294
Qəza halları zamanı, konteynerlərdə və ya avtonəqliyyatda tullantıların açıq halda olmasına
rast gəldikdə təcili şəkildə dezinfeksiya aparılmalıdır. Bu məqsədlə MPM-də konteynerlərin və
avtonəqliyyatın yuyulub dezinfeksiya edilməsi üçün yer təşkil edilməlidir.
Tullantıların toplanması və kənarlaşdırılması (daşınması) sisteminin təşkili üçün
avadanlıqlara və konteynerlərin qoyulma yerlərinə olan ümumi tələblər
B və C sinfinə aid tullantıların yığılması üçün istifadə olunan birdəfəlik paketlər hermetik
olmalı və ona 15 kq-dək tullantı təhlükəsiz şəkildə yığıla bilməlidir. B sinfinə aid tullantıların
yığılması üçün paketlər sarı, C sinfinə aid tullantıların yığıldığı paketlər qırmızı, A sinfinə aid
olanlar isə ağ rəngdə olmalıdır.
B və C sinfinə aid tullantıların yığılması üçün olan sərt tutumların konstruksiyası hermetik
olmalı və tullantıları tibb bölməsindən (laboratoriyadan) kənara daşınması zamanı açılıb
dağılmamalıdır. Birdəfəlik paketlərin daşınması üçün istifadə olunan arabaların konstruksiyası
onların bərkidilməsi və istismarı üçün əlverişli olmalıdır.
Müxtəlif siniflərə aid tullantılar ayrı-ayrı konteynerlərə yığılır və bu konteynerlər bir-
birindən asan fərqlənməlidir. Bir sinfə aid tullantıların yığıldığı konteynerlər tam eyni olmalıdır.
İstifadə olunan konteynerlər hermetik kip qapaqla tam örtülməlidir. Konteynerlər tam hermetik
olmalı, rütubəti keçirməməli və kənar şəxslərin, heyvanların ona toxunmasına imkan
verilməməlidir.
A, B, C sinfinə aid tullantılar üçün konteynerlər açıq meydançada və ya tibb korpusunun
izolyasiya olunmuş otaqlarında yerləşdirilir. Konteyner yerləşmiş tibb korpusunun otaqlarına
xüsusi tələblər qoyulur. C sinfinə aid tullantıların yığıldığı konteynerlər yalnız tibb korpusunun
izolyasiya olunmuş otaqlarında yerləşdirilir. C sinfinə aid tullantıların yığıldığı konteynerlərin
yerləşdirildiyi otaqlara xüsusi tələblər qoyulur. C sinfinə aid tullantıların yığıldığı konteynerlərin
A, B, D sinfinə aid tullantıların yığıldığı konteynerlərlə birgə saxlanılmasına yol verilmir.
Konteynerlərin qoyulması üçün ayrılmış açıq meydançalar asfaltlanmalı və avtonəqliyyatın
girişi və yükləmə-boşaltma işlərinin aparılması üçün əlverişli olmalıdır. Konteynerlərin
qoyulduğu açıq meydançaların ölçüləri 40 m
2
-dən az olmamalı və onlar müalicə korpusuna 25
m-dən, qida blokuna isə 50 m-dən yaxın olmamalıdır. Müxtəlif sinfə aid tullantıların yığılması
üçün konteynerlərin bir meydançada yerləşdirilməsinə icazə verilir. Açıq meydançada ən çoxu 5
konteyner yerləşdirilə bilər.
Tullantıların müvəqqəti saxlanması və kənarlaşdırılması şərtləri
B, C, D sinfinə aid tullantıların tibb bölməsinin otaqlarından kənarda, açıq halda
saxlanmasına və personalın onunla kontaktda olmasına yol verilmir. MPM-in ərazisində A, B, C
sinfinə aid tullantıların yalnız dəfələrlə istifadə olunan hermetik konteynerlərdə saxlanması və
daşınmasına icazə verilir. C sinfinə aid tullantıların kənarlaşdırılması (uzaqlaşdırılması) zamanı
digər tullantıların onunla qarşılaşmasına yol verilmir. A, B, C sinfinə aid tullantıların təbii
şəraitdə bir sutkadan çox saxlanmasına icazə verilmir. 5ºC-dən yüksək olmayan temperaturda isə
bir sutkadan çox saxlanıla bilər. Bütün siniflərə aid qida tullantıları soyuducuda 5ºC-dən yüksək
olmayan temperaturda saxlanılmalıdır. MPM-in ərazisindən tullantıların zərərsizləşdirilməsi
üçün qurğu olmadıqda A, B, C sinfinə aid tullantılar hər gün daşınmalıdır.
Dolmuş konteynerlər qapalı yük yeri olan avtomaşınla xüsusi təyin olunmuş yerlərə daşınır
və götürülmüş konteynerin yerinə boş konteyner qoyulur. A, B, C sinfinə aid tullantıların MPM-
in ərazisindən kənara daşınmasına yalnız bu məqsədlə işlədilən qapalı yük yeri olan
295
avtomaşınlarla icazə verilir. B və C sinfinə aid tullantıların daşınması üçün nəzərdə tutulmuş
avtomaşının digər məqsədlərlə işlədilməsinə yol verilmir.
B və C sinfinə aid tullantılar MPM-in tullantılarını termik üsulla zərərsizləşdirilən xüsusi
qurğularda məhv etmək lazımdır.
B
və
C
sinfinə
aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və
mərkəzləşdirilməmiş üsulla aparıla bilər. MPM-in tullantılarının müəssisənin ərazisində
mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla MPM-in tullantılarının
zərərsizləşdirilməsi iri zibil yandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi
yer,
istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə reqlamentləşdirilir.
Tullantıların yığılması və uzaqlaşdırılması sxeminin realizasiyası
Tullantıların yığılması və daşınması planının detallaşdırılması və realizasiyası hər bir MPM
üçün ayrıca işlənilir. Tullantıların yığılması və daşınması planı hazırlanarkən aşağıdakı tələblər
yerinə yetirilir:
Əmələ gələn tullantıların kəmiyyət və keyfiyyət təhlili aparılır. Siniflər üzrə əmələ gələn
tullantıların miqdarı hesablanır;
Hər bir sinfə aid tullantıların ilkin əmələ gəldiyi yerdə qoyulacaq qabların lazımi miqdarı
hesablanır və təyin edilir.
Birdəfəlik qablar korpuslararası və korpusdaxili konteynerlər, korpusdaxili tullantıların
yığılması üçün otaqlar bu qaydaların müvafiq bəndlərində qoyulmuş tələbləri ödəməlidir.
Korpusdaxili tullantıların yığılması üçün otaqlar aşağıdakı tələblərə cavab verməlidir:
-otağın döşəməsi keramik plitələrdən olmalı;
-divarlar tavana qədər kafellə örtülməli;
-tavan rütubətə davamlı boya ilə rənglənməli;
-otaq əl-üz yuyanla, axar su kranı, bakteriosid lampa, kanalizasiya və ventilyasiya sistemləri
ilə təchiz olunmalıdır.
Müxtəlif siniflərə aid tullantıların ayrıca yığılması və daşınmasına qoyulan tələblər nəzərə
alınmaqla tullantıların yığılması və daşınması sistemi işlənib hazırlanır, bunun üçün aşağıdakılar
nəzərə alınmalıdır:
- B və C sinfinə aid tullantılar hökmən termiki zərərsizləşdirilməlidir;
MPM-in rəhbəri ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırılmış şəkildə
tullantılarla işləmə qaydalarına dair təlimatı təsdiq edir.
MPM-in rəhbərliyi əmələ gələn tibbi tullantıların təsnifatına uyğun hesabatların aidiyyatı
orqanlara təqdim olunmasını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31
mart tarixli 41 nömrəli qərarına əsasən bu tullantıların sənədləşdirilməsini təmin edir.
•
Lampanın bakteriosid effekti
İstifadə təlimatında göstərilmiş zəmanət müddətini işləyib bitirmiş bakteriosid lampalar
yeniləri ilə əvəz olunmalıdır. İstifadə müddətinin bitməsinin təyini üçün lampaların ümumi
işlənməsini saatlarda cəmləyən və ya lampanın bakteriosid axınının nominaldan aşağı (100
mkVt/sm
2
) düşdüyünü göstərən radiometr ölçmələrini cəmləyən elektrik sayğaclar istifadə edilə
bilər.
Təmiz lampanın şüalanma səviyyəsinin verilən ölçüdən aşağı düşməsi zamanı onun yenisi
ilə əvəz edilməsi zəruridir.