VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   7   8   9   10   11   12   13   14   15

Sevinci hamıyla bölən Nətavan. 

Dərdi, möhnətiyləbaş-başa qalan 

O ellər anası xoşbəxt deyildi, 

Ürəyi qəm içib, dərd çeynəyirdi. 

Xasay xan ölmüşdü azad olmuşdu 

Qəlbinə başqa bir kədər dolmuşdu. 

Yeni böhtanlara tuş olmamaqçün 

Adı dildə-dişdə söz olmamaqçün 

Kasıb bir oğlana ərə getmişdi. 

Elə bilməyin ki, söz-sov bitmişdi. 

Bu da onun üçün günahdı-suçdu 

Yazıq Nətavanın arzusu puçdu. 

Rəiyyət oğluna getməklə guya 

Nəsilin adını salmamış saya 

Yeni bir ittiham, yeni bir “günah” 

Yazıq binəvaya çəkdirir min ah. 

Ruhunu oxşayan, könlünü alan 

Gələcək günlərə xoş körpu salan 

Həmdəmi yox idi, qəlbi tək idi 

Firqətli bir ömür yükü çəkirdi  

Üstəlik nadanlar atdığı daşın 

Ağrısı tökürdü gözünün yaşın. 

Zamanın bu haqsız qanunlarına 

Dövrünün bu azğın məlunlarına 

Gücü çatmasa da, boyun əymirdi, 

Heç söz götürmürdü, töhmət yemirdi. 

Məğrurluq heykəli, çox qürurluydu. 

Ürəyi sevgiylə, eşqlə doluydu. 

Ömrünün ən gözəl bəzəyi, nuru 

Tükənməz sevinci, dönməz qüruru. 

Gözü tək sevdiyi balalarıydı, 

Onlar Nətavanın dağ vüqarıydı. 

Onların eşqiydi onu yaşadan

Taleyə pəl vuran, ömrə daş atan 

Olmasaydı əgər şirin həyatda 

Ömürlər xoş keçər, solmaz həyat da. 

Ana ürəyinin ən şirin barı, 

Tükənməz dövləti, qiymətli varı. 

Gözünün işığı oğuldu qızdı  

Ona nə etsə də düşünür azdı. 

Xurşud da ömrünün şirin varını 

Sevirdi, sevimli övladlarını. 

Ən xoş təsəllisi onlardı ancaq, 

Bilmirdi sabahı necə olacaq. 

Tanrım da çox gördü bunu anaya 

Ən ağır dərd verdi bu binəvaya 

Sevimli balası Mir Abbasının 

Yazdı taleyinə acı yasını. 

Övlad həsrətini, bala dağını 

Fəraqda əridən ürək yağını. 

Analar anlayar bu Nətavanı, 

Dərd-ələm içində üzüldü canı. 




Gözünün yaşını töküb ovcuna, 

“Getmə” söylədi əziz oğluna. 

İçirdi zəhəri acı bal kimi 

Gəzirdi otaqda bir xəyal kimi 

Ağılar deyirdi gül balasına 

Ürəyi dözmürdü onun yasına. 

Sonsuz ağrılarla keçirdi günü 

Göyləri dəlirdi fəryadı, ünü. 

Get-gedə taqətdən düşürdü dizi, 

Ağlamaqdan artıq tor görür gözü. 

Ah, mənim sevimli, şairə nənəm, 

Bəxtiyar olmayan gülüzlü sənəm, 

Həyat kitabını vərəqlədikcə, 

Könül səslərini mən dinlədikcə, 

İkiqat ağrılar üzür qəlbimi, 

Elə bil görürəm mən öz dərdimi 

Olaydı sənin tək gücüm, qüvvətim, 

Bir də şair kimi gözəl qüdrətim

Omrümün ən ağır qəmin, möhnətin, 

Qəlbimi kül edən sonsuz həsrətin 

Sözbəsöz hörəydim bir inci kimi 

Ömrümün ən böyük sevinci kimi. 

Şer xəzinəsinə töhfə verəydim 

Könlüm rahatlanıb, qəlb dincələydi. 

Əfsus ki, yox mənim elə qüdrətim 

İkinci Natəvan olarmı? Çətin. 

Ay nigaran ruhlu şairə nənəm, 

Acı bir həqiqət söyləyim sənə. 

Dilimi göynətsə, yandırsa da söz. 

Dərd bağrım başında olsa da köz-köz. 

Qulaq as, gəl sənə açım qəlbimi, 

Söyləyim dünyaya sığmaz dərdimi. 

Candan çox sevdiyin Qarabağının, 

Üz qoyub yatdığın bu torpağının, 

Sevərək gəzdiyin hər qarışına, 

Hər ağac dibinə, hər bir daşına. 

Neçə igidlərin qanı tökülmüş, 

Neçə ana bağrı qəmdən sökülmüş, 

Hər şəhid oğulun arzularında 

Nalan anaların ah-amanında 

Sənin kədərindən bir pay yaşayır 

Qəmini bu gün də onlar daşıyır. 

Sizin gözünüz tək qoruduğunuz 

Şəninə yüz şer doğurduğunuz, 

Bu gözəl diyarı verdik biz bada, 

Taleyin tapşırdıq yağı, cəllada. 

Bir ağrı yandırır kövrək qəlbimi, 

Yadlar tapdalayır ulu qəbrini, 

Sevdiyin bənövşə bitmir qəbirində. 

Onlar da ölübdür vətən dərdindən, 

Bir vaxt xəyalların gəzən göyləri

Ruhun dolaşmayır nə vaxtdan bəri, 




Didərgin düşübdür vətəndən o da. 

Çatır qulağıma bir səs, bir səda. 

Ayılın, yurddaşlar, qalxın ayağa. 

Dönün vətən üçün arxa, dayağa. 

Alın düşmənlərdən qisası, qanı 

Bu günün Nəbisi, Babəki hanı? 

Cavanşir nəslindən qalmayıb bir kəs? 

Hanı, hardadılar, eşitmirəm səs. 

Zaman yetirməyib bəlkə qəhrəman? 

Bəlkə doğulmayıb yeni Cavad xan? 

Hardadır gəlsinlər Koroğlu, Nəbi 

Toplasın başına nər igidləri. 

Qalxsınlar qovğaya, girsin döyüşə, 

Tanrı rəvac verər özü haqq işə. 

Sökülsün çadırlar, bitsin bu həsrət. 

Qayıtsın öz doğma yurduna hər kəs. 

Ulu Qarabağın şanlı tarixin 

Yada əyilməyən canlı tarixin. 

Etməyin şərəfsiz ölümə məhkum, 

Bu ulu ruhları etməyin məhzun. 

Cəmləyin qeyrəti, qovğaya girin. 

Haqq sözü, bir daha eşidin, bilin 

Şərəfsiz həyatdan ölüm yaxşıdır, 

Ləyaqət hər kəsin ömür naxşıdır. 

Hekayəni necə yazdım, bilmədim, 

Gördünüz Natəvan öldü demədim, 

Çünki ölməyibdir, o ölə bilməz. 

Ona öldü demək, dilimə gəlməz, 

Natəvan yaşayır bu gün bizlərdə, 

Əli qələm tutan şair qızlarda, 

Üzümü tuturam mən sizə indi 

Gəlin unutmayaq nənəmiz kimdi 

Biz ondan öyrənək həyat dərsini

Ləyaqət dərsini, şərəf dərsini, 

Vətən səngərində süngüyə dönək, 

Onun sevgisiylə döyünsün ürək, 

Bu eşqin alovu yandırsın bizi, 

Hiddətlə ayağa qaldırsın bizi. 

Üzü Qarabağa yüyürsün hamı 

Alınsın düşməndən yurd intiqamı. 

Göylərdə sərgərdan qərib ruhların,  

Nigaran ruhların, zərif ruhların, 

Qoy üzü yönəlsin doğma səmaya, 

Sirdaşlıq eləsin ulduza, aya, 

İnanın, biz bunu etməsək bu gün, 

O ulu ruhları yaşatsaq sürgün, 

Ölümlə ömrümüz görüşən zaman, 

Tanrı bağışlamaz, verməz də aman  

Nə torpaq götürər, nə göy saxlayar

Dünya məhvərindən çıxar, laxlayar. 

Diqqətlə düşünək, daşınaq bir də, 

Əlac tapmalıyıq mütləq bu dərdə, 




Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə