286
Vərəm əleyhinə müəssisələrin personalı bütün işləri xüsusi geyimdə aparmalıdır: tibbi
xalatlar, papaqlar, ayaqqabı, ehtiyac olduqda – rezin əlcəklər, önlük,müdafiə eynəkləri –
“konservlər”, müdafiə ekranı, respirator. Vərəmin əsas yayılma yolunun aerogen olduğunu
nəzərə alsaq, VMB ilə yoluxmanın profilaktikasında fərdi mühafizə vasitələrindən ən
əhəmiyyətlisi tibb işçiləri və xəstələrin istifadə etdiyi respirator vasitələrdir. Fərdi respirator
mühafizə məqsədilə cərrahi maskalardan və ya müxtəlif növ respiratorlardan istifadə olunur.
Fərdi mühafizə vasitələrinə olan tələblər:
•
Tibbi personalın fərdi mühafizəsini təmin etmək məqsədilə, ÇDDvərəm xəstələri ilə iş
zamanı 1 mkm və daha böyük ölçülü aerozol hissəciklərinin filtrasiyasını təmin edən, filtrasiya
dərəcəsi 95 -dən az olmayan respiratorlar istifadə edilməlidir.
•
Yüksək risk zonalarında (DDT-nin nəticələrinin olub-olmamasından asılı olmayaraq,
yaxma mikroskopiyasının nəticəsi müsbət olan vərəm xəstələri, vərəmə şübhəli şəxslərin olduğu
yerlər, laboratoriyaların “çirkli” zonaları və s.) əməkdaşlar mühafizə dərəcəsi FFP2-dən və ya
N95-dən aşağı olmayan sertifikasiyalı respiratorlardan istifadə etməlidirlər.
Cərrahi maskalar.
Parça və ya kağız, birdəfəlik və ya çoxdəfəlik cərrahi maskalar (üz maskaları) danışıq,
asqırma və ya öskürmə zamanı xaric olan iri hissəcikləri tutaraq, mikroorqanizmlərin havaya
düşməsinə yalnız qismən mane olur. Bu maskalar havadakı VMB ilə yoluxmadan tam mühafizə
etmir, belə ki, üzə sıx oturmur və filtrasiya qabiliyyəti məhduddur. Bu səbəbdən, bu maskalar,
ftiziatrik şöbə işçilərinin basilyar aerozollardan mühafizəsi məqsədilə tövsiyə edilmir.
Bununla yanaşı, onlar, havaya kontagioz aerozolların ifrazını azaltmaq məqsədilə, VMB
ifraz edən və ya şübhəli xəstələr tərəfindən istifadə edilə bilər. Belə xəstələr palatadan digər
məkanalara yer dəyişərkən bu maskalardan istifadə etmək məsləhət görülür.
Respiratorlar
Cərrahi maskalardan fərqli olaraq, ağzı və burnu tam örtən, eləcə də, kontagioz
aerozolları filtrasiya edən respiratorlar (şək. 8.1-8.4) daha güvənli fərdi respirator mühafizə
vasitələridir.
Şəkil 8.1
Şəkil8.1 Respirator Şəkil 8.2
Respirator
287
Şək8.3 Mənfi təzyiqli respirator Şək 8.4
HEPA-filtrli respirator
Respiratorlar test edilməli və sertifikasiyalaşdırılmalıdırlar (şək. 8.5 )
Vərəm əleyhinə müəssisələrdə istifadəsi məsləhət görülmüş respiratorlar, havaya səpələnmiş
VMB ölçüsündə hissəcikləri filtrasiya etmək qabiliyyətinin dərəcəsinə görə təsnif edilirlər. Bu
xüsusiyyətə görə respiratorlar FFP2 və FFP3 sinfinə ayrılır (ENI49:2001 norması – “burun, ağız
və çənəni toz, bərk və duru hissəciklər, bakteriyalar və viruslar kimi mikroskopik hissəciklərdən
mühafizə edən, filtrasiyalı birdəfəlik respirator maskalara tətbiq edilən “Respirator Mühafizə
üzrə Avropa Standartı” ).
Respiratorların növləri və
CDC/NIOSH standartları
Respirat
o-
run
klassi-
fikasiyas
ı
Sertifikasi
ya
Standartı
Filtrin
effektivliyi
(NaCl)
Filtrin
effektivli
yi
(yağ)
Hissəcikl
ərin ölçüsü
Havanın
ümumi
sorulması
N95
US422CFR84
95%
*
0,3mkm
*
N100
US42CFR84
99,97%
*
0,3mkm
*
P95
US42CFR84
*
˃95%
0,3mkm
*
P100
US42CFR84
*
˃99,97%
0,3mkm
*
FFP2
EN12469
˃94%
˃94%
0,4mkm
<11%
FFP3
EN12469
˃97%
˃98%
0,4mkm
<5%
Şəkil 8.5. Respiratorlar üçün standartlar
288
FFP3 respiratorları diametri 0,3 mikron və daha böyük hissəcikləri 99% filtrasiya etmək
qabiliyyətinə malikdir. Onlar 50 x OEL-ədək (Occupational Exposure Limit – iş yerində təsir
limiti deməkdir) və 20 x APF-ədək (Assigned Protection Factor – təyin olunmuş müdafiə faktoru
deməkdir) konsentrasiyalarda qeyri-toksik, aşağı -, orta – və yüksəktoksik bərk və duru
aerozollardan müdafiəni təmin edir (Standart: EN149: 2001 FFP3).
P2 filtrli FFP2 respiratorları 12 OEL-ədək və 10 APF-ədək konsentrasiyalarda qeyri-toksik,
aşağı – və ortatoksik, bərk və duru aerozollardan mühafizəni təmin edir (Standart: EN149: 2001
FFP2).
FFP2 respiratorları yüksək risk zonalarında istifadə edilir:
•
Bakteriya ifrazedicilər üçün
palatalar, dəhlizlər, prosedur kabinetləri və sarğı otaqları.
•
İnhalyasiya otaqları və rentgen kabinetlər.
•
Xəstələrin kütləvi toplaşma yerlərində (laboratoriyada qan yığımı, şöbələrdə vərəm
əleyhinə preparatların paylanması zamanı).
•
Laboratoriyaların “çirkli” zonaları.
•
Bakteriya ifrazetməsi dəqiqləşməmiş şəxslərin ambulator qəbulu.
•
Otaqların, yumşaq inventarların
təmizlənməsi, bezlərin və s. çeşidlənməsi zamanı.
FFP2 respiratorlarına real tələbat yüksək risk zonalarında iki iş növbəsinə 1 respirator, orta
risk zonaları üçün 4-5 iş növbəsinə 1 respirator, aşağı risk zonaları üçün 10-20 iş növbəsinə 1
respiratordur.
Ay ərzində respiratorlara olan orta tələbat bir işçiyə 3 ədəddir (risk zonasından asılı olaraq
1-dən 20-yə qədər).
FFP3 respiratorları daha yüksək risk zonalarında istifadə olunur:
•
Bakterioloji laboratoriyada bəlğəmin və digər materialın işlənməsi zamanı.
•
Bəlğəmifrazetmənin stimulyasiyası zamanı.
•
Bronxoskopiya zamanı.
•
Ekstubasiya və xəstəni əməliyyatın sonunda spontan tənəffüsə keçirən zaman.
•
Autopsiya və rezeksion materialın işlənməsi zamanı.
Respiratorların saxlanılması və onlara qulluq (şəkil 8.6):
•
Quru təmiz yer.
•
Kağız və ya parça dəsmal.
•
Təmizlənmə, dezinfeksiya tətbiq edilmir.
•
Utilizasiya bütün digər tibbi tullantılarda olduğu kimidir.
Respiratorlar tənəffüsə mane olmayanadək çirklənməyə, islanmaya və ya formasını
itirənədək təkrar istifadə oluna bilər (yalnız həmin şəxs tərəfindən). Respiratorları parça salfetə
bükülmüş
şəkildə təmiz, quru yerdə və ya karton qutularda saxlayırlar (şəkil 8.6).
Şəkil
8.6
Respiratorun
saxlanılması
Respiratorun ölçüsünün düzgün
seçimi və onun düzgün taxılması
üçün
fərdi
respiratorun
ilk
istifadəsindən öncə hermetiklik (kip
oturma sıxlığı) üzrə keyfiyyət testi
aparılmalıdır, sonra hermetiklik testi
digər respirator tipinə keçid və üz