1
Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin
təkmilləşdirilməsinə dair
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin
VAHİD TƏKLİFLƏR PAKETİ
Giriş
Birləşmək azadlığı hüququ malik olduğumuz ən əhəmiyyətli insan hüquqları arasındadır.
Dinc toplaşmaq azadlığı ilə yanaşı bu, insanların bir araya gələrək ümumi rifah (xeyir) üçün
işləmək imkanını qorumaq məqsədilə nəzərdə tutulmuş əsas hüquqlardan biridir.
Bu hüquq bir çox digər mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqların həyata keçirilməsi
üçün önəmli bir vasitədir. Birləşmək azadlığı hüququ həmçinin dialoq, plüralizm, tolerantlıq
və geniş dünyagörüşünə kanal olan, azlıqlara və ya müxalif fikirlərə və ya inanclara xüsusi
hörmət edilən effektiv demokratik sistemlərin yaranmasında və mövcudluğunda həlledici rol
oynayır.
Birləşmək hüququnu Azərbaycan üçün yeni saymaq olar. Azərbaycan müstəqillik əldə
etdikdən sonra öz Konstitusiyasında bu hüququ təsbit edib, vətəndaşlar bu azadlığı ondan
sonra dadmağa başlayıblar. Azərbaycanın Avropa Şurasına üzv olması ilə bu hüquq daha
geniş yayılıb.
Bu hüququn ayrılmaz hissəsini Qeyri-Hökumət Təşkilatlarında birləşmək haqqı təşkil edir.
Azərbaycanda 2001-ci ildən başlayaraq daha geniş areala yayılan QHT-lərdə birləşmək
hüququ uzun müddət ciddi maneələrə məruz qalıb.
Rəsmi bilgilərə görə, hazırda Azərbaycnda dörd mindən artıq QHT qeydiyyatdan keçib. Bu
ilk baxışdı böyük rəqəm kimi görünə bilər, ancaq qonşu, tərəqqidə olan ölkələrin durumu ilə
müqayisədə olduqca kiçik rəqəmdir.
60 ildən artıq Azərbaycanla birgə Sovetlər Birliyinin daxilində olmuş, əhalisi 1.5 milyondan
az olan Estoniyada 2015-ci ilin bilgilərinə görə, 34 mindən artıq QHT fəaliyyət göstərir.
Başqa bir Sovetlər Birliyi ölkəsi, əhalisi 4 milyon civarında olan qonşu Gürcüstanda 20
mindən artıq QHT fəaliyyətdədir. Müqayəsədə Azərbaycandakı durum ürəkaçıcı deyil.
Ürəkaçıcı olmayan digər məqam ölkədə QHT mühitinin olduqca pisləşməsidir. 2013-cü ildən
başlayaraq QHT mühitinə müdaxilələr hazırda olduqca gərgin vəziyyət yaradıb. Dövlət
qeydiyyatına alınmış, özəlliklə gerçək fiunksiyalarını yerinə yetirən, toplumun ayrı-ayrı
kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıb.
Bu təkliflərin təqdim edilməsinin məqsədi 2013-cü ildən başlayaraq QHT mühiti ilə bağlı
yaşanan hüquqi və praktik problemləri aradan qaldırmaq, həmin problemləri yaradan
qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə və demokratik hüquq prinsipləri
çərçivəsində yeni qanunvericiliyin formalaşmasına hökumətin və ictimaiyyətin diqqətini
çəkməkdir.
2
Ümumi mövqe
Azərbaycan Respublikası Konstitusiyanın 58-ci, habelə, Avropa İnsan Hüquqları
Konvensiyasının 11-ci, BMT-nin “Mülki, siyasi və mədəni hüquqlara dair” Paktının 22-ci
maddələrinin mahiyyətinə uyğun olaraq, birləşmək hüququnun qanuni tənzimləməsini
müəyyən edən ölkə qanunvericiliyi
1
son zamanlar yaranan hüquqi problemlər də nəzərə
alınaraq monitorinq edilməli və yenidən işlənməlidir.
Konstitusiyanın 58-ci maddəsində birləşmək azadlığı daha geniş şəkildə qorunur və
birləşmək azadlığının həyata keçirilməsi üçün hər hansı məhdudlaşdırıcı qanuni
proseduraların zəruriliyi nəzərdə tutulmur. Konstitusiya ilə nəzərdə tutulmayan bir
proseduranın qanunda nəzərdə tutulması və üstəlik bu proseduralarda çoxlu məhdudlaşdırıcı
normaların olması Konstitusiyanın mahiyyətinə ziddir. Qanunla birləşmək azadlığının
tənzimlənməsi müəyyən məhdudlaşdırıcı proseduralara tabe tutula bilər lakin, bu
proseduralar demokratik cəmiyyətdə zərurilik testinə uyğun olmalı, azadlığı məhdudlaşdıran,
onu təməldən yox edən normalar yox, onun reallaşmasını asanlaşdıran və tənzimləyən
normalar olmalıdır.
QHT və fondların, ictimai birliklərin, qeyri-kommersiya qurumlarının, icmaların, bir sözlə
vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktları demokratik
dəyərlərə hörmət göstərən ictimaiyyətin iştirakı ilə (QHT sektorunun, siyasi partiyaların,
media nümayəndələrinin, dini icmaların və müstəqil ekspertlərin aktiv iştirakı və konsensusu
ilə) yenidən işlənməli, mövcud qanunlarda olan, eyni zamanda sonradan daxil edilən
azadlıqları məhdudlaşdıran və daraldan, habelə onun həyata keçirilməsini çox qəliz
proseduralara bağlayan normalarından təmizlənməli, azadlıqlar sadəcə Azərbaycanın
qoşulduğu beynəlxalq hüquq normaları, Avropa İnsan Hüquqları Məhkəməsinin prisedent
hüququ və beynəlxalq təşkilatların, o cümlədən Venetsiya Komissiyasının rəyləri nəzərə
alınmaqla tənzimləyən qanunvericilik halına gətirilməlidir.
Məsələnin kökündən düzəlməsi üçün əslində bu sahədə qanunların artıq dəyişikliklər ilə
düzəlmə ehtimalı çox azdır. Çünki azadlıqları nəzarət altına alıb, məhdudlaşdırmaq üçün
edilən çoxsaylı dəyişiklik və əlavələrdən sonra qanunların təkrar müəyyən dəyişikliklə
normal vəziyyətə gətirilməsindənsə, birbaşa yeni layihələr üzərində işləmək, azadlıqları daha
çox qoruyan layihələr müzakirəyə çıxarıb qəbul etmək doğru olar. Bu addım atılanadək, ən
azından birləşmək azadlığının bərpası, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin
mümkün olması baxımından təxirəsalınmadıan aşağıdakı qanunlarda müəyyən dəyişikliklərin
olması zəruridir.
1
“
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, “Qrant haqqında” Qanun, “Dini etiqad azadlığı haqqında”
Qanun, “Dini ekstremizmlə mübarizə haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin
müvafiq normaları, Azərbaycan Respublikası Prezidentinin bu sahə üzrə Fərmanları, Nazirlər Kabinetinin,
nazirliklərin və komitələrin bu sahə üzrə qərarları
3
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”
Azərbaycan Respublikasının Qanunu
A.
Qeydiyyat və fəaliyyət problemlərinin aradan qaldırılması
1.
Konstitusiyada birləşmək azadlığı əvvəlcədən müvafiq dövlət orqanından
icazə alınaraq həyata keçirilən azadlıq deyil. Odur ki, birləşmək azadlığını
reallaşdırmaq istəyən və QHT, ictimai birlik quran şəxslərin, habelə xarici qeyri-
kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları
sadələşdirilməli, qeyri-kommersiya qurumlarının qeydiyyatı mətbu orqanlarda
olduğu kimi bildiriş sisteminə keçirilməlidir. İstənilən hüquqi və fiziki şəxs və ya
şəxslər qrupu öncədən icazə almadan birləşə bilməli və buna dair bir bildirişi müvafiq
dövlət orqanına verərək, müəyyən vaxtdan sonra (ən çoxu 3 gün) sərbəst fəaliyyətə
başlaya bilməlidir. Bu zaman ölkədə elektron hökumət sisteminin infrastrukturundan
istifadə imkanları tam təmin edilməli, bildiriş elektron sistemə uyğunlaşdırılmalıdır.
Müvafiq dövlət orqanı 3 gün ərzində eyni adda hüquqi şəxsin qeydiyyatda olması
halı, habelə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin 2-ci bəndində
göstərilən əsaslar istisna olmaqla, həmin təşkilatı rəsmi dövlət qeydiyyatına götürməli
və təsisçilərə şəhadətnamə, habelə reyestrdən çıxarışı təqdim etməlidir. Bütün
hallarda təşkilat 3 gün sonra hüquqi fəaliyyətə başlaya bilməlidir. Xarici qeyri-
kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyat proseduraları da bu
prinsiplərə uyğun olaraq, habelə aid olduğu ölkə qanunvericiliyində qeydiyyata
alındığını təsdiqləyən və nümayəndəlik açılması, nümayəndə təyin edilməsinə dair
qərarlar təqdim edilməklə qeydiyyata götürülməlidir.
2.
QHT-lərdən tələb olunan sənədlərin dairəsi kəskin azaldılmalıdır. Təsis
yığıncağının Qərarında təsisçilər haqqında və təşkilatın yerləşdiyi yer üzrə
məlumatlar olduğundan əlavə sənədlərə zərurət faktiki olaraq yoxdur. Ümumi
yığıncaq da təsisçilərə dair hər hansı dəyişiklik baş verməyib və qanuni təmsilçi
dəyişməyibsə yeni məlumatların Ədliyyə Nazirliyinə təqdim olunmasının tələb
edilməsi əsassız olduğundan qanunvericilikdən çıxarılmalıdır. Nümunəvi Nizamnamə
qəbul edildikdən sonra nizamnamə dəyişikliyinə ehtiyac olmayacağına görə belə
dəyişikliyin qeydə alınması da tələb oluna bilməz.
3.
Qanunda QHT-lərin adına dair normaların olması, eyni adların
mövcudluğu halı istisna olmaqla müəyyən adların seçilməsinin yolverilməzliyinin
bildirilməsi, məqsədi ilə adın uyğunluğunun tələb edilməsi, dolaylı olaraq
azadlığı məhdudlaşdıran və legitim əsaslardan birinə söykənməyən
səbəblərdəndir. Qanunda belə məhdudiyyətlərin olması yolverilən deyil. Bu səbəblə
adların seçilməsində gətirilən məhdudlaşdırıcı yanaşmadan imtina edilməlidir.
Xüsusilə məşhur şəxslərin adının istifadəsinə görə onların yaxınlarından icazə
alınması qəbuledilməzdir. Çünki, Nizami Gəncəvinin, yaxud Fizulinin, Nəsiminin
irsini araşdıran bir ictimai birliyin təsisçiləri onların varislərini haradan tapıb icazə
almalıdır? Bu məntiqli və icrası mümkün tələb deyil.
4.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”
Qanun ilə bərabər, QHT və Fondlar üçün Nümunəvi Nizamnamə təsdiq edilməli,
bu Nizamnamədə istər birliyin, istərsə də fondun vahid idarəetmə forması
müəyyən edilməli, bütün QHT-lər bu formaya uyğun idarəetmə sistemi
mənimsəməlidir. Beləliklə, Nizamnamələrin qanunvericiliyə uyğunsuzluğuna dair bir
4
iddianın ortaya çıxmasının qarşısı alınacaq. Ayrıca, bu Nümunəvi Nizamnamədə
QHT-lərin Konstitusiyada və Avropa İnsan Hüquq və Azadlıqlarına dair
Konvensiyada birləşmək azadlığının məhdudlaşdırılmasını tələb edən legitim əsaslar
göstərilərək, QHT-lərin fəaliyyətinin çərçivəsi müəyyən edilməli, beləliklə, bu çərçivə
hər kəs üçün öncədən müəyyən etdiyi və qəbul etdiyi fəaliyyət çərçivəsi olmalıdır.
Nümunəvi Nizamnamədə QHT-lərin hüquqa uyğun fəaliyyət istiqamətlərini seçmək
sərbəstliyi təmin edilməlidir. Beləliklə, QHT-lərin hüquqa uyğun fəaliyyəti təmin
ediləcək.
5.
QHT-lərin fəaliyyətini tənzimləyən birbaşa və əlaqəli normativ hüquqi
aktlar yenidən nəzərdən keçirilməli, onların müddəaları QHT-lərin fəaliyyətini
əngəlləyici olmamalı, tənzimləyici olmalıdır;
6.
Qeyri-kommersiya qurumlarının, xarici qeyri-kommersiya qurumlarının filial
və nümayəndəliklərinin fəaliyyətinə mane olan bütün legitim olmayan normalar
aradan qaldıırılmalıdır. Qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan
qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim
edilməli, qrant və ianələrə dair banklarda əməliyyat heç bir ön şərtə bağlı
olmadan tam sərbəst olmalı, qrant və ianə ödənişlərində qanunla yol verilən hər
iki ödəniş sistemi, nağd və köçürmə sistemi mümkün olmalıdır.
7.
Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların
sərbəst fəaliyyətinə mane olan bütün normalar qanunvericilikdən çıxarılmalıdır.
8.
Xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət
müqavilələrinin qeydiyyatını nəzərdə tutan normalardan imtina edilməli,
mənbədən asılı olmayaraq bütün gəlirlər vergi bəyanlarında nəzərdə tutulan
sistem daxilində təqdim edilməlidir.
9.
Azərbaycanda
fəaliyyət
göstərən
xarici
QHT-lərin
filial
və
nümayəndəliklərinin Azərbaycandakı hər hansı fəaliyyətinə məhdudiyyət
qoyulmamalı, birdən çox yerdə filial açmasına əngəl yaradılan normalar ləğv
edilməli, belə qurumlarda müavin vəzifəsinin məcburi qaydada Azərbaycan
vətəndaşı olması şərti qaldırılmalı, qanunvericilikdə bu tip ayrı-seçkiliklərə yer
verilməməlidir.
10.
Qanunvericilikdə xarici hüquq şəxslərin nümayəndəlik və filiallarının
qeydiyyatı üçün tələb olunan əngəlləyici proseduralar sadələşdirilməli, xüsusilə
saziş bağlama tələbi ləğv edilməli, Azərbaycan QHT-ləri ilə onların hüquqların
eyniliyi təmin edilməlidir. Yerli QHT-lər üçün tələb olunan proseduradan əlavə,
xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı üçün öz ölkəsində
hüquqi baxımdan fəaliyyət göstərdiyini təsdiq edən sənədin təsdiqlənmiş surəti və
təşkilatın nümayəndəlik və ya filial açmasına dair qərarını təqdim etmək yetərli
olmalıdır. “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı Sazişin
hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nın təsdiq
edilməsi haqqında 16 mart 2011-ci il tarixli Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 43 saylı qərarı ləğv edilməli, bu mərhələdə hökumətin
müdaxilə imkanları aradan qaldırılmalıdır.
11.
QHT-lərin, ictimai birliklərin fəaliyyət dairəsi qanunda legitim əsas
olamadan məhdudlaşdırılmamalıdır. QHT-lərin hansı fəaliyyətlərlə məşğul ola
biləcəyinin göstərilməsi birbaşa məhdudlaşdırıcı yanaşma olduğundan bu
metoddan imtina edilməlidir. Fəaliyyətə məhdudiyyətlər yalnız ölkə Konstitusiyası,
5
Konstitusiya Qanunu, AİHK-nın 11-ci maddəsinə göstərilən legitim məhdudlaşdırıcı
hallar olduqda və demokratik cəmiyyətdə zəruri sosial basqıdan doğduqda balanslı
şəkildə tətbiq edilə bilməlidir. Ümumiyyətlə, ada görə fəaliyyətin müəyyən
edilməsi, yaxud fəaliyyətin adda da əks olunmasının tələb edilməsi, exit-poll
keçirilməsinə qoyulan məhdudiyyətlər birbaşa azadlıqlara legitim olmayan
müdaxilələrdir və bu metodun seçilməsi yolverilməzdir.
B.
Fəaliyyətə xitam verməyə dair problemlərinin aradan qaldırılması
QHT-lərin fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında olmalı:
Xitam verilməyə əsas təşkil edəcək səbəb Konstitusiyon və Konvensional
əsaslar göstərilməklə qanunda kifayət qədər aydın, dəqiq və ətraflı nəzərdə
tutulmalı, qadağanları öncədən aydın görməyə imkan verməli və şərhində
mülahizə sərbəstliyi verən qeyri-müəyyən ifadə və normalardan ibarət
olmamalıdır;
Xitam verilməyə əsas təşkil edəcək hüquqi səbəblərin məqsədi və nəticəsi
yalnız, “Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Həyata
Keçirilməsinin Tənzimlənməsi haqqında Konstitusiya Qanunu”nun 3.5-ci və 3.6-
cı maddələrində, habelə Avropa İnsan Huquqlarının və Əsas Azadlıqların
Mudafiəsi Haqqında Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində sadalanmış
legitim ictimai mənafelərdən birinin və ya bir neçəsinin, yəni milli təhlükəsizlik,
ərazi bütövlüyü, ictimai asayiş və təhlükəsizlik, iğtişaşların və cinayətin
qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin
hüquq və azadlıqlarının mudafiəsi üçün olmalıdır;
Xitam verilmə o zaman baş verməlidir ki, bu demokratik cəmiyyətin varlığı
üçün zəruri olan ən mühüm dəyərlərin qorunmasına yönəlib və demokratik
cəmiyyətdə son zərurət kimi tətbiq edilir. Yəni, legitim ictimai mənafeləri qorumaq
üçün birləşmək azadlığını daha az məhdudlaşdıracaq başqa ağlabatan və səmərəli
vasitələr tükənib;
Birləşmək azadlığına son verərək QHT-nin fəaliyyətinə xitam vermə,
yaxud digər cərimə sanksiyaları tətbiq etmə birləşmək azadlığına mütənasib
olmalıdır, yəni legitim ictimai mənafeni qorumaqdan əldə olunan fayda
məhdudlaşdırmanın (tətbiq ediləcək sanksiyalar nəzərə alınmaqla) birləşmək
azadlığına vuracağı zərərdən daha üstün olmalıdır.
1.
QHT-lərin fəaliyyətinə xitam verilməsinə əsas təşkil edən süni səbəblər
Qanundan çıxarılmalıdır. QHT-nin yazılı xəbərdarlıq alması, yaxud inzibati
qaydada cəzalandırılması təkbaşına onun ləğvinə əsas təşkil etməməlidir. İnzibati
cərimələrin miqdarı 2008-ci ilədək olan limitlərə geri çəkilməli, ölkədə tətbiq olunan
minimum əməkhaqqı indeksinə uyğunlaşdırılmalı, heç bir kommersiya məqsədi
olmayan qeyri-kommersiya qurumlarının astronomik cərimələri İnzibati Xətalar
Məcəlləsindən çıxarılmalıdır.
2.
Ədliyyə Nazirliyinə QHT-lərin fəaliyyətinin qanunvericiliyə və
Nizamnaməsinə uyğunluğunu yoxlanma səlahiyyətinin verilməsini tənzimləyən
normalar qanunvericilikdən çıxarılmalı, QHT-lərin fəaliyyətini tamamilə
məhdudlaşdıran Ədliyyə Nazirliyinin Kollegiyasının 28dekabr 2015-ci il tarixli,
№ 11-N saylı “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət
6
təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi
Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı ləğv edilməlidir.
C.
Qanunvericiliyin tətbiqini pozanlara görə məsuliyyət
1.
QHT-lərin azadlıqlarına məhdudiyyət gətirən, əsassız olaraq qeydiyyat
aparmayan, əlavə sənədlər tələb edən, süründürməçilik edən qanuni fəaliyyətinə
süni maneələr yaradan hərəkətlər kim tərəfindən edilməsindən asılı olmayaraq,
inzibati və cinayət məsuliyyəti yaratmalıdır. Müvafiq olaraq İnzibati Xətalar
Məcəlləsinə və Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilməli, QHT-lərin
fəaliyyətinə mane olan, onun hüquqlarını qanunsuz məhdudlaşdıran, qanunsuz
hərəkət və hərəkətsizliklərə yol verən rəsmi şəxslər və qurumlar inzibati və
hüquqi məsuliyyət daşımalı, əgər bu hərəkətlər qəsdən yaxud tamah məqsədi ilə və
ya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək edilərsə cinayət məsuliyyəti nəzərdə
tutulmalıdır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikası Qanunu
1.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda
QHT-lərə dair normalar tamamilə yenilənməli, dövlət qeydiyyatı bildiriş
sisteminə görə sadələşdirilmiş formada həyata keçirilməli, legitim hüquqi
məqsədə söykənməyən normalar ləğv edilməlidir.
2.
Komersiya və qeyri-kommersiya qurumlarına görə gətirilən fərqləndirmə
qeyri-kommersiya qurumlarının lehinə tamamilə yenidən formalaşmalıdr.
Xarici qeyri-kommersiya qurumlarının filial və nümayəndəliklərinin qeydiyyatı
yuxarıda nəzərdə tuutlduğu kimi sadələşdirilməli, Saziş şərti, habelə süni
problemlər yaradan digər normalar ləğv edilməlidir.
3.
Ümumiyyətlə 2010-2016-cı illər ərzində bu Qanuna dəyişiklik edən on fərqli
qanun qəbul edilib və bunların hər birində məqsəd məhdudlaşdırıcı olub. Odur ki,
texniki dəyişikliklər istisna olmaqla bu qanunların gətirdiyi məhdudlaşdırıcı
normalar da qanunvericilikdən çıxarılmalıdır. Xüsusilə, “nizamnaməsində dini
dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi
şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti
orqanının rəyinin” tələb olunması hüququn siyasi mülahizəyə tabe edilməsidir və
azadlıqları qeyri-legitim məhdudlaşdırmaqdadır.
“Qrant Haqqında” Azərbaycan Respublikası Qanunu
1.
Bu qanuna 2009-cu ildə bir dəfə, 2013 və 2014-cü illərdə 4 dəfə müxtəlif
qanunlarla 18 müxtəlif məhdudlaşdırıcı dəyişiklik və əlavələr edilib. Bunların
demək olar ki hamısı məhdudlaşdırıcı xarakterli olub. Odur ki bunlardan imtina
edilməlidir.
2.
Qrant və ianələrin qeydiyyatını nəzərdə tutan normalar ləğv edilməli,
alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında
təqdim edilməli, qrant və ianələrə dair banklarda əməliyyat üçün tələb olunan
7
bildiriş təqdim etmə şərti olmadan əməliyyatlar tam sərbəst aparıla bilməli,
qrant və ianə ödənişlərində qanunla yol verilən hər iki ödəniş sistemi, nağd və
köçürmə sistemi mümkün olmalıdır.
3.
Donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməli, donorların
yerləşmə yerindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən istənilən vətəndaş
cəmiyyəti qurumlarına, şəxslərə sərbəst qrant vermə yolu açılmalıdır. Qrantların
məqsədəmüvafiqliyinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilməsini tələb edən normalar, habelə, fəaliyyətə mane olan digər bütün normalar da
qanunvericilikdən çıxarılmalıdır. Qrant müqavilələrinin qeydiyyatını nəzərdə tutan
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci iltaixli, № 216-
saylı “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq
edilməsi” barədə Qərarı, habelə, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 22 oktyabr 2015-ci il tarixli, № 339 saylı “Xarici donorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi
Qaydası”nın təsdiq edilməsinə dair Qərarı ləğv edilməlidir.
4.
“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və
ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq
edilməsi barədə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il
taixli, № 336 saylı Qərarı ləğv edilməlidir.
5.
Xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət
müqavilələrinin qeydiyyatını nəzərdə tutan normalardan imtina edilməli, mənbədən
asılı olmayaraq bütün gəlirlər vergi bəyannamələrində nəzərdə tutulan sistem
daxilində təqdim edilməli, o cümlədən “xarici mənbədən alınan qrantlardan xidməti
müqavilələrin qeydə alınması”nı tənzimləyən qaydalar ləğv edilməlidir.
6.
Qrant verilməsi və alınmasına dair donorlara, respiyentlər üçün nəzərdə
tutulan bütün inzibati cərimə sanksiyaları ləğv edilməli və İnzibati Xətalar
Məcəlləsindən çıxarılmalıdır.
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 11-ci
maddəsinə 2013-cü il 19 dekabrda əlavə edilən bənd təsbit edir: “Qeyri-hökumət
təşkilatlarında köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının
təsis sənədləri və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir”. “Könüllü fəaliyyət haqqında” Qanunun 6-cı maddəsində könüllü
fəaliyyətin təşkilatçıların vəzifələri sayılmış və QHT-lər əgər onlar könüllü cəlb etməli
olsalar hökmən könüllü ilə yazılı formada müqavilə bağlamalı, könüllünün həyat və
sağlamlığını bütün hallarda sığorta etdirməli, zəruri olduqda onu təlimlərə cəlb etməli,
könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə məlumat verməlidir. Burada işin xarakterinə baxmadan, onun
qısamüddətli, yaxud birdəfəlik olmasından asılı olmayaraq eyni standartın tələb olunması
doğru yanaşma deyil. Bəzən QHT-lər hansısa bir neçə saatlıq tədbirdə könüllülərin
köməyindən istifadə etməli olurlar. İndiki halda artıq bu mümkün deyil. Bu tələb faktiki
olaraq QHT-lərin əl-qolunu bağlamağa xidmət edir.
8
Ayrıca, Qanunun 10-cu maddəsində “Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə
könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət
təşkilatçıları ilə birgə məşğul ola bilərlər”. Bu yanaşma tam məhdudlaşdırıcı
xarakterlidir. Ölkədə xarici dili könüllü tədris etmək istəyən müəyyən könüllü missiya
iştirakçılarının beləliklə bütün fəaliyyət imkanları məhdudlaşdırılır. Odur ki,
qanunvericilikdən bu məhdudlaşdırıcı müddəalar çıxarılmalı və mövcud normalar
yumşaldılmalıdır.
“Dini etiqad Azadlığı haqqında” Qanun və “Dini ekstremizmlə
mübarizə haqqında” Qanun
1.
20 avqust 1992-ci ildə qəbul edilən “Dini etiqad Azadlığı haqqında” Qanun 16
dəfə fərqli qanunlarla dəyişiklik və əlavələrə məruz qalıb. Xüsusilə son 7 ildə 11 dəfə
qanunla dəyişiklik və əlavə edilib. Bunların 6-ı bilavəsitə 2013-2015-ci illərdə baş
verib. Cəmi 31 maddədən ibarət olan Qanuna son 7 ildə 62 fərqli əlavə və
dəyişiklik olub. Bu dəyişikliklərin mütləq əksəriyyəti məhdudlaşdırıcı
xarakterlidir. Bu qanunla bərabər 2015-ci ildə “Dini ekstremizmlə mübarizə
haqqında” Qanun da qəbul olunaraq, bu sahədə azadlıqları maksimum məhdudiyyət
altına almağa xidmət edib. Odur ki, bu qanun bütün məhdudlaşdırıcı müddəalardan
təmizlənməlidir.
2.
Qanunda dini təyinatlı ədəbiyyatın dövlət qurumu tərəfindən xüsusi
nəzarət markası ilə markalanma şərti gətirilmişdır. Bu vicdan və ifadə
azadlığına ciddi məhdudityyət deməkdir və qanunvericilikdən çıxarılmalıdır.
3.
Ölkədə dinlərarası ayrı-seçkilik yaradan xeyli müddəa qanuna salınıb. Digər
dinlərdən fərqli olaraq, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə
dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid
ayin və mərasimlərin aparılması qadağan edilib. Bütün bu müddəalar
qanunvericilikdən çıxarılmalıdır.
4.
Dini qurumların və dini icmaların qeydiyyata alınması qaydalarına dair
müddəalar gülüncdür. Qeydiyyat üçün tələb olunan sənədlər arasında “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş digər sənədlərlə bərabər“azı əlli nəfər yetkinlik yaşına
çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, icmanın təsis protokolu və
nizamnaməsi, əlavə olunmuş ərizə, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi
göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən
sənədlərin surəti,dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi,
onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət,
həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə
məlumatlar”tələb edilir. Bu məlumatların böyük əksəriyyətinin birləşmək
hüququnu həyata keçirmək üçün ön şərt olması legitim yanaşma deyil və
qanunvericilikdə bu formada məhdudlaşdırıcı normalar ləğv edilməlidir.
9
5.
Dini icmaların qeydiyyata alınması üçün bütün sənədlərdən əlavə Dini işlər
üzrə Dövlət Komitəsinin rəyinin tələb olunması hüquqi prosedurları kilidləyən
və azadlığı əsassız məhdudlaşdıran normadır və ləğv edilməlidir.
6.
Dini icmaların yalnız qeydiyyat ünvanında fəaliyyətinə icazə verilməsi,
ölkə üzrə fəaliyyətinə imkan verilməməsi bir başqa məhdudlaşdırıcı yanaşmadır
və ləğv edilməlidir.
7.
İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini
atributların nümayiş etdirilməsinin qadağan olunması şəxslərin sərbəst
toplaşmaq hüququna və ifadə azadlığına qeyri-legitim müdaxilədir və ləğv
edilməlidir.
8.
Dini qurumların aldıqları qrantları və ianələri qeydiyyata aldırmanı
nəzərdə tutan normalar, habelə buna görə müəyyən olunan məsuliyyətlər ləğv
edilməlidir. Sadəcə hesabatlılıq tələb edilə bilər.
İnzibat Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi
1.
Vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran normalar qanunvericiliyə
daxi edildikdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavə edilən aşağıdakı
normalar tamamilə qanunvericilikdən çıxarılmalıdır:
“Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması”nı
tənzimləyən 432-ci maddə;
“İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi”ni nəzərdə
tutan 465-ci maddə;
“İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi”ni
tənzimləyən 466-cı maddə;
“Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasını”
tənzimləyən 579-cu Maddə;
“Qeyri-hökumət
təşkilatlarının,
xarici
dövlətlərin
qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların
nizamnamələrinə
(əsasnamələrinə)
və
qanunvericiliyə
uyğunluğunun
öyrənilməsinə maneələrin törədilməsi”ni tənzimləyən 580-ci Maddə;
“Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının
xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan
qaldırılmamasını” tənzimləyən 581-ci Maddə;
“Xarici
dövlətlərin
qeyri-hökumət
təşkilatlarının
filial
və
ya
nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulmasını” tənzimləyən
582-ci Maddə.
2. Cinayət Məcəlləsinə yeni daxil edilən, birbaşa ifadə azadlığını icazəyə bağlayan və
mahiyyət etibarı ilə cinayət əməli kimi tanınması demokratik hüquqi prinsiplərlə
uyğun gəlməyən və 5 ilədək azadlıqdan mərhumetməni nəzərdə tutan aşağıdakı
maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
M a d d ə 167-2. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və
elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini
10
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma
məqsədi ilə idxal etmə, satma və ya yayma;
M a d d ə 1 6 8 . Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında
fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların
sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların
hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini
yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə
qrupda iştirak etmə;
Maddə 168-1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması və əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması.
İmzalar:
1.
Ağaəliyev Xalid, hüquqşünas, Sivil Toplum Platforması
2.
Ağayev Rövşən, iqtisadçı-ekspert, Sivil Toplum Platforması
3.
Bağırov Xalid, hüquqşünas, Sivil Toplum Platforması
4.
Cəfərov Rəsul, İnsan Hüquqları Klubu
5.
Çobanoğlu Şahvələd, jurnalist, Sivil Toplum Platforması
6.
Əliyev İntiqam, Hüquq Maarifçiliyi Cəmiyyəti
7.
Əliyev Mehman, “Turan” İnformasiya Agentliyi, Sivil Toplum Platforması
8.
Əliyev Samir, Media və İctimai Təşəbbüslər İB
9.
Gülalıyev Oqtay, Demokratik İslahatlar uğrunda İB
10.
Hacıbəyli Rövşən, Demokratik Jurnalistika Məktəbi
11.
Hüseynov Emin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
12.
Quliyev Ziya, Hüquq Təşəbbüsləri Mərkəzi
13.
Qurbanov Akif, Demokratik Təşəbbüslər İnstitutu
14.
Kazımlı Samir, hüquq müdafiəçisi, Sivil Toplum Platforması
15.
Kazımov Seymur, jurnalist, Sivil Toplum Platforması
16.
İbadoğlu Qubad, iqtisadçı-ekspert
17.
İmranova Aynur, Media və Demokratiyanın İnkişafına Dəstək İB
18.
İsmayıl Şəhla, Rasional İnkişaf uğrunda Qadın Assosiasiyası
19.
Mahmudov Kamran, jurnalist, Sivil Toplum Platforması
20.
Mehtiyev Azər, İqtisadi Təşəbbüslərə Yardım İB
21.
Məmmədli Anar, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
22.
Məmmədli Ələsgər, hüquqşünas, Sivil Toplum Platforması
23.
Məmmədli Nəsimi, Yayımların Monitorinq Mərkəzi
24.
Mustafayev Əsabəli, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi
25.
Rəhimli Mehriban, Sivil Toplum Platforması
26.
Süleymanlı Bəşir, Vətəndaş Hüquqları İnstitutu
27.
Toğrul Qalib, İqtisadi Tədqiqatlar Mərkəzi
28.
Zeynallı Əvəz, “Xural” qəzeti, Sivil Toplum Platforması
29.
Zöhrab İsmayıl, İqtisadiyyatın İnkişafına Yardım İctimai Assosiasiyası
Əlaqələndiricilər:
Ələsgər Məmmədli, hüquqşünas, Sivil Toplum Platforması, +994 50 235 32 50,
elesgerm@gmail.com
Rəsul Cəfərov, hüquq müdafiəçisi, İnsan Hüquqları Klubu, +99450 586 35 37,
resul.j@gmail.com
Dostları ilə paylaş: |