Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə135/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   129   130   131   132   133   134   135   136   137

296 
 
Şüalanma səviyyəsini açıq tipli lampa üçün 1 m məsafədən göz səviyyəsində, ekranlı lampa 
üçün  isə  düz  şüalar  sektorunda  ölçmək  lazımdır.  Həssas  sensoru  lampanın  mərkəzinə  doğru 
yönəltmək lazımdır. 
Bütün  ölçmələr  mütləq  fərdi  müdafiə  vasitələrindən  (eynəklər,  üz  maskaları,  əlcəklər) 
istifadə edərək aparılmalıdır. 
  Yuxarı  ekranlı  lampa  üçün  effektivlik  ölçmələri  aparılır  (əlavə  olaraq  ştativdən  istifadə 
edilir).  
 


297 
 
SANİTAR- MAARİF İŞİ, XƏSTƏLƏRİN TƏLİMATLANDIRILMASI 
Vərəm zamanı sanitar maarifləndirmə və sosial mobilizasiya 
Sanitar-maarif işi (SMİ) vərəmə nəzarət üzrə milli proqramın tərkib hissədir. Ölkədə vərəm 
üzrə SMİ-nin aparılması üzrə əsas nizamlayıcı sənəd vərəm sahəsində aparılan sanitar-maarif işi 
üzrə Milli strategiyadır.  
Sanitar-maarifləndirmənin məqsəd və vəzifələri 
Məqsədlər:  

 
Sağlam insanın vərəmə yoluxma riskinin azaldılması.  

 
Əhalinin vərəm haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi  

 
Stiqmanın  azalması  və  cəmiyyətdə  vərəm  xəstələrinə  münasibətdə  ayrı-seçkiliyin 
qarşısının alınması  

 
Xəstələrə təyin olunmuş müalicə rejiminə riayət olunması  
Vəzifələr:   

 
Vərəm üzrə məlumatın işlənməsi və əhalinin müxtəlif qruplarına təqdim olunması  

 
Əhalinin müxtəlif qrupları arasında vərəm üzrə sanitar-maarif işinin aparılması  

 
Xəstələrin və ailə üzvlərinin konsultasiyası  
Sanitar-maarif işinin əsas istiqamətləri  
1.
 
Sanitar maarifləndirmə 
2.
 
Təbliğat 
3.
 
Sosial mobilizasiya 
Sanitar  maarifləndirmə  –dövlət,  ictimai  və  tibbi  tədbirlər  sistemidir.  Bu  tədbirlər  sistemi 
əhalinin  bilik  səviyyəsinin,  sağlam  həyat  tərzi  barəsində  məlumatlılığın  yüksəlməsinə, 
sağlamlığın gücləndirilməsinə, xəstələnmənin qarşısının alınmasına yönəlmişdir.  
Təbliğat  –  termini  geniş  mənada  istifadə  olunur  və  əhalinin  müxtəlif  təbəqələri  arasında 
vərəm  haqqında  biliklərin  və  məlumatların  yayılmasını  nəzərdə  tutur.  Bundan  başqa  bura 
cəmiyyətdə sağlamlığın və xəstələrin maraqlarının qorunması məsələləri üzrə aydınlaşdırıcı işin 
aparılması  da  aiddir.  Lakin  insanın  özünü  düzgün  aparması  üzrə  təlim  keçmək  kifayət  deyil, 
bunun üçün lazımi şəraiti yaratmaq lazımdır. Çox vaxt bir şəxs və ya qeyri-hökumət təşkilatı hər 
hansı  dəyişikliklərə  nail  ola  bilmir.  Bu  zaman  yerli,  milli  və  hətta  beynəlxalq  səviyyədə  qərar 
qəbul  edən  şəxslərin  müdaxiləsi  tələb  olunur.  Belə  şəxslərin  təsir  üsulu  advokasiyadır. 
Advokasiya  işlərin  real  vəziyyətinə  əsaslanan  tədbirlərdən  ibarətdir.  Belə  tədbirlər  nəinki 
sağlamlığın, həmçinin cəmiyyətdə sosial-iqtisadi şəraitin yaxşılaşmasına yönəlməlidir.  
Sosial  mobilizasiya  –  müəyyən  səhiyyə  proqramlarının  yerinə  yetirilməsi  üzrə  səylərin 
cəmləşməsi  və  konsentrasiyası  prosesidir.  Sosial  mobilizasiya  dedikdə  könüllü  iştirak  və  seçim 
imkanının uyğunluğu nəzərdə tutulur. İnsanlar görülən işlərin onların da marağında olduğunu və 
ailələri və ətrafındakıları üçün əhəmiyyətini başa düşdükləri an köməyə gəlirlər.  
Vərəm sahəsində sosial mobilizasiya siyasətinin vəzifələri aşağıdakılardır: 

 
əhalinin sağlamlaşdırma işində iştiraka cəlb olunması  

 
vərəm  əleyhinə  təbliğatın  və  sanitar-maarifləndirmə  tədbirlərinin  yerinə  yetirilməsinə 
qeyri-hökumət, donor, dini təşkilatların cəlb olunması  

 
mənəvi,  psixoloji  dəstək  məqsədilə  qrup  yaradılmasına  keçmiş  vərəm  xəstələrinin  cəlb 
olunması 
Sosial mobilizasiya qrup şəklində və ictimai iclaslarda, məktəb aktivliyi şəklində, plakatlar, 
bukletlər,  videomateriallar,  şəxsi  görüşlərdə  əks  olunur.  Sosial  mobilizasiyanın  birincili 


298 
 
istiqamətlərindən  biri  də  cəmiyyətdə  xəstələrin  stiqmatizasiyası  ilə  mübarizədir.  Hal-hazırda 
vərəm xəstəliyi eyib faktor kimi qəbul olunur ki, bunun da nəticəsində xəstə cəmiyyətdən təcrid 
olunur.  Bu  səbəbdən  xəstələr  qonşudan,  iş  yoldaşlarından,  digər  insanlardan  öz  problemlərini 
gizlətməyə çalışırlar. Eyni zamanda xəstələri yeni iş yeri ilə və ya müalicə bitdikdən sonra köhnə 
iş yerinə qayıtmaqla əlaqədar çətinlikər narahat edir. Bundan başqa xəstələr çox vaxt ətraf mühit 
üçün  təhlükəsiz  olduqlarını  sübüt  etmək  məcburiyyətində  qalırlar.  Beləliklə,  yaranmış 
stereotiplər  cəmiyyət  üçün  böyük  problemlər  yaradır.  Sosial  mobilizasiya  üzrə  tədbirlər  vərəm 
xətəliyinin  ictimai  problem  kimi  mövcudluğunu  vətəndaşlara  xatırlatmaq,  insanları  vərəm 
xəstələrinə  və  onların  ailələrinə  mümkün  köməkliyin  edilməsinə  həvəsləndirmək,  vərəm 
xəstəliyi  keçirimiş  və  ya  vərəmlə  xəstə  olan  şəxslərə  kifayət  qədər  geniş  yayılmış  neqativ 
münasibəti dəyişdirmək məqsədilə cəmiyyətin ən müxtəlif təbəqələrinə yönəldilmişdir. 
Vərəm xəstəsinin müalicəyə cəlb olunması 
Xəstənin müalicə rejiminə riayətini stimulyasiya etmək və nəzarətdə saxlamaq üçün xəstə ilə 
müalicə  həkimi  arasında  qarşılıqlı  inama  əsaslanmış  münasibətlər  tətbiq  olunmalıdır.  Müalicə 
rejiminə  riayət  olunması  müvəffəqiyyətli  müalicəyə  nail  olunmasının  əsas  şərtidir.  Müalicə 
rejiminə  riayət  olunması  həm  xəstə,  həm  də  müalicə  həkimi  üçün  asan  məsələ  deyil.  Vərəm 
əleyhinə  müalicə  sxeminə  çox  sayda  preparat  daxildir,  müalicə  kursu  ən  azı  6  ay  davam 
etməlidir.  Bir  qayda  olaraq,  belə  çətin  və  uzunmüddətli  müalicə  kursları  xəstənin  həyat  tərzinə 
mənfi  təsir  göstərir.  Buna  görə  də,  təəccüblü  deyil  ki,  müvafiq  dəstək  olmadığı  halda  bir  çox 
xəstə  müalicə  kursunu  yarımçıq  kəsir  və  ya  dərman  qəbulunda  səhvlərə  yol  verir. 
Tamamlanmamış müalicə kursları, öz növbəsində, xəstələrin uzunmüddətli kontagioz statusuna, 
müalicədə uğursuzluğa və törədicinin dərmana davamlılığına gətirib çıxarır.  
Tibb  işçiləri  arasında  belə  fikir  formalaşıb  ki,  müalicə  rejiminin  pozulması  xəstədən  asılı 
olan  faktorlar  səbəbindən  baş  verir.  Son  40  il  ərzində  aparılan  sosial  və  psixoloji  araşdırmalar 
nəticəsində  toplanmış  məlumatlar  göstərir  ki,  xəstələr  məzəmmətə  deyil,  məqsədyönlü  dəstəyə 
ehtiyac  duyurlar.  Tibb  personalının  birbaşa  nəzarəti  altında  müalicə  dövründə    xəstə  bir  çox 
sosial  mənşəli  çətinliklərlə  üzləşə  bilər.  Belə  çətinliklərə  xəstənin  uzaqlaşması,  qazancın 
itirilməsi,  fiziki  əziyyət  aiddir  ki,  bunlar  da  müalicə  rejiminin  pozulmasına  səbəb  olur.  Bu 
səbəbdən  birbaşa  nəzarət  altında  müalicəyə  tibb  personalı  ilə  yanaşı  yerli  əhali  də  cəlb 
olunmalıdır. Birbaşa nəzarət  altında müalicə sağalma və müalicə kursunun tamamlanması üzrə 
yüksək  göstəricilərə  gətirib  çıxarır,  lakin  ən  çox  effekt  sosial  dəstək  tədbirləri,  xəstələrin 
stimulyasiyası, tibb personalının təlimatlandırılması sayəsində əldə olunur. 
 Təbliğat və sanitar-maarifləndirmə üsulları: 

 
Fərdi təsir metodu – fərdi şəkildə söhbət aparılması, fərdi sanitar-maarifləndirmə təlimatı, 
konsultasiyalar, şəxsi sanitar-maarifləndirmə korrespondensiyası;  

 
Qrupa  təsir  metodu  –  mühazirə,  qrup  şəklində  söhbətlər,  təşviqat-məlumat  çıxışları, 
müxtəlif əhali qrupları arasında gigiyenik təlimatlandırma üzrə kurslar, sağlamlıq məktəbləri  
SMİ  üzrə  məlumatlandırıcı  materialları  tibb  və  ümumtəhsil  müəssisələrində,  qeyri-
mütəşəkkil  əhalinin  toplanma  yerlərində  (vağzal,  bazar,  nəqliyyat,)  yaymaq  olar.  SMİ  həm 
sağlam  əhali,  həm  də  məqsədli  seçilmiş  qruplar  arasında  aparıla  bilər.  Məqsədli  auditoriyanın 
seçimi müxtəlif əhali qruplarının məlumat tələbatının da fərqli olması ilə əlaqədardır. Beləliklə, 
əhali aşağıdakılar haqqında məlumatlandırılmalıdır: 

 
Vərəmə şübhə oyadan simptomlar meydana çıxdıqda həkimə müraciət etmək vacibdir.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə