaq 
Xəzər,  Qara  və  Aralıq  dənizlərini  əhatə  edirdi
2
.  Bu 
gün  də  bu  iddiadadırlar.  3  milyonluq  əhalisi  olan 
Ermənistan 300 milyondan artıq insanın yaşadığı 
əraziyə  iddia  edir.  3  milyonluq  monqol  xalqının 
indi  3  milyarddan  çox  insanın  yaşadığı,  vaxtilə 
Çingizxanın  yaratdığı  imperiya  ərazilərinə  iddia 
etməsi daha məntiqli görünməzmi? 
 
 
Genosid – müasir siyasi oyun qaydası 
 
2010-cu il martın 4-də ABŞ Konqresi Nümayən-
dələr Palatasının xarici əlaqələr komitəsi 1915-ci ildə 
Osmanlı  imperiyasında  ermənilərə  qarşı  aparılan  si-
yasəti rəsmi olaraq erməni soyqırımı kimi tanımaqla 
bağlı qətnamə qəbul elədi. Türkiyənin bütün çabala-
rına  rəğmən  ABŞ  Konqresində  bu  addım  atıldı,  ola 
bilsin,  növbəti  mərhələdə  bu  proses  dayandırılsın, 
                                                 
2
 Xəritəyə bax: 
http://www.jdemirdjian.com/Armenians/Armenians/Armenia
ns_1.htm 


 
73 
amma prinsip etibarilə bu, heç nəyi dəyişmir. Siyasə-
tin,  Zbiqnev  Bjezinskinin  “şahmat”  oyunu  çoxdan 
başlayıb. 
Vaşinqtona  son  səfərimdə  dostum  İrena  Lasota 
mənə Günter Levinin “Osmanlı Türkiyəsində erməni 
qırğını:  mübahisəli  soyqırım”  (Guenter  Lewy.  The 
Armenian Massacres in Ottoman Turkey: A Disputed 
Genocide)  kitabını  bağışlamışdı.  Həmin  kitabda 
müəllif  yazır  ki,  ermənilərin  Şərqi  Anadoludan  de-
portasiyası  genosid  siyasəti  yox,  müharibə  dövründə 
düşmənlə  separat  işbirliyinin,  üsyanların,  türklərə 
edilən  qətliamların  qarşısını  almaq  məqsədi  güdüb. 
Qətllər genosid xarakteri daşımayıb, çünki onları hö-
kumətin təşkil etdiyi sübuta yetirilməyib: “Deportasi-
yanın  həqiqətdə  Türkiyə  ermənilərini  qabaqcadan 
düşünülmüş  plana  əsasən  qırmaq  məqsədi  daşıdı-
ğı bir çox aspektlərə və köçürmənin xüsusiyyətlərinə 
uyğun gəlmir”.  
Məsələ  orasındadır  ki,  Rusiyayla  sərhəd  bölgə-
lərdə, şərqi və mərkəzi Anadoluda yaşayan ermənilər 
köçürülüb. İstanbul, İzmir və Hələb kimi şəhərlərdən 
ermənilər deportasiya edilməyib.  Ölkənin dəmiryolu 
olmayan şərq rayonlarından piyada köçürmə zamanı 
yolda  ölənlər  heç  bir  vəchlə  soyqırımı  prinsiplərinə 
uyğun deyil. "Osmanlı hökuməti nizamlı proses təş-
kil  etmək  istədi,  ancaq  onu  həyata  keçirmək  üçün 
vasitəsi yox idi". 
Başqa  bölmədə  o,  Çarlz  Dovset  və  Malkolm 
E.Yapp  (Charles  Dowsett,  Malcolm  E.Yapp)  kimi 
tarixçilərin  mənbələrinə,  ABŞ-ın  Paris  Sülh  Konfran-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə