Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə115/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

251 
 
müşahidə olunur. Xüsusən əvvəllər vərəmdən müalicə alan  şəxslərdə əsasən qastrit qeyd edilir. 
Qastrit  simptomlarına  daxildir:  epiqastral  nahiyədə  yanaşıma  və  diskomfort  hissi,  ağızda 
turşuluq.  Simptomlar  səhərlər  və  qida  qəbulundan  əvvəl  kəskinləşir.  Mədə  xorası  əlamətlərinə 
yeməkdən sonrakı kəskin ağrılar, qanlı qusma və/və  ya melena daxildir. Uzunmüddətli müalicə 
zamanı antibiotiklərin mədə mikroflorasına olan təsirinə görə yağların sovrulması və laktozanın 
qəbul edilməməsi əlamətləri əmələ gəlir. Hərdən kifayət qədər güclü olan MB spazmları selikli 
qişa altında klofamin kristallarının toplanmasından baş verə bilər. 
MB  simptomatikası  ən  çox  PASK  (xəstələrin  1/4-də  ürək  bulanma,  1/2-  ishal),  etionamid 
(protionamid),  klofazimin,  izoniazid,  etambutol  və  pirazinamid  qəbulu  zamanı  olur.  Ağır  ürək 
bulanma  və  qusma  halları  hepatit  əlamətləri  də  ola  bilər.  İshalın  infeksion  səbəblərinə  şübhə 
edildikdə  С. difficile  və həmin  ərazi  üçün spesifik patogen mikroorqanizmlərə  görə  müayinələr 
tələb  olunur.  Qastritin  digər  səbəbkarları  Н.  pylori,  siqaret  və  alkoholdan  sui  istifadə,  bəzi 
dərmanların  qəbulu  (qeyri-steroid  iltihab  əleyhinə  dərmanlar,  aspirin,  kortikosteroidlər)  da  ola 
bilər.  MB  pozuntularının  erkən  simptomlarını  minimuma  endirmək  olar.  Dispepsiyanın 
profilaktikası  üçün  etionamidin  (və  ya  protionamidin)  qəbulunu  250-500  mq  kiçik  dozalardan 
başlayırlar  və  bir-iki  həftə  ərzində  tam  dozaya  qədər  artırırlar.  Simptomlar  qidanın  tez-tez  və 
dərmanların gecə vaxtı qəbul edilməsi ilə yüngülləşdirilə bilər. VƏDV qəbulu əvvəl aşkarlanmış 
qastriti olan hər xəstədə, H
2
-blokatorları ilə müalicə başlamaq lazımdır. 
Qastritin  artıq  ilkin  simptomları  müşahidə  edildikdə  fəal  müalicə  olunmalıdır.  Müalicə 
kursunun  başlanmasından  bir  neçə  həftə  öncə  simptomların  yüngülləşməsinin  təmin  edilməsi 
vacibdir.  Qusma  əleyhinə  və  antasid  vasitələrindən  ehtiyac  olanda  istifadə  etmək  lazımdır. 
Antasidləri  vərəm  əleyhinə  dərman  vasitələrinin  qəbulundan  üç  saat  əvvəl  və  ya  sonra  istifadə 
etmək lazımdır çünki onlar ftorxinolonların sovrulmasını pozur. Xəstənin vəziyyəti bir çox halda 
H
2
-blokatorları və ya proton pompasının inhibitorları ilə müalicəsi nəticəsində əsaslı yaxşılaşır. 
Aradan  qalxmayan  mədə-bağırsaq  simptomları  olduqda  onların  digər  səbəbləri  barədə  də 
düşünmək  lazımdır.  H
2
-blokatorları  ilə  müalicə  fonunda  dispepsiya  əlamətlərinin  qalması 
hallarında  helicobacter  pylory-yə  görə  müayinə  və  adi  tənəffüs  (ureaza)  sınağını  aparmaq 
lazımdır.  Müsbət  nəticələr  zamanı  helikobakteriyə  qarşı  üç  komponentli müalicənin  aparılması 
məqsədəuyğundur. 
Qusma  və  ishal  elektrolitlərin  küllü  miqdarda  itirilməsinə  gətirdiyinə  görə  bədənin 
dehidratasiyası  və  elektrolitlərin  səviyyəsini  öyrənmək  və  tələb  olunduqda  itkiləri  bərpa  etmək 
lazımdır. Yalnız ağır  YT-lər zamanı vərəm  əleyhinə dərmanlarla müalicə rejimini  dəyişdirmək 
olar.  Etionamidin  və  ya  PASK-ın  müvəqqəti  dayandırılması  (və  ya  dozanın  azaldılması) 
simptomların  aradan  qaldırılmasının  effektli  yolu  ola  bilər.  Kəskin  qastrit  və/və  ya  mədə 
xorasına şübhələr olduqda xəstəni təcili hospitalizasiya etmək və endoskopik müayinə aparmaq 
lazımdır. Ağır qusma hepatitin ilk təzahürü ola bilər, buna görə belə halda qaraciyər sınaqlarını 
aparmaq lazımdır. 
Uzunmüddətli ishal PASK-ın birbaşa təsirindən ola bilər, bundan başqa istənilən antibiotik 
spastik ağrılar, ishal və köp ilə müşahidə olunan bağırsaq florasının pozulmasına səbəb ola bilər. 
İshala gətirən VƏDV-ın  müalicədən çıxarılması mümkün olmadığı halda loperamid (imodium) 
təyin etmək tövsiyə olunur: böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra 2 mq gündə 
16  mq-a  qədər.  Müalicə  növlərinin  geniş  yayılmışlarından  biri  də  tərkibində  bağırsaqda  olan 
bakteriyaların  canlı  kulturası  olan  (məsələn,  laktobakterilər,  asidobakterilər  və  digər  oxşar 
mikroorqanizmlər)  dərmanların  istifadəsidir  .  Bu  preparatların  effektivliyi  məhduddur. 


252 
 
Adsorbentlərdən  (kaolin,  kömür,  pektin,  polikarbofil)  istifadə  etmək  lazım  deyil  çünki  onlar 
VƏDV-lərın sovrulmasını azaldır. 
 
Qaraciyər zədələnmələri 
Ədəbiyyatın  sistematik  təhlili  VƏDV  ilə  müalicə  zamanı  ilk  3-4  ay  ərzində  qaraciyər 
zədələnməsinin  2-28%  səviyyəsində  olduğunu  göstərir.  VƏDV-lə  müalicə  zamanı  qaraciyərin 
zədəlnməsinin  səviyyəsi  müxtəlif  ola  bilər-transaminazanın  fəallığının  artması  kimi  yüngül 
formadan  tutmuş  qaraciyər  çatışmazlığına  qədər  ola  bilər.  Qaraciyərin  transplantasiyası 
imkanları  olmadığı  halda  qaraciyər  çatışmazlığı  ölümə  səbəb  ola  bilər.  Hepatitin  səciyyəvi 
xüsusiyyətlərinə  ürək  bulanma,  qusma,  dərinin,  selikli  qişaların  saralması,  göz  skleralarının 
saralması,  sidiyin  tündləşməsi,  nəcisin  rəngsizləşməsi  və  iştahanın  azalması  aiddir.  Hepatit 
pirazinamid  (xüsusilə  etambutol  ilə  birgə  qəbul  edildikdə),  izoniazid,  rifampisin  (az  toksikdir, 
birgə qəbul zamanı digər dərmanların toksikliyini artırır), etionamid və PASK tərəfindən törədilə 
bilər. 
Vərəm  özü  də  hepatitin  səbəbi  ola  bilər,  məsələn,  miliar  formada.  Yaşlılarda,  qadınlarda, 
qidalanma  və  mənimsəmə  prosesləri  pozulmuş  insanlarda,  İİV-ə  yoluxmuşlarda  və  əvvəldən 
qaraciyər xəstəliyi olmuş insanlarda qaraciyərin zədələnməsi riski daha yüksəkdir. 
VƏDV-lə müalicə zamanı qaraciyərin müntəzəm yoxlanılması tələb olunur. Müalicənin ilk 
aylarında  qan  zərdabında  cüzi  və  keçici  transaminaza  artımını  müşahidə  etmək  olar.  Kliniki 
əhəmiyyət  kəsb  edən  hepatitə  daimi  simptomatika  xasdır,  diaqnoz  isə  transaminazanın  və  ya 
birbaşa  bilirubinin  artması  ilə  təsdiqlənir.  Transminazanın  cuzi  artması  yolveriləndir.  Adətən, 
müalicə  transaminzanın  səviyyəsinin  normadan  3-4  dəfəyə  qədər  artmayınca  dayandırılmır. 
Transaminazanın  səviyyəsi  normadan  5-10  dəfə  artıqda  VƏDV  qəbulu  dərhal  dayandırılır  və 
xəstə  tələb  olunduqda  xəstəxanaya  göndərilir.  Transaminazanın  10  dəfədən  çox  artması  nadir 
hallarda  baş  verir  (1/1000)  lakin,  ölüm  səviyyəsi  yüksəkdir  2-3%.  Qaraciyərin  kəskin 
çatışmazlığı  zamanı  isə  letallıq  səviyyəsi  90%-dən  çoxdur.  Klinik  təzahürlü  hepatit  diaqnozu 
təsdiq  edildikdən  sonra  VƏDV  və  digər  hepatotoksik  dərmanların  qəbulu  dərhal  dayandırılır. 
Hepatitin əmələ gəlməsinin digər səbəbləri də öyrənilməlidir. 
Transaminazaların səviyyəsi normallaşdqdan sonra VƏDV terapiyası bərpa olunmalıdır, bu 
halda  hər  3-4  gündən  bir  yeni  dərman  əlavə  olunur  və  hər  yeni  preparatın  əlavəsindən  əvvəl 
transaminazanın səviyyəsi yoxlanılır. Hepatitə səbəb olduğu ehtimal olunan preparat dayandırıla 
bilər.  Bu  halda  onu  daha  az  hepatotoksik  dərmanlarla  əvəz  etməyə  çalışmaq  lazımdır. 
Müalicənin  yenidən  başlanması  zamanı  hepatitə  səbəb  olan  preparatları  ən  son  təyin  etmək 
lazımdır.  Hepatitə  səbəb  olan  preparat  konkret  xəstənin  müalicəsində  əhəmiyyət  kəsb  etdiyi 
zaman onu aşağı dozalarda təyin etmək olar. 
 
Böyrəklərin zədələnməsi 
Böyrəklərin  zədələnməsinin  yüngül  təzahürü  VƏDV-lərinə  spesifik  deyil.  Ağır 
zədələnmələrə  xas  olan  simptomlara  aiddir:  oliquriya  və  ya  anuriya,  şişkinlik,  anasarka, 
təngnəfəslik,  və,  eyni  zamanda,  psixikanın  və  davranışın  dəyişməsi,  huşun  pozulması 
(yuxululuq, huşun qarışıq olması) və ya serozit. Nefrotoksikliyin müəyyən edilməsinin ən yaxşı 
üsulu kreatininin qan zərdabında olan səviyyəsinin ilkin səviyyə ilə müqayisəsidir. Buna görə də 
hər  ay  kreatinin  müayinəsinin  təyin  edilməsi  tövsiyə  olunur,  xüsusilə  VƏDV-lərin  parenteral 
yolla  təyini  zamanı  (bu  onların  simptomsuz  nefrotoksik  təsirini  müəyyən  etməyə  imkan  verir). 
VƏDV-lərdən kəskin böyrək çatışmazlığına səbəb ola bilən preparatlar - streptomisin, amikasin, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə