Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

68
Müasir şeirdə altılığın müxtəlif bənd növlərinə təsadüf olunur:
a) Dördlük və ikilik bəndlərindən ibarət olan altılıqlar. b) İki üçlük
bəndinin birləşməsindən ibarət olan altılıqlar. c) Üç qəzəl beytindən
ibarət olan altılıqlar. ç) Üç məsnəvi beytindən ibarət olan altılıqlar.
d)Beşlik bəndinin və bir misranın birləşsindən ibarət olan altılıqlar. Bu
bənd növləri özləri də müxtəlif variantlara malikdir.
Klassik ədəbiyyatda hər bindi yeddi misradan ibarət olan şeir
forması – müsəbbe mövcud idi. Lakin müsəbbe çox az işlənən şeir
forması idi.
Klassiklərimiz mövzu və mündəricə etibarilə qəzələ və qəsidəyə
çox yaxın olan «müstəzad»dan geniş şəkildə istifadə etmişlər.
Qəzəl ya qəsidənin forma xüsusiyyətlərini özündə saxlayan
müstəzadlarda ölçüsü etibarilə misralardan biri uzun, digəri qısa, sonra
yenə uzun, yenə qısa olur. Müstəzad formasına Nəvai, Nədim, Vaqif,
Vidadi, Zakir, Nəbati, Sabir, Cavid və b. şairlər müraciət etmişlər.
Müstəzad fikri daha qüvvətli, daha sərrast ifadə etmək ritmini, ahəngini
qüvvətləndirmək üçün son dərəcə münasib bir şəkildir:
Gənc ömrümü atəşli tikanlar
gəmirərkən
Üsyan edirəm varlığa birdən.
Üsyan, ulu adət və təriqətlərə üsyan,
Yıldızlı həqiqətlərə üsyan.
yaxud:
Yıprandı xürafat ilə başlarda
beyinlər
Sənsən buna rəhbər.
Xırsızlara olduq kölə, yetməzmi
səfalət,
Yetməzmi bu zillət?!
(Hüseyn Cavid)


69
Şifahi xalq şeirində müstəzada «yedəkləmə» deyilir. Bütün başqa
şeir formaları kimi, müstəzad da müəllifdən sənətkarlıq, böyük diqqət
tələb edir, yoxsa lazım oldu olmadı, məna düz gəldi gəlmədi, hər bütöv
misraya qısa – misra («artırma»,  «ziyadə») əlavə etməklə müstəzad
əmələ gəlmir.
Sərbəst şeirdəki qısa və yaxud bir-iki sözdən ibarət misraların
işlənməsi əsəri «müstəzad» adlandırmağa haqq vermir, çünki məlum
olduğu kimi, bu vəzndə yazılan şeirlərdə bütöv misradan sonra çox
vaxt qısa bir-iki sözlük misranın bir neçəsi dalbadal gəlib, əsərə tamam
başqa quruluş verir.
Müasir şeirdə yeddilik formasından da geniş istifadə olunur.
Lakin bu klassik ədəbiyyatda işlənən müsəbbeyə bənzəmir.
Yalvararam torpağa,
Göyə, aya, günəşə.
Bürüyərəm dünyanı
Mən alova, atəşə
Saralan çiçəyimə,
Gülümə yalvararam,
Mən sənə yalvarmaram
Quruyaram ağactək
Gözünün qabağında.
Sınmaram, şax duraram
Ən kədərli çağımda,
Gəl onu unut deyə
Könlümə yalvararam,
Mən sənə yalvarmaram
İndi uşaq deyiləm,
İndi yaşım otuzdu.


70
Gör nələrə çatmadım,
Gör nələri uduzdum,
Hədər keçən ayıma
İlimə yalvararam,
Mən sənə yalvarmaram
(Musa Ələkbərli)
Səkkizlik bənd növləri klassik ədəbiyyatda olmamış, müasir
ədəbiyyatda abvbvaa, aabvvbqq, abvqdsq, abvqdqvb, abavvqqs,
vbaabqqb, abvbqbqd və aabavad qafiyə quruluşdu şeir şəkilləri
yaranmışdır. Ümumiyyətlə, müasir şeir siqlətli ideya ilə, fikir vüsəti və
miqyası ilə yanaşı, bədii forma mədəniyyətinin yüksəkliyi və zənginliyi
ilə də diqqəti cəlb edir. Yeni poetik lüğət, bədii sintaksis, vəzn və ritm
mürəkkəbliyi, sənətkarlıqda poetik novatorluğun əlamətləri, söz mate-
rialının məharətlə seçilməsi, orijinal – qafiyə, bənzətmə və ifadə
sistemi bütün bunlar yeni üslubda, sözün enerjisini, onun bədii zərbə
qüvvəsini, təsir və sirayət gücünü artıran yüksək dərəcədə yığcamlıq,
təbiilik və səmimiyyət, poetik nitqin canlılığı, vüsətli və çevik, dinamik
bir düşüncə tərzi ilə fərqlənir. Müasir səkkizlik bənd növü dörd məsnəvi
bəndinin (aabbvvqq) qoşma bəndi ilə yarımçarpaz dördlüyün
(ababvvqv) birləşməsindən əmələ gəlir. Bədii yaradıcılıqda bu
birləşmələrdən həm eyni dərəcədə istifadə olunmur, həm də onlara
müxtəlif meyar və üsullarla yanaşılır. Ona görə də ayrı-ayrı
yaradıcılıqda səkkizliyin bənd növləri bir-birinə bənzəmir. Bəzən eyni
bənddə misralar müxtəlif ölçülü olur. Ümumiyyətlə, hər şeyi
canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir etmək
bədii yaradıcılığın səkkizlik bənd növündə daha çox özünü büruzə
verir:
Mən dibçəkdə əkilib evlərdə bəslənmədim,
Dibçək gülü olmağa heç vaxt həvəslənmədim.
Üstümdən qarlı qış da, əlvan bahar da keçdi,


71
Acı payız yelləri, gur yağışlar da keçdi,
Al qönçələr yetirdim yazda budaqlarımda,
Sübhün şehi parladı yaşıl yarpaqlarımda,
Könlüm ana torpaqda, gözüm buludlardadır
Söylə, a dibçək gülü, sənin kökün hardadır?
(Mirvarid Dilbazi)
Müasir Azərbaycan şeiri mütərəqqi klassik Şərq şeirinin
ənənələrini yaradıcı şəkildə davam etdirərək bütün poetik formalardan,
eyni zamanda bənd növlərindən çox geniş və müvəffəqiyyətlə istifadə
etmişdir. Şübhəsiz ki, bütün vəznlərə bələd olmadan birbaşa yeni vəzn
yaratmaq, siftəni sərbəstdən başlamaq olmaz. Bütün ənənələrə kamil
yiyələnmədən yeni ənənə yaratmaq mümkün deyil. Yalnız üsluba və
texnikaya aid forma problemindən daha geniş mənada – bütünlükdə
xalqın mənəvi mədəniyyətini, bədii inkişafının tarixinə fərdi əlavə
məzmununda başa düşülən novatorluq yeniliyi ənənədən kənarda
axtarmır, özü də ənənəyə təslim olmağı yox, onu inkişaf etdirməyi
nəzərdə tutur.
POEMA
Poema – ədəbiyyatın lirik-epik təsviri növlərindən biri kimi süjetli
mənzum hekayə, yaxud mənzum povestdir. Poema iri həcmli nəzm
əsəridir. Burda təsvir olunan hadisələrin gedişində iştirak edən
obrazlarla – qəhrəmanlarla yanaşı, lirik qəhrəman (şairin özü) aydın
nəzərə çarpır. Poemada qəhrəmanın hərəkəti və həyəcanları, onun
iştirak etdiyi hadisələr təsvir olunmaqla bərabər, həyat hadisələrinin
şairdə doğurduğu hiss və duyğular da ifadə olunur. Şair bu hiss və
duyğuları əsas süjetlə bağlı lirik haşiyələr vasitəsilə ifadə edir.
Beləliklə, poemada əhvalatın iştirakçısı olan qəhrəmanlarla yanaşı
«lirik qəhrəman» adı daşıyan spesifik bir surət də olur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə