Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə23/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 
98 
Həmin  axşam  Yesenindən  şeirlər  dedi,  özü  də 
melanxolik  bir  səslə.  Royalda  çaldı.  Cuşa  gəlmişdi. 
Ömrümdə heç vaxt canlı virtuoz ifaya bu qədər yaxın 
olmadım, nə həmin gecəyədək, nə də sonra. Bu, adi 
yaxınlıq  yox,  Vivaldinin,  Bethovenin,  Şopenin, 
tanımadıqlarımın musiqi dənizində qərq olmaq idi.  
Onu  dinləyir,  divardakı  şəkilləri  bir-bir  gözdən 
keçirirdim. Burda zaman çoxdan durub, onunla bitib-
di  –  şəkillərin  hamısı  onadək  çəkilənlər  idi.  İki  dəfə 
ailə qurubmuş, amma övladı yox idi. Üç gecədə elədi-
yi  söhbətlərində  sanki  bütün  həyat  yolunu  öyrənmiş-
dim:  yəhudi  “ov”undan  qurtulmaq  üçün  soyadlarını 
Abramovdan  İbraqimova  dəyişən  ailəsindən  tutmuş 
dostlarını atmadığından dissidentlər sayaq ömür yaşa-
mağa  məcbur  olmasınadək  danışmışdı.  Qalanını  da 
musiqi ilə deyirdi, 70 illik bir ömrü not-not çalırdı. 
Konyakın beyində yaratdığı tozanağı onun roya-
lından qopan səs alıb harasa, uzağa – keçmişəmi, gə-
ləcəyəmi aparırdı. Gələcək – elə görmək istədiyimiz 
keçmiş deyilmi?! 
 
*** 
 
... Razılaşmışdıq ki, bazar günü Kiyevi onun gözü 
ilə  görməyə,  yəni  gəzməyə  birlikdə  gedəcəyik.  Bu, 
sonuncu  günümüydü  deyə  başqa  heç  kimlə  görüş-
məyəcəkdim,  gecə  reysinədək  birlikdə  olacaqdıq.  Hə-
min  səhər  onun  hazırlaşmasını  bir  xeyli  gözləyəsi  ol-
dum. Nəhayət, otağının qapısı açılanda... Qırxıncı illə-
rin  üslubunda  tikilmiş  tünd  qəhvəyi  rəngli  uzun  xəz 
paltosunun yaxalığındakı iri qaşlı sancaq zəif işıqda be-


 
99 
lə bərq vururdu. Başındakı zərif yun şal sanki sifətinin 
bütün cazibəsini sərgiyə çıxarmaq üçün bağlanmışdı.  
Küçənin lal sükutu yağan qarın eniş səsini dinlə-
mək üçünmüş sanki. Belə qadın kimin qoluna girsəy-
di, qulağının dibindəcə çiyninə qonan qar dənələrinin 
səsini eşidərdi. 
Qədim  binanın  yanından  keçirik.  Nəfəsliyə  oxşa-
yan  balaca  zirzəmi  pəncərələrini  göstərib  “Burdan  hə-
mişə  qışqırtı,  tükürpədən  işgəncə  səsi  gələrdi.  Sovet-
lərin  NKVD-si  də,  sonra  faşistlərin  “Gestapo”su  da 
burda yerləşib. İndi də KQB-nin hansısa bölməsinindi” 
dedi.  Piyada  gəzdiyimiz  küçələrdəki  tarixi  binalardan, 
haçansa olmuş hadisələrdən, xatirələrindən danışırdı.  
Yolun  sürüşkən  yerlərində  yıxılmağa  qoymaya-
cağıma  əminliklə  qolumdan  daha  bərk  yapışırdı. 
Onun bu güvənliyi mənə ləzzət verirdi. Üz-üzə gəldi-
yimiz  adamların  bizə  maraqla  baxması  isə  ürəyimə 
sarı  yağ  kimi  yayılırdı.  Onun  təsvirəgəlməz  aurası, 
yasəmən qoxuyan ətri, lətafəti məni oynaşan qar də-
nəsinə çevirmişdi, onlara qoşulub uçurdum.  
“Bura “Andreyev enişi”di. Bulqakovun ev muze-
yi burdadı, 13 nömrəli evdə. Sizi ora aparmaq istəyir-
dim,  amma  görürəm,  küçəni  təmizləməyiblər,  çox 
sürüşkəndi.  Yıxılaram.  Qayıdaq.  Bir  də  yolunuz 
düşsə, gələrsiniz. “Master və Marqarita”nı oxumusu-
nuzmu?” “Mənim “Qaçış”dan xoşum gəlir” – dedim. 
Başını qəribə tərzdə çevirib gözümün içinə baxdı. 
Evə  qayıdanda  qaş  qaralırdı.  Bir  azdan  dostum 
arxamca  gələcəkdi.  Son  dəfə  oturub  çay  içdik.  Yüz 
ilin tanışı kimi baxırdım ona. Bir də nə vaxt görüşə-
cəyik? Görüşəcəyikmi?  


 
100 
Çıxanda dayanıb divardakı şəklə bir də diqqətlə 
baxdım,  “İnqrid  Berqman”la  “sağollaşırdım”.  Görüb 
yaxınlaşdı. “Neçə gündür baxırsınız, amma soruşma-
dınız  kimdi?”  “Kimdi?”  ”Mənəm,  18  yaşında.  Kon-
servatoriyaya girdiyim gün çəkdirmişəm”. Heyrətimi 
saxlaya  bilmirdim.  “Deyəsən,  vurulmusunuz,  hə? 
Elədir!  Vurulmusunuz!  Bilmirəm  bu  qafqazlılar  nə 
tapıb məndə!” İncə, xoş təbəssüm ətrafa nur saçırdı. 
Qapının ağzında ayrıldıq. 
–  “Allah  köməyin  olsun!”  –  dedi.  Pilləkənin 
sonunda çevrildim, eynən anam kimi baxırdı. 
Son sözündə ilk dəfə mənə “siz” demədi. Ayrılıb 
gedəndə  yolboyu  elə  bilirdim,  nəyisə  unudub  orda 
qoymuşam,  ciblərimi  dönə-dönə  yoxladım,  açıb  ça-
madanıma bir də baxdım, hər şey yerində idi.  
Aeroportda  vidalaşanda  məni  qəribə-qəribə 
süzən dostumdan öyrəndim ki, Yelena kirayə pulunu 
götürməyib.  
Bir azdan təyyarənin illüminatorundan baxan bir 
cüt göz gecənin sonsuz qaranlığında ulduz kimi say-
rışacaqdı. 
 
*** 
 
Qızım çalğısını bitirəndə yaxınlaşıb not kitabına 
baxdım:  Mendelson,  “Venesiya  qondolyerasının 
mahnısı”.  Onun  15 il əvvəl çaldığı  əsər.  12  yaşlı  qı-
zım mənim heyranlığımı gözəl ifasının qiyməti kimi 
qəbul edib sevinirdi.  
... Elə mən də sevinirdim.  
21 yanvar 2011 
 


 
101 
 
 
 
 
 
 
 
 
Demokratiya 
yazıları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
102 
 
 
 
 
 
 
 
 
 


 
103 
 
Ağ Rusiyanın qara taleyi 
 
Uzun illər eyni iqtisadi-siyasi məkanda yaşadığı-
mızdan haqqında kifayət qədər məlumatlı olduğumu 
düşündüyüm  Belarusa  son  səfər  təəssüratım  məni 
rahat buraxmır. Sən demə, kitablar, filmlər, eşitdiklə-
rim  və  əvvəlki  qısamüddətli  səfərlərdə  gördüklərim 
bu xalq haqqında əsl həqiqətləri sanki Belarusun ba-
taqlıqları kimi ilim-ilim itirməyə xidmət edirmiş. Hə-
qiqət görünənlərin astar üzündəymiş... 
Tarixin siyasət qarşısında acizliyinə öz xalqımın 
taleyi  timsalında  şahidəm,  amma  tarixi  həqiqətin  si-
yasi  ideologiyanın  bunca  məzlum  kölgəsində  gizlə-
dildiyini təsəvvürümə də gətirə bilməzdim...  
Bu  ölkənin  şəhər,  qəsəbə  və  kəndlərində  adi 
adamlar,  siyasətçilər,  QHT  nümayəndələri, jurnalist-
lər,  hüquq  müdafiəçiləri,  tarixçilər,  kommunistlər, 
demokratlar, vətənpərvərlər, kimliyi (əqidəsi) məlum 
olmayan şəxslər, pravoslavlar, katoliklər və nəhayət, 
azsaylı müsəlmanlarla söhbətlərim, yaxın-uzaq tarix-
dən xəbər daşıyan abidələrlə tanışlığım Belarus barə-
də təsəvvürlərimi alt-üst elədi. Bir şeyi yəqin bildim: 
belarusların tarixən ruslarla hansısa etnik bağlılığı ol-
sa da, onlar tamamilə fərqli, hətta bəzən bir-birini in-
kar edən xalqlardı. 
 
 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə