Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

30
haqsızlıq səhnələrinin əsasında çox aydın bir dünyagörüşü, poetik-
fəlsəfi bir təlim dayanmışdır.
Vaxtilə türkçülüyün və turklərin, eyni zamanda islam dininin qatı
düşmənlərindən biri erməni T.Z.Apresyan «Gstetiçeskaə mıslğ
narodov Zakafkazğə» kitabında Azərbaycanda guya ədəbiyyatın və
mədəniyyətin geridə
qaldığını yaxın Şərq ədəbi inkişafının
müstəvisində və islam çərçivəsində formalaşması ilə izah edərək,
İslam yaxud Məhəmməd dininin Ermənistan və Gürcüstandakı
kilsələrdən daha böyük zərər vurduğunu qeyd edirdi. Bizim
tədqiqatçılar isə onun bu riyakarçasına yazılmış cəfəngiyyatına və
uydurmasına haqq qazandıraraq İslam dininin Azərbaycan milli
mədəniyyətinin inkişafına əsrlər boyu əngəl törətdiyini qeyd edirdilər.
Apresyan kimilərinin çaldığı ilə oynayan sapı özümüzdən baltalar İslam
dininin ən mütərəqqi və humanist bir din olduğunu, bütün Şərqə, eyni
zamanda Azərbaycana işıq saçdığını qəbul eləmək istəmir, bununla da
qəddar və riyakar neofaşist ermənilərin dəyirmanına su tökürdülər.
Bundan əlavə, hamımıza çox yaxşı məlumdur ki, Azərbaycanda
şifahi xalq yaradıcılığının tarixi çox qədimdir. Şifahi xalq ədəbiyyatının
isə bizim istər klassik, istərsə də müasir dövrümüzdə yazıb-yaradan
sənətkarlarımızın yaradıcılığında nə qədər böyük və əhəmiyyətli bir rol
oynadığını həmin bu sənətkarların bir-birindən gözəl əsərlərindən
görmək olur. Bir sözlə, şifahi xalq ədəbiyyatı bizim şairlərimizə çoxlu
materiallar vermişdir. Zərbi-məsəllərin, bayatıların, ağıların, eyni
zamanda nağılların, dastanların, qaravəllilərin, aşıq yaradıcılığına aid
gəraylıların, qoşmaların, təcnislərin, qıfılbəndlərin və s. şifahi xalq
ədəbiyyatı şeir şəkillərinin bizim sənətkarların yaradıcılığındakı rolunu
və ədbi-estetik fikrinə təsirini asanlıqla müşahidə etmək olur. Buna
saysız-hesabsız misallar gətirmək olar. Artıq Azərbaycan ədəbiyyatı
tarixçilərinin və tədqiqatçılarının XIX əsrdən bu tərəfə Azərbaycan
ədəbiyyatının inkişafının rus maarifçi realizmi ilə yox, öz bünövrəsi və


31
milli mənəvi qaynaqları üstündə inkişaf edən işıqlı məfkurənin ictimai
fikir və fəlsəfi ideologiya sistemi şəklində tam təşəkkülünün metodoloji
əsaslarla dərindən tədqiqinin vaxtı yetişmişdir. Totalitar sosializm
rejiminin buxovlarından azad olan və müstəqil, baxımsız bir həyata
qədəm qoyan ədəbiyyatımız alimlərimizin müştərək səyi nəticəsində
hərtərəfli kompleks həllini gözləyir.
Vaxtilə Azərbaycan ədəbiyyatını və mədəniyyətini öz doğma
kökünə və ümumdünya əlaqələrinə arxalanıb, bütövlükdə öyrənmək
şərəfi XX yüzillikdə Azərbaycan ədəbiyyatşünaslarına, daha çox
Firudin bəy Köçərliyə, Həmid Araslıya və Məhəmmədəli Tərbiyətə
nəsib olmuşdur. F.Köçərli, H.Araslı və M.Tərbiyət Azərbaycan klassik
ədəbiyyatşünaslığının
ən
yaxşı
ənənələrini
davam
etdirərək
Azərbaycan mədəniyyəti və ədəbiyyatı barədə fundamental əsərlər
yaratmışlar.
Vahid Dəstxurdu böyük Azərbaycan alimi M.Tərbiyətin elm
tarixindəki yerini dəyərləndirərək yazırdı: «M.Tərbiyət öz yaradıcılığı ilə
klassik elmlə əsrimizin bilikləri arasında keçid nöqtəsi olan möhkəm bir
körpü idi».
M.Tərbiyət orta əsr ədəbiyyatı tarixinə, poetika və ədəbiyyat-
şünaslıq elminin inkişafına ümumi bir axın kimi baxmamışdır. O,
ədəbiyyat və incəsənətdə müxtəlif baxışların olduğunu, bu axın və
meyllərin ayrı-ayrı zümrələrin həyat və fəaliyyəti ilə səslənməsini
özünəməxsus ifadələrlə göstərmişdir. Orta əsrlər ədəbiyyatındakı axın
və meyllərin qarşılıqlı bağlılığını açmağa çalışmışdır. O, orta əsrlərdə
yaşamış bir çox şair və alimlərin dünyagörüşünün hansı fəlsəfi axın
əsasında təşəkkül tapmasını, hansı fəlsəfi məktəbin ideyalarından
təsirləndiyini, görkəmli sənətkarların yaradıcılığının, düşüncə və
baxışlarının ayrı-ayrı ədəbi şəxsiyyətlərin dünyagörüşündə nə kimi
izlər buraxdığını da göstərmək istəmişdir. M.Tərbiyətin «Bəhmənyar»,


32
«Şeyx Mahmud Şəbustəri»,  «Mirzə Fətəli Axundzadə» adlı oçerkləri,
mətbuat tarixinə aid elmi əsəri buna gözəl nümunədir.
Azərbaycan xalqının ədəbiyyatı dünyanın ən qədim və zəngin
ədəbiyyatlarındandır. Hələ VII əsrdən başlayaraq ərəb dilində qiymətli
şeirlər yazmış bir sıra görkəmli Azərbaycan şairlərinin əsərlərinə dair
məlumat verən mənbələr vardır.
1
Bəşər mədəniyyəti xəzinəsini öz
ölməz əsərləri ilə bəzəmiş Xaqani, Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir
kimi klassiklərimiz eyni zamanda yaşadıqları dövrün ictimai fikrinin
inkişafına həssas yanaşan sənətkarlar olmuşlar. Hələ öz sağlıqlarında
məşhur olmuş bu ədiblərin əsərlərinə indi dünyanın bir sıra ölkələrinin
kitabxana və muzeylərində rast gəlmək olur. Azərbaycan şairlərinin
yüksək bəşəri duyğular, humanist ideyalar təbliğ edən, azadlığı
tərənnüm edən əsərlərini bir çox xalqların övladları öz dillərində
mütaliə etməkdədirlər.
Ədəbiyyatın tarixi ilə, klassik yazıçıların yaradıcılığı ilə məşğul
olan filologiyamızın öz tarixi isə uzun müddət kifayət qədər araşdırılıb
ümumiləşdirilməmişdir.
Təzkirəçilər ayrı-ayrı Azərbaycan şairləri haqqında maraqlı fikirlər
söyləmiş, onların əsərlərindən nümunələri toplayıb təsbit etmiş,
Azərbaycan, Şərq və Qərb alimləri bu və ya digər Azərbaycan
sənətkarları barədə bir sıra maraqlı məqalələr yazmışlarsa da nəinki
ədəbiyyatımızın tarixi, hətta klassiklərimizin haqqında belə geniş
monoqrafiyalar yox dərəcəsində idi.
Şərq ədəbiyyatına dair ən qədim mənbələrdən sayılan
Məhəmməd Övfinin «Lübabul-əlbab» təzkirəsində (XIII əsrin I rübü)
Nizami Gəncəvi haqqında verilmiş məlumatdan götürdüyümüz
aşağıdakı cümlə bu nöqteyi-nəzərdən səciyyəvidir:  «Nizami söz
1
Бах:  Малик  Мащмудов.  Ярябъя  йазмыш  азярбайъанлы  шаир  вя  ядибляр  (ВЫЫ-ХЫЫ  ясрляр),  Филолоэийа  елмляри
доктору, алимлик дяряъяси алмаг цчцн тягдим олунмуш диссертасийа. М.Рязулзадя адына БДУ-нун китаханасы,
Бакы, 1975


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə