Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə134/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   129   130   131   132   133   134   135   136   137

294 
 
Qəza halları zamanı, konteynerlərdə və ya avtonəqliyyatda tullantıların açıq halda olmasına 
rast  gəldikdə  təcili  şəkildə  dezinfeksiya  aparılmalıdır.  Bu  məqsədlə  MPM-də  konteynerlərin  və 
avtonəqliyyatın yuyulub dezinfeksiya edilməsi üçün yer təşkil edilməlidir.  
 
Tullantıların toplanması və kənarlaşdırılması (daşınması) sisteminin təşkili üçün 
avadanlıqlara və konteynerlərin qoyulma yerlərinə olan ümumi tələblər 
 B və  C sinfinə  aid  tullantıların  yığılması  üçün istifadə  olunan birdəfəlik paketlər hermetik 
olmalı  və  ona  15  kq-dək  tullantı  təhlükəsiz  şəkildə  yığıla  bilməlidir.  B  sinfinə  aid  tullantıların 
yığılması üçün paketlər  sarı, C sinfinə aid  tullantıların  yığıldığı  paketlər  qırmızı,  A sinfinə aid 
olanlar isə ağ rəngdə olmalıdır. 
 B və C sinfinə aid tullantıların yığılması üçün olan sərt tutumların konstruksiyası hermetik 
olmalı  və  tullantıları  tibb  bölməsindən  (laboratoriyadan)  kənara  daşınması  zamanı  açılıb 
dağılmamalıdır.  Birdəfəlik  paketlərin  daşınması  üçün  istifadə  olunan  arabaların  konstruksiyası 
onların bərkidilməsi və istismarı üçün əlverişli olmalıdır. 
 Müxtəlif  siniflərə  aid  tullantılar  ayrı-ayrı  konteynerlərə  yığılır  və  bu  konteynerlər  bir-
birindən asan fərqlənməlidir. Bir sinfə aid tullantıların yığıldığı konteynerlər tam eyni olmalıdır. 
İstifadə olunan konteynerlər hermetik kip qapaqla tam örtülməlidir. Konteynerlər tam hermetik 
olmalı,  rütubəti  keçirməməli  və  kənar  şəxslərin,  heyvanların  ona  toxunmasına  imkan 
verilməməlidir. 
 A,  B,  C  sinfinə  aid  tullantılar  üçün  konteynerlər  açıq  meydançada  və  ya  tibb  korpusunun 
izolyasiya  olunmuş  otaqlarında  yerləşdirilir.  Konteyner  yerləşmiş  tibb  korpusunun  otaqlarına 
xüsusi tələblər qoyulur. C sinfinə aid tullantıların yığıldığı konteynerlər yalnız tibb korpusunun 
izolyasiya  olunmuş  otaqlarında  yerləşdirilir.  C  sinfinə  aid  tullantıların  yığıldığı  konteynerlərin 
yerləşdirildiyi otaqlara xüsusi tələblər qoyulur. C sinfinə aid tullantıların yığıldığı konteynerlərin 
A, B, D sinfinə aid tullantıların yığıldığı konteynerlərlə birgə saxlanılmasına yol verilmir.  
 Konteynerlərin qoyulması üçün ayrılmış açıq meydançalar asfaltlanmalı və avtonəqliyyatın 
girişi  və  yükləmə-boşaltma  işlərinin  aparılması  üçün  əlverişli  olmalıdır.  Konteynerlərin 
qoyulduğu açıq meydançaların ölçüləri 40 m
2
-dən  az  olmamalı  və  onlar  müalicə  korpusuna  25 
m-dən,  qida  blokuna  isə  50  m-dən  yaxın  olmamalıdır.  Müxtəlif  sinfə  aid  tullantıların  yığılması 
üçün konteynerlərin bir meydançada yerləşdirilməsinə icazə verilir. Açıq meydançada ən çoxu 5 
konteyner yerləşdirilə bilər.  
 
Tullantıların müvəqqəti saxlanması və kənarlaşdırılması şərtləri  
 B,  C,  D  sinfinə  aid  tullantıların  tibb  bölməsinin  otaqlarından  kənarda,  açıq  halda 
saxlanmasına və personalın onunla kontaktda olmasına yol verilmir. MPM-in ərazisində A, B, C 
sinfinə  aid  tullantıların  yalnız  dəfələrlə  istifadə  olunan  hermetik  konteynerlərdə  saxlanması  və 
daşınmasına icazə verilir. C sinfinə aid tullantıların kənarlaşdırılması (uzaqlaşdırılması) zamanı 
digər  tullantıların  onunla  qarşılaşmasına  yol  verilmir.  A,  B,  C  sinfinə  aid  tullantıların  təbii 
şəraitdə bir sutkadan çox saxlanmasına icazə verilmir. 5ºC-dən yüksək olmayan temperaturda isə 
bir sutkadan çox saxlanıla bilər. Bütün siniflərə aid qida tullantıları soyuducuda 5ºC-dən yüksək 
olmayan  temperaturda  saxlanılmalıdır.  MPM-in  ərazisindən  tullantıların  zərərsizləşdirilməsi 
üçün qurğu olmadıqda A, B, C sinfinə aid tullantılar hər gün daşınmalıdır.  
 Dolmuş konteynerlər qapalı yük yeri olan avtomaşınla xüsusi təyin olunmuş yerlərə daşınır 
və götürülmüş konteynerin yerinə boş konteyner qoyulur. A, B, C sinfinə aid tullantıların MPM-
in  ərazisindən  kənara  daşınmasına  yalnız  bu  məqsədlə  işlədilən  qapalı  yük  yeri  olan 


295 
 
avtomaşınlarla    icazə  verilir.  B  və  C  sinfinə  aid  tullantıların  daşınması  üçün  nəzərdə  tutulmuş 
avtomaşının digər məqsədlərlə işlədilməsinə yol verilmir. 
 B  və  C  sinfinə  aid  tullantılar  MPM-in  tullantılarını  termik  üsulla  zərərsizləşdirilən  xüsusi 
qurğularda məhv etmək lazımdır. 
 B 
və 

sinfinə 
aid  tullantıların  zərərsizləşdirilməsi  mərkəzləşdirilmiş  və 
mərkəzləşdirilməmiş  üsulla  aparıla  bilər.  MPM-in  tullantılarının  müəssisənin  ərazisində 
mərkəzləşdirilməmiş  üsulla  termiki  zərərsizləşdirilməsi  üçün  qurğuların  yerləşdirilməsi 
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  Azərbaycan  Respublikası 
Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla MPM-in tullantılarının 
zərərsizləşdirilməsi  iri zibil  yandıran zavodların  sobalarında aparılır. Həmin zavodun  yerləşdiyi 
yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə reqlamentləşdirilir.  
 
 Tullantıların yığılması və uzaqlaşdırılması sxeminin realizasiyası  
 Tullantıların yığılması və daşınması planının detallaşdırılması və realizasiyası hər bir MPM 
üçün ayrıca işlənilir. Tullantıların yığılması və daşınması planı hazırlanarkən aşağıdakı tələblər 
yerinə yetirilir: 
 Əmələ  gələn  tullantıların  kəmiyyət  və  keyfiyyət  təhlili  aparılır.  Siniflər  üzrə  əmələ  gələn 
tullantıların miqdarı hesablanır;  
 Hər  bir  sinfə  aid  tullantıların  ilkin  əmələ  gəldiyi  yerdə  qoyulacaq  qabların  lazımi  miqdarı 
hesablanır və təyin edilir.  
Birdəfəlik  qablar  korpuslararası  və  korpusdaxili  konteynerlər,  korpusdaxili  tullantıların 
yığılması  üçün  otaqlar  bu  qaydaların  müvafiq  bəndlərində  qoyulmuş  tələbləri  ödəməlidir. 
Korpusdaxili tullantıların yığılması üçün otaqlar aşağıdakı tələblərə cavab verməlidir: 
-otağın döşəməsi keramik plitələrdən olmalı; 
-divarlar tavana qədər kafellə örtülməli; 
-tavan rütubətə davamlı boya ilə rənglənməli; 
-otaq əl-üz yuyanla, axar su kranı, bakteriosid lampa, kanalizasiya və ventilyasiya sistemləri 
ilə təchiz olunmalıdır.  
 Müxtəlif siniflərə  aid  tullantıların ayrıca  yığılması  və daşınmasına qoyulan tələblər nəzərə 
alınmaqla tullantıların yığılması və daşınması sistemi işlənib hazırlanır, bunun üçün aşağıdakılar 
nəzərə alınmalıdır: 
- B və C sinfinə aid tullantılar hökmən termiki zərərsizləşdirilməlidir;  
 MPM-in  rəhbəri  ərazi  gigiyena  və  epidemiologiya  mərkəzi  ilə  razılaşdırılmış  şəkildə 
tullantılarla işləmə qaydalarına dair təlimatı təsdiq edir.  
 MPM-in  rəhbərliyi  əmələ  gələn  tibbi  tullantıların  təsnifatına  uyğun    hesabatların  aidiyyatı 
orqanlara  təqdim  olunmasını  və  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2003-cü  il  31 
mart tarixli 41 nömrəli qərarına əsasən bu tullantıların sənədləşdirilməsini təmin edir.         

 
Lampanın bakteriosid effekti 
İstifadə  təlimatında  göstərilmiş  zəmanət  müddətini  işləyib  bitirmiş  bakteriosid  lampalar 
yeniləri  ilə  əvəz  olunmalıdır.  İstifadə  müddətinin  bitməsinin  təyini  üçün  lampaların  ümumi 
işlənməsini  saatlarda  cəmləyən  və  ya  lampanın  bakteriosid  axınının  nominaldan  aşağı  (100 
mkVt/sm
2
) düşdüyünü göstərən radiometr ölçmələrini cəmləyən elektrik sayğaclar istifadə edilə 
bilər. 
Təmiz lampanın  şüalanma səviyyəsinin verilən  ölçüdən aşağı  düşməsi  zamanı onun  yenisi 
ilə əvəz edilməsi zəruridir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə