VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   7   8   9   10   11   12   13   14   15

Camalı ay ilə, ulduza təndi

Nə sözə gələndi, nə də bitəndi. 

Çoxları həsrətdi bu məhliqaya, 

Sevgilər bəslərdi bu dilrubaya. 

Xan qızı adlanan bu gözəl pəri, 

Sanmayın adicə gözəldi, bəli, 

Şair təbli, dərin kamal sahibi, 

Heyrətdə qoyurdu çox müsahibi, 

Neçə dil bilirdi, elmə malikdi, 

Əməli təmizdi, safdı, salikdi. 

Gözəl rəssam idi, hər zövqü vardı, 

Saplardan əl-əlvan naxış vurardı. 

Büllurtək təmizdi, safdı ürəyi, 

Olardı kasıbın hər an gərəyi. 

O çox səxavətli, dərd anlayandı, 

İncə mətləbləri sözsüz duyandı. 

Vətənçün, xalq üçün candan keçərdi, 

Zalımı qılınctək sözlə biçərdi. 

Onun kəraməti, həm səxavəti, 

Hər an artırırdı, eldə hörmətin. 

Hər gülə, çiçəyə şerlər qoşan, 

Bir şirin sevgiylə çırpınan, coşan, 

Bu incə könüllü hökmdar qızı, 

Yaşardı şad-xürrəm, taledən razı. 

Sevib-sevilirdi bəxtəvər idi, 

İncilər içində dürr-gövhər idi. 

Xalq baxıb gözəllik, istedadına, 

“Dürri-yekta” dedi onun adına. 

Sanırdı fələkdən alacaq kamı, 

Yanacaq tezliklə səadət şamı. 

Amma o saydığın fələk saymadı. 

Gənclik nəşəsindən, eşqdən doymadı. 

Taleyi bağlıymış ana torpağa, 

Tanrı yaman yerdə çəkdi sınağa, 

Xanlıq mülklərini, nəsil ocağını, 

Candan çox sevdiyi Qarabağını, 

Qorumaq, diriltmək, yaşatmaq üçün

Keçdi sevgisindən, keçdi haqq üçün, 

Qədim Qarabağın fədakar qızı. 

Qoydu əbədilik bu yurdda izin. 

Getdi sevmədiyi yad, nadan xana, 

O gündən qəlb evi oldu qəmxana. 

Bu hissiz, duyğusuz xan oldu əri, 

Qaranlıq zindana döndü günləri. 

Xasay xan adlanan bu kef düşgünü, 

Viranə eylədi könül mülkünü. 

Könlünə, halına çox uyğun olan 

Təxəllüs götürdü, oldu Natəvan. 

Natəvan kimsəsiz, tənha deməkdir, 

Qəm ilə, kədərlə ömür sürməkdir. 

Nə qədər yaraşdı halına bu ad, 

İllərlə yandırdı qəlbini fəryad. 




Qəzəllər yazırdı hər an fəraqdan, 

Ümidsiz sevgidən, itgin muraddan. 

Gecəsi-gündüzü naləydi, ahdı, 

Nə çəkdiyi Tanrım, sənə agahdı. 

Həyat boşluğunu doldurmaq üçün, 

Söz, sənət şamını yandırmaq üçün, 

Topladı başına söz sərrafların, 

Tərəqqeyi-sənət tərəfdarların. 

Bir məclis yaratdı şairlər üçün, 

Geniş meydan açdı söz, şeir üçün. 

“Məclisi-üns” qoydu onun adını, 

Tarixə həkk etdi qızıl adını. 

Tezliklə yayıldı xəbər hər yana,  

Şan-şöhrət gətirdi Azərbaycana. 

Hər yerdə adına təbrik gəlirdi, 

Şöhrəti günbəgün hey yüksəlirdi. 

Bu məclis onlarla şair yetirdi, 

Çoxunun qəlbinə həvəs gətirdi. 

Hər gün təzə şeir, söz yaranırdı. 

Ədəbi üfüqdə ulduz yanırdı. 

Bu söz sənətinin kəhkəşanında, 

Ədəbi dünyanın söz ümmanında. 

Ən parlaq ulduz da Natəvan idi, 

Nadir təbiətli xuraman idi. 

Şeiri tək qəlbi də incə, zərifdi. 

Mətləb anlayandı, həm də arifdi. 

Kim dara düşsəydi onu arardı. 

Hamının işinə müdam, yarardı. 

Kasıblar möhtacı, ellər anası, 

Gözəl Qarabağın nazlı sonası, 

Nəyi var xərclərdi yurd-yuva üçün, 

Bir bağ saldırmışdı el-oba üçün. 

Bu bağ əsil behişt, cənnət məkandı, 

Xoş əhval, səadət burda sultandı. 

Güllər bir-birinə əl eyləyirdi, 

Bülbüllər güllərə eşq söyləyirdi, 

Kəkliyi, turacı bir tamaşaydı, 

Bu bağ cənnət adlı canlı guşəydi. 

Gələrdi elliklə xalq dincələrdi. 

Könüllər xoş olar, qəlb incələrdi. 

Bu işdən Natəvan çox zövq alardı, 

İlham qanadlanar, fikrə dalardı. 

Xalqin içindəydi, xalqla biriydi, 

Xalqınin dərdi də onun dərdiydi. 

O xalqla, xalq onla nəfəs alardı, 

Köksü məhəbbətlə, eşqlə dolardı. 

Əgər olmasaydı dünyada pislər, 

Bədxahlar, zalımlar, murdar nakəslər. 

Nə kədər olardı, nə ağrı, həsrət 

Göyə çəkilməzdi ruzi-bərəkət 

Neyləmək, həmişə olub bədxahlar, 

Yazılıb alnına ağır günahlar, 




Mənim qəhrəmanım, saf qəlbli insan, 

Çox çəkib onların əlindən inan. 

Həm istedadına, həm hörmətinə

Getdikcə ucalan şan-şöhrətinə 

Həsəd aparanlar, paxıllar vardı 

Dünya bu kəslərin başına dardı. 

Qeybət qırardılar, söz atardılar, 

Vicdanı, namusu unudardılar. 

Şərdən, böhtandan da çəkinməzdilər, 

Utanmaz, nə də ki, ar bilməzdilər. 

Həssas ürəkliydi, yaman kövrəkdi, 

Qəlbi nanədən də incə, titrəkdi. 

Hərdən eşidincə bu hədyanları, 

Keçirdi ömrünün ağır anları. 

Şerə çevrilirdi bu ağrıları, 

Kimsə bilməyirdi bu ahu-zarı. 

Amma dözümlüydü bu incə varlıq, 

Ruhdan düşməyirdi heç bircə anlıq. 

Xeyirxah işlərin, xoş əməllərin, 

Edərək intizar qoymur elləri. 

Onunçun nə ağa, rəiyyət vardı, 

Hamıya bərabər gözlə baxardı. 

Elin məhəbbəti, elin hörməti, 

Onunçun dünyanın ilkin sərvəti. 

Əli kasıb üstə, gözü eldəydi, 

Adı bəd dillərdə, başı qaldaydı. 

Amma sarsılmırdı bu incə pəri, 

Daim sevindirir doğma elləri. 

Məktəblər tikdirir, yollar çəkdirir, 

Bağ-bağat saldırır, ağac əkdirir. 

O dağlar gözəli, nazlı Şuşası 

Susuzluq çəkirdi, kimdi yanası, 

Düşündü, daşındı xeyli Xan qızı, 

Olsa da, xoş günə özü tamarzı. 

Elini xoş günə çatdırmaq üçün, 

Şuşaya su yolu çəkdirmək üçün 

Məhəndis çağırdı, ustalar gəldi, 

Bu xeyirxah işi ellər də bildi 

Hər eldən qocalı, cavanlı hamı, 

Köməyə gəlirdi coşaraq qanı. 

Onun səxavəti, elin qeyrəti, 

Gətirdi Şuşaya su tək sərvəti, 

Bu işə narazı dodaq büzənlər, 

Ümiddən, gümandan əlin üzənlər 

Bir gün mat qaldılar dövran işinə 

Həyatın, dünyanın bu gərdişinə. 

Şuşaya su gəldi ellər sevindi, 

Xurşidin narahat ruhu da güldü. 

Toy-büsat quruldu, şənlik başladı, 

Sanki bu dünyanın ilki Şuşaydı. 

Həsrətdən, möhnətdən yüklənən könül, 

Bir anlıq dincəlir, yanğısı sönür, 




Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə