Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

51
Ümumiyyətlə,
bədii
əsərin
süjet
xəttinin
inkişafı
müəyyən
mərhələlərdən keçir. Bu mərhələlər beş hissədən ibarətdir.
1. Ekspozisiya
2. Zavyazka
3. Kulminasiya
4. Razvyazka
5. Final
Bu mərhələlərin yerini dəyişmək sırasını pozmaq əsəri tamamilə
alt-üst edə bilər. Orta əsrlərdə bizim klassik sənətkarlarımız bu
mərhələlərin qrafikasını tərtib etmədən, yəni bu barədə qətiyyən
düşünmədən, bədii fəhmin işığında öz möhtəşəm əsərlərini məhz bu
mərhələlərə
əsasən
yaratmışlar.
Buna
klassiklərimizin
xeyli
əsərlərindən misal gətirmək olar. Növündən və janrından asılı
olmayaraq bədii əsərlərin hamısı kompozisiya üzərində qurulur. Dünya
ədəbiyyatında məzmunca bir-birinə bənzəyən bir xeyli əsərlər vardır,
lakin onların kompozisiyası qətiyyən bir-birinə bənzəmir. Çünki hər bir
sənətkar özünəməxsus şəkildə, öz düşündüyü kimi kompozisiyanı
qurur.
Aristotel yazmışdır ki, hər kamil süjetin «başlanğıcı, ortası və
sonu olmalıdır», süjet istədiyin yerdə başlanmalı, istədiyin yerdə
tamamlanmalıdır. Bu o deməkdir ki, süjet əsərin nəqli tərəfini ifadə
etməklə onun formasına əsaslı təsir göstərir. Əsərin ayrı-ayrı hissələri,
iştirak edən şəxslər, onların hərəkətləri süjetdə müəyyən sistemdə üzvi
surətdə birləşir. Ümumiyyətlə, süjetdə həyat hadisələri bir-biriylə bağlı
olmalı, bu hadisələr içərisində göstərilən adamların qarşılıqlı əlaqə və
rəftarı insan xarakterinin müxtəlif cəhətlərini, əsərdə iştirak edənlərin
fikir, hiss və davranışlarını, xarakterin inkişafı tarixini və yüksəlişini əks
etdirmişdir. Lakin süjet elə qurulmalıdır ki, sənətin spesifik yolu, üsul
və formalarına riayət etməklə yanaşı, sənətin gözəlliyinə xələl
gətirməsin, bədii həqiqəti – həyat həqiqətini daha cazibədar etsin.


52
İdealist estetika nümayəndələri belə hesab edirlər ki, süjet
sənətkar tərəfindən özbaşına yaradılır və bütünlüklə onun yaradıcılıq
fantazisiyası ilə müəyyən olunur. Əslində süjetin mənbəyi real aləmdə
baş verən proseslərdir. Bir qayda olaraq, süjet qəhrəmanların ictimai-
tarixi şəraitdən kənarda deyil, əksinə, həmin şəraitlə əlaqədə
göstərilməsinə xidmət edir. Süjet sənətkarın estetik idealı və
dünyagörüşü ilə bağlıdır. Süjetin bədiiliyi, dinamiklik və konkretliyi
hadisələrin reallıq və aydınlığından, faktların səciyyəviliyindən,
surətlərin tipikliyindən, qarşılaşma səhnələrinin inandırıcılığından və
konfliktin dərinliyindən asılıdır.  «Faktları, onların sözlə ifadəsini
bacarana qədər, daha canlı şəkildə göz qabağına gətirərək, işləyib
düzəltmək lazımdır: məhz belə olduqda, hər şeyi tamam aydın şəkildə
görərək və sanki hadisələrin özündə bilavasitə iştirak edərək şair lazım
olanı tapa bilər və ziddiyyətlər heç zaman onun nəzərindən qaça
bilməz». (Aristotel)
«Poeziyanın təhkiyə və hekzametrlə təqlid növünə gəlincə,
aydındır ki, burada da fabula, faciədə olduğu kimi, öz əvvəli, ortası və
sonu olan müəyyən bir bütöv və bitmiş hərəkəti təmsil edərək, möhkəm
dramatik səciyyə daşımalıdır ki, bütöv və vahid bir canlı kimi
özünəməxsus xüsusi zövq oyada bilsin» (Aristotel).
Aristotelin
«Poetika»sında
süjet
əvəzinə
«fabula»
sözü
işlənmişdir. Filosofun estetikasında fabula geniş, əsəri tam əhatə edən
anlayışdır,  «əhvalatların əlaqəsi»,  «hərəkətin və xüsus hal-hərəkət
adamların təqlid olunmasıdır». Buna görə də sənətkarlar «metr» (vəzn)
yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdırlar. Fabulanı
elə qurmaq lazımdır ki, səhnə tamaşasından ayrılıqda da baş verən
hadisələrin cərəyanı haqda deyilənlərə qulaq asan hər kəs əhvalatlar
açıldıqca sarsılsın və acımaq hissi keçirsin.
Lakin fabula əslində süjetdən fərqlidir. Fabula latın dilində təmsil,
nağıl deməkdir. Həm fabula, həm də süjet məzmunla, məzmunu


53
şərtləndirən hadisə və əhvalatlarla, surət və xarakterlə bağlıdır. Lakin
süjet naturanın, faktın, hadisə və əhvalatın özü deyildir. Varlığın, real
bir əhvalatın düşüncəyə, təfəkkür və xəyala toxundurulan, dəyişdirilən,
uydurmalarla inkişaf etdirilən, zənginləşdirilən, ya böyüdülən,
şişirdilən, ya da kiçildilən formasıdır. Fabula isə tarixi bir həqiqətin, ya
müasir bir gerçəkliyin əsərdə dəyişdirilməməsi, xəyala və düşüncəyə
toxundurulmamasıdır, faktın özü, naturası – əslidir. Fabula süjetlə sıx
bağlıdır, hadisələrin xronoloji ardıcıllıqla təsvir olunduğu bədii əsərdə
fabula və süjet məfhumları bir-birinə uyğun gəlir. Lakin bədii əsərin
süjeti çox vaxt kompozisiya cəhətindən fabula ilə uyğun gəlməyə bilər.
Lakin bununla belə, fabula süjetin açılması üçün köməkçi vasitə kimi
genişlənməkdə olan hadisələrin ardıcıllığının müəyyənləşməsinə və
süjetin özünəməxsus quruluşu ilə sənətkarın izlədiyi qayənin başa
düşülməsinə kömək edən müəyyənləşdirici amildir.


54
ŞEİRŞÜNASLIĞIN ƏSAS PROBLEMLƏRİ
Şərq ölkələrində şeirin inkişafı, şeir ənənəsinin zənginlik və
bənzərsizliyi. Erkən bənd növləri və onlara münasibət.
Yaxın və Orta Şərq xalqlarının ədəbiyyat nəzəriyyəsinin forma-
laşma, inkişaf şərtləri və konkret ictimai-mədəni şəraiti haqqında bəhs
edərkən, hər şeydən əvvəl antik dövr ədəbiyyatının təsir dairəsindən
danışılır. Burada əsas diqqət antik müəlliflərin əsərlərinin ərəb poetik
və üslubiyyat nəzəriyyəsinin formalaşmasına olan təsirinə yönəldir.
Qeyd etmək lazımdır ki, hələ islamdan əvvəl Yaxın və Orta Şərqin
mədəniyyət mərkəzlərində (daha çox İskəndəriyyə, Suriya və İranda)
aristotelizm, platonizm, neoplatonizm və antik dövrün bir sıra başqa
ideyaları yayılmışdır. İslamdan sonra, xüsusilə Abbasilərin hakimiyyəti
dövründə antik elmi-fəlsəfi fikrin müsəlman mədəniyyətinə nüfuz
etməsi prosesi daha da güclənir. Bu dövrdə Bağdad mühüm
mədəniyyət mərkəzinə çevrilir. Burada Harun ər-Rəşid tərəfindən
«Beytül-Hikmət»  («Hikmət» - müdriklik evi) təsis edilir ki, onun
fəaliyyəti Xəlifə Məmunun (818-833) dövründə öz yüksək zirvəsinə
çatmışdır. Orta əsr ərəbdilli dəqiq elmlər sahəsindəki nailiyyətlərin
əksəriyyəti məhz həmin mərkəzin tərcüməçi və alimlərinin birgə səyi
nəticəsində islam aləmində geniş yayılmışdır.
1
Poetika və filologiyanın inkişafında Aristotelin «Poetika» və
«Ritorika» əsərləri mühüm rol oynamışdır. Ancaq qeyd etməliyik ki,
ərəb mədəniyyətinə nüfuz etmiş antik ünsürlər yerli mədəni ənənələrə
sıx surətdə qovuşaraq bir sıra dəyişikliklərə uğramış, yeni ədəbiyyat
və üslubiyyat nəzəriyyəsinin yaranmasına xidmət göstərmişdir.
1
Ъцръи Зейдан. Ислам сящ. 558-564


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə