Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   ...   43

20
məziyyətləri yüksək dərəcədə təzahür etdirməyə Azərbaycan
klassiklərinə öz bəhrəsini vermişdir.


21
ƏDƏBİ-NƏZƏRİ FİKRİN İNKİŞAFI VƏ MƏRHƏLƏLƏRİ
Antik dövrdə Platon, Aistotel və Horatsinin şəxsində «poetika»
daha çox inkişaf etdirilmişdir. Burada ədəbi əsər, hər şeydən əvvəl
üslub

bədii
formanın
digər
komponentləri
baxımından
qiymətləndirilirdi. Estetika, eləcə də ədəbiyyat haqqında elm qədimdən
idealistlərlə materialistlərin döyüş meydanına çevrilmişdi. Obyektiv
idealist estetiklər (Platon, Hegel və başqaları) yalnız obyektiv ideyanın,
subyektiv idealistlər isə (Fikte, Berson, Kroçe və b.) müəllifin subyektiv
baxış və təsəvvürlərinin ifadəsi olan sənəti yüksək qiymətləndirirdilər.
Materialist mövqedə dayanan nəzəriyyəçilər bədii yaradıcılığa həyatın
təqlidi, müəyyən estetik idealın inikası kimi baxırdılar. Ədəbi-nəzəri
fikrin inkişafı bir çox mühüm komponent və kateqoriyaları ilə hələ bizim
eramızdan 4,  3 əsr əvvəl Platon və Aristotel tərəfindən «Poetika»
sferasında tədqiq edilib ümumiləşdirilsə də, sonrakı dövrlərin ədəbiyyat
elmi bir sıra komponentləri «kəşf» etməklə yanaşı ədəbi prosesin
axarının və elmi-nəzəri təfəkkürün inkişafı nəticəsində zənginləşmiş,
predmetini sabitləşdirmişdir. Dünya xalqlarının ədəbiyyatında yaranan
ədəbi-bədii kəşflər, təzə janrlar, təzə bədii təsvir və ifadə vasitələri,
obrazın süjet və kompozisiyanın müxtəlif formalarda təkamülü, həyatın
dinamik dərkinin müxtəlifliyi, yaradıcılıq metodlarının və fərdi
üslubların yeni çalarla zənginləşməsi ümumiləşdirilir.
Şübhəsiz ki, ədəbi-nəzəri fikrin inkişafı üçün bütün bəşər
övladının hakim qüvvələrə etiraz fərdin əxlaqi üsyanı cəmiyyətin ictimai
tərəqqisini hərəkətə gətirən qüvvələrə məxsus etirazın ifadəsi
səviyyəsində ümumiləşmirdi. Odur ki, orta əsrlərdə çox uzun müddət
klassik romantik poeziyanın inkişafına konkret ictimai şərait, zaman,
məkan və fərd xaricində axtarılan «əbədi», mükəmməl, bitkin
harmoniya, ideal və həqiqət axtarışları öz təsirini göstərirdi. Bu isə
bədii xarakterləri daxili inkişaf prosesində, tipik ictimai şəraitdə, real
xarakter kimi təqdim etmək imkanını çətinləşdirirdi.


22
Ümumiyyətlə, mütləqləşdirilən həqiqət normaları olan yerdə əsl
(müasir anlayışda) realizm olmur. Romantik estetik normalar –
mövzular, obrazlar, üslublar, janrlar çərçivəsində ideal əxlaqi
həqiqətlər axtarışı bu və ya digər dərəcədə ta maarifçilik hərəkatına və
onun şərtləndirdiyi yaradıcılıq metodlarına qədər davam edir.
Orta əsrlərin klassik poeziyasında intibah tendensiyaları
(intibahın realizm tipini yaradan bir sıra Qərb ölkələrindən fərqli olaraq)
spesifik bir «intibah romantizmi» şəklində meydana çıxırdı. Bu
romantizmin mövcud ictimai gerçəkliklə, həmçinin dövrün fəlsəfi
cərəyan və təlimləri ilə – sufizmlə əlaqələrinin obyektiv elmi-metodoloji
üsulu orta əsrlər Şərqinin ədəbi-nəzəri fikri ilə çox bağlı idi. Nizaminin
fəlsəfi görüşlərində metafizik, yaxud sufi ideyaları əslində Avropa
ictimai utopiyasından çox uzaq insan ürəyinə ilahi selin axmasıdır,
daxilimizdə Allah şərbətidir. Şübhəsiz ki, sufi ədəbiyyatı bəzi sovet
tədqiqatçılarının söylədiyi kimi təbliği bir ədəbiyyat deyildi. İlham və
təəssürlərini şeirlərində tərənnüm etdikləri eşqi-həqiqi və hüsni-
həqiqini həyat və kainata olan görüşlərindən alırdılar. İlahi eşq
sayəsində bəsarət gözü açılan, bir çox pərdələr silinərək təbiət və
kainatın əsrarına bələd olan sufi şairlər öz sufi görüşləri ilə bəşəriyyəti
ilahi eşqə dəvət edir və kamal dərəcəsinə yetməyin yüksək ifadəsini
əks etdirirdilər. Təsadüfi deyil ki, Türküstanda Əhməd Yasəvi,
Anadoluda Şeyx Cəlaləddin Rumi, Yunus Əmrə, Azərbaycanda
Həsənoğlu, Nəsimi, Xətai və İraqda azərbaycanlı Füzuli kimi böyük sufi
şairləri yetişirdi. Bu sənətkarlar öz möhtəşəm əsərləri ilə aləmləri
yoxdan var edən uca Allahın eşqi ilə insanları mənəvi kamilliyə dəvət
etməklə yanaşı Şərq ədəbi-nəzəri fikrin inkişafında da böyük xidmətlər
göstərmişlər. Bu şairlərin təsiri təkcə yuxarı ədəbi mühitlərdə və
klassik şairlər üzərində qalmayıb, təhkiyə şairlərinin yaradıcılığına da
nüfuz etmişdir. Şeirdən, sənətdən umduqları niyyətlərin ciddiliyi, bədii
düşüncənin vüsət və dərinliyi, ictimai amal və vicdanın ümumbəşəri və


23
fərdi əxlaqın ülviliyi, büllurluğu, eyni zamanda işıqlı bir məfkurənin
artıq mükəmməl, bitkin və fəlsəfi ideologiya sistemi şəklində tam
təşəkkül taparaq bütün yaxın Şərqdə olduğu kimi Azərbaycanda da
ədəbi mühitdə öz səmərəsini vermişdir.
Hər bir ədəbi əsərin özündən sonra yazılan həmin növdən olan
əsərlərə təsiri vardır. Bütün bunlar üsul və metoda, bədii üsluba,
mətləb və mənanı düzgün ifadə etmək üçün münasib düzgün sözlər
işlətməyə öz bəhrəsini verir. Öz təcəssümünü surətlərdə tapan bədii
ümumiləşdirmənin əsasında sənətkar şüurunun obyektiv gerçəkliyi
dərketmə bacarığı, həyatının ayrı-ayrı faktlarında və hadisələrində
başlıca, mühüm cəhətləri müqayisə, təhlil yolu ilə aşkara çıxarmaq,
onlardan məna əxz etmək qabiliyyəti durur. Sənətkar mühüm olanı
fərdilikdə ümumiləşdirərək, insanlara xas ümumi xüsusiyyətləri,
müəyyən ictimai qrupun əxlaqının, adətlərinin ümumi cəhətlərini əyani
olaraq aşkara çıxarır. Fərdilik sənətdə sadəcə yeganə bir fakt kimi
deyil, konkret hissi surətin
tam təkrar olunmazlığını saxlamaqla
ümuminin ifadə olunması
vasitəsi kimi təzahır edir.
Bədii
ümumiləşdirmənin meyarı gerçəkliyin tarixi-konkret inikasının xalqın,
cəmiyyət həyatının mühüm cəhətlərinə uyğun gəlməsidir, milyonların
arzu və istəyinin ifadə olunmasıdır. Yunan cəmiyyətinin estetik biliklər
külliyyatı olan «Poetika»da Aristotel poeziyaya təqlidi fəaliyyət kimi
baxsa da belə hesab edirdi ki, şair ideyanın zahiri cəhətini deyil, öz
mahiyyətinə görə tamamilə real hadisələri təsvir edir. Aristotel tənqidi
yaradıcılıq təşəbbüsü hesab edirdi. Onun fikrincə, sənət həyatda rast
gəldiyimiz hadisələrdən daha lazımlısını yaradır. Buna görə də
Aristotel tək və təsadüfi halların deyil, məhz ictimai məsələlərin
yaradıcılığı prosesində qayənin böyük rol oynadığını irəli sürürdü. Yəni
sənətkar mövcud olanları deyil, ola bilənləri, həqiqətən zəruri olanları
təsvir etməlidir. Həqiqətin dərk edilməsindən danışarkən Aristotel bədii


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə