Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə114/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

249 
 
1,1 - 1,4 
1000  mq  -  1200  mq  (8-9.6 
mekv) per os 
Hər ay 
0,8- 1,0 
2000  mq  (16  mekv  per  os 
və ya ə/d) 
Hər 1 - 2 həftə 
0,8-dən az 
3000  mq  -  6000  mq  (24-48 
mekv v/d və ya ə/d) 
Hər 1 - 6 gün 
 
Kalsium defisiti 
Hipokalsiemiya  (kalsiumun  qan  zərdabında  səviyyəsinin  8,5  mq%-dan  az  olması) 
yorğunluq, əzələ zəifliyi, bəzi əzələlərdə qıc olma, səciyyəvi olaraq ağız ətrafında, biləklərdə və 
ayaqlarda  olan  keyimə  və  batıcı  hisslərlə  təzahür  edir.  Ağır  hallarda  qıcolmalar,  əzələlərin 
hipertonusu, hamar əzələlərin spazmı, o cümlədən larinqospazm müşahidə olunur. 
Kəskin hipokalsiemiya simptomları əmələ gəldikdə 10 dəqiqə ərzində venadaxili 2q kalsium 
qlükonat (180 mq elementar kalsium və ya 20 ml 10% kalsium qlükonat məhlulu) yeridilməlidir, 
sonra  isə  4-6  saat  ərzində  venadaxili  6q  kalsium  qlükonat  (500  ml  5%  dekstroza  məhlulunda) 
təyin edilməlidir. Tədricən venadaxili üsuldan peroral üsula keçmək lazımdır. Peroral preparatın 
ilkin  dozası  1-2  q  elementar  kalsium  gündə  3  dəfə  təşkil  edir.  Uzun  müddətli  müalicə  zamanı 
adətən doza 0,5-1,0 q per os gündə üç dəfə təşkil edir. 
Hipokalsiemiyanın  müalicəsi  zamanı  paralel  olaraq  hipokaliemiyanın  müalicəsi  də 
aparılmalıdır. 
Zərdab  kalsiumun  sıxlığını  qiymətləndirərkən  albuminin  səviyyəsinin  aşağı  olmasını  da 
nəzərə  almaq  lazımdır  (ionlaşdırılmış  kalsiumun  tərkibinə  görə  korreksiyanın  aparılmasına 
ehtiyac yoxdur). Zərdab albuminin səviyyəsi 4,0 q/100 ml-dan az olsa, zərdab kalsiumun ümumi 
səviyyəsini  ölçülmüş  həcmə  onun  sıxlığının  4,0q/100  ml-ə  qədər  çatışmayan  hər  1q  albuminə 
0,8mq/100ml əlavə edirlər. Həqiqi hipokalsiemiyanı aşağıdakı düstur əsasında müəyyən edirlər: 
Hipoalbuminemiya  zamanı  zərdab  kalsiumun  həqiqi  səviyyəsi  =  0,8  x  (4,  0  —  ölçülmüş 
albumin) + ölçülmüş zərdabın kalsiumu təşkil edir.  
 
 
Cədvəl 8. Kalsium həcminin ölçülməsi tezliyi və onun bərpası sxemi 
Plazmada kalsiumun 
miqdarı (ümumi səviyyə 
hipoalbuminemiyaya 
düzəlişlərlə) 
Bərpa üçün tələb 
olunan kalsiumun 
miqdarı 
Nəzarət tezliyi 
8,5 mq/100 ml və çox (4,2 
mekv/l -dən çox) 
 
 
7,5 – 8,4 
500 mq gündə 3 dəfə 
hər ay 
7,0 – 7,4 
1000 mq gündə 3 dəfə 
1 – 2 həftə 
7,0 – dan az 
dozanın 1000 mq 
gündə 3 dəfəyə qədər 
azaldılması ilə v/d 
yeridilmə 
1 – 4 gün 
 


250 
 
Hipokaliemiya və hipomaqnemiya müalicəsində kalium qoruyan diuretiklərin istifadəsi. 

 
bəzi diuretiklər kalium və maqniumun böyrəklə bədəndən ifrazını azaldır: 

 
amilorid (5-10 mq gündə) 

 
spironolakton (25-50 mq gündə) 

 
adətən  kalium  və  maqnium  preparatlarının  qəbulunu  davam  etmək  lazımdır,  lakin  aşağı 
dozada 

 
kalium  qoruyan  diuretiklərin  yanaşı  təsirləri:  sidiyə  getmənin  artması,  dehidratasiya, 
ginekomastiya (amilorid tərəfindən törədilmir), mədə-bağırsaq traktının qıcıqlanması 
 
Əlavə qeydlər: 

 
elektrolit  tarazlığının  pozulmasına  təkan  verə  biləcək  qusmanın  və  ishalın  müalicəsi 
mütləqdir  

 
ayrı-ayrı  müşahidələr  göstərir  ki,  kapreomisin  eleltrolit  pozuntularına  digər  inyeksion 
vasitələrindən  daha  tez-tez  gətirir.  Buna  görə  də  kapreomisinin  amikasinə  və  ya  kanamisinə 
dəyişdirilməsi nəzərdən keçirilməlidir (MBT-nın onlara qarşı həssaslığını itirmədiyi halda) 

 
elektrolitlərin  səviyyəsinə  nəzarət  və  onların  itkisinin  bərpa  edilməsi  inyeksion  terapiya 
(intensiv fazasında) aparılan müddətdə davam etdirilməlidir  

 
elektrolit  pozuntuları  adətən  onları  törədən  inyeksion  dərman  vasitələri  dayandırıldıqda 
aradan  götürülür.  Dərmanın  qəbulunun  dayandırılmasından  sonra  elektrolit  pozuntusu  qaldığı 
halda başqa səbəbləri axtarmaq lazımdır  
 
Hipotireoz 
Qalxanvari  vəzinin  hormonlarının  defisiti  yüngül  simptomlardan  (quru  öskürək,  yorğunluq 
hissi,  yuxululuq)  daha  qabarıq  (üşütmə,  dərinin  quruluğu,  saçların  sınması,  qəbizlik,  udqunma 
zamanı  diskomfort)  simptomlara  qədər  təzahür  edə  bilər,  bəzi  hallarda  isə  depressiya  və 
psixozlarla  müşahidə  oluna  bilər.  Müayinə  zamanı  qalxanvari  vəzin  böyüməsi  və  vətər 
reflekslərinin  ləngiməsi  müəyyən  edilir.  İlkin  hipotireoz  diaqnozu  qan  zərdabında  tireotrop 
hormonunun (hipofizin qalxanvari vəzin hormonlarının ifrazını gücləndirən hormonu) səviyyəsi 
10,0 ME/ml-dən artıq olduqda təsdiqlənir. 
Tioamidlər  (etionamid,  protionamid  və  PASK)  qalxanvari  vəzdə  hormonların  sintezini 
zəiflədir. VƏDV nəticəsində  əksər hipotireoz halları iki dərman eyni  zamanda təyin  olunduqda 
əmələ  gəlir.  Hipotireozun  digər  səbəblərinə  yod  çatışmazlığı,  bəzi  digər  preparatların  qəbulu 
(məsələn  litium,  amiodaron),  daha  əvvəl  yod  izotopları  ilə  aparılan  müalicə,  hamiləlik  zamanı 
qalxanvari vəzin disfunksiyası, Xoşimoto xəstəliyi aiddir. 
Hipotireozun  digər  səbəblərinin  istisna  edilməsindən  sonra  levotiroksini  təyin  etmək 
lazımdır  -  minimal  dozadan  TTQ-nın  səviyyəsinin  10  mBV/ml  səviyyəsinə  çatana  qədər. 
VƏDV-lərin qəbulu ilə bağlı olan hipotireoz yaxşı nəzarət olunur və tiamidlərdən (Eth, Pth) və 
ya PASK-dan mütləq imtinanı tələb etmir. Qalxanvari vəzin disfunksiyası vərəmin müalicəsinin 
kursu başa çatan kimi aradan qalxır və hormon əvəzedici terapiyanı ümumi qayda ilə aparılmış 
müalicə bitdikdən bir neçə ay sonra dayandırmaq olar. 
 
Dispepsiya 
Mədə-bağırsaq tərəfindən VƏDV-lərin qəbul  edilməməsinin kliniki təzahürləri müxtəlifdir: 
ürək bulanma və köpdən tutmuş davamlı abdominal ağrılara qədər. Zəif simptomlar, o cümlədən, 
ürək  bulanma,  tez-tez  olan  yumşaq  nəcis,  adətən  müalicə  başlandıqdan  ilk  bir  neçə  ay  ərzində 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə