Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

64
Burada mənaya işarə edilir, lakin başqa bir məna nəzərdə tutulur.
İstiarə ilə yaxın olan bədii təmsil poetik təxəyyülün məna oyunu üzrə
manevri sayılır.
1
Füzuli saqiyə xitabən yazır:
Sənsən xurşidü mən siyah, xan,
Ver atəşivü al və vahiri-pak.
Saqi ilə günəş, şərab ilə atəş arasında gizli və uzaq istiarə
əlaqəsi qurulub. Şair öz varlığını qara torpağa bənzədir, günəşin şöləsi
torpağa saçılaraq qara daşı parladır və nəhayət, onu qiymətli gövhərə
çevirir. Buna uyğun saqinin, yəni mənəvi mürşidin verdiyi zövq və
ilham varlığı torpaqla bərabər tutulan şairin qəlbində məna gövhəri –
söz inciləri yetişdirir. Burada günəşə (xurşid) uyğun atəş, torpağa (xan)
uyğun cəvahir anlamı ilə yanaşı işlənən zərif xəyali təşbihin sözdə
yaratdığı bədii estetik dəyər çox önəmlidir.
Mən şairi-Musayi-kəlaməm
Sahirlərə möcizi təmaməm.
Ulu Füzuli və onun qələmdaşlarının poetik ənənəsi və ruhi tufani
XX əsrin başlanğıc dönəmində Məhəmməd Hadinin:
Mən solmalıyam, ta ki açılsın da baharım,
Mən sönməliyəm nəşələnsin də naharım
və ya
Millət işıq olsun, məni udsun bu siyəh xan,
Ancaq dilərəm qövmim ola sahibi-idrak
Deyimləri ilə öz yaşamını davam edən bəlağətli sənət son
mükəmməl poetik ifadəsini Cavid yaradıcılığında tapdı. Nizami, Yunus
Əmrə, Nəsimi, Nəbati, Füzuli kimi dahiləri düşündürən ümumbəşəri
1
Мятлуб. Бялаья. сящ. 101


65
qlobal sorğular və çağdaş dünyanın doğurduğu ruhi-mənəvi sarsıntılar
Cavid əfəndinin söz işığında aydınlaşdı:
İblis nədir?
- Cümlə xəyanətlərə bais olan insan.
Ya hər kəsə xain olan insan nədir?
- İblis.
MÜASİR ƏDƏBİYYATDA YENİ BƏND NÖVLƏRİ
Müasir şeir klassik poeziyanın və şifahi xalq ədəbiyyatının təcrü-
bəsini və ənənələrini davam etdirərək istər mənzum dramlarda,
poemalarda, süjetli şeirlərdə, istərsə siyasi-ictimai və fəlsəfi
parçalarda, istərsə də lirikada Azərbaycan şeirinin bütün əsas
şəkillərindən – üçlük, dördlük, beşlik, qoşma, bayatı, rübai, müxəmməs
(altılıq), müsəddəs, qəzəl, tərkibbənd, müstəzad, türki, nəğmə, şərqi
və s. növlərdən çox müvəffəqiyyətlə və yaradıcı şəkildə istifadə
etmişdir. Şeirin bəndlər halında qurulması ona kompozisiya bütövlüyü,
daxili mövzu bitkinliyi və vəzn vəhdəti verir. Mənzum əsərin
arxitektonik bədii forması olması etibarilə bənd şeirin çox ifadəli, təsirli
olmasına və onun daxili məzmununun açılmasına kömək edir.
Dünya xalqlarının ədəbiyyatında çox yayılmış müstəzad,
müxəmməs, terset, tersina, katren, oktava, kansona, onegin bəndi,
sonet, fransız balladası və bir sıra başqa şeir formalarından hərəsinin
özünəməxsus bəndləri vardır. Dünya poeziyasında misralarının sayı,
ölçüsü və qafiyələnmə tərzi tamamilə eyni bəndlərdən ibarət əsərlərlə
bərabər misralarının sayı, ölçüsü və qafiyələnmə tərzi müxtəlif olan
bəndlər, hətta əsərlər də çoxdur.
Bu və ya başqa bəndlər sistemi məzmun və formaca daim
dəyişilməkdə də olsa, çox vaxt özünün spesifik qafiyələnmə tərzini və
intonasiya sintaktik xüsusiyyətlərini qoruyub saxlayır.


66
Azərbaycan poeziyasında qoşma əsrlər boyu ənənəvi bəndlər
sistemi kimi yaşamaqdadır. Eyni sözü iki misralıq məsnəvi forması
haqqında da demək olar. Yeni bənd növlərinin (aa, bb, vv, qq, dd, aa,
ba, va, qa, da) məzmunu, ifadə və təsvir üsulları müasirliyi, təsirinin
əhatəliliyi ilə fərqlənir…
Həm ikiliklər, həm də üçlüklər sadə və kiçik, fərqli bənd növləridir.
Məsələn, dahi Hüseyn Cavid «Məsud və Şəfiqə»,  «İlk bahar»,  «Hərb
və fəlakət»,  «Qız məktəbində»,  «Məzlumlar üçün»,  «Bir xatirə»,
«Qadın» və s. həsbi-hal şəklində yazılmış liro-epik şeirlərini məsnəvi
şəklində yazmışdır. Eyni zamanda «Dəniz pərisi»,  «Son baharda»,
«Kiçik sərsəri»,  «Öksüz Ənvər»,  «Hər yer səfalı»,  «Sevinmə, gülmə,
quzum!»,  «Vərəmli qız»,  «Mən istərəm ki» və bir sıra başqa şeirlərini
də dördlük şəklində yazmışdır. Eyni zamanda böyük sənətkar mənzum
dramlarında, mükalimələrində dördlükdən müvəffəqiyyətlə istifadə edir.
Məsələn, «Səyavuş»dakı aşağıdakı mükalimələr dördlükdür:
Yurdumuzu çeynəyən
Sayğısız hər kim olsa,
İnan ki, çox sürmədən
Diz çökəcək qarşımda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil
Sarsıdıcı hünərlər,
Mərd oğullar az deyil.
Dördlüyün mürəbbe növünün, beşliyin müxəmməs və təxmis kimi
janrlarının ənənəsi əski dövrlərdən yaranmışdır. Lakin müasir ədəbiy-
yatda nə müxəmməsdən, nə də təxmisdən istifadə olunmur. Beşlik
inkişaf edir, dinamikləşir, orijinal təşbehlərlə, ritmik istiarələrlə, bədii
sual və nidalarla zənginləşir:
El bilir ki, sən mənimsən,


67
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?!
Azərbaycan, Azərbaycan!..
(Səməd Vurğun)
Əsərdə əks etdirilən hadisənin mahiyyətindən və ifadə üsulundan
asılı olaraq şair ya sadə, ya da mürəkkəb quruluşlu bəndlər yaradır.
Adətən poemalarda mürəkkəb bəndlərdən (yeddilik, səkkizlik,
doqquzluq və s.) lirik şeirlərdə isə nisbətən sadə bəndlərdən (dördlük,
beşlik) istifadə olunur. Azərbaycan poeziyasında altılıq bənd növü 10-
dan artıq formada təzahür edir. Müəyyən mənada altılıq müstəqil janr
deyildir. Bu bənd növündə rübai, ya mürəbbe qəzəl beyti, ya üç
məsnəvi beyti, ya da iki üçlük bir-birilə birləşir, vahid səs və musiqi
vəhdəti, ahəng bütövlüyü – altılıq yaranır, birləşmə bədii niyyətlə,
forma əlvanlığına uyğun aparılır, şeir şəkillərinə belə yaradıcı
münasibət şeir dilini zənginləşdirir, ahəngdarlığı artırır və lazım gələn
yerdə şəkillə bağlı olan sünilikdən xilas edir.
Orta əsrlər Şərq ədəbiyyatında altılıq şeir bənd növü
«müsəddəs» adı ilə mövcud idi. Müsəddəs lirik şeir forması olub, çox
zaman gözəllik və məhəbbət mövzusunda yazılırdı. Hər biri altı
misradan ibarət olan 4-10 bəndlik bu şeir növündə son bəndin
misralarından birində müəllifin təxəllüsü verilirdi.
Qafiyə quruluşu: aaaa aa, vvvv aa, ssss aa, dddd aa və s.
Xoş ol zaman ki, yar mənə həmzəban idi,
Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,
Dövlət qulam idi mənə, bəxtim cavan idi.
Cani-həzinə həmdəmü arami-can idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi
(S.Ə.Şirvani)


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə