Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   10   ...   43

24
və elmi idrakı bir-birindən fərqləndirərək göstərirdi ki, poeziya tarixdən
daha ciddi və fəlsəfidir.
Qədim Roma estetik fikrində əhəmiyyətli hadisələrdən biri
Horatsinin «Pizonlara məktub» adı ilə məşhurolan «Poeziya sənəti»
mənzum traktatıdır. Bu əsər yunan və Roma dramaturgiyasının
öyrədilməsi əsasında tərtib edilən qanunlar külliyyatıdır. O,
dramaturgiyanın sadəliyi uğrunda mübarizə aparmış, bədii təsvirin
həqiqiliyi məsələsinə böyük diqqət yetirmişdir. Horatsi «delfinlər palıd
meşəsində», «çayda qaban» və s. bu kimi qeyri-təbii məsələləri təsvir
edən şairləri kəskin tənqid edərək «həqiqətə uyğun gələn» şeyləri
uydurmağı məsləhət görürdü. Mifologiya qəhrəmanlarını yenidən
yaradan şairlərə onların əfsanədə möhkəmlənmiş mahiyyətini
saxlamağı məsləhət görən Horatsinin normativ ruhlu poetikası
klassizm estetikasına böyük təsir göstərmişdir.
Qərbi Avropada ədəbi-nəzəri fikrin inkişafı tarixində antik yunan
mədəniyyətindən sonrakı ən böyük mərhələni intibah dövrü təşkil edir.
İntibahla ellinizm arasındakı dövr (orta əsrlər Avropası) bilvasitə realist
düşüncənin
təntənəsi
baxımından
həmin
xalqların
mənəvi
mədəniyyətinin keçmişinə nisbətən qeyri-fəal bir mərhələ kimi daxil
olur. Çünki Avropa feodalizmi dünyəviliyin və reallığın təsdiqi
baxımından İntibah, yaxud sonrakı maarifçilik dövrünə məxsus
şedevrlər səviyyəsində möhtəşəm yazılı bədii abidə yarada
bilməmişdir. Eyni vəziyyəti rus orta əsrlərinin ədəbiyyatı timsalında da
görürük.
Avropada burjua ictimai münasibətləri ilə bağlı mənəvi
mədəniyyətin tarixi beş əsrdir ki, davam etməkdədir və bu müddət
ərzində o, ictimai, fəlsəfi və ədəbi fikirdə, əsasən, üç böyük epoxa irəli
sürür: İntibah dövrü, maarifçi realizm mərhələsi və XIX əsr. Bunlardan
birincisi, burjua ictimai və mənəvi münasibətlərinin hələ feodalizm
daxilindəki ünsür və rüşeymlər halında ilkin təzahürü, ikincisi təsdiqi və


25
təntənəsi, üçüncüsü, böhran və tənəzzülü dövrünün hadisəsi kimi
təsnif edilir.
Burjua əlaqələrinin və onun yaratdığı mənəvi mədəniyyətin tarixi
mərhələləri ilə bir yaradıcılıq metodu kimi realizmin keçirdiyi inkişaf
mərhələləri arasındakı münasibətlərdə maraqlı bir qanunauyğunlaq
müşahidə edilir. Bu əlaqələrin təşəkkülü və formalaşması dövrü
özünün ən klassik və kamil təzahürünü tapa bildiyi ölkələrdə «insan
hər şeyin meyarıdır» şüarı ilə meydana çıxan İntibah (Rable, Şekspir,
Servantes) realizmini irəli sürür. Burjua əlaqələrinin sabitləşməsi dövrü
isə yenə də onun kamil və normal Avropa inkişafı nümunəsində,
müstəqil düşüncəni, idrakı bayrağa və kulta çevirən ideoloji hərəkatı və
onun bədii metodu kimi maarifçi metodların (maarifçi realizm də daxil
olmaqla) təşəkkülünü tarixən hazırlayır (Fildinq və Sovmert, Didro və
Bomarşe, Russo və Volter, Lessinq, Höte, Şiller); XIX əsrin klassik
tənqidi realizmi isə artıq xalis burjua əlaqələrinə tam zidd bir
ideologiyanın – demokratiyanın yayıldığı və ictimai mühitə ən geniş
şəkildə sirayət etdiyi mərhələnin hadisəsi olan bədii metod kimi vüsət
tapır (Balzak, Dikkeps, Tekkerey, Flober, Tolstoy).
İntibah dövründə sənət, o cümlədən poeziya təqlidi fəaliyyət kimi
qiymətləndirilirdi. Bu dövrün yazıçıları bədii təsvirdə tərbiyəvi xarakterli
məsələlərə xüsusi qiymət verirdilər.
Məsələn, Servantes komediyanın böyük ictimai əhəmiyyəti
haqqında «Don Kixot» romanında yazırdı ki,  «Komediya insan
həyatının güzgüsü, əxlaq nümunəsi və həqiqətin təcəssümü olmalıdır».
Fransız filosofu və təbiətşünası Rene Dekart (1596-1650) «Metod
haqqında mühakimə» və «Metafizik düşüncələr» əsərlərində bədii
təqlid və idrakdan, məzmun və forma müxtəlifliyindən, gözəllikdən və
gözəlliyin predmetindən ümumi şəkildə danışırdı. Lakin F.Benon və T.
Hobss sənətə materialist mövqedən yanaşır, yaradıcılıq predmetini
həyata çəkmək istəyirdilər.


26
Bilavasitə Azərbaycana gəldikdə isə ədəbi-estetik fikrin inkişafı
nə burjua ideoloqlarının, nə də başqa Qərbi Avropa mütəfəkkirlərinin
təsiri ilə deyil, xalqın ziyalı təbəqələrinin nümayənlərəi tərəfindən
yaradılmışdır.
Sovetlər birliyi dövründə yazılan bir sıra kitablarda belə bir fikir
formalaşırdı ki, guya Azərbaycanda ədəbi-estetik fikrin inkişafı Rusiya
Azərbaycanı XIX əsrin əvvəllərində işğal eləyəndən sonra əmələ
gəlmişdir. Hətta Azərbaycana dəhşətli bəlalar və faciələr gətirən
V.İ.Lenin «Rusiyada kapitalizmin inkişafı» əsərində Bakını Rusiyanın
tərkibinə qatılana qədər əhəmiyyətsiz şəhər hesab edərək, onun
Rusiyanın tərkibinə keçəndən sonra guya inkişaf edərək 112 min
əhalisi olan birinci dərəcəli sənaye mərkəzi olduğunu yazmışdır.
Əlbəttə, bu, şovinist fikirli Leninin həmişə olduğu kimi,
cəfəngiyyatından başqa bir şey deyildi.
İstedadlı Azərbaycan xalqı tarix boyu elm, ədəbiyyat və
mədəniyyət sahəsində böyük bir inkişaf yolu keçmiş və hər bir sahədə
dahilər yetişdirmişdir, sovetlər birliyi dövründə isə ruslardan daha çox
öz tədqiqatçılarımız azərbaycanlı sənətkarlarının bədii təfəkkürünün
inkişafında rus şairlərinin və yazıçılarının böyük təsiri olduğunu qeyd
edir,
guya
Hüseyn
Cavidin
Puşkindən,
Səməd
Vurğunun
Lermontovdan bəhrələndiyini, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının
mütərəqqi rus ictimai fikrindən, ədəbi-estetik konsepsiyalarından
faydalandığını qeyd edirdilər. Bu isə rusların və sovet ədəbiyyatı ilə
tanış olan Avropa mütəxəssislərinin nəzərində Azərbaycan xalqını
cılızlaşdırır, onlar bu böyük və qüdrətli xalqa geridə qalmış, başqasının
kölgəsində yaşayan, xeyli zamanda qorxaq və yaltaq bir xalq kimi
baxırdılar.
İlahiyyat fəlsəfəsinə dərindən bələd olan, fars və ərəb
poeziyasının üslub və metodlarını təhmin edən, eyni zamanda fars
dilini təmiz bilən, əruz vəzninin bir çox bəhrlərində möhtəşəm fəlsəfi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə