Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə131/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

286 
 
Vərəm  əleyhinə  müəssisələrin  personalı  bütün  işləri  xüsusi  geyimdə  aparmalıdır:  tibbi 
xalatlar,  papaqlar,  ayaqqabı,  ehtiyac  olduqda  –  rezin  əlcəklər,  önlük,müdafiə  eynəkləri  –
“konservlər”,  müdafiə  ekranı,  respirator.  Vərəmin  əsas  yayılma  yolunun  aerogen  olduğunu 
nəzərə  alsaq,  VMB  ilə  yoluxmanın  profilaktikasında  fərdi  mühafizə  vasitələrindən  ən 
əhəmiyyətlisi  tibb  işçiləri  və  xəstələrin  istifadə  etdiyi  respirator  vasitələrdir.  Fərdi  respirator 
mühafizə məqsədilə cərrahi maskalardan və ya müxtəlif növ respiratorlardan istifadə olunur. 
Fərdi mühafizə vasitələrinə olan tələblər: 

 
Tibbi  personalın  fərdi  mühafizəsini  təmin  etmək  məqsədilə,  ÇDDvərəm  xəstələri  ilə  iş 
zamanı 1 mkm və daha böyük ölçülü aerozol hissəciklərinin filtrasiyasını təmin edən, filtrasiya 
dərəcəsi 95 -dən az olmayan respiratorlar istifadə edilməlidir. 

 
Yüksək  risk  zonalarında  (DDT-nin  nəticələrinin  olub-olmamasından  asılı  olmayaraq, 
yaxma mikroskopiyasının nəticəsi müsbət olan vərəm xəstələri, vərəmə şübhəli şəxslərin olduğu 
yerlər,  laboratoriyaların  “çirkli”  zonaları  və  s.)  əməkdaşlar  mühafizə  dərəcəsi  FFP2-dən  və  ya 
N95-dən aşağı olmayan sertifikasiyalı respiratorlardan istifadə etməlidirlər. 
               
Cərrahi maskalar. 
Parça  və  ya  kağız,  birdəfəlik  və  ya  çoxdəfəlik  cərrahi  maskalar  (üz  maskaları)  danışıq, 
asqırma  və  ya  öskürmə  zamanı  xaric  olan  iri  hissəcikləri  tutaraq,  mikroorqanizmlərin  havaya 
düşməsinə yalnız qismən mane olur. Bu maskalar havadakı VMB ilə yoluxmadan tam mühafizə 
etmir,  belə  ki,  üzə  sıx  oturmur  və  filtrasiya  qabiliyyəti  məhduddur.  Bu  səbəbdən,  bu  maskalar, 
ftiziatrik şöbə işçilərinin basilyar aerozollardan mühafizəsi məqsədilə tövsiyə edilmir. 
Bununla  yanaşı,  onlar,  havaya  kontagioz  aerozolların  ifrazını  azaltmaq  məqsədilə,  VMB 
ifraz  edən  və  ya  şübhəli  xəstələr  tərəfindən  istifadə  edilə  bilər.  Belə  xəstələr  palatadan  digər 
məkanalara yer dəyişərkən bu maskalardan istifadə etmək məsləhət görülür.  
                                   
Respiratorlar 
      Cərrahi  maskalardan  fərqli  olaraq,  ağzı  və  burnu  tam  örtən,  eləcə  də,  kontagioz 
aerozolları  filtrasiya  edən  respiratorlar  (şək.  8.1-8.4)  daha  güvənli  fərdi  respirator  mühafizə 
vasitələridir.  
 
    
  Şəkil  8.1 
Şəkil8.1 Respirator                             Şəkil 8.2 Respirator          


287 
 
 
    
 
 Şək8.3 Mənfi təzyiqli respirator       Şək 8.4 HEPA-filtrli respirator   
         
Respiratorlar test edilməli və sertifikasiyalaşdırılmalıdırlar (şək. 8.5 ) 
Vərəm əleyhinə müəssisələrdə istifadəsi məsləhət görülmüş respiratorlar, havaya səpələnmiş 
VMB  ölçüsündə  hissəcikləri  filtrasiya  etmək  qabiliyyətinin  dərəcəsinə  görə  təsnif  edilirlər.  Bu 
xüsusiyyətə görə respiratorlar FFP2 və FFP3 sinfinə ayrılır (ENI49:2001 norması – “burun, ağız 
və çənəni toz, bərk və duru hissəciklər, bakteriyalar və viruslar kimi mikroskopik hissəciklərdən 
mühafizə  edən,  filtrasiyalı  birdəfəlik  respirator  maskalara  tətbiq  edilən  “Respirator  Mühafizə 
üzrə Avropa Standartı” ).  
 
    Respiratorların növləri və 
CDC/NIOSH standartları 
Respirat
o- 
run 
klassi- 
fikasiyas
ı 
 
Sertifikasi
ya 
Standartı 
Filtrin 
effektivliyi 
(NaCl) 
Filtrin 
effektivli
yi 
(yağ) 
Hissəcikl
ərin ölçüsü 
Havanın 
ümumi 
sorulması 
N95 
 
US422CFR84 
 95% 

0,3mkm 

N100 
 
US42CFR84 
99,97% 

0,3mkm 

P95 
 
US42CFR84 

˃95% 
0,3mkm 

P100 
 
US42CFR84 

˃99,97% 
0,3mkm 

FFP2 
 
EN12469 
˃94% 
˃94% 
0,4mkm 
<11% 
FFP3 
 
EN12469 
˃97% 
˃98% 
0,4mkm 
 <5% 
 
Şəkil 8.5. Respiratorlar üçün standartlar 
 


288 
 
FFP3  respiratorları  diametri  0,3  mikron  və  daha  böyük  hissəcikləri  99%  filtrasiya  etmək 
qabiliyyətinə  malikdir.  Onlar  50  x  OEL-ədək  (Occupational  Exposure  Limit  –  iş  yerində  təsir 
limiti deməkdir) və 20 x APF-ədək (Assigned Protection Factor – təyin olunmuş müdafiə faktoru 
deməkdir)  konsentrasiyalarda  qeyri-toksik,  aşağı  -,  orta  –  və  yüksəktoksik  bərk  və  duru 
aerozollardan müdafiəni təmin edir (Standart: EN149: 2001 FFP3). 
P2 filtrli FFP2 respiratorları 12 OEL-ədək və 10 APF-ədək konsentrasiyalarda qeyri-toksik, 
aşağı – və ortatoksik, bərk və duru aerozollardan mühafizəni təmin edir (Standart: EN149: 2001 
FFP2). 
FFP2 respiratorları yüksək risk zonalarında istifadə edilir: 

 
Bakteriya ifrazedicilər üçün palatalar, dəhlizlər, prosedur kabinetləri və sarğı otaqları. 

 
İnhalyasiya otaqları və rentgen kabinetlər. 

 
Xəstələrin  kütləvi  toplaşma  yerlərində  (laboratoriyada  qan  yığımı,  şöbələrdə  vərəm 
əleyhinə preparatların paylanması zamanı). 

 
Laboratoriyaların “çirkli” zonaları. 

 
Bakteriya ifrazetməsi dəqiqləşməmiş şəxslərin ambulator qəbulu. 

 
Otaqların, yumşaq inventarların təmizlənməsi, bezlərin və s. çeşidlənməsi zamanı. 
FFP2 respiratorlarına real tələbat yüksək risk zonalarında iki iş növbəsinə 1 respirator, orta 
risk zonaları  üçün 4-5 iş növbəsinə 1 respirator,  aşağı  risk zonaları  üçün  10-20 iş  növbəsinə 1 
respiratordur.  
Ay  ərzində respiratorlara olan orta tələbat bir işçiyə 3 ədəddir (risk zonasından asılı olaraq 
1-dən 20-yə qədər).  
FFP3 respiratorları daha yüksək risk zonalarında istifadə olunur: 

 
Bakterioloji laboratoriyada bəlğəmin və digər materialın işlənməsi zamanı. 

 
Bəlğəmifrazetmənin stimulyasiyası zamanı. 

 
Bronxoskopiya zamanı. 

 
Ekstubasiya və xəstəni əməliyyatın sonunda spontan tənəffüsə keçirən zaman. 

 
Autopsiya və rezeksion materialın işlənməsi zamanı. 
Respiratorların saxlanılması və onlara qulluq (şəkil 8.6): 

 
Quru təmiz yer. 

 
Kağız və ya parça dəsmal. 

 
Təmizlənmə, dezinfeksiya tətbiq edilmir. 

 
Utilizasiya bütün digər tibbi tullantılarda olduğu kimidir. 
Respiratorlar  tənəffüsə  mane  olmayanadək  çirklənməyə,  islanmaya  və  ya  formasını 
itirənədək təkrar istifadə oluna bilər (yalnız həmin  şəxs tərəfindən). Respiratorları parça salfetə 
bükülmüş şəkildə təmiz, quru yerdə və ya karton qutularda saxlayırlar (şəkil 8.6). 
 
Şəkil 
8.6 
Respiratorun 
saxlanılması 
Respiratorun  ölçüsünün  düzgün 
seçimi  və  onun  düzgün  taxılması 
üçün 
fərdi 
respiratorun 
ilk 
istifadəsindən  öncə  hermetiklik  (kip 
oturma  sıxlığı)  üzrə  keyfiyyət  testi 
aparılmalıdır,  sonra  hermetiklik  testi 
digər  respirator  tipinə  keçid  və  üz 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə