Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   ...   43

6
MÜQƏDDİMƏ
Millətləri mühafizə edən qalalar, istehkamlar deyil, zəngin
insan ilə zəngin ədəbiyyatdır (Bamberi).
Ədəbiyyat tarixin bizə aydın göstərə bilmədiyi qaranlıq və
dumanlı dövrlərdə doğulmuş, zaman-zaman inkişaf etmiş, müxtəlif
şəkillərdə, müxtəlif tərzlərdə təkamül edə-edə bizim dövrə gəlib
çatmışdır. Çox qədim dövrlərdə ədəbiyyat miflərin təsirilə uzun müddət
insanların ruhi ehtiyaclarını təmin edə bilmişdir. Bir çox sənətlər kimi
ədəbiyyat də hər millətdən ziyadə yunanlardan inkişafa başlamış, digər
millətlərə örnək ola biləcək «sinif ədəbiyyatı» namı ilə məşhur,
qüvvətli, sağlam püxtələşmiş millətlər onun təsirindən qurtulmayaraq,
uzun müddət onu təqlidə başlamışlar. Bu obyektiv ədəbiyyata xristian
və islam şairləri subyektliyi daxil etmiş, onu şəkil və mənaca
zənginləşdirmişlər.
Millətlərin ictimai həyatı, əhval-ruhiyyəsində iz buraxan böyük
tarixi hadisələr ədəbiyyata da təsirsiz qalmamışdır. İslahat, tənzimat və
inqilablar ictimaiyyətin həyatında bir sıra dəyişikliklər
etdiyi kimi,
ədəbiyyatda da yeni ədəbi hərəkatlar, yeni üsul və şəkillər vücuda
gətirmişdir. Odur ki, hər millətin müxtəlif dövrlərdəki həyatını,
inkişafını, mədəniyyətini ədəbiyyatdan öyrənmək ən sadə üsuldur. Hər
millətin həyatını onun ədəbiyyatı əks etdirir. Ədəbiyyat hər kəsin üzünə
açıq, çiçəkli, bağçalı möhtəşəm bir məktəbdir; hər kəs orada hər
çiçəkdən bir ətir, hər güldən bir ziya, bir rəng almaqla çox şeylər
öyrənə bilər ki, bu da ədəbiyyatın bütün bəşəriyyət üçün nə qədər
önəmli və vacib olduğunu sübuta yetirir.
Ədəbiyyatın ən böyük əhəmiyyəti onun insanlarda bir qayə və
ideal doğurmasından ibarətdir. Əsrlərdən bəri dühaların bədii fəhmin
işığında yaratdığı nəfis əsərlər insanlığı yüksək bir ideala, ülvi bir
həqiqətə sövq etmişdir.


7
Sənətkarlar həyatda adi gözlərin görmədiyi, adi qafaların
düşünmədiyi bir çox həqiqətləri kəşf etmişlər. O, «rentgen» şüası kimi
hər şəxsin, hər fərdin ruhuna, qəlbinə girir, onun işıqlı və qaranlıq
cəhətlərini müayinə edərək bir fotoqraf kimi rəsmini alır və olduğu kimi
açıq-aydın bir surətdə göstərir. Oxucular bu əsərlərdə öz ruhlarının,
qəlblərinin yaxşı və pis cəhətlərini görməklə özlərini islah etməyə
çalışırlar ki, bu da ədəbiyyatın çox böyük tərbiyəvi əhəmiyyətə malik
olduğunu anladır.


8
ƏDƏBİYYATŞÜNASLIĞIN ŞÖBƏLƏRİ
İctimai səadətin və ictimai ədalətin keşiyində dayanan bədii
ədəbiyyat haqqında bir elm olan ədəbiyyatşünaslıq mükəmməl, bitkin
harmoniya, bütün estetik normalar çərçivəsində daima bəşəriyyətin
tərəqqisinə xidmət göstərmişdir və göstərməkdədir.
Ədəbiyyatın qanunauyğun inkişafı və spesifik xüsusiyyətlərindən
bəhs edən ədəbiyyatşünaslıq bədii əsərin elmi kontestini, tipoloji
səpgisini, mövzu və problemlər kompleksini, ideya-bədii səviyyəsini,
əlvanlıq və zənginliyini, hər bir sənətkarın spesifik bir fərdi əlavəni,
bədii ədanı, ədəbi-bədii fikrin inkişafını müəyyənləşdirən, eyni
zamanda qiymətləndirən, gənc ədəbiyyatçını bütövlükdə ədəbi prosesi
öyrənməyə və dərk etməyə istiqamətləndirən olduqca geniş bir
sahədir. Eyni möhtəşəmlik ölçüləri ilə birləşən bu sahə bir-birini
harmonik surətdə tamamlayan üç müstəqil şöbəyə ayrılır: ədəbiyyat
nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid.
Ədəbiyyat nəzəriyyəsi
Bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, ictimai həyatda
onun mövqeyini, rolunu və əhəmiyyətini təhlil etmək və hərtərəfli
qiymətləndirmək prinsiplərini müəyyənləşdirən, bədii yaradıcılığın
inkişafına istiqamətləndirən qanunları öyrənən elmə ədəbiyyat
nəzəriyyəsi deyilir. Keçmiş zamanlarda Azərbaycanda və Şərqin bir
sıra ölkələrində buna «qəvaidi ədəbiyyə» deyirdilər. Ədəbiyyat
nəzəriyyəsi yarandığı vaxtdan bizim dövrümüzə qədər iki dövrə


9
ayrılmışdır. Birinci dövr Aristotelin təsvirləri əsasında inkişaf mərhələsi
keçmiş, ikinci dövr isə 18-ci əsrin ortalarından etibarən Avropa
sənətkarları tərəfindən forma-üslub müxtəlifliyi ilə yeni şəkil almışdır.
Əgər klassik nəzəriyyə ancaq Aristotelin məhşur «Poetika» əsərində
bir
xalqın
ədəbiyyatının

yunan
ədəbiyyatının
təcrübəsini
ümumiləşdirmişdisə, Bualo «Poeziya sənətində» klassizmin nəzəri
əsaslarını, estetik prinsiplərini sistemləşdirmiş, qaydaya salmış, inkişaf
etdirmiş, öz dövrünün ədəbi təcrübəsinə əsaslanaraq, yeni və müasir
tələblərlə zənginləşdirmiş, ədəbiyyatın və incəsənətin mahiyyəti,
vəzifələri və tərbiyəedici rolu haqqında bir sıra maraqlı, indi də öz
əhəmiyyətini itirməyən mülahizələr söyləmişdir.
1
Bununla belə ədəbiyyat nəzəriyyəsi həm tarixi, həm də ümumi
xarakterli bir elm olduğu üçün Aristotel tərəfindən «poetika» sferasında
tədqiq edilib ümumiləşdirilmiş klassik nəzəriyyəni, sonrakı dövrlərin
ədəbiyyat elmi ədəbi prosesin axarının və elmi-nəzəri təfəkkürün
inkişafı nəticəsində zənginləşsə də bunları bir-birinə qarşı qoymaq,
yaxud hansı birini mütləqləşdirib, digərinə etinasız yanaşmaq olmaz.
Aristotelin müəllimi Platona görə, sənət görülən və duyulan
dünyanın təqlidi və inikasıdır. Onun təlimlərinə görə, ədəbiyyat didaktik
ola bilməz və gerçəkləri bildirə bilməz.
Öz müəlliminin əksinə olaraq Aristotel sənətkarı Platonun sandığı
kimi – bizi gerçəklikdən uzaqlaşdıran, saxta biliklər verən adam deyil,
həyatı açıqlayan bir adam kimi qiymətləndirir. Qərbdə sənətin əks
etdirmə fikri intibah dövründən sonra yenidən canlanmış klassiklər və
ya neoklassiklər aristotelin görüşlərini bir neçə şəklə bölmüşlər.
1. Sənət ümumi təbiətin əks etdirilməsidir.
2. Sənət ideallaşdırılmış təbiətin əks etdirilməsidir.
Aristotelin fikrinə görə, «qorunub saxlanan» tarixin və insanın
yaddaşına çevrilən əsatiri, mifi dağıtmaq olmaz. Şairlər miflərə
1
Буало. Поезийа сяняти, Бакы – 1969, сящ.10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə