Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə108/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   104   105   106   107   108   109   110   111   ...   137

235 
 

 
Geridönməz  (ağır)  -  “günahkar”  vərəm  əleyhinə  dərmanın  qəbulu  tam  və  birdəfəlik 
dayanaşıdırması tələb olunur. 
 
Əksər xəstələr bu və ya digər YT-lərdan əziyyət çəkir, ancaq orta ağır YT xəstələrin 1/3-də, 
ağır forma YT isə xəstələrin 1-2%-də müşahidə olunur. Digər dərmanlarda olduğu kimi, VƏDV 
ən çox mədə-bağırsaq  yollarına (MBY), qaraciyərə, beyinə və sümük-əzələ sisteminə təsir edir 
(cədvəl 1). MBS zədələnmələri dərman vasitəsinin qəbulunu dayandırdıqda qısa müddət ərzində 
keçir.  MSS-in,  eşitmənin  və  vestibulyar  aparatın  zədələnmələri,  psixi  reaksiyalar  daha 
davamlıdır, bəzən onlar dərmanların qəbulu dayandırıldıqdan sonra belə davam edir. 
 
Cədvəl 1. Dərman vasitələrinə qarşı multi-resistent vərəmin 2-ci sıra dərman vasitələri 
ilə müalicəsi zamanı yanaşı təsirlərin tezliyi 
 
Orqanlar və sistemlər 
YT növləri 
Ümumi 
xəstələrin 
sayından % 
Onlardan 
ləğv 
olunmaya
nlar % 
MBS 
Ürək bulanma, qusma, qıcqırma 
76, 9 
7, 8 
İshal 
47, 0 
9, 1 
Sümük-əzələ sistemi 
Artralgiya 
46, 7 
6, 1 
 
Mialgiya 
10, 2 
4, 0 
Maddələr mübadiləsi 
Hipokaliemiya 
38, 9 
6, 6 
Dəri 
Dəridə qaşınma 
26, 1 
6, 6 
Dəridə səpkilər 
16, 7 
10, 3 
Qaraciyər 
Transaminazaların  səviyyəsinin 
artması 
17, 5 
7, 6 
 
Medikamentoz hepatit 
1, 7 
25 
Eşitmə orqanları 
Qulaqlarda küy 
16, 2 
15.7 
 
Eşitəmənin azalması 
15, 8 
18.9 
Endokrin sistemi 
Hipotireoz 
15, 0 
5, 7 
Mərkəzi sinir sistemi 
Epileptoid qıcolmalar 
12, 0 
10.8 
 
Psixoz 
11, 5 
14, 8 
 
Depressiya 
8, 1 
15, 8 
Periferik sinir sistemi 
Periferik neyropatiya 
4, 3 
0, 0 
Ürək-damar sistemi 
Hipotonik vəziyyətlər 
8, 1 
0, 0 
Böyrəklər 
Nefrotoksiklik 
6, 0 
0, 0 
Allergiya 
Anafilaktik reaksiyalar 
1, 3 
100, 0 
 


236 
 
Ayrı-ayrı  VƏDV  üçün  səciyyəvi  YT-lər  mövcuddur,  onların  siyahısı  Cədvəl  2-də 
verilmişdir.  Dərmanların  səciyyəvi  təsirlərinin  məlum  olması  hərdən  onların  YT-lərinin 
profilaktikasını  keçirməyə  imkan  verir.  Məsələn,  tirezidon,  səciyyəvi  YT-nin  (neyrotoksik 
reaksiya) ehtimalını azaldan siankobalaminlə kombinasiyada istehsal olunur. Ədəbiyyatda təsvir 
edilmiş səciyyəvi YT-lərdən başqa hər bir dərman vasitəsinə cavab olaraq nadir halda baş verən, 
unikal YT-lər də müşahidə oluna bilər. 
Bəzi  dərman  preparatlarının  YT-ləri  qəbul  şərtləri  və  kombinasiya  xüsusiyyətləri  ilə 
səciyyələnir: 

 
rifampisin  -  fasiləli,  qeyri-müntəzəm  və  böyük  intervallarla  həyata  keçirilən  kimyəvi 
terapiya zamanı 

 
pirazinamid  -  birinci  sıra  dərmanlar  arasında  ən  toksik  preparatdır  –  YT-lər  doza 
30mq/kq/gün-dən çox olduqda əmələ gəlir. 
Bəzi dərmanların səciyyəvi YT-lərı onların istifadəsinə müəyyən məhdudiyyətlər qoyur: 

 
diabet,  qaraciyər  xəstəlikləri,  alkoqolizm  və  psixi  xəsətəlikləri  olan  xəstələrin  müalicəsi 
zamanı  -  izoniazid,  etionamid,  protionamid  təyin  edildikdə  vərəm  xəstələrində  sinir  sistemi  və 
qaraciyərin fəaliyyəti ciddi nəzarətdə saxlanılmalıdır 

 
etionamid və protionamidin təyini onların teratogen təsirlərinə görə hamiləlik zamanı əks 
göstərişdir 

 
hamilə  qadınlarda  və  uşaqlarda  ftorxinolonların  işlədilməsi  müəyyən  məhdudiyyətlərlə 
aparılır 

 
streptomisin,  eləcə  də,  kanamisin,  amikasin,  kapreomisin,  biomisin  hamilə  və  miastenia 
gravis olan xəstələrə ehtiyatla təyin edilir 

 
kiçik  yaşlı  uşaqlarda  görmə  pozuntularının  aşkar  edilməsi  çətin  olduğundan  bu  qrup 
xəstələrə etambutolun təyin edilməsində məhdudiyyətlər var 

 
sikloserin, terizidon və PASK epilepsiya, psixi xəstəliklər və alkoqolizm zamanı ehtiyatla 
təyin olunur 

 
HİV-ə yoluxmuş xəstələrdə tiosetazonlarla müalicə nəticəsində əmələ gələn ağır eksfoliat 
dermatit həmin preparatın vərəm xəstələrində əks göstərişini müəyyən edir. 
Cədvəl 2. Ayrı-ayrı vərəm əleyhinə dərman vasitələrin əsas yanaşı təsirləri 
Dərman vasitəsi 
Tez-tez baş verən YT 
Nadir rast gəlinən YT 
Birinci sıra dərmanların YT-lərı  
İzoniazid 
hepatit, periferik neyropatiya, 
dəridə səpki, yuxululuq, halsızlıq 
konvulsiyalar, psixozlar
artralgiyalar, anemiya, MB 
pozuntuları, ginekomastiya, 
dəridə səpki 
Rifampisin 
qastroenterit  (qarın  ağrıları,  ürək 
bulanma,  qusma),  trombositopenik 
purpura,  hepatit  (transaminazaların 
səviyyəsinin artması), yayılmış dəri 
reaksiyaları,  sidiyin,  tərin  və  göz 
yaşlarının qırmızı rəngə boyanması 
osteomalyasiya, 
psevdomembranoz  kolit,  kəskin 
qaraciyər  çatışmazlığı,  hemolitik 
anemiya, 
sarılıq, 
yuxululuq, 
halsızlıq. 
Pirazinamid 
artralgiya, hepatit, hiperurikemiya, 
qastroenterit 
Dəri  reaksiyaları,  sideroblastik 
anemiya, 
MB 
pozuntuları, 


237 
 
diabetin  ağırlaşması,  böyrəklərin 
zədələnməsi  və  mioqlobinuriya 
ilə rabdomioliz 
Etambutol 
artralgiyalar, MB pozuntuları, baş 
ağrıları 
Ümumi dəri reaksiyaları, 
periferik nevropatiya, hepatit 
(nadir), retrobulbar nevrit 
Streptomisin 
Vestibulyar pozuntular, oto- və 
nefrotoksik təsirlər, dərinin 
hiperhəssaslığı 
İnyeksiya 
yerində 
ağrı 
və 
bərkimə,  dəridə  səpki  və  batma 
hissi,  ağız  ətrafında  hissiyyatın 
itməsi 
İkinci sıra dərmanların YT-ləri 
Kanamisin, amikasin, 
kapreomisin, viomisin 
Vestibulyar  pozuntular,  eşitmə 
sinirinin  zədələnməsi,  nefrotoksik 
təsir, 
elektrolit 
pozuntuları; 
yeridilmə yerinin ağrılığı 
Dərinin  hiperhəssaslığı,  kliniki 
qabarıq 
böyrək 
çatışmazlığı, 
periferik  neyropatiya,  ototoksik 
təsir 
Etionamid, 
protionamid 
Qastroenterit (anoreksiya, ürək 
bulanma, qarın ağrıları, ishal), 
hepatotoksik təsir 
Konvulsiyalar, 
psixi 
pozğunluqlar, 
impotensiya, 
ginekomastiya, hipotireoz 
Ftorxinolonlar: 
siprofloksasin, 
ofloksasin, 
levofloksasin, 
moksifloksasin  
Qastroenterit  (anoreksiya,  ürək 
bulanma,  qusma),  baş  ağrıları, 
yuxusuzluq, 
dərinin 
işığa 
həssaslığının  artması,  dəridə  səpki, 
vaginit 
Artralgiya, həyəcan, baş fırlanma, 
baş  ağrıları,  konvulsiyalar,  axil 
vətərinin cırılması, nefrit, qıcolma 
tutmaları 
Sikloserin, terizidon 
Baş gicəllənmə, baş ağrıları, 
depressiyalar, psixozlar, tremor, 
konvulsiyalar 
Suisidal 
əhval, 
həssaslığın 
artması, hepatit 
PASK 
Qastroenterit (anoreksiya, ürək 
bulanma, qusma), allergik 
reaksiyalar (hərarət, dəridə səpki, 
qaşınma) 
Hipotireoz, hematoloji 
reaksiyalar, hepatit, elektrolit 
mübadiləsinin pozulması 
Tiasetazon 
Selikli gişanın cəlb olunması ilə 
dəridə səpki, MB pozuntuları 
Kəskin  qaraciyər  çatışmazlığı, 
eksfoliat  dermatit,  sümük  iliyinin 
supressiyası 
 
Xəstələrin  əksəriyyəti  YT-in  əmələ  gəlməsi  haqqında  özləri  məlumat  verir.  Bununla  belə, 
bəzi  xəstələr  yeni  yaranmış  simptomlar  haqqında  həkimə  vaxtında  məlumat  vermirlər,  çünki 
onlar  bu  əlamətləri  əhəmiyyətli  hesab  etmirlər  və  ya  bu  əlamətlərin  öz-özünə  keçəcəyinə  ümid 
edirlər. YT-ləri vaxtında təyin etmək üçün: 
1.
 
xəstədən yeni əmələ gəlmiş narahatlıqlar barədə mütəmadi soruşmaq  
2.
 
qanın və sidiyin laborator müayinələrini mütəmadi olaraq keçirmək
 
lazımdır. 
Müalicəyə  başlamazdan  əvvəl  hər  bir  xəstəyə  mümkün  YT-lər,  onların  diqanostikası  və 
müalicəsi barədə məlumat vermək lazımdır. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə