297
SANİTAR- MAARİF İŞİ, XƏSTƏLƏRİN TƏLİMATLANDIRILMASI
Vərəm zamanı sanitar maarifləndirmə və sosial mobilizasiya
Sanitar-maarif işi (SMİ) vərəmə nəzarət üzrə milli proqramın tərkib hissədir. Ölkədə vərəm
üzrə SMİ-nin aparılması üzrə əsas nizamlayıcı sənəd vərəm sahəsində aparılan sanitar-maarif işi
üzrə Milli strategiyadır.
Sanitar-maarifləndirmənin məqsəd və vəzifələri
Məqsədlər:
•
Sağlam insanın vərəmə yoluxma riskinin azaldılması.
•
Əhalinin vərəm haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi
•
Stiqmanın azalması və cəmiyyətdə vərəm xəstələrinə münasibətdə ayrı-seçkiliyin
qarşısının alınması
•
Xəstələrə təyin olunmuş müalicə rejiminə riayət olunması
Vəzifələr:
•
Vərəm üzrə məlumatın işlənməsi və əhalinin müxtəlif qruplarına təqdim olunması
•
Əhalinin müxtəlif qrupları arasında vərəm üzrə sanitar-maarif işinin aparılması
•
Xəstələrin və ailə üzvlərinin konsultasiyası
Sanitar-maarif
işinin əsas istiqamətləri
1.
Sanitar
maarifləndirmə
2.
Təbliğat
3.
Sosial mobilizasiya
Sanitar maarifləndirmə –dövlət, ictimai və tibbi tədbirlər sistemidir. Bu tədbirlər sistemi
əhalinin bilik səviyyəsinin, sağlam həyat tərzi barəsində məlumatlılığın yüksəlməsinə,
sağlamlığın gücləndirilməsinə, xəstələnmənin qarşısının alınmasına yönəlmişdir.
Təbliğat – termini geniş mənada istifadə olunur və əhalinin müxtəlif təbəqələri arasında
vərəm haqqında biliklərin və məlumatların yayılmasını nəzərdə tutur. Bundan başqa bura
cəmiyyətdə sağlamlığın və xəstələrin maraqlarının qorunması məsələləri üzrə aydınlaşdırıcı işin
aparılması da aiddir. Lakin insanın özünü düzgün aparması üzrə təlim keçmək kifayət deyil,
bunun üçün lazımi şəraiti yaratmaq lazımdır. Çox vaxt bir şəxs və ya qeyri-hökumət təşkilatı hər
hansı dəyişikliklərə nail ola bilmir. Bu zaman yerli, milli və hətta beynəlxalq səviyyədə qərar
qəbul edən şəxslərin müdaxiləsi tələb olunur. Belə şəxslərin təsir üsulu advokasiyadır.
Advokasiya işlərin real vəziyyətinə əsaslanan tədbirlərdən ibarətdir. Belə tədbirlər nəinki
sağlamlığın, həmçinin cəmiyyətdə sosial-iqtisadi şəraitin yaxşılaşmasına yönəlməlidir.
Sosial mobilizasiya – müəyyən səhiyyə proqramlarının yerinə yetirilməsi üzrə səylərin
cəmləşməsi və konsentrasiyası prosesidir. Sosial mobilizasiya dedikdə könüllü iştirak və seçim
imkanının uyğunluğu nəzərdə tutulur. İnsanlar görülən işlərin onların da marağında olduğunu və
ailələri və ətrafındakıları üçün əhəmiyyətini başa düşdükləri an köməyə gəlirlər.
Vərəm sahəsində sosial mobilizasiya siyasətinin vəzifələri aşağıdakılardır:
•
əhalinin sağlamlaşdırma işində iştiraka cəlb olunması
•
vərəm əleyhinə təbliğatın və sanitar-maarifləndirmə tədbirlərinin yerinə yetirilməsinə
qeyri-hökumət, donor, dini təşkilatların cəlb olunması
•
mənəvi, psixoloji dəstək məqsədilə qrup yaradılmasına keçmiş vərəm xəstələrinin cəlb
olunması
Sosial mobilizasiya qrup şəklində və ictimai iclaslarda, məktəb aktivliyi şəklində, plakatlar,
bukletlər, videomateriallar, şəxsi görüşlərdə əks olunur. Sosial mobilizasiyanın birincili
298
istiqamətlərindən biri də cəmiyyətdə xəstələrin stiqmatizasiyası ilə mübarizədir. Hal-hazırda
vərəm xəstəliyi eyib faktor kimi qəbul olunur ki, bunun da nəticəsində xəstə cəmiyyətdən təcrid
olunur. Bu səbəbdən xəstələr qonşudan, iş yoldaşlarından, digər insanlardan öz problemlərini
gizlətməyə çalışırlar. Eyni zamanda xəstələri yeni iş yeri ilə və ya müalicə bitdikdən sonra köhnə
iş yerinə qayıtmaqla əlaqədar çətinlikər narahat edir. Bundan başqa xəstələr çox vaxt ətraf mühit
üçün təhlükəsiz olduqlarını sübüt etmək məcburiyyətində qalırlar. Beləliklə, yaranmış
stereotiplər cəmiyyət üçün böyük problemlər yaradır. Sosial mobilizasiya üzrə tədbirlər vərəm
xətəliyinin ictimai problem kimi mövcudluğunu vətəndaşlara xatırlatmaq, insanları vərəm
xəstələrinə və onların ailələrinə mümkün köməkliyin edilməsinə həvəsləndirmək, vərəm
xəstəliyi keçirimiş və ya vərəmlə xəstə olan şəxslərə kifayət qədər geniş yayılmış neqativ
münasibəti dəyişdirmək məqsədilə cəmiyyətin ən müxtəlif təbəqələrinə yönəldilmişdir.
Vərəm xəstəsinin müalicəyə cəlb olunması
Xəstənin müalicə rejiminə riayətini stimulyasiya etmək və nəzarətdə saxlamaq
üçün xəstə ilə
müalicə həkimi arasında qarşılıqlı inama əsaslanmış münasibətlər tətbiq olunmalıdır. Müalicə
rejiminə riayət olunması müvəffəqiyyətli müalicəyə nail olunmasının əsas şərtidir. Müalicə
rejiminə riayət olunması həm xəstə, həm də müalicə həkimi üçün asan məsələ deyil. Vərəm
əleyhinə müalicə sxeminə çox sayda preparat daxildir, müalicə kursu ən azı 6 ay davam
etməlidir. Bir qayda olaraq, belə çətin və uzunmüddətli müalicə kursları xəstənin həyat tərzinə
mənfi təsir göstərir. Buna görə də, təəccüblü deyil ki, müvafiq dəstək olmadığı halda bir çox
xəstə müalicə kursunu yarımçıq kəsir və ya dərman qəbulunda səhvlərə yol verir.
Tamamlanmamış müalicə kursları, öz növbəsində, xəstələrin uzunmüddətli kontagioz statusuna,
müalicədə uğursuzluğa və törədicinin dərmana davamlılığına gətirib çıxarır.
Tibb işçiləri arasında belə fikir formalaşıb ki, müalicə rejiminin pozulması xəstədən asılı
olan faktorlar səbəbindən baş verir. Son 40 il ərzində aparılan sosial və psixoloji araşdırmalar
nəticəsində toplanmış məlumatlar göstərir ki, xəstələr məzəmmətə deyil, məqsədyönlü dəstəyə
ehtiyac duyurlar. Tibb personalının birbaşa nəzarəti altında müalicə dövründə xəstə bir çox
sosial mənşəli çətinliklərlə üzləşə bilər. Belə çətinliklərə xəstənin uzaqlaşması, qazancın
itirilməsi, fiziki əziyyət aiddir ki, bunlar da müalicə rejiminin pozulmasına səbəb olur. Bu
səbəbdən birbaşa nəzarət altında müalicəyə tibb personalı ilə yanaşı yerli əhali də cəlb
olunmalıdır. Birbaşa nəzarət altında müalicə sağalma və müalicə kursunun tamamlanması üzrə
yüksək göstəricilərə gətirib çıxarır, lakin ən çox effekt sosial dəstək tədbirləri, xəstələrin
stimulyasiyası, tibb personalının təlimatlandırılması sayəsində əldə olunur.
Təbliğat və sanitar-maarifləndirmə üsulları:
•
Fərdi təsir metodu – fərdi şəkildə söhbət aparılması, fərdi sanitar-maarifləndirmə təlimatı,
konsultasiyalar, şəxsi sanitar-maarifləndirmə korrespondensiyası;
•
Qrupa təsir metodu – mühazirə, qrup şəklində söhbətlər, təşviqat-məlumat çıxışları,
müxtəlif əhali qrupları arasında gigiyenik təlimatlandırma üzrə kurslar, sağlamlıq
məktəbləri
SMİ üzrə məlumatlandırıcı materialları tibb və ümumtəhsil müəssisələrində, qeyri-
mütəşəkkil əhalinin toplanma yerlərində (vağzal, bazar, nəqliyyat,) yaymaq olar. SMİ həm
sağlam əhali, həm də məqsədli seçilmiş qruplar arasında aparıla bilər. Məqsədli auditoriyanın
seçimi müxtəlif əhali qruplarının məlumat tələbatının da fərqli olması ilə əlaqədardır. Beləliklə,
əhali aşağıdakılar haqqında məlumatlandırılmalıdır:
•
Vərəmə şübhə oyadan simptomlar meydana çıxdıqda həkimə müraciət etmək vacibdir.