Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 
86 
 
Unudulmaz Gülsarı 
 
Nə vaxtsa oxumuşdum ki, azadlıqda keçən bircə 
günün xatirəsi yüz il həbsxanada darıxmamağa yetər. 
Həyat, özü də azad həyat haqqında bu dəqiq fikri kim 
deyib,  yada  sala  bilmirəm.  Onu  da  bilmirəm  ki, 
Qırğızıstanda  baş  verən  son  qanlı  olaylardan  doğan 
bu  yazıya  yuxarıdakı  fikrin  nə  dəxli  var?  Yazının 
əvvəlində  xeyli  fikirləşib cavab  tapmayanda  istədim 
yerində  deyil  deyə  adını  unutduğum  fikir  adamının 
bu sözlərini atım getsin. Amma yazının sonunda bir 
də  baxaram  deyib,  dəymədim.  Niyə  Qırğızıstanla 
bağlı yazıya bu sözlə başlamağım, bəlkə, mənə sonda 
aydın oldu...  
Bu  ölkə  haqqında  çoxlaylı  xatirələrimin  birinci 
qatındakı  duyğunun  adı  pərtlikdi.  Niyə  pərtlik,  indi 
deyim!  Əsgərliyin  “uçebka”  deyilən  dövründə  say-
sız-hesabsız  orta  asiyalı  əsgərin  arasında  iki  qırğız 
hamıdan  seçilirdi  və  mənimki  onlarla  tutduğundan 
çox vaxt bir yerdə olurduq. Onlar da əsgərliyə insti-
tuta  ara  verib  gəlmişdilər.  “Manas”dan,  Çingiz  Ayt-
matovdan  xəbərdar  olmağım,  İssık-Kulu  tanımağım, 
“Ağ  gəmi”  filmindən  danışmağım  onların  yanında 
hörmətimi xeyli qaldırmışdı... 
Aytmatovun “Əlvida, Gülsarı” əsərini dünya ədə-
biyyatının şedevrlərindən biri kimi təriflədiyim günün 
axşamı  yerimə  girəndə  oxumadığım  əsər  haqqında 
ağızdolusu  danışmağın  yaxşı  iş  olmadığının  fərqində 
idim. Özümə (ayıb işimə) onunla təskinlik vermişdim 


 
87 
ki,  evə  qayıdanda  ilk  oxuduğum  elə  bu  əsər  olacaq. 
Elə  də  oldu.  Əsgərlikdən  qayıtdığım  yay  “Əlvida, 
Gülsarı”nı oxudum. Oxudum və pərt oldum. Qabağı-
ma qoyub uşaq kimi danladığım, Aytmatov kimi dahi-
nin  yerlisi olub, onun dünyalara dəyən “Əlvida, Gül-
sarı” kimi sevgi dastanını oxumayan qırğızların yanın-
da xəcalət çəkirdim, min kilometr aralı olsam da. Sən 
demə,  Aytmatovun  bu  povestinin  qəhrəmanı  Gülsarı 
qız yox, at imiş. Onlar da mənim kimi qayıdıb bu əsəri 
oxuyacaqdılar  və  görəcəkdilər  ki,  Gülsarı  qız  yox,  at 
adıdı.  Bu  at  məsələsi  məni  pərt  eləsə  də,  hər  halda 
içimdə qırğızlara qarşı isti duyğu yaratdı.  
 
*** 
 
Qırğızıstana ilk səfərim 1995-ci ilin yayında oldu. 
Dünya Türk Gənclərinin növbəti qurultayı İssık-Kulda 
keçirilirdi.  Tədbirə  “Antenn”  radiosunun  prezidenti 
Rüstəm  Əliyevlə  getmişdik.  Bu  yerləri,  dağları,  gölü 
qədim  türklərin  müqəddəs  yurdu  kimi  bizə  təqdim 
edən millətçilər istədiklərinə nail olmuşdular, qan yad-
daşımızı oyadıb buraları bizə sevdirə bilmişdilər. Fəxr 
duyduğun  tarix  ilk  sevgi  kimi  adamı  həyəcanlandırır. 
İndi də elə bilirəm ki, Ergenekon İssık-Kulun o üzün-
də, Tanrı (Tyan-Şan) dağlarının saysız-hesabsız zirvə-
lərinin  birinin  arxasındadı.  Hər  gün  İssık-Kula  elə 
girirdim  ki,  sanki  xristianlar  xaç  suyuna  girir  –  mü-
qəddəs suya girməklə saflaşır, durulaşıram. O duyğu-
ları sözlə izah etmək olmur, gərək yaşayasan.  


 
88 
Bir gün  yenə  yüyürüb adı isti olsa da, buz kimi 
soyuq suya baş vurdum. Nə qədər müqəddəs olur-ol-
sun,  suyla  zarafat  eləməzlər.  Ayağımın  altından  yer 
qaçdı, batdım. Təkan verib qalxmaq ümidiylə ayağı-
mın torpağa dəyməsini gözləyənəcən – gölün dibinə 
etdiyim “səfər” boyu keçirdiyim anlar yadıma düşən-
də indi də ətim ürpəşir. Məni xilas edən çuvaşın ba-
basına indi də rəhmət oxuyuram.  
 
*** 
 
Sonralar  bu  ölkəyə  çox  səfər  elədim.  Bir  dəfə 
İssık-Kul sahilində, vaxtilə Sovet İttifaqı Kommunist 
Partiyası Mərkəzi Komitəsinin, başqa sözlə Moskva-
nın tabeliyində olmuş “Avrora” sanatoriyasında kon-
frans  keçirilirdi.  Müxtəlif  ölkələrdən  gələn  qonaqlar 
bir vaxt SSRİ lideri Leonid Brejnevin istirahət elədi-
yi hoteldə yaşayır, dünyanın dörd bir tərəfindən gəti-
rilən  ağac  və  güllərdən  salınmış  bağda  gəzir,  gölün 
sahilində  özlərini  günə  verirdi.  Daha  on  il  əvvəl  bo-
ğulmağım da qorxulu gəlmirdi.  
Konfransın  sessiyalarından  birində  Qırğızıstan 
Elmlər Akademiyasından qoca bir bioloq alim mövzu-
nu qoyub İssık-Kul gölündən danışmağa başladı. Kon-
fransın  mövzusuna  dəxli  olmasa  da,  maraqlı  çıxış 
edirdi deyə sözünü kəsmirdilər. O deyirdi ki, 1950-ci 
illərdə  Ermənistanın  Sevan  gölündən  təcrübə  üçün 
balıq  gətirmişdilər.  Hər  iki  göl  dağda  yerləşdiyindən 
onların bitki və heyvanat aləminin oxşar və fərqli cə-
hətlərini öyrənirmişlər. Təcrübə onunla nəticələnib ki, 


 
89 
gəlmə balıqlar hansısa yerli balıq növünün nəslini kə-
sib. O, bunu çox ciddi fəlakət hesab edir və kənardan 
balıq gətirilməsini səhv qərar adlandırırdı. Gölün təbii 
faunası gəlmə balıqlar hesabına dəyişibmiş.  
Bu çıxışı dinləyə-dinləyə mənimlə üzbəüz oturan 
Helsinki  Vətəndaş  Assambleyası  Ermənistan  Milli 
Komitəsinin rəhbəri Nataliya Martirosyana baxırdım. 
Gələni  saxlamazlar,  akademikin  sözünü  kəsib  belə 
bir  replika  atdım:  “Yaxşı  ki,  Ermənistandan  balıq 
gətirmisiniz,  erməni  gətirsəydiniz,  indi  burda  qırğız 
qalmazdı”. Akademikin başa düşüb-düşmədiyini bil-
mədim, amma xanım Martirosyan bərk incidi. Dilxor 
oldu, etiraz elədi, mənə də, təşkilatçılara da, sessiya 
vaxtı da, fasilədə də. Dostlar onu belə sakitləşdirdilər 
ki, Vahid zarafatcıl oğlandı, bunu pis niyyətlə deməz. 
Mən  isə  dediyim  sözün  gətirdiyi  rahatlıqdan 
xoşhallanırdım. 
 
*** 
 
Hər dəfə Fərqanə vadisiylə Özbəkistandan Qırğı-
zıstana  keçəndə  bir  dünyadan  başqasına  düşdüyünü 
dərhal hiss edirsən. Qırğız sərhədçiləri və polislərinin 
davranışı, adamların sərbəstliyi Özbəkistanla müqayi-
sədə  xeyli  azad  ölkəyə  gəldiyindən  xəbər  verirdi. 
“Asiyanın İsveçrəsi” adlandırılan bu ölkə özünün gö-
zəl  təbiətiylə  adamı  nə  qədər  heyran  edirdisə,  adam-
larının yaşadığı səfalət də bir o qədər heyrətləndirirdi.  
Dağların zirvəsindən keçən xəyal üfüqlərində gör-
düyün  məkan  insanın  yox,  Tanrının  yaratdığı  bir  di-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə