Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

133
Susmağımı görərək
İnlə, bacar susmağı.
Zirəklikdən almaram heç bir
sirri dilimə,
Yüz iş görsəm yenə də, biri
gəlməz dilimə.
Şair burada bülbülün timsalında əlindən heç bir iş gəlməyən,
tüfeyli həyat sürən, boşboğazlıqdan başqa bir şey bacarmayan, fəqət
xoşbəxtpərəstlik xəstəliyinə tutulmuş cılız insanları, qızılquşun
timsalında isə zirək, bacarıqlı, cəsur, zəhmətkeş, lakin sirrini kimsəyə
verməyən polad iradəli insanları ümumiləşdirmişdir. Burda Nizami hər
zaman ilə səsləşən, hər dövr üçün aktual olan sosial problemi ortaya
qoymuşdur. Nizami Gəncəvidən sonra Azərbaycan sənətkarları
sırasında orta əsrlərdə M.Füzuli bir çox əsərlərində təmsili mənalardan
istifadə etmişdir. Ümumiyyətlə, Füzuli irsində alleqoriya, parlaq bədii-
poetik forma kimi, dövrə və zamana canlı maraq və müdaxilənin
yaratdığını əks etdirir. Antik dövrün və qədim Şərqin ədəbiyyatına
dərindən bələd olan şair dərəbəyliyin, fanatizmin meydan suladığı bir
şəraitdə öz mütərəqqi, humanist görüşlərini ifadə etmək üçün
alleqoriyanın misilsiz üstünlüklərini bədii yaradıcılığında mühüm bir
vasitə kimi qiymətləndirmişdir. Füzuli alleqoriyası mahiyyətcə ikili
səciyyə ilə seçilir. Burada alleqorik obrazlar yalnız şərti simvolik məna
daşımır, şair onlardan təmsili mənada istifadə edir. Belə əsərlərdə
«Bəngü-Badə»ni,  «İt və pişik» qitəsini,  «Meyvələrin söhbəti»
(«Söhbətül-əsmar») təmsilini misal gətirmək olar.
«İt və pişik» qitəsində Füzuli xeyirxahlıqla bədxahlığın daim
yanaşı yaşadığını göstərməkdən ötrü, şərti olaraq iki heyvanı
qarşılaşdırır. Bir evdə yaşayan köpəklə pişiyin söhbətindən məlum olur
ki, köpək daim sahibinin mal-dövlətini qorumasına baxmayaraq, nəsibi


134
yalnız sür-sümükdür. Pişik isə həmişə məclislər başında, sahibkarın
yatağında güzəran keçirir, yeməklərin də yaxşısı ona çatır. İt söyləyir
ki, mənim nə günahım var ki, xalq məni mundar, səni isə fəzilət əhli
üçün əziz və pak bilir. Pişik bunun səbəbini itin gəlib-gedənə,
qonaqlara qarşı amansız və hörmətsiz olması ilə, vəhşi xislətinin
olması ilə izah edir və belə nəticəy gəlir ki, pis xasiyyətlə, bədxahlıqla
ağ günə çıxmaq, xalqın istəklisinə çevrilmək mümkün deyil.
Klassik
Azərbaycan
ədəbiyyatında
A.Bakıxanov,
Q.Zakir,
S.Ə.Şirvani öz yaradıcılıqlarında təmsildən də istifadə etmişlər. Müasir
ədəbiyyatımızda isə Hikmət Ziya bilavasitə təmsil ustası kimi
tanınmışdır.
Təmsil əxlaqi, nəsihətamiz səciyyə daşıyır. Yazıçı cəmiyyətdəki
nöqsanları ifşa etməklə yanaşı, özünün ibrətamiz fikirlərini irəli sürür.
Hekayə. Hekayə çox qədim dövrlərdən geniş yayılmış bir janrdır.
Qədim dövrlərdə hekayə həm nəsr, həm də nəzmlə yazılmışdır. Nəzm
formasında yazılmış hekayəyə mənzum hekayə deyilir ki, Q.Zakirin,
S.Ə.Şirvaninin və başqalarının yaradıcılığında mənzum hekayələr
diqqəti cəlb edir.
Azərbaycanda bir çox yazıçılar hekayə janrına müraciət etmişdir.
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.İbrahimov,
Mir Cəlal, Ə.Məmmədxanlı, İ.Əfəndiyev və b. hekayə janrında
möhtəşəm əsərlər yaratmışlar.
Ə.Məmmədxanlının böyük vətən müharibəsi dövründə qələmə
aldığı «Buz heykəl» hekayəsi ana müqəddəsliyini romantik boyalarla
işıqlandıran möhtəşəm bir əsərdir.
Doğma yurdunu tərk edən ana körpəsini bağrına basaraq şaxtalı
bir gecədə Şərqə tərəf qaçır. O, nəyin bahasına olursa-olsun körpəsini,
ilk yadigarını xilas etməlidir. Şaxta ananın iliyinə işlədikcə bütün
paltarlarını bir-bir cıxararaq çağasını bürüyür. Özü isə çılpaq qalır.
«İndi onun yarıçılpaq vücuduna amansız qış gecəsi başqa bir don biçir,


135
başqa bir örtük geyindirir, şaxtanın buz barmaqları ona ulduzlu
naxışlardan zərif bir libas toxuyur».
Səhər döyüşçülər buz heykələ yaxınlaşarkən məlum olur ki, ana
öz həyatı bahasına körpəni xilas etmişdir. Bu dəhşətli mənzərə
döyüşçülərin düşmənə nifrətini artırmaya bilməzdi. Buz heykəl artıq
onların qəlbində buzdan deyil, intiqama, qisasa çağıran əbədi bir
abidədir. Bu, adi hekayə deyil. Başdan-ayağa müharibəyə nifrət, anaya
dərin məhəbbət fəlsəfəsidir. Müharibə təkcə ananı baladan ayırmır,
atanı oğuldan, sevgilləri bir-birindən didərgin salır, çox arzuları
ürəklərdə, çox diləkləri gözlərdə qoyur. Burada həyatın sərt, amansız
həqiqətlərilə, necə deyərlər, realist-romantika üzvi şəkildə sənətkar
tərəfindən məharətlə birləşdirilmişdir. Ədib təhkiyəni elə sağlam, bədii
məntiqlə qura bilir ki, hadisəyə hökmən inanmalı olursan.
1
Hekayədə hadisələr olduqca dinamik formada, süjeti olduqca
yığcam, hadisələr ümumiləşdirici, dili sadə olur. Hekayədə surətlərin
sayı az olur. Obrazların həyatından bir əhvalat götürülür. Bu isə onların
bütün həyatı, fəaliyyəti haqqında dolğun təsəvvür yaradır, oxucuda
obrazların xarakterləri haqqında geniş təsəvvür oyanır, ideya
müdaxiləsiz, süjetin inkişafı zamanı açılır. Məzmununa, xarakterinə
görə hekayələr fərqli olur. Bəzən tarixi, fəlsəfi, ictimai-siyasi, bəzən
aşiqanə, əhvalat və ailə-məişət, bəzən də xatirə, mükalimə, sərgüzəşt
və tərcümeyi-hal hekayələri yazılır.
Povest. Povest sözü də danışmaq, təhkiyə, nağıl etmək
deməkdir. Povestlə hekayə arasında təsvir üsulu baxımından oxşar
cəhətlər çox olduğuna görə ədəbiyyatşünaslıqda povestə bir çox
hallarda böyük hekayə deyilir. Lakin povestdə obrazların sayı
hekayədəki surətlərin sayından xeyli artıq, hadisələrin əhatə dairəsi
geniş, personajların təsviri daha dolğun və təfsilatlı olur. Bu baxımdan
S.Qədirzadənin «Bığ» hekayəsi ilə «46 bənövşə» povestini müqayisə
1
Азярбайъан совет ядябиййаты. Али мяктябляр цчцн дярслик, Бакы, «Маариф», 1988, сящ.517.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə