299
•
Vərəm infeksion xəstəlik olub, insandan insana yoluxur, düzgün müalicə olunmadıqda
əlilliyə və ölümə gətirib çıxarır.
•
Müvafiq müalicə aparıldıqda vərəm tam sağalır.
•
Vərəmin qarşısını almaq mümkündür.
Vaxtında və tamdəyərli aparılmış SMİ həssas vərəm və dərmana davamlı vərəm hallarının
səviyyəsini azaltmağa imkan verir.
VƏRƏMLİ XƏSTƏLƏRİN SOSİAL DƏSTƏYİ
Dünyanın müxtəlif regionlarında xəstələrin təyin olunmuş müalicə kursuna riayət etməməsi
vərəmə nəzarət proqramlarının əsas problemlərindən biridir. Xəstələrin 20-50%-i müalicə
kursunu tamamlamır, nəticədə xəstəlik xroniki hala keçir və xəstə əmək qabiliyyətini itirir, xəstə
yoluxucu olur və bu da xəstəliyin cəmiyyətdə yayılmasına, dərmana davamlı vərəmin və ölüm
hallarının artmasına səbəb olur. Xəstənin müalicəyə olan münasibətini dəqiq proqnozlaşdırmaq
mümkün olmasa da, keçmişdə müalicə rejiminə riayət olunmaması, işsizlik, miqrasiya, ailə
tərəfindən dəstəyin olmaması, evsizlik, spirtli içkilərdən və narkotiklərdən istifadə, psixi
pozğunluqların olması və s. kimi risk faktorları müalicənin yarımçıq kəsilməsini qabaqcadan
təyin etməyə imkan verir. Xəstənin maddi durumu müalicəyə intizamlı şəkildə yanaşmanı təmin
edir. Müalicə effektivliyini artırmaq və müalicə kursunun yarımçıq kəsilməsinin qarşısını almaq
üçün sosial-psixoloji tədirlərin aparılması yolu ilə müalicənin yarımçıq kəsilməsi səviyyəsinin
azalması üzrə strategiya hazırlanmalıdır. Yarımçıq kəsilmiş müalicənin səviyyəsini azaltmağa
imkan verən tədbirləri aşağıdakı istiqamətlərə bölmək olar:
•
Vərəm xidməti tərkibində tibbi yardım
sisteminin təşkili
•
Bilavasitə xəstəyə sosial-psixoloji təsir
sistemi
•
Xəstələrlə sanitar-maarif işi
•
İctimai, dini və qeyri-hökumət təşkilatlarının iştirakı
Yadda saxlamaq lazımdır ki, hər xəstənin probleminə fərdi yanaşma olmalıdır. Vərəm
xəstələrinə sosial-psixoloji dəstək üçün müvafiq tədbirlər görülməlidir. Xəstələrə tibb personalı
tərəfindən daha müsbət münasibət bəslənilməlidir.
Xəstələrin stasionardan evə yazılması düzgün planlaşdırılmalı və xəstə barədə məlumatlar
stasionardan ambulatoriyaya və əksinə ötürülməlidir.
Vərəmin uğurlu müalicəsinin şərtlərindən biri müalicənin sona çatdırılmasıdır. Bu məqsədə
nail olmaq üçün dövlət və qeyri-hökumət təşkilatları həvəsləndirmə növlərindən də istifadə
etməlidir. Vərəm xidmətinin stasionar və ambulator mərhələləri arasında sıx əlaqə saxlanılmalı,
BMoT kabinetləri xəstənin yaşayış yerinə maksimal dərəcədə yaxın olan tibb məntəqələrində
təşkil olunmalıdır.
Məlumdur ki, yalnız tibb yönümlü tədbirlərin görülməsi ilə yaranmış vəziyyətdən çıxış yolu
tapmaq qeyri-mümkündür. Bu tədbirləri sosial, məlumatlandırıcı və təhsil yönümlü tədbirlərlə
gücləndirməklə və ümumiyyətlə, ictimaiyyətin diqqətini vərəmlə mübarizəyə və bununla da
ölkənin inkşafına neqativ təsir edən problemlərə yönəltmək, aktiv hərəkətə gətirmək və bu
mübarizədə səmərəli olan bütün tərəfdaşlara müxtəlif növ, o cümlədən, maliyyə yardımını
gücləndirməyə sövq etmək lazımdır.
Kommunikasiya üzrə tədbirlər – vərəmin aşkar olunması və müalicəsi üzrə öz vəzifələrini
yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmələrini təmin etmək üçün ÜMŞ və vərəm əleyhinə
xidmətin tibb işçilərinə, vərəmlə əlaqəli problemlərin daha dürüst və daha aktiv işıqlandırılması
məqsədi ilə KİV-ə, vərəmə şübhə yarandıqda vaxtında tibbi yardım üçün müraciətə sövq etmək,
300
vərəm haqqında məlumat səviyyəsinin artırılması və həmçinin vərəmlə əlaqədar stiqma
səviyyəsinin aşağı salınması məqsədi ilə əhaliyə və ayrılıqda məqsədyönlü qruplara, həmçinin,
tam və düzgün müalicə kursunun alınması məqsədilə vərəmli xəstələrə və onların əhatəsində
olan insanlara yönəldilmişdir.
•
Sosial səfərbərlik üzrə tədbirlər – vərəm probleminin ümumi ictimai problem olması
haqqında məlumatı vətəndaşlara xatırlatmaq üçün, onların vərəmli xəstələrə və onların ailələrinə
yardım etməyə sövq etmək üçün, belə xəstələrə neqativ münasibətin dəyişdirilməsi üçün
ictimaiyyətin müxtəlif təbəqələrinə yönəldilmişdir.
VƏRƏMLƏ MÜBARİZƏDƏ KOMMUNİKASİYA VƏ SOSİAL SƏFƏRBƏRLİK
Vərəm törədicisinin aşkar olunduğu gündən bəri keçən 100 il ərzində tibbin inkşafı
nəticəsində bu təhlükəli xəstəliklə mübarizədə çox nailiyyətlər əldə olunmuşdur. Lakin 2011-
2015-ci illər üçün “Stop TB” Tərəfdaşlarının “Vərəmi dayandırmaq” adlı Qlobal planında
qarşıya qoyduğu məqsədlərə çatmaq üçün tibbi problemlərin (diaqnostikanın təkmilləşdirilməsi,
yeni dərman və peyvəndlərin hazırlanması) həlli ilə kifayətlənmək olmaz. Vərəmlə mübarizənin
nəticələrinə təsir göstərən çoxsaylı siyasi, iqtisadi və sosial problemlərə daha böyük diqqət
yetirilməlidir.
Kommunikasiya və sosial səfərbərlik (KSS) – beynəlxalq, milli və yerli səviyyələrdə
vərəmlə mübarizə məsələlərinin həllində yardımçı olan tədbirlər kompleksidir. Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) və Stop TB KSS-ə vərəmə nəzarətin əsas komponentlərindən biri kimi
yanaşır. Bu tədbirlər aşağıdakılara imkan verir:
•
vərəmə nəzarətin həyata keçirilməsində zəruri olan siyasi və maliyyə dəstəyinin
alınmasına;
•
əhalinin vərəm haqqında biliklərini artırmaqla və bununla da vərəmin aşkarlanmasının
yüksəldilməsinə, müalicəyə cəlb edilməsinə və vərəmli xəstələrin və onların ailə üzvlərinin
stiqmalaşdırılmasına və diskriminasiyasına gətirib çıxaran, bu xəstəlik haqqında ictimaiyyət
arasında mövcud olan qeyri-düzgün anlayışın
dəyişdirilməsinə;
•
vərəmin diaqnostikası və müalicəsi üzrə aparılan tibbi xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasına;
•
ictimaiyyətin müxtəlif təbəqələrini və ilk növbədə epidemiya toxunmuş insanları vərəmə
nəzarətə cəlb etmək.
Kommunikasiya biliklərin artırılması, münasibətin və davranışın dəyişdirilməsi məqsədi
daşıyan ikitərəfli mübadilə prosesidir. Kommunikasiya məlumatlandırmaq, öyrətmək,
inandırmaq,
məsləhətləşmək üçün istifadə olunur. Vərəmlə mübarizə kontekstində
kommunikasiya ilk növbədə ümumi əhaliyə və ayrı-ayrı spesifik icmalara vərəm haqqında
məlumatın təqdim olunmasına yönəldilmişdir. Bu isə vərəmə şübhə yarandıqda tibbi yardım
almaq üçün müraciətin stimullaşdırılmasına, tam və düzgün müalicə kursunun təmin edilməsinə,
ictimaiyyətdə vərəm xəstələrinə və onların ailə üzvlərinə dəstək atmosferini yaratmağa və s.
imkan
verəcək
Kommunikasiya üzrə tipik tədbirlərin nümunələri:
vərəm üzrə məlumatlandırıcı materialların hazırlanması və əhalinin müxtəlif icmaları
arasında yayılması;
vərəm və vərəmli xəstələrin vəziyyəti haqqında, diaqnostika və müalicə xidmətləri üzrə
radio- və televiziya verilişləri;