Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

82
beşlik ölçümüzə də uyğundur. Burada təqtilər 2+3 şəklində
bölünmüşdür. Lakin üçüncü misrada təqti xüsusiyyəti dəyişilmişdir. İlk
baxışda bunu əruzun tələbi kimi də qiymətləndirmək olar. Bu «qeyri-
sabitliyi janr xüsusiyyəti kimi qiymətləndirmək olar. Xüsusilə bayatı
formasında yazılan şeirlərdə üçüncü misrada heca sayının az olması
şifahi xalq ədəbiyyatı tərzi ilə əlaqələndirilir. Azərbaycan şeirində heca
vəzninin imkanları daha geniş olmuşdur. Bu vəzndə bizim milli
şeirimizin mühüm bir tarixi dövrü təmsil olunmuşdur.
Heca vəznində xalqımızın şair oğulları öz bədii düşüncələrini çox
ilhamla sənət dilinə çevirə bilmişlər. Bu vəzn xalqımızın hiss və fikrinin
poetik şəkildə ifadəsi üçün çox münasibdir. Xalqımızın poetik duyğuları
hecalı və qafiyəli vəznə həddən artıq yaxın olmuşdur.
1
Müasir poeziyada beş hecalı, altı hecalı, yeddi hecalı, səkkiz
hecalı, doqquz hecalı, on hecalı və on bir hecalı şeirdə hər daxili
bölgünün ənənə və təcrübəsi qorunub saxlanılır, həm də onları bədiilik
və estetikliyin tələbləri ilə yanaşılır. Çünki misralararası bölgü heca
vəznində ölçü qədər önəmli şərtdir, türkdilli poeziyada ifadəlilikdir, ölçü
ilə bərabər ahəngi, avazı və daxili ritmi yaratmaq üçün işlədilən
üsuldur. Təqti, yaxud bölgü misraların daxilində aparılır:
Yenə yüksəlirik / uca göylərə
eləyirik / anamız yerə
Hələ uzaqdadır / bulud dağları
Görünür sevimli / Bakı bağları.
(M.Rahim)
Bu parçada bölgü sistemi 6+5-dir. Bölgü – fasilə həm şeirin
texniki üsullarına, həm də bədiiliyin tələblərinə görə aparılır.
Vəzn, ümumiyyətlə şeir ritm anlayışı ilə bağlıdır. Ritm şeirin
keyfiyyət ölçüsüdür. O, söz, kəlmə, durğu və nitqin başqa ünsürlərinin
1
------ Гасымов. Бядиилийин мейары. Б-1990, сящ.30.


83
düzgün əvəzlənməsi kimi emosionallığı yüksəldir və şeirə xüsusi
ifadəlilik verir.
Ritm yunan sözü olub, tarazlıq, uyğunluq bildirir. O, müqayisə
edilən hadisələrin zaman və məkan daxilində ardıcıl əvəzlənməsi və
«təkrarıdır».
Şeirin əsl ritmik vahidi misradır. Şeir dilində ritm müxtəlif
vasitələrlə əldə edilir. Məntiqi vurğu cümlənin və ya onun müəyyən bir
hissəsinin qurtardığını bildirirsə, misra vurğusu ritm-intonasiya mənası
daşıyaraq bir misranı digərindən ritmə görə ayırır. Əgər ritm vurğusu
məntiqi vurğu ilə eyni yerə düşmürsə və ritm bir misranı o birisindən
ayırırsa, məntiqi baxımdan onları ayırmaq olmaz.
Ritmdən əlavə qafiyə də şeirin mühüm əlamətidir. Qafiyə
misranın sonundakı axırıncı heca vurğusundan başlayan səs təkrarına
deyilir. Qafiyə ritmik mənaya malikdir. Qafiyənin həm də məna
əhəmiyyəti vardır. Vurğu altına düşən və misranın sonunda olan
(qafiyələnən) söz özünə diqqəti xüsusilə cəlb edir. Qafiyə həm səs və
intonasiya ilə, həm vəznlə, həm leksika və sintaksislə, həm də şeirin
bəndləri ilə bağlıdır. Bəzi hallarda şeirin misralarındakı ilk sözlər də
həmqafiyə olur.
Şərq şeirində qafiyə problemi ilə bir çox şeirşünas alimlər məşğul
olmuşlar. Bu barədə Xətib Təbrizi, Nəsirəddin Tusi, Şəmsi Fəxri, Vəhid
Təbrizi, Əbdürrəhman Cami və başqalarının əsərləri məlumdur. Onlar
«qafiyə elmi»  (elmi-qafiyə) deyilən xüsusi bir elm yaratmışlar. Həmin
elm qafiyənin mahiyyəti, şeir yaradıcılığında əhəmiyyəti, növləri, vəzn,
intonasiya, leksika, fonetika və sintaksislə münasibətləri kimi çox
müxtəlif poetika məsələlərinin elmi izahını vermişdir. Qafiyəşünaslıqda
qafiyənin son hərfinə «rəvi» deyilir.  «Əql ilə qələm bil ki, əkizdir bu
cahanda. Əqlin yanılırsa, gedəcək ahu fəğan da» beytində misraların
axırındakı «a» səsi rəvidir.


84
Şərq poetikasında qafiyə ilə əlaqədar təcil, rədif, dəxil, qeyd və s.
terminlər vardır.
Səslənmə dərəcəsinə, səciyyəsinə və işlənmə məqamına görə
qafiyə bir neçə cür olur: qüvvətli və zəif, dürüst və təxmin, göz qafiyəsi,
qulaq qafiyəsi, daxili qafiyə, tam və yarım qafiyə. Böyük söz ustadları
adətən şeirlərində qüvvətli, tam, kamil qafiyələr yaratmağa müvəffəq
olmuşlar. Bununla bərabər, qafiyə yaratmaqda sərbəstlik tərəfdarı olan
şairlər də az deyil. Hərfləri bir-birinin ya tam eyni, ya da əsas etibarilə
eyni olan göz qafiyəsi kimi, səslənmə zamanı sözləri, hərfləri
həmahəng qulaq qafiyəsi də şeir üçün məqbul sayılır. Misal üçün
məşhur türk klassik şairi Mahmud Əkrəm Rəcinzadəyə görə,  «qafiyə
göz üçün deyil, qulaq üçündür», yəni misraların sonundakı sözlər eyni
ahəngdə səslənirsə, deməli, bu sözlər həmqafiyədir.
Azərbaycan şeirində rəngarəng, tam qüvvətli qafiyə yaratmaqda
məharət göstərmiş sənətkarlar çoxdur. Bu siyahını klassiklərimizdən
tutmuş ta indiki dövrə qədər bir çox şairlərə şamil etmək olar. Lakin
vəzni, ölçüləri, ritmi, eyni zamanda qafiyəsi olduqca gözəl qurulmuş
dahi H.Cavidin «Azər» əsərindən bir parçanı nəzərdən keçirək:
Hər günəşə vardım, ləkəli gördüm,
Hər vicdana girdim, kölgəli gördüm.
Parlaq imanları şübhəli gördüm
Məgərsə hər cilvə bir xülya imiş.
Hər günəşə vardım çiçəklər güldü,
Sevdalı bülbüllər salama gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.
Bu parçanın birinci bəndində ləkəli, kölgəli, şübhəli; ikinci
bəndində isə güldü, gəldi, töküldü, eyni zamanda salama, xurama
sözləri qafiyədir.


85
ƏRUZ VƏZNİ
Əruz ərəb sözü olaraq, lüğəti mənası çadırın ortasına taxılan
uzun paya, dirək, cəhət, geniş yol, bulud, Məkkə şəhərinin adlarından
biri, nahiyə, bir ölkənin hissəsi, kinli, inadlı dişi dəvə və s. deməkdir.
Terminoloji mənası isə şeirin vəznlərindən bəhs edən elm, şeirin
vəznlərindən biri – əruz vəzni şeirdə beytin birinci misrasının son
bölümü, yaxud vəzn qəlibinin son təfiləsi deməkdir. Əruz elminin banisi
VIII əsrdə yaşamış məşhur ərəb filoloqu Əbu Əbdürrəhman Xəlil ibn
Əhməd əl-Bəsiri əl Fərahididir. Bəsrədən Məkkəyə Həcc ziyarətinə
gələrkən bu elm ona ilham olunduğu, onu Məkkədə yvaratdığı və
Məkkənin də adlarından birinin əruz oüçün, o bunu əruz
adlandırmışdır.
Əruzun tarixi
Ərəblər tarixi səhnəyə islamiyyətlə çıxdılarsa da, əsr yarım əvvəl
ərəb ictimai mühitində yeni siyasi və fikri hərəkat başlanmışdı. O dövr
ərəb dünyasında poeziyanın güclü inkişaf dövrü idi. Lakin bu dövrdə
poeziya şifahi şəkildə yayılırdı. Bu ,VIII əsrin ortalarında daha
gücləndi. Həmin dövrdə Xəlil ibn Əhmədin şagirdi Siləhveyv tərəfindən
ərəb qrammatikası, özünün tərəfindən isə əruz elmi yaradılmağa
başladı. Mənbələrə görə, Xəlil ibn Əhməd əruz elminin binasını 150-ci
(miladi 767) ildə qoymuşdur. Bu tarix haqqında iki müəllifin fikri ilə
kifayətlənmək olar. Məhəmməd Fəhmi Müfrizadə yazır:  «Əruz elminin
əsasını Abbasilər dövrünün əvvəllərində hicri 150-ci (miladi 767) ildə
Xəlil ibn Əhməd qoymuşdur».


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə