Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə107/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

232 
 

 
50-65 yaş – risk səviyyəsi “А”, “B” olanlarda 

 
65 yaşdan yuxarı – risk səviyyəsi “А” olanlarda 
“Mənfi” Mantu reaksiyası olanlar 

 
İmmunodefisit vəziyyətlə əlaqədar anergiyası olan insanlar: İİV/QİÇS, immunosupressiv 
terapiya qəbul edənlər, anadangəlmə immunodefisiti olanlar  
4.
 
Vərəmə yoluxma, latent formanın inkişafı və latent vərəmin proqressivləşməyə görə 
risk  qrupları  (İnfeksiyaya  yoluxma,  latent  formanın  formalaşması  və  latent  vərəmin 
proqressivləşməsi üzrə risk qrupları) 
1.
 
QİÇS/İİV infeksiyası – risk səviyyəsi ”А” 
2.
 
Orqan transplantasiyası ilə bağlı immunosupressiv terapiya – risk səviyyəsi “А” 
3.
 
Silikoz – risk səviyyəsi “А” 
4.
 
Xroniki böyrək çatışmazlığı və hemodializ – risk səviyyəsi “А” 
5.
 
Baş və boyunun bədxassəli törəmələri – risk səviyyəsi “А” 
6.
 
Spontan sağalmadan sonra ağciyərlərdə fibroz-ocaqlı dəyişikliklər – risk səviyyəsi “А” 
7.
 
Şiş nekrozu faktoru inhibitorları ilə müalicə (TNF-α) – risk səviyyəsi “А” 
8.
 
Kortikosteroid dərman vasitələri ilə müalicə – risk səviyyəsi “B” 
9.
 
Şəkərli diabet (bütün növləri) – risk səviyyəsi “B” 
 
Müayinə: bu qruplarda Mantu sınaqları ilə aparılmır 
KP: İzoniazid (6 ay) təyin edilir:  

 
1-7 qruplarında olan bütün xəstələrdə bütün yaşlarda 

 
8, 9 qruplarda 65 yaşa qədər xəstələrdə aparılır 
Qeyd.  Vərəmin  aktiv  formalarına  görə  müalicə  alan  xəstələrə  profilaktik  kimyəvi  terapiya 
məsləhət görülmür. 
 
Məsləhət görülən kimyəvi profilaktika rejimləri  
Əsas rejim  
Əsas KP rejimi İzoniazidlə aparılan 6 aylıq müalicə kursu sayılır. 
Böyüklər – 5 mq/kq çəkiyə, maksimum 300 mq gündə, bir dəfə, hər gün. 
15 yaşadək uşaqlar – 10 mq/kq çəkiyə, maksimum 300 mq gündə, bir dəfə, hər gün. 
Neyropatiya  riskini  azaltmaq  üçün  əsas  rejimin  piridoksin  (vitamin  B6)  qəbulu  ilə 
tamamlandırılması məsləhət görülür, gündə 25 mq.  
VM-nin yüksək dərman rezistentliyi hallarında KP 
İzoniazidə  qarşı  rezistentlik  olduqda  kontaktda  olan  insanlarda  həmin  preparatla  KP 
effektsizdir.
 
Bu  həm  də  VM-nin  digər  vərəm  əleyhinə  preparatlarına  rezistent  olduğu  hallarda 
keçərlidir.  Buna  görə  də  VM-in  dərman  rezistentliyi  haqqında  məlumatlar  mövcud  olduğu 
hallarda  KP  üçün  həssaslığı  saxlanılan  dərman  preparatları  istifadə  edilməlidir.  Əgər  dərman 
rezistentliyi haqqında məlumatlar  yoxdursa, əsas rejim təyin edilir (izoniazidlə 6 aylıq müalicə 
kursu).  
VM-nin izoniazidə rezistenliyinin yüksək ehtimal olduğu hallarda KP rejimləri  
(mono- və polirezistentlik: H, HS, HE, HES) 
Rifampisinlə 4 aylıq rejim məsləhət görülür
Böyüklər: 600 mq sutkada, bir dəfə, hər gün 
15 yaşadək uşaqlar: 10 mq/kq çəkiyə, maksimum 600 mq sutkada (gündə), bir dəfə, hər gün 


233 
 
VM-nin rifampisin, etambutol və ya streptomisinə rezistentliyinin yüksək ehtimal 
olduğu hallarda KP rejimləri  
(mono- və ya polirezistentlik: R, RS, RE, RES; E; S, SE) 
Əsas rejim məsləhət görülür: izoniazid, 6 ay (yuxarıda bax). 
GDD/ÇDD VM-nin yüksək ehtimal olduğu hallarda KP 
Təəssüf  ki,  indiyə  qədər  ÇDD  VM  KP-nin  optimal  rejiminin  seçilməsi  və  effektivliyinin 
müəyyən  edilməsi  üçün  heç  bir  klinik  təhqiqat  aparılmamışdır.  Bu  məqsədlə  izoniazidin 
istifadəsi effektiv deyildir.  
 
Tövsiyələr 
ÇDD VM-ilə vərəmli xəstələrlə təmasda olan insanlar, yoluxma və gizli vərəm riski olanlar 
müntəzəm müşahidə, müayinə edilməli, fəal vərəmin inkişaf etdiyi halda mütləq olaraq həkimə 
müraciət etməlidirlər. 
Müayinə aşağıdakı qaydada aparılır: 

 
Təmasdan  tam  2  ay  keçdikdən  sonra  Mantu  sınağının  aparılması  (vərəm  ocaqlarında  – 
ocağın birinci müayinəsi zamanı)  

 
Sonra – 2 il ərzində hər 6 aydan bir Mantu sınağının qoyulması 

 
Mantu  sınağı  “müsbət”  olduğu  hallarda  (viraj)  2  il  ərzində  hər  6  aydan  bir  klinik, 
bakterioloji və rentgenoloji müayinələr aparılır  

 
Rentgenoqramlarda patoloji dəyişikliklər və  bəlğəmin müayinəsində  müsbət  bakterioloji 
nəticələr olduğu halda GDD VM-li fəal vərəm xəstələrinə təcili kimyəvi terapiyanın başlanılması 
üçün göstəriş sayılmalıdır. 
 
NƏTİCƏ 
Vərəmin  profilaktikası  vərəmlə  mübarizədə  ən  vacib  bölmələrdəndir.  Profilaktikaya  aid 
tədbirlərdə  tibbi  işçilərlə  yanaşı  bütün  səviyyədə  olan  administrasiyalar  sanitariya-epidemioloji 
təşkilatlar,  sosial-müdafiə  orqanları,  ictimaiyyət  nümayəndələri  və  respublika  əhalisi  özü  də 
iştirak  etməlidir.  Profilaktikanın  bütün  bölmələrinin  düzgün  istifadəsi  (immunizasiya,  KP, 
infeksion nəzarət) olduqca effektiv olaraq, əhalinin vərəmdən qorunmasına kömək edə bilər. 
 
 
 
 


234 
 
VƏRƏM ƏLEYHİNƏ KİMYƏVİ TERAPİYANIN YANAŞI TƏSİRLƏRİ 
Yanaşı təsirlərin diaqnostikası 
Vərəm  əleyhinə  dərmanların  əksər  YT-ları  asan  aşkar  olunur.  Onların  ümumi  təsnifatı 
aşağıda verilir. 
Vərəm əleyhinə dərmanların əsas yanaşı təsirlərinin təsnifatı  
1.
 
Hepatotoksik reaksiyalar 

 
medikamentoz hepatit 

 
qaraciyər probalarının simptomsuz artması 
2.
 
Nefrotoksik reaksiyalar 

 
proteinuriya 

 
kreatinin səviyyəsinin artması 
3.
 
Ototoksik və vestibulyar reaksiyalar 

 
eşitmənin azalması 

 
qulaqlarda küy 

 
baş fırlanma və müvazinətin pozulması 
4.
 
Mədə-bağırsaq pozuntuları 

 
ürək bulanma/qusma  

 
ishal 

 
qarın ağrıları 

 
meteorizm 
5.
 
Elektrolit pozuntuları 

 
hipokali-, hipomaqni-, hiponatri-, hipokalsiemiya 
6.
 
Endokrin pozuntular 

 
hipotireoz 

 
mastopatiya 
7.
 
Neyrotoksik reaksiya (MSS) 

 
həyəcan vəziyyətləri, psixoz 

 
depressiya 

 
epileptiform tutmalar 
8.
 
Neyrotoksik reaksiya (periferik sinir sistemi)  

 
periferik qıcolmalar  

 
periferik neyropatiyalar 
9.
 
Allergik reaksiyalar 

 
dəri səpməsi 

 
dəridə qaşınma 
10.
 
Dayaq-hərəkət sistemi tərəfindən fəsadlaşmalar 

 
əzələ ağrıları 

 
artralgiya 
 
Ağırlıq dərəcəsinə görə YT aşağıdakı kimi bölünür

 
Geridönən (yüngül) - əlavə müdaxilə tələb etməyən 

 
Geridönən (orta ağır) - dərman qəbulu müvəqqəti dayandırılır, doza azaldılır. “Günahkar” 
vərəm əleyhinə dərmanın qəbul rejiminin dəyişdirilməsi tələb olunur 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə