Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   35   36   37   38   39   40   41   42   43

145
mahiyyətcə də bir-birindən seçilmirlər. Bununla bərabər, romantizmin
inkişafında milli yolların bütün mürəkkəbliyinə və müxtəlif yazıçıların
mövqelərindəki fərqlərə baxmayaraq, romantizm müəyyən estetik
vəhdətə malikdir.
Azərbaycanda romantizmin kökləri orta əsrlərdən başlayır. Daha
doğrusu, Şərq klassik romantizminin zaman və təbiət, insan və tale,
eşq və gözəllik qarşısında ədəbi-estetik fikrin irəli sürdüyü bütün
suallara geniş fəlsəfi mənada İlahi bir eşqlə və qüsursuz cavab verən
Füzuli ilə başlayır, klassik romantizmin, bütün orta əsrlər Azərbaycan
lirikasının estetik devizi kimi Füzuli deyirdi:  «Mən aşiqəm, həmişə
sözüm aşiqanədir». Sufi bir şair olan Füzuli «aşiqəm» deyərkən
məqsədə və mərama Allahın aşiqi, Allahını sevən, Allahına qovuşmaq
istəyən, onunla vəhdətdə olmaq – ali mükəmməlliyin, dəruni həzz və
nəşənin, ədəbi harmoniyanın bir parçasına çevrilməyin yeganə son
mərhələsi və mərtəbəsinə yetişməyi məhz İlahi eşqdir:
Vəqa mülkün dilərsək, fani et varini dünya tək,
Ətək çək gördüklərindən afitabi-aləmara tək,
Fəqr eşq içrə Füzuli izzü cahimdir mənim
Dərgahi təcrid ixtiyar et, kim diyari eşqdə,
Fərq bazarinə əsbabi-fənadəndir rəvac.
Əlbəttə, sufizmin ondan bir neçə əsr sonra ədəbi bir cərəyan kimi
meydana gələn romantizmlə bağlılığını izah etməyin hansı dəlillərə
əsaslanacağını söyləmək üçün istər sufi sənətkarların, istər romantik
yazarların elmi-fəlsəfi traktatlarda, dini-tarixi mövzularda (istər Avorpa,
istər Şərq) bədii əsərlər yaradarkən bədii təsvir və ifadə vasitələrinin,
məcazın, hissiyyatın, ruhi-poetik an və məqamların, bir-birinə
bənzərliyi istər sufi, istərsə də romantik sənətkarların daxili və mənəvi
aləmlərinin zənginliyinə ramən bütün bəşər övladını Yaradanın
qoyduğu qanunlara riayət etmələrini görmək istəmələri, eyni zamanda,
ilahi-səmavi müddəalar, yaxşılıqlar və pisliklər, xeyirxahlıq-bədxahlıq,


146
sülh-müharibə, təvazökarlıq-lovğalıq, dünyaya meydan oxuyan,
bəşəriyyətin taleyi ilə oynayan, xalqa bədbəxtlik, ölüm gətirən şərti-
metaforik obrazlar, qlobal fəlsəfi, ictimai problemlər məntiqi ünvan
səviyyəsinə qaldırılaraq ümumiləşir.
XX əsrin əvvəllərində Azərbaycanda romantizm ədəbi cərəyanı
formalaşdı. M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq, Səid Səlman,
A.Divanbəyoğlu istər orta əsrlərin Şərq romantizmindən, istər də
romantizmin klassik Avropa tipindən bəhrələnsələr də, orijinal bədii-
fəlsəfi, estetik romantizmin əsasını qoydular. Ümumiyyətlə, XX əsrin
ilkin iki onilliyinin fəlsəfi lirikası bizim klassik milli şeirin təbii davamı
olmaqla bərabər həm də yeni mərhələsi idi. Həm M.Ə.Sabirin, həm də
M.Hadinin şeir büllurunda yenidən parlayan Füzuli ənənəsi H.Cavidlə
öz təkrarsız, bənzərsiz bədii ədalı və fəlsəfi mənası ilə meydana çıxır.
Zamanın bədii-ideoloji hərəkatda, mövcud əxlaqi-tərbiyəvi sistemdə
hər şeyi müairliyin qlobal problemləri səviyyəsinə qaldırmaq, tarixi də,
keçmişi də məhz müasir bədii düşüncə və oxucu təfəkkürü üçün
konkret xeyri olan əsərlər yaratmaq bu sənətkarların qarşısında birinci
dərəcəli vəzifə kimi dururdu. İdeya-vətəndaşlıq və məfkurə zənginliyi
ilə yanaşı poetik təfəkkürə, ehtiraslı dil, fəlsəfi hikmətə əsaslanan bu
sənətkarların yaratdıqları əsərlərdə zülm və ədalətsizliyə qarşı çıxır,
xoşbəxt, işıqlı gələcək arzulayır, azad məhəbbəti tərənnüm edir, dini
gözdən salan mövhumatı, xurafatı, fanatizmi pisləyirdilər.
Əsrimizin ilk rübündə Azərbaycan romantizm ədəbi məktəbinin ən
görkəmli nümayəndələrindən biri Məhəmməd Hadi idi. O, coşğun,
alovlu, hərarətli təb sahibi, müasir ictimai hadisələrə vaxtında səs
verməyi bacaran bir şair idi. Hadi dil, təsvir və ifadə vasitələri, şeirin
quruluşu etibarilə qədim klassik poeziyaya daha çox bağlı idi. Onun
yaradıcılığında romantik-fəlsəfi şeirlər xüsusilə diqqəti cəlb edirdi.
Mürəkkəb ictimai hadisələr, çarpışmalar və mübarizələrlə dolu olan
yeni XX əsr şairin qarşısında bir məktəbli qarşısında Yer kürəsi duran


147
kimi dururdu. Onun «Kitabi-həyat», «Mənaziri-təbiət», «Dünya saheyi-
cəmdir»,  «Təraneyi-qəmpərvinə»,  «Bieayi-təbiət»,  «İnsanların tarixi
faciələri»,  «Tövsiyeyi-mürğ» və s. əsərləri başdan ayağa romantik-
fəlsəfi məzmundadır. Azərbaycan rus əsatirindən, istibdadından,
zülmündən xilas olub azadlığa, müstəqilliyə, hürriyyətə qovuşması
üçün çalışan fyüzatçılarla əməkdaşlıq edən M.Hadinin istibdada, zülmə
nifrəti, istismar dünyasının məhv olacağına inamı olduqca güclü, həqiqi
və həyati idi. Hadinin guya sinfi mübarizə aparan, lakin bundan istifadə
edib yenidən müsəlmanların torpaqlarını işğal etmək, mədəniyyətlərini
məhv etmək, dinini əlindən almaq, tarixini ləkələmək arzusunda olan
bolşevizmin əleyhinə idi. O, bolşeviklərə nifrət edir, onlarla əməkdaşlıq
edən yerli yaltaqları vətən xaini adlandırırdı.
XX əsrdə Azərbaycanda romantizm cərəyanının formalaşması ilə
Azərbaycan ədəbiyyatında M.Hadi fenomeni, H.Cavid dramaturgiyası,
A.Səhhət və A.Şaiq poeziyası meydana gəldmiş və bu cərəyan nəinki
onların yaradıcılığındakı ideyaların, həm də bədii sənətkarlığın dünya
standartlarına uyğunlaşmasına təkan vermişdir. Qeyd etmək lazımdır
ki, bu sənətkarların yetişməsində, püxtələşməsində və möhtəşəm
fəlsəfi-romantik əsərlər yaratmasında Əli bəy Hüseynzadənin başçılıq
etdiyi «Füyüzat ədəbi məktəbi»nin müstəsna rolu və xidmətləri
olmuşdur. Füyüzatçıların sistemli və ardıcıl axtarışlarından doğan bədii
üslub çeşidliyi, mövzu və məzmun müxtəlifliyi Azərbaycan ədəbi
mühitini əsaslı şəkildə yeniləşdirməyə və zənginləşdirməyə yönəldirdi.
Onların yaratdıqları əsərlər bədii sənətkarlıq keyfiyyətlərinə, ideya-
fəlsəfi dəyərinə görə könüllü şəkildə başqalarından seçilir, çağdaş
həyatın istəklərinə tam cavab verir, habelə müstəmləkə rejimində
yaşayan xalqın milli hiss, duyğu və düşüncə kompleksinin bütövlüyünü
göstərirdi.  «Gülüstan» və «Türkmənçay» müqavilələrindən sonrakı
dövrün ümumxalq psixologiyası, sosial həyat şəraitindən doğan
ictimai-siyasi fikir yönü, millətin azad, demokratik dövlət uğrunda


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə