Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə19/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 
82 
Bonner söhbəti yavaş-yavaş Dağlıq Qarabağ er-
mənilərinin  üstünə  gətirdi.  Aha!  “Ayının  yüz  oyu-
nu...”  məsəli.  Bayaqdan  qafqazlı  anaya  bənzətdiyim 
bu adam bir andaca məkrli düşmənə çevrildi. O dedi: 
“Qarabağda ermənilər etnik təmizlənməyə məruz qa-
lıb”.  Elə  bu  söz  bəs  elədi  ki,  əlimi  mikrofona  atım. 
Polşa  Seymində  hər  kəs  qarşısındakı  mikrofondan 
sərbəst  istifadə  edə  bilir.  Danışmaq  üçün  düyməni 
basmağın başqalarının sözünü kəsməyə bəs edir. Be-
lə  də  etdim:  “Siz  yenə  yalan  danışırsınız!”  Bu  cür 
tədbirlərin  nüfuzlu  qonağına,  jurnalistlərin  və  kon-
frans  iştirakçılarının  sevimli  ağbirçəyinə  belə  söz 
demək etikadan uzaq görünə bilərdi. Amma artıq söz 
deyilmişdi,  zal  qurcalanır,  hamı  dönüb  bu  sözlərin 
müəllifini  axtarır,  Bonnerin  yanında  oturan  Uduqov 
da qaşlarını hara qədər mümkündürsə, ora qədər qal-
dırıb  təəccüblə  məni  süzürdü.  Sessiyanın  aparıcısı, 
Azərbaycanda yaxşı tanınan və sevilən İrena Lasota, 
onun  üçün  nə  qədər  çətin  olsa  da,  sözlərimi  davam 
etdirməyə imkan yaratdı. 
Xanım  Bonnerlə  aramızdakı  qısa  debatı  olduğu 
kimi yazıram. 
– Siz kimsiniz? Azərbaycanlısınızmı? 
– Bəli, Qarabağdanam. Məni bağışlayın, bizlərdə 
böyüyün sözünü kəsməzlər, amma buna sizin sözlə-
riniz məni məcbur edir.  
– Onda icazə verin, fikrimi tamamlayım. Siz axı 
bilmirsiniz mən nə deyirəm. 
– “Qarabağda ermənilər etnik təmizlənməyə mə-
ruz qalıb” sözünü siz dediniz indicə. 


 
83 
– Siz məni tanımırsınız, bilmirsiniz ki, nə deyə-
cəm... 
– Ola bilər, çoxları sizi xanım Bonner kimi tanı-
yır,  mənsə  sizi  Yelena  Alixanyan  bilirəm.  İndi  həm 
Ermənistanda, həm də Qarabağda bir nəfər azərbay-
canlı qalmayıb. Etnik təmizlənməni biz yox, erməni-
lər aparıb. Siz axı bunları bilirsiniz, niyə faktları təh-
rif edirsiniz? 
Sonra üzümü zala tutub vaxtilə Ramiz Rövşənin 
ziyalılar  barədə  söylədiyi  məşhur  fikrin  ünvanını 
dəyişib  dedim:  “Ana  bətnində  balasını  hiss  etdiyi 
kimi, hüquq müdafiəçisi də içində vicdanını elə hiss 
eləməlidi. Çox təəssüf ki, bəzi insan hüquq müdafiə-
çilərimiz vicdanlarını abort eləyiblər”.  
Bu sözlərə etiraz edən də oldu, əl çalan da. Xoşa-
gəlməz  vəziyyət  yarandığını  görən  İrena  Lasota  fasilə 
elan edib dedi: “Fasilədən sonra debat davam edəcək”. 
Debatın  davamı  olmadı,  fasilədə  Bonner  İrena  xanımı 
da yanlayıb yanıma gəldi. Qarabağ probleminin hər iki 
xalq  üçün  tələ  olmasından  uzun-uzadı  danışdı,  sonda 
isə söhbətin davamına ehtiyac görmədiyini dedi. 
Növbəti  gün  polyak  dostlarımız  xəbər  gətirdilər 
ki,  konfransa  Yelena  Bonner,  britaniyalı  baronessa 
Kerolayn  Koks  və  moskvalı  hüquq  müdafiəçisi  Qri-
qoryanın  (adını  unutmuşam)  imzasıyla  bir  müraciət 
daxil  olub.  Konfrans  adından  BMT  baş  katibi  Kofi 
Annana ünvanlanan müraciətdə deyilir ki, millətlərin 
öz müqəddəratını təyin etmək hüququ ilə sərhədlərin 
dəyişməzliyi  prinsipi  beynəlxalq  hüquqda  ziddiyyət 
təşkil  edir  və  bu  məsələ  BMT  səviyyəsində  həllini 


 
84 
tapmalıdı. Nümunə kimi də Çeçenistanla Dağlıq Qa-
rabağ  göstərilir.  Belə  bir  müraciətin  qəbul  olunması 
yolverilməz idi. Odur ki, işə keçdik. 
Konfransın rəsmi təşkilatçısı senator Zbiqnev Ro-
maşevskiyə  yaxınlaşıb  məsələyə  aydınlıq  gətirdik.  O, 
deyilənləri təsdiqləyib bildirdi ki, belə bir müraciət var 
və rəsmi qaydada daxil olduğundan oxunmalıdı, əgər 
əleyhinə  çıxış  edənlər  olarsa,  qəbul  edilməyəcək, 
çünki belə müraciətlər  yekdilliklə qəbul edilir. Polşa, 
Gürcüstan,  Ukrayna,  Rumıniya,  Belarusdan  və  başqa 
ölkələrdən gəlmiş dostları xəbərdar etdik.  
Müraciətin mətnini ermənilərin hamisi Kerolayn 
Koks oxudu. O, çıxışını bitirən kimi zalda söz almaq 
üçün  onlarla  əl  havaya  qalxdı,  etiraz  səsləri  ucaldı. 
Sessiyanın  aparıcısı  senator  Romaşevski  vəd  etdiyi 
kimi,  ilk  sözü  bizə  verdi.  Dostların  biri  təmkinli,  o 
biri emosional çıxış edərək, Koksun dediklərinin altı-
nı üstünə çevirdi. Bizim arqumentlər elə tutarlı oldu 
ki, Koks durub zalı tərk elədi, Bonner axşam şam ye-
məyinə  gəlmədi.  Sonra  Uduqov  da  etiraf  elədi  ki, 
müraciətə Qarabağın adını salmaq səhv idi.  
Bax belə. Bütün bunlar 12 il sonra ona görə ya-
dıma  düşdü  ki,  baronessa  Koks  Yelena  Bonner-Ali-
xanyanın o vaxt dediklərini utanmadan yenə dilə gə-
tirdi,  çünki  əmin  idi  ki,  zalda  sözünü  kəsən olmaya-
caq.  Bu  məsələlərdə ədalət  o  qədər  bizim  tərəfimiz-
dədi  ki,  istənilən  debatda  orta  səviyyədə  məlumatlı 
azərbaycanlının belə səsini çıxarması dünyaca nüfu-
zu,  dəryaca  ağlı  olanı  da  yerində  oturtmağa  yetər. 
Yetər ki, vaxtında “hadisə” başında olasan. 


 
85 
*** 
 
Eşitmişəm  ki,  ermənilər  uşaqlarını  körpəlikdən 
türkə  nifrət  hissiylə  böyüdür.  Yuxarıda  adını  çəkdi-
yim  məqalədə  yazmışdım:  “...  Dünyada  körpə  qəl-
bində nifrət əkmək, bu nifrəti illərlə becərmək, ondan 
qatil  yetişdirməkdən  ağır  günah  tanımıram.  Belə  bir 
cinayətə  bəraət  verən  qanun  və  belə  bir  günahı  ba-
ğışlayan din də tanımıram. 
...  Tibbdə  adına  “dövri  erməni  xəstəliyi”  deyilən 
bir xəstəlik var. Ərəb, yəhudi, bəzən türklər kimi Yaxın 
Şərq xalqlarına şamil edilsə də, adı ermənilərlə bağlıdı. 
Adətən  qarın  boşluğunda  ağrılar  yüksək  hərarətlə 
müşayiət olunur. Amma mən “erməni nifrəti” adlı baş-
qa bir xəstəlik də tanıyıram. Bunu yalnız onlarla qonşu-
luqda  yaşayanlar  bilir.  Epidemiya  səviyyəsinə  çatmış 
bu xəstəliyin yayılma təhlükəsi var, mən belə bir viru-
sun bizə də keçməsini istəmirəm”. 
Həmin yazıda arzulamışdım ki, biz də ermənilər 
təki yaddaşlı olaq, amma onlar kimi nifrət xəstəliyinə 
yoluxmayaq,  erməniləşməyək.  İlin  ilk  üç  ayının  hə-
rəsinə bir hüzn günümüz var. Üç ay ağlayırıq. Ermə-
nilərsə  il  boyu  ağlayır.  Qorxum  bu  xəstəliyə  yolux-
maqdan yanadır. 
Diqqətli  oxucu  gördü  ki,  mənim  nifrətim  “nif-
rət”ədi, qəzəbə yox.  
İçimizdə “nifrət virusu”  yuva qurmadan qəzəbi-
miz soyumasın.  
Qəzəbin  görə  bilmədiyi  işi  nifrət  heç  vaxt  görə 
bilməz! 
1 aprel 2010 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə