Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə106/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

228 
 

 
Ağciyər zədələnmələri və ağciyər kökünün zədələnmələri 

 
Mezenterial düyünlərin zədələnmələri 

 
Limfa düyünlərinin çox saylı zədələnmələri və/yə ya splenomeqaliya, digər lokalizasiyalı 
limfoadenitlər 

 
Dessiminə olunmuş BSJ-infeksiya; generalizə olunmuş; ölümlə nəticələnən 

 
BSJ  vaksinasiyası  səbəbindən  yaranan  postvaksinal  sindromlar  və  ya  patoloji 
dəyişikliklər 

 
Yerli xroniki dəri ağırlaşmaları (kelloid çapıqlar, histiositomalar) 

 
Kəskin dəri səpkiləri (düyünlü eritema), digər növ səpkilər 

 
Görmə orqanları tərəfindən ağırlaşmalar 

 
Ölümlə nəticələnməyən digər sindromlar 

 
Ölümlə nəticələnən digər sindromlar  
Ağırlaşmaların müalicəsi 
Əksər  hallarda  yerli  ağırlaşmalar  (dəri  və  periferik  limfatik  düyünlərin  zədələnmələri)  öz-
özünə  sağalır  və  spesifik  müalicə  tələb  etmir.  Proqressivləşməyə  meylli  olduğu  halda  spesifik 
müalicə aparıla bilər. 
Sistem  ağırlaşmaları  olduğu  halda,  izoniazid,  rifampisin,  etambutol  əsasında  qurulan 
kimyəvi  terapiyanın  tam  kursunun  aparılması  və  müvafiq  simptomatik  müalicənin  təyini 
məsləhət görülür. 
 
 


229 
 
KİMYƏVİ PROFİLAKTİKA
 
Kimyəvi profilaktikanın növləri 
Kimyəvi profilaktika - yoluxmanın qarşısının alınmasıdır. 
Preventiv (Qabaqlayıcı) terapiya (PT) – vərəm infeksiyasının proqressivləşməsi və onun 
fəal xəstəlik formasına keçməsinin qarşısının alınmasıdır. 
KP  və  preventiv  terapiyanın  rejimləri  bir-birindən  fərqlənmir,  buna  görə  də  protokolda 
ümumi termin kimi – “kimyəvi profilaktika” istifadə olunur. 
 
KP-nin aparılması üçün əsaslar 
Hal-hazırda  mikobakteriyalarla  yoluxmanın  diaqnostikası  üçün  İGRA  üsullarına  əsaslanan 
sınaqlar və tuberkulin sınaqları istifadə olunur.  
Mikobakteriyalarla  yoluxmanın  diaqnostikası  üçün  hal-hazırda  İGRA  metodikalarına 
əsaslanan Mantu  reaksiyasından və sınaqlardan istifadə olunur (təsviri  aşağıda verilib).  İmmun 
cavab yoluxmadan 2 ay sonra formalaşır. Bundan sonra yuxarıda adları çəkilən sınaqlar müsbət 
olurlar.  
 
Vərəm infeksiyasının proqressivləşməsinin risk amilləri  
Cədvəl 1. Vərəmin latent formasının proqressivləşməsinə təsir göstərən risk amilləri

 
Risk amili 
Vərəmin 
müqayisəli 
riski
5
 
А. Yüksək risk (müayinə və KP bütün yaş qruplarında göstərişdir)

 
QİÇS  
110 – 170 
İİV-infeksiyası 
50 – 110 
Sonrakı immunosupressiv terapiya ilə müşaiyət olunan orqan 
transplantasiyası 
20 – 74 
Silikoz 
30 
Xroniki böyrək çatışmazlığı və hemodializ  
10 – 25 
Başın və boyunun bədxassəli törəmələri  
16 
                                                 
 
pləri, 5-ci bənd).  
5
 İF- müalicənin intensiv fazası 
 
 
 


230 
 
Vərəmə bu yaxınlarda yoluxma (≤ 2 il) 
15 
Spontan sağalmadan sonra ağciyərlərin yuxarı paylarında fibroz-
ocaqlı dəyişikliklər 
6 – 9 
Şiş nekrozu faktoru amili inhibitorları ilə müalicə (TNF-α): etanersept, 
infliksimab və s. 
1,7 – 9,0 
B. Artmış risk (müayinə və KP 65 yaşdan cavanlarda göstərişdir
**

Kortikosteroid dərman vasitələri ilə müalicə 
4,9 
Şəkərli diabet (bütün növləri)  
2,0 – 3,6 
Ömrün ilk yaşlarında yoluxma (0-4 yaş)  
2,2 – 5,0 
C. Cüzi artmış risk (müayinə və müalicə 50 yaşdan cavanlara göstərişdir) 
Bədən çəkisi defisiti (normadan <90%; əksər hallarda BÇİ ≤ 20)  
2 – 3 
Siqaretçəkmə (günə 1 qutu)  
2 – 3 
Ağciyər rentgenoqramlarında qranulomatoz dəyişikliklər  

D. Cüzi risk (müayinə və müalicə 35 yaşdan cavanlara göstərişdir
**

Risk amilləri və rentgenoloji dəyişikliklər olmadan gizli vərəm  

E. Çox aşağı risk (müayinə və müalicə tələb olunmur)  
Təkrari müsbət Mantu reaksiyaları olan insanlar (güclənmə effekti və 
ya buster-effekt), risk amilləri və rengtenoloji dəyişiklikləri olmadan 
0,5 
 

Yaş  qruplarına  bölgü  izoniazidlə  KP  aparıldığı  halda  medikamentoz  hepatitlərin  əmələ 
gəlmə tezliyi əsasında məsləhət görülür 
 

 
65 yaşdan yuxarı: hepatitlərin tezliyi 5%-dən yuxarı 

 
50-65 arasında yaş: hepatitlərin tezliyi 3-5% 

 
35-50 arasında yaş: hepatitlərin tezliyi 1-3% 

 
35 yaşdan aşağı: hepatitlərin tezliyi 1%-dən aşağı 
 
Kimyəvi profilaktikanın aparılması üçün göstərişlər 
KP-yə  başlamazdan  əvvəl  vərəmin  fəal  formasının  inkar  edilməsi  üçün  tam  klinik, 
bakterioloji və rentgenoloji müayinənin aparılması mütləqdir.  
KP-nin  təyin  edilməsi  latent  vərəmin fəallaşma riskinə və müxtəlif  yaş qruplarında KP-nin 
təyin  edilməsi  ilə  əlaqədar  əlavə  təsirlərin  inkişaf  risklərinə  aid  məlumatlar  əsasında  aparılır 
(cədvəl 1-ə bax).  


231 
 
Mantu  sınağının  virajı  KP  təyin  edilməsi  üçün  əsasdır.  KP-nin  uzunmüddətli,  çoxillik 
qoruyucu  effekti  təsdiq  olunub,  buna  görə  də  təkrar  kurslara  ehtiyac  yoxdur,  yalnız  təkrar 
yoluxma riski olan ağır immunodefisiti olan xəstələr istisna təşkil edir. 
Bəzi hallarda Mantu reaksiyası “mənfi” olan insanlara da KP təyin edilir: vərəmli xəstə ilə 
təmasda olanlara, yoluxma və infeksiya inkişafının risk faktorlarının olduğu halda (aşağıya bax).  
Vərəmin gizli (latent) formasının müayinə və müalicəsi tələb olunan əhali qrupları 
1.
 
1-15 yaş arasında olan uşaqlar  
Müayinə:  Tuberkulin  sınaqları  hər  il  aparılır.  Bu  cür  müayinə  qrafikinə  riayət  edildikdə 
tuberkulin sınağının virajı infeksiyaya  yoluxmanı təyin  etməyə kömək edir (2 ildən az müddət 
ərzində baş vermiş), bu da öz növbəsində vərəmin latent formasının proqressivləşməsi ehtimalları 
ilə əlaqədardır (“А” risk qrupu, cədvəl 1) 
KP: İzoniazid (6 ay)  
Mantu sınağının konversiyası (virajı) olan uşaq və yeniyetmələrdə aparılır.  
2.
 
Vərəmli xəstə və ya xəstələrlə təsadüfi təmasda olmuş şəxslər 
Müayinə: 

 
VM  ifraz  edən  xəstə  ilə  təmasda  olduqda,  mütləq  olaraq  vərəm  əleyhinə  preparatlara 
həssaslıq yoxlanılmalıdır 

 
Təmasdan 2 ay sonra tuberkulin sınaqları aparılmalıdır 

 
Mantu  reaksiyası  “müsbət”  olan  insanlarda  aktiv  vərəm  prosesinin  inkar  edilməsi  üçün 
müvafiq klinik, bakterioloji və rentgenoloji müayinələr aparılmalıdır 

 
Mantu reaksiyaları “mənfi” olan şəxslərdə təkrari sınaqlar 2 il ərzində 6 aydan bir aparılır 
KP: VM-nin dərmanlara qarşı həssaslığı təyin edildikdən sonra aparılmalıdır: 
Mantu reaksiyası “müsbət” olduğu halda 

 
35 yaşa qədər – bütün təmasda olan şəxslərə 

 
35-50 yaş – risk səviyyəsi “А”, “B”, “C” olanlara (cədvəl 1-ə bax) 

 
50-65 yaş – risk səviyyəsi “А”, “B” olanlara 

 
65 yaşdan yuxarı – risk səviyyəsi “А” olanlara 
Mantu reaksiyası “mənfi” olduğu halda 

 
İmmunodefisit vəziyyətlə əlaqədar anergiyası olan şəxslərə: İİV/QİÇS, immunosupressiv 
terapiya, anadangəlmə immunodefisiti 
3.
 
Vərəm ocaqlarından olan şəxslərə  
Müayinə: 
Ocaqda yoluxma mənbəyi olan VM ifraz edən xəstədə VM-nin vərəm əleyhinə dərmanlara 
həssaslığının müayinəsi MÜTLƏQDİR
Ocaqdan olan bütün şəxslərin ilkin müayinəsi zamanı tuberkulin sınaqları aparılmalıdır.
  
 “Müsbət”  Mantu  reaksiyası  olan  insanlarda  aktiv  vərəm  prosesinin  inkarı  məqsədilə 
rentgenoloji müayinə aparılmalıdır. 
Aktiv  vərəm  prosesi  müəyyən  edilmiş  xəstə  ilə  kontakta  olmuş  “mənfi”  Mantu  reaksiyası 
olan şəxslərə təkrar tuberkulin sınaqları hər 6 aydan bir aparılmalıdır. Bu, xəstədə aktiv vərəm 
prosesi  davam  etdiyi  müddətdə,  həmçinin  vərəm  xəstəsinin  evə  yazıldığı,  sağaldığı  və  ya 
ölümündən sonra da 1 il müddətində davam etdirilməlidir.  
KP VM-nin dərmana həssaslığı nəzərə alınmaqla təyin edilir: 
“Müsbət” Mantu reaksiyası olduğu hallarda  

 
35 yaşdan aşağı – bütün kontaktda olan insanlarda 

 
35-50 yaş – risk səviyyəsi yüksək “А”, “B”, “C” olanlarda (cədvəl 1-ə bax) 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə