Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

157
kütllərinə rəğbət, həyatda müsbət qəhrəman axtarışları tənqidi
realizmin ən əsas xüsusiyyətlərindən idi.
Azərbaycanda maarifçi realist ədəbiyyat ilk mərhələlərdə hələ öz
böyük romanını, öz «böyük nəsr» janrlarını yaratmır. XIX əsrin
ortalarının realist-maarifçi ədəbi fikri M.F.Axundovun altı komediyası,
povesti, tənqidi və fəlsəfi-publisist əsərləri ilə təmsil olunur. Böyük
mütəfəkkir «Təmsilat»da ifadə və təbliğ etdiyi maarifçi idealları
«Aldanmış kəvakib»də və «Kəmalüddövlə məktubları»nda davam və
inkişaf etdirir. Axundov maarifçiliyi öz ideya-məfkurə zirvələrinə bu
əsərlərlə yüksəlir. Hər yerdə olduğu kimi, Azərbaycanda da maarifçi-
realist və maarifçi-publisist nəsr maarifçilik hərəkatının inkişafında
xüsusilə böyük rol oynayır. Maarifçiliyin növbəti – ikinci tarixi
mərhələsinə məxsus bir sıra yeni tendensiyalar öz başlanğıcını məhz
bu iki əsərdən alır.
Axundov realizmin imkanlarını geniş təsəvvür edirdi. Tənqidçi
belə bir fikri sübuta çalışır ki, əsl poeziyada təsvirin real həyat
həqiqətinə əks getməməsi prinsipi heç də sənətkarı müəyyən məqsəd
üçün şərtiliklərdn, mövhumi qüvvələrdən istifadə səlahiyyətindən
məhrum etməməlidir. Əgər realist əsərdə mövhumi qüvvələr insan ağlı
və anlayışı çərçivəsində təsvir olunursa, real həyata uyğunlaşırsa və
bu təsvir insan hüdudlarında dolaşırsa, bu, realist sənət yoluna zidd
deyildir. Hekayət və şikayət isə gərək həqiqətə müvafiq olsun və
məzmunda mövcud olmayan (qeyri-obyektiv) hadisədən bəhs
edilməsin. Bəlkə bütün izahlar gərək bəşər cinsinin adətinə,
təbiətlərinə, hərəkət və xəyallarına, yaxud nəbatat, cəmadat və
ölkələrin vəziyyətlərinə uyğun olsun. Demək, hər hansı şeirin
məzmunu bu şərtlərə müxalifdirsə, yəni onun məzmunu real həyat
həqiqətini əks etdirirsə və burada obyektiv gerçəklik yoxdursa, bu, şeir
deyildir və onu poeziya adlandırmaq olmaz. Axundovun fikrincə,
bilavasitə həyatdan ilhamlanan sənətkar həm də xüsusi yaradıcılıq


158
istedadına malik olmalıdır. Yalnız əsl istedad sahibi həyatı sənət
səviyyəsinə yüksəldə bilər. Əks halda isə təsvir sadəcə olaraq,
«məzmun doğruluğu» ilə fərqlənir; şeirin şərtlərini öyrənib nəzm
yazmaq hər savadlı adama müyəssər olan qabiliyyətdir:  «Ancaq
sənətkarlardır ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq əlfazı rişteyi-
nəzmə düzürlər və hərgiz nəzmlərində bir təsir yoxdur; bəlkə ksərinin
nəzmlərində heç məzmuni-səhih dəxi tapılmaz və bu sənət bir asan
zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında
bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə
kimsənələrə şair demək qələtdir. Füzuli şair deyil… ancaq nazimi-
ustaddır».
Əlbəttə, Axundovun burada dahi Füzuliyə qarşı bu qədər
ədalətsizlik və haqsızlıq etməsi, şübhəsiz ki, onun ateist olmasından
irəli gəlirdi. Füzuli sufi bir sənətkar olaraq, bütün varlığı ilə Yaradana
bağlı olduğuna görə onun sufi görüşləri materialist Axundovu qane
etmirdi. Füzuli şeirinin dərin həyati, fəlsəfi qüdrətinə, məna
zənginliyinə, sənətkarlığına, emosional qüvvəsinə belə münasibt haqlı
olaraq mütəxəsisslər tərəfindən tənqid olunmuşdur.


159
ƏDƏBİYYATDA İSLAM DİNİNİN ROLU VƏ MÖVQEYİ
Orta əsrlər islam mədəniyətinin bütün müsəlman xalqlarının, o
cümlədən Azərbaycan xalqının ədəbiyyatına təsiri barədə bu kitabda
yeri gəldikcə danışılmışdır. Həm də bu xalqların, o cümlədən
Azərbaycan xalqının ədəbi irsinin toplanılması, öyrənilməsi və təbliği
sahəsində son zamanlar az iş görməmişdir. Xüsusilə son dövrdə
Azərbaycan ədəbiyyatşünaslığı diqqətəlayiq nailiyyətlər əldə etmişdir.
Xaqani, Nizami, Nəsimi, Füzuli və başqa söz ustadlarının əsərlərinin
obyektiv təhlili və öyrənilməsinə ayrı-ayrı tədqiqat əsərləri həsr
olunmuşdur. Odur ki, biz bu bölmədə ədəbiyyatın dinlə bağlılığından
müfəssəl söhbət açmağı qarşımıza məqsəd qoymamışıq. Lakin bu
mövzuya
müraciət
etməyimizin
bir
səbəbi
vardır:
müasir
ədəbiyyatşünaslığımızda müsəlman orta əsrlərində söz sənəti
ustalarının dinə münasibəti məsələsində məqbul sayılan müddəalara
dair bəzi fikirlər söyləməyə ehtiyac duyulur.
Zövq sahibləri sözün qüdrətindən vəcdə gəlmiş, dil şirinliyindən
və axarlılığından təsirlənmiş, sənətkarın bədii ustalığından, yaradıcılıq
ilhamından mənən qidalanmış, daxilən saflaşmış, gözllik anlamını
zənginləşdirmişlər. Lakin elə həmin dövrlərdə daha bir meyar da əsas
götürülmüşdür – sənətkarın dünyabaxışı meyarı. Ancaq o sənətkarlara
yüksək qiymət verilmişdir ki, onların bədii ustalığı mütərəqqi dini,
fəlsəfi, siyasi, əxlaqi baxışları ilə ahəngdar olsun, biri digərini
tamamlasın. Məhz bu meyarın təsiri altında islam qədim yunan
fəlsəfəsini, elmini öz dünyaduyumu süzgəcindən keçirdib mənimsəyə
bildiyi halda, sənətkarlıq baxımından güclü, ancaq bütpərəstlik əsatir
və əfsanələri əsasında təşəkkül tapmış yunan ədəbiyyatını qəbul


160
etməmişdir. Bu meyarlar, əgər «xalis sənət»,  «sənət sənət üçündür»
nəzəriyyəsi havadarlarını çıxsaq, bu gün də dəyişilməmişdir və müasir
ədəbiyyatşünaslıqda sənətdə xəlqilik, ümumbəşərilik, insanpərvərlik
meyarları ilə yanaşı əsas kimi götürülür. Lakin bir cəhət diqqəti cəlb
edir: ədəbi irsimizə sənətkarın dünyabaxışı meyarı əsasında qiymət
verərkən nədənsə bu və ya digər söz ustadının dinə münasibəti
məsələsi ya məqsədyönlü şəkildə unudulur, ya da onun islam
dünyaduyumuna,
dəyərlərinə,
rəmzlərinə,
yenə

sovetlər
dönəmindəki kimi «tənqidi» münasibətinə dair «dəlillər» axtarılır və bu
dəlillərin əsası oldu-olmadı, daha bariz şəkildə göstərilməsinə səy
edilir. Tutaq ki, təməli Füzuli tərəindən qoyulmuş «mərsiyə»
ədəbiyyatının, bir neç əsr Azərbaycan ədəbiyyatına guya bəsit bir
forma gətirdiyini iddia edərək M.F.Axundovun dahi Füzulini «nizami-
ustad» adlandırmasına indinin özündə də haqq qazandırırlar. Sovetlər
dönəmində böyük Füzulinin guya dönə-dönə «dinə qarşı mübarizəsi»
məsələsini qaldıranlar indi onu «tilsim» adlandıraraq, onun qəzəl,
qəsidə, mərsiyə yaradıcılığını cadulanmış gediş hesab edir və bu
qırılmaz tilsimi qıranın ilk dəfə M.F.Axundov olduğunu söyləyirlər.
Hətta indinin özündə də Xaqani dini baxışları daha çox təbliğ etdiyi
üçün onun yaradıcılığı Nizami yaradıcılığına nisbətən gericil sayılır.
Unudulur ki, Nizamiyə çağdaşları ehtiram əlaməti olaraq «şeyx»,
Füzuliyə isə «mövlana» deyə müraciət edirdilər. Məsələ burasındadır
ki, bu dahi insanların böyüklüyü islam dəyərlərindən bəhrələnərək
yaratdıqları bədii cəhətdən mükəmməl, yüksək məramlı əsərlərdir. Bu
dəyərlər onların söz seçmək, söz ləzzətini duymaq və bu ləzzəti
başqalarına da çatdırmaq ustalığına sirayət etmiş, yeni bədii məzmun
kəsb edərək sənətsevərlərin şüuruna hakim kəsilmişdir. Nizami bütün
əsərlərində dünyabaxışı məsələlərini islam dəyərləri əsasında
nəzərdən keçirmiş və bu barədə öz mütəfəkkir sözünü demişdir.
Məhəmməd Füzulinin imam Hüseyn ibn Əli əl-Mürtəza mübarizəsinə


161
həsr etdiyi «Həqiqət-əs-süəda»  («Xoşbəxtlər bağçası») əsəri öz
bəlağəti, təsirliliyi və ifadəliliyi baxımından bu dəyərlərin bədii
inikasının ən gözəl nümunələrindəndir. Mərhum Firudin bəy Köçərli bu
barədə belə yazmışdır:  «Əgərçi Həqiqət-əs-süəda» nəsr ilə təhrir
olunubdur və bəzi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl
şeirlər vasitəsilə şərhi-məna qılınıbdır ki və lakin bu nəsrdə Füzuli o
qədər məharət və fəsahət göstərmiş ki, və əhvali keyfiyyəti-şühədanı
elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi mərifət indi
də onun dərəcə və mənziləti çox nəzmlərdən artıqdır. Bu vaxta kimi
füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və
gözəl şivəli əsər vücuda gətirməyibdir – desək, shv etməmiş olarıq».
1
Bəzi ədəbiyyatçılar Nizamini öz poemalarının müqəddimə
hissəsində islam təliminə dair baxışlarını şərh etdiyinə görə
«ənənəçilikdə» günahlandırırlar. Digərləri guya Nizamini belə yersiz
ittihamlardan qorumaq mqsədilə sübut etmyə çalışırlar ki, hətta din
məsələlərinə müraciət edərkən belə şair ağıl və zəka mövqeyindən
çıxış edirmiş. Başqaları isə dahi sənətkarın azad fikirliyini
əsaslandırmaq üçün onun «elmi-fəlsəfəni dinə tabe etmək cəhdi»ni ön
xəttə çəkir. Nizaminin «dindarlığı»nı yalnız və ən əvvəl onun mənəvi-
əxlaqi baxışlarına müncər edirlər. Nizami dövrünün qabaqcıl düşünən
şəxsiyytlərindən olmuş, öz mütərəqqi çağdaşları kimi zülmü, əsarəti
görmüş və ictimai bəlalardan yaxa qurtarmaq yolunu axtarmışdır. Bu
yolu Nizami də orta əsrlərin bir çox başqa mütəfəkkirləri kimi, islamın
ilkin qayələrini, fəcnülislam dövrünün qaydalarını bərpa etməkdə
görürdü. Demək olar ki, Nizami bütün əsərlərinin müqəddimə
hissəsində öz dini baxışlarını izah edrkən islam islahatçısı mövqeyi
tutur. Nizaminin bu cəhdi islam ənənələrinə əsaslanırdı: islam tarixində
ən mütərəqqi fikir cərəyanları ilkin islam dəyərlərini dirçəltmək, həyata
qaytarmaq çağırışı ilə çıxış etmişdir. Bu, mühafizəkarlıq deyildi. Dini
1
Фиридун бяй Кючярли. Азярбайъан ядябиййаты. Бакы, Ы ъилд, сящ.89-90.


162
şüurun hökmran olduğu bir cəmiyyətdə qabaqcıl fikirlər də ilkin islam
təməli üzərində qurulurdu. Mütəzilələr də, Səfa qardaşları da öz
təlimlərini bu əsas üzərində qurmuşlar. Bəlkə də Füzulinin imam
Hüseyn Əleyhissəlamın mübarizə tarixinə müraciət etməsinin başlıca
səbəbi ilkin islam dəyrlərini bərpa etmək cəhdi olmuşdur. Çünki
əsrlərlə istər Əməvilərin, istərsə də Abbasilərin hakimiyyəti dövründə
islam dəyərləri şəkildən-şəklə salınmış, peyğəmbərin qoyduğu
qanunlara
subyektiv
münasibət
bəslənmiş,
həqiqət
xalqdan
gizlədilmişdir.
Məsələ burasındadır ki, istər Nizaminin, Xaqaninin, Nəsiminin,
Füzulinin, istərsə də başqa klassik sənətkarlarımızın yaradıcılığının
ilham mənbəyi Qurani-Kərim və islam elmləri idi. Şübhəsiz ki, o vaxt
nə materialist fikirlər, nə də uydurma sosialist realizmi yox idi. Bu
böyük sənətkarların bütün yaradıcılığının məntiqi nəticəsi müqəddəs
Quranın müqəddəs ayələrinə, islam elmləri – fiqhə, fəlsəfə-hikmətə –
işraqiliyə, sufizmə, peripatetizmə dayanır. Bundan əlavə, bu
mütəfəkkirlər nücum elmini, riyaziyyatı, tibb elmini, coğrafiyanı,
incəsənəti, eyni zamanda bütün dünya tarixini çox mükəmməl surətdə
bilirdilər.
Sovetlər birliyi dönəmində dahi şair Məhəmməd Füzulini ateizm
təbliğatçısı kimi qələmə verməkdən ötrü onun dinsiz, Allahsız
adamlara müraciətlə və tənqidi məqsədlə yazdığı «Könül, səccadəyə
basma ayaq…» qəzəlini ədəbiyyat dərsliklərinə salır və şairin ideya-
bədii funksiyasının tamamilə əksinə olaraq, guya Füzulinin şəriət
xadimlərinin «mənfur sifətləri»ni ifşa etdiyini – azadlıq sevən insanla
əsarət və istismar üzərində qurulmuş cəmiyyət arasındakı uçurumu
ifadə etməsini təbliğ edirdilər. Mövzu Füzuliyə aid olurdusa, elə yerli-
yersiz bu qəzəli sitat gətirir, şagirdlərin, tələbələrin beynini ateizm
təbliğatı ilə zəhərləməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Tarixi
həqiqətlər və mənbələr sübut edir ki, dahi şair Allaha və islam dininə


163
bağlılığı ilə kamillik zirvəsinə, övliyalıq dərəcəsinə yüksəlmiş, bəsirət
gözü açılmış və hüsnü-mütləqə qovuşmaqdan ötrü bütün həyatını
ibadətlə məşğul olmuşdur. Bütün əsərləri ilahiyyat fəlsəfəsinə
söykənən
şair,
eyni
zamanda
seyidi-şühəda
Həzrəti-Hüseyn
əleyhəssalamın ziyarətgahı üstündə otuz il təmənnasız və pulsuz
gülab paylamışdır.
«Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma» qəzəlinin
həqiqi mənası mürtəd adamların, əyyaşların, zinakarların, əxlaqsızların
ifşasıdır:
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma
Namaz əhlinə uyma, onlar ilə oturma, durma.
Əkilib səcdəyə salma, farağat tacını başdan
Yüzudən su səpib, rahət yuxusun gözdən uçurma.
İmamın sanma aqil, ixtiyarın ona tapşırma.
Dinsiz mürtədin ruhi vəziyyəti, mənəvi-əxlaqi (eyni zamanda
ictimai) gerçəkliyin tragik şərhi, ifşası Füzuli epitetinin əyani təsəvvürə
sığmayan fəlsəfi mənası burada təşbeh və məcazlar sistemində deyil,
əks qəhrəmanın puç mənəvi almində özünü büruzə verir.
Azərbaycan ədəbiyyatı hər quruluşun başlıca mərhələlərində
aktual yaradıcılıq problemi sayılan ənənə və novatorluq prinsiplərinə
əsaslanmışdır.
Novatorluq artıq «sosialist realizmi» prinsipləriylə deyil, yeni
üslubla, daha geniş, daha bəşəri, daha geniş axtarışlarla inkişaf edir.
Artıq ədəbiyyatın vəzifəsi marksist estetik fikri yox, müxtəlif
istiqamətlərdə səmərəli axtarışlar yolu ilə, yeni dövrün ab-havasını,
mürkkəb ictimai və intellektual təcrübəsini əks etdirə bilən forma və
janrlardan faydalanmaq yolu ilə əks etdirməkdir.


164
Ə D Ə B İ Y Y A T
1. Aristotel. Poetika. Bakı, 1974.
2. Axundov A. Şeir sənəti və dil. Bakı, «Yazıçı» nəşriyyatı, 1980.
3. Azərbaycan folkloru antologiyası. I kitab, Bakı, «Azərbaycan Elmlər
Akademiyası» nəşriyyatı, 1968.
4. Azərbaycan ədəbiyyatı tarixi. I c., B.1990.
5. Azərbaycan bədii dilinin üslubiyyatı, Bakı, «Elm», 1970.
6. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1981.
7. Ahmet Ateş Hakan. İslam ensiklopedisi eilt.
8. Bualo. Poeziya sənəti. Bakı, 1969.
9. Belinski V.Q. Sobranie soçinenie v trex tomax. Qosudarstvennoe
izdatelğstə xudejestvennoy literatura. M., 1948.
10. Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı,
«Maarif», 1968.
11. Quliyev E. Şəhriyar poeziyası və milli təkamül. Bakı, «Elm», 2004.
12. Qasımov H. Bədiiliyin meyarı. Bakı, 1990.
13. Qasımlı M. Aşıq sənəti. Bakı, 1996.
14. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1979.
15. Dobrolyubov N.A. Seçilmiş əsərləri. Bakı, 1952.
16. «Dahilərin göz yaşları» «Mərsiyələr». Bakı, «Elm», 1990.
17. Əhməd Cəfəroğlu. Şair Şəhriyar
18. «Türk kulturu araşdırmaları dərgisi». Ankara, 1964.
19. Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı,
1977.
20. Əlizadə Lalə. «Füzulinin gizli sözü». Bakı, «Yazıçı», 1989.
21. Məhəmməd Hadi. Seçilmiş əsərləri.  2 cilddə, I c., Bakı,  «Elm»,
1978.
22. Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Bakı, 1988.


165
23. Məmmədəli Tərbiyət. Danişməndam Azərbaycan. Görkəmli elm və
sənət adamları. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1987.
24. Mahirə Həmid qızı Quliyeva. Klassik Şərq bəlağəti və Azərbaycan
ədəbiyyatı.
25. Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. B., «Elm», 1999.
26. Nəbiyev B. Azərbaycanın görkəmli adamları F.Köçərli. «Gənclik»,
Bakı, 1984.
27. Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı, 1958.
28. Rüstəmova A. Klassik Azərbaycan ədəbiyyatında qəzəl. Bakı,
1990.
29. Talıbzadə K. Seçilmiş əsərləri. II c., Bakı, Azərnəşr, 1994.
30. Hacıyev A.M. Ədəbiyyatşünaslığın əsasları. 1988.
31. Hacıyev A.M. Ədəbiyyatşünaslığın əsasları. 1999.
32. Çernışevski N.Q. Sənətin varlığa estetik münasibətləri. Bakı,
1956.
33. H.Cavid. Seçilmiş əsərləri. 3 cilddə, I c., Bakı, Azərbaycan Dövlət
nəşriyyatı, 1968.
34. İ.Orucəliyev. Cavidi xatırlarkən. Gənclik, Bakı, 1982.
35. Cavid Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı.  «Yazıçı»,
1993.
36. Cəfər Xəndan. Ədəbiyyatımızın dünəni və bu günü. Bakı,
«Yazıçı», 1980.
37. Cəfər Xəndan. Uğurlu yol. Bakı, «Azərnəşr», 1987.
38. Cəfərov N. Türk dünyası. Xaos və Kosmos. Bakı,  «Bakı
Universiteti» nəşriyyatı, 1998.
39. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, I c., Bakı,  «Elm»,
1981.
40. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası, II c., Bakı,  «Elm»,
1983.
41. Cavad Heyət. Ədəbiyyatşünaslıq. Bakı, 1992.


166
MÜNDƏRİCAT
Ön söz ………………………………………………………………………….. 4-
5
Müqəddimə …………………………………………………………………….. 6-
7
Ədəbiyyatşünaslığın bölmələri …………………………………………………
8-9
Ədəbi-nəzəri fikrin inkişafı və mərhələləri ………………………………… 20-
26
Yaxın şərq xalqlarına məxsus spesifik müstəqil bir maarifçilik hərəkatı
ilə yanaşı, müstəqil bir intibah mədəniyyəti ……………………………...
26-33
Azərbaycan ədəbiyyatında ilahiyyat fəlsəfəsinin rolu ………………. 34-
42
Məzmun və forma ……………………………………………………….  43-
46
Bədii kompozisiya və süjet ……………………………………………... 47-
50
Şeirşünaslığın əsas problemləri …………………………………………….
51
Bəlağət elmi ……………………………………………………………...  52-
61
Müasir ədəbiyyatda yeni bənd növləri ………………………………… 61-
67
Poema ………………………………………………………………….…  67-
70


167
Azərbaycan şeirində vəzn ………………………………………………. 71-
80
Əruz vəzni ………………………………………………………………..  80-
98
Sərbəst vəzn …………………………………………………………….  98-
100
Lirika ………………………………………………………………….. 101-106
Aşıq yaradıcılığı ………………………………………………………  107-
108
Yazılı ədəbiyyatda şeirin janrları …………………………………  109-
120
Epik növ …………………………………………………...…………..  121-
132
Ədəbi metod və cərəyanlar ………………………...……………… 133-
150
Ədəbiyyatda islam dininin rolu və mövqeyi ..………………….. 151-
155
Ədəbiyyat ……………………………………………………………...  156-
157

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə