Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

123
Xəlili, Xəzani, Şahi kimi qəzəl ustadları ilə məşhurdur. Görkəmli ictimai
xadim, şah, şücaətli sərkərdə və nəfis əsərlər yaradan şair Şah İsmayıl
Xətai şeirin digər növləri ilə yanaşı, gözəl qəzəl müəllifi kimi də şöhrət
qazanmışdır. Azərbaycan dilində qəzəlin tacidarı, dünya şöhrətli Füzuli
də bu dövrün yetirməsidir.
Qəzəlin mövzusu, əsasən, məhəbbətdir. Həyati, dünyəvi
məhəbbət və onun rəngarəng təzahürlərinin bədii-romantik təqdimi XV-
XVI əsr şeirlərini daha çox maraqlandırır. Lakin bununla yanaşı İlahi
eşqin, sufiyanə görüşlərin tərnnümü bir çox qəzllərin əsas sxemini
təşkil edir. Bir çox qəzəlxanlar ülvi, saf, pak eşqi dərin fəlsəfi mənada
şərh edərək, onu Yaradanın intəhasız insiyətinin təcəllası kimi, üzdən
romantik görünən, əslində olduqca real bir ünvanda müəyyənləşdirirlər:
Ya Rəbb, müdam inayətin et pişva mənə
Zövqü vüsalın eyləginən aşina mənə.
Könlüm evində səndən əgər qeyri-varisə,
Qəhrinlə eyləgil sən o fikri bəla mənə.
Yüz dərd əgər bu dövri-fənadə çəkər könül,
Bir əbr rəhmətin yetirər min dəva mənə.
Qəmdən bu xəstə canım olubdur bəla evi,
Vergil xəzaneyi-kərəmindən şəfa mənə.
Dərgahına bu bəndədə şayəstə yox əməl.
Aləmlərincə lütfünü gördün rəva mənə.
Yolunda sabit eylə mənim etiqadımı,
Şul yolda Murtuzana elə pişva mənə
Etmə zəif canımı duzəx şərirəsi,
Nuri-ədalətlə yetirgil səfa mənə.
(Murtuza Quluxan Zəfər
1
)
1
ХВЫЫ  ясрдя  йашамыш,  ЫЫ  Шащ  Аббас  заманында  вязирлик  рцтбясиня  йцксялмиш,  Ярдябилдя  Шейх  Сяфияддин
мягбярясинин мцтяввяллиси олмушдур.


124
Azrbaycan ədəbiyyatı tarixi ilə tanış olarkən Azərbaycanda qəzəl
ustalarının hələ XX əsrə qədərki dövrlərdə minlərlə olduğunu söyləmək
olar. Təssüflər olsun ki, sovetlər birliyi dönəmində yazılmış ədəbiyyat
tariximizdə bunların əksəriyyətinin adı gizlədilmiş və onların bədii irsi
haqqında heç bir məlumat verilməmişdir.
Azərbaycanda qəzəl ədəbiyyatının metodoloji əsaslarda dərindən
tədqiqi ədəbiyyatşünas alimlərimizin müştərək səyi ilə öz hərtərəfli –
kompleks həllini gözləyən ən mühüm, fundamental elmi-nəzəri və
metodoloji problemlərdən biridir. İnanırıq ki, son vaxtlar Azərbaycan
ədəbiyyatşünaslığında qəzəl janrına artan intensiv maraq hmin
problemin həlli istiqamətində səmərəli səylərə çevrilə biləcəkdir.
Qəsidə. Azərbaycan sovet ədəbiyyatşünaslığında qəsidəyə
olduqca ögey münasibət bəslənmiş, onun guya klassik ədəbiyyatda
çox yayılmadığını, kütləviləşmədiyini, bu janrda dəbdəbəli, təntənəli
üslubun təmtəraqlı danışığın əsas yer tutduğunu göstərmk istəmişlər.
Həm də qəsidənin guya ən çox rəsmi dairələrdə, saray adamları
arasında yayılan şeir şəkli olduğunu yazmışlar.
Məsələ burasındadır ki, orta əsrlərdə bütün klassiklər öz
əsərlərini qəsidə növü olan minacatla başlamış, sonra isə nətlə davam
etdirmişlər. Çoxuna məlumlur ki, minact Allahın təkliyini və izzəti-
cəlalını, nət əsasən sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd
əleyhissalamı, əhli-beyti, eyni zamanda peyğəmbərin nəslini –
övliyaları mədh etməyi bildirir. Lakin bununla belə qəsidə ancaq mədh
və yaxud tərifdən ibarət olmamışdır. Xaqani, Nizami, Nəsimi, Qazi
Bürhanəddin, Füzuli, Saib Təbrizi və başqalarının qəsidələrinin bir
qismi fəlsəfi, əxlaqi-didaktik və ictimai-siyasi məzmun daşıyır.
Qəsidə qəzəldən çox öncə yaranmış bir janrdır. Mənbələrə görə,
qəsidənin iki mindən artıq yaşı vardır. Ərəbistnda hələ islam dini
meydana gəlməmişdən bir xeyli öncə, cahilliyyət dövründə «tayfa və
qəbilə» qəsidələri yaranmışdır. Məlumdur ki, ərəblər hələ çox qədim


125
dövrlərdən şeiriyyətə çox böyük maraq göstərmişlər, qəsidə isə qədim
ərəb poeziyasında aparıcı rol oynamışdır. İslam dini meydana
gələndən sonra qəsidə daha çox inkişaf etmiş və bir müddət sonra
əsasən əruzun bəhrlərində yazılmağa başlamış və Azərbaycanda da
artıq
İslam
dini
yayıldığı
üçün
Azərbaycan
sənətkarlarının
yaradıcılığına öz təsirini göstərmişdir.
Qəsidə bəzi ədəbi formaların başlanğıcını özündə cəmləşdirən
sinkretik bir janr olduğu üçün şairlər bu janra tez-tez müracit etmiş və
öz yaradıcı imkanlarının geniş şəkildə açılması üçün minacat, nət,
mədhiyyə, fəxriyyə, qitə və mərsiyə kimi növlərdən istifadə etmişlər.
Azərbaycanda gözəl qəsidələr ustası kimi Əfzələddin Xaqani
tanınmışdır. Çoxmətləli qəsidələrindən «Həhzətül-əpvah və Hüzhətül-
əşbah»  («Ruhlar üçün yaxşı fürsət və şəbəhlər üçün gəzişmə»),
«Töhvətül-hərəmeyi və tuffahətüs səqəleyi»  («İki hərəmin töhfəsi və
peyğəmbərin gətirdiyi dinin və ailəsinin meyvəsi»),  «Baxurətül-əsfar
məzkurətül-əzhir»  («Səhər vaxtı danışılan ilk səfərlərin səmərəsi»),
«Kənzur-rikiz»  («Qızıl-gümüş xəzinəsi») və «Hirzül-hicaz»ı («Hicaz
qalası») Xaqani Məkkəyə və iki dəfə Mədinəyə etdiyi ziyarətlər zamanı
nəzmə çəkmişdir. Yazdığı şiniyyə və raiyyə qəsidələri onun nəzm
sahəsində ən böyük müvəffəqiyyətlərindən hesab edilmişdir. Bəzi
məşhur söz ustaları onun şiniyyə qəsidəsinə nəzirə yazmışdır. Xaqani
raiyyə qəsidəsini Sənainin raiyyə qəsidəsinə nəzirə yazmışdır. Bu
qəsidə iki yüz beytdən ibarət və çox mətləlidir. Xaqani qəsidədə
müqəddimədən sonra iki şəxsi mədh edir. Onlardan birincisi Xoy
şəhərində olan məşhur Dünbülilərdən Əmir Cəfər Əmir İsa oğludur ki,
öz elminə və fəzilətinə görə o dövrün xəlifəsindən Şəmsülmülk ləqəbini
almışdır. Xaqani Şirvanşahlar tərəfindən bir neçə dəfə onun yanına
göndərilmişdir. O, bu əmirin onun sülaləsinin, onların əqidə və
təriqətlərinin haqqında bir neçə qəsidə qoşmuşdur. Bu qəsidələrin
birində deyir:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə