Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,01 Mb.
səhifə11/17
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38398
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

HADİSƏDƏN 1 GÜN SONRA

Karabük. Türkiyə



Samir özünə gələndə bədəni hələ də ağrıyırdı. Gözlərini ağır-ağır açaraq ətrafa baxdı. Hər tərəf ağaclarla və kollarla dolu idi. Ayaq tərəfdə bir nəfər fit çala-çala bıçaqla əlindəki ağac budağını yonurdu. Hər tərəfi dumanlı və xəyal kimi görürdü. Buna görədə əliylə gözlərini sildi. Pedro Samirin tərpəndiyini görərək əlindəkiləri bir kənara qoyub onun yanına gəldi. Diz üstə Samirin yanında oturaraq diqqətlə onu süzüb soruşdu

  • necəsiniz cənab ? özünüzü necə hiss edirsiniz ? sizə necə kömək edə bilərəm ? ( sonra gülümsünərək öz-özünə astadan dedi ) mən nə danışıram ? bu yazıq türk mənim dediklərimi necə başa düşsün

Samirin qalxıb oturmaq istədiyini görən Pedro ona kömək etdi. Samir oturaraq qoluna baxdı. Qan qurumuşdu, demək daha qanaxma olmurdu. Artıq qabırğası da əvvəlki qədər bərk ağrımırdı. əlini ciblərinə salıb bir-bir yoxladı. əl dəsmalından başqa hər şeyini götürmüşdülər. Üzünü bayaqdan maraqla ona tamaşa eliyən Pedroya çevirib ispan dilində dedi

  • əgər mənə kömək etmək istəyirsənsə mənə bir az su ver. Bərk susamışam

pedro - bu dəqiqə - deyərək çantasından su butulkasını çıxardıb Samirə gətirdi. Butulkanı Samirə uzadanda qəfil geri çəkib təəcüblə soruşdu

  • sənin su istədiyni mən hardan bildim ? axı mən türk dilini bilmirəm

  • su istədiyimi bildin, çünki mən ispan dilini bilirəm

  • ( Pedro butulkanı Samirə uzadıb dedi ) bu yaxşı oldu

  • ( Samir doyunca su içəndən sonra soruşdu ) mən hardayam ? bura necə düşmüşəm ? bəs sən kimsən ?

  • Bura tükiyədi. Biz hal-hazırda meşədəyik. Bura necə düşdüyünü bilmirəm. Sənin düşdüyün yerin ətrafında helikopter uçurdu. Ya səni helikopterdən tullayıblar, ya da özün yıxılmısan. Görünüşündən belə görünür ki səni burda tullayıb gediblər. Bəxtin gətirib ki səni tapdım. Yoxsa indi hansısa canavar səni mədəsində həzm edə-edə özünü günə verirdi

  • ( gülümsünərək ) bəs sən kimsən ? meşəbəyi ?

  • Yox. tam əksinə. ( Pedro bura necə düşdüynü Samirə danışıb soruşdu ) bəs sən kimsən ? sifətin mənə tanış gəlir, amma yadıma sala bilmirəm

  • Mənim adım Samirdir. əlillər üçün yaradılan mərkəzin rəhbəriyəm. Azər.....

  • ( Pedro onun sözünü yarımçıq kəsdi ) həə düzdü, Samirsən. Dedim axı tanış gəlirsən. Həmin mərkəzin argentinada da filialı var. Oğlum uşaq vaxtı bir qolunu itirdiyindən onu da götürüb həmin filiala getmişdm. Bizi çox yaxşı qarşıladılar, üstəlik oğluma da hər cür köməklik etdilər. Bəs yaxşı səni bu günə kim qoyub ?

  • ( Samir başına gələnləri qısa olaraq Pedroya danışıb dedi ) sən mənə burdan çıxmağa kömək elə, mən də səni maneəsiz öz ölkənə, ailənin yanına yola salım və sənə mərkəzin argentginadakı filialında iş verim

  • Sən məni vətənimə yola salmasan da belə mən səni burda atıb getməyəcəkdim. ( əlini Samirə uzadaraq ) amma yenə də mən razı

  • çox güman ki quldurlar məni axtarmağa gələcəklər. Burda çox dayanmaq olmaz. Kömək elə ayağa qalxım gedək

  • tapa bilməzlər. Səni atdıqları yer burdan 2 saatlıq uzaqdır

  • məni 2 saat qucağında daşımısan ? bu yaxşılığının əvəzini heç cür ödəyə bilmərəm

  • sən əlillər üçün bu qədər əziyyət çəkirsən. Onlardan ötrü belə çətinliyə düşmüsən. Oğlum “samir” mərkəzinin sayəsində özünü bu həyatın bir parçası hiss edir. Mənim səni 2 saat qucağıma daşımağım bunların yanında nədir ki ?

Pedro Samiri ayağa qaldıraraq qoluna girdi və hər ikisi yavaş-yavaş meşənin içiylə getməyə başladılar.

Sumqayıt. Azərbaycan



Rəna mətbəxdə qazı yandırib tavanı qazın üstünə qoyaraq içinə yağ atdı. Yağ əriyən kimi tavaya 2 yumurta çırpıb duz ataraq qarışdırdı və qayğanaq hazır olan kimi qaba qoydu. Qayğanaqla dolu qabı padnosda çörəklə albalı şirəsinin yanına qoydu. Padnosu götürərək otağa girdib stolun üstünə qoydu və geri qayıtmaq istəyəndə gözü televizorda xəbərlərdə verilən yanğın hadisəsinə sataşdı. “ bu ki Əlinin yaşadığı evdi ” deyə öz-öznə fikirləşdiyi vaxt dəhlizdən gələn addım səslərini eşidib cəld televizoru söndürdü. Əli otağa girib dedi

  • Rəna bibi əl-üzümü yudum, amma dəsmalı tapa bilmədim

  • ( Rəna xəbərin təsirindən özünü itirdiyindən dili topuq vurdu ) nə ? dəsmal ? həə.. sən otur, mən indi gətirirəm

Rəna bunu deyib telefonu adapterdən ayıraraq götürüb hamama tərəf getdi. Hamama girən kimi üzünə su vurub bir az gələndən sonra rəfiqəsinə zəng vurdu.

  • Alo, Arzu. olar bu gün həkimə getməyib birbaşa bizə gələsən ?

  • noolub ay qız ? səsin titriyir

  • dünən axşam Əinin yaşadığı ev yanıb.

  • Sən nə danışırsan ?

  • Hə. aparıcı dedi ki polislərdən alınan ilkin məlumata görə evi yandırıblar. Ürəyimə damıb ki Əlinin həyatı təhlükədədi. Tez gəl bizə oturub ətraflı danışaq.

  • Oldu. Yarım saata sizdəyəm

Rəna telefonla danışıb qurtardıqdan sonra hamamın qapısından asılmış xələtin altından dəsmalı götürüb otağa qayıtdı. Yarım saatdan sonra onlara gələn Arzu Rənanın qorxudan ağarmış üzünə baxıb dedi

  • bu nədir Rəna ? sən nə vəziyyətə düşmüsən ?

  • çox qorxuram Arzu. əvvəl istədim polisə xəbər verim, sonra fikirləşdim ki səninlə məsləhətdəşim sonra

  • yaxşı eləmisən. Bu vəziyyətdə düzgün qərar verə bilməzdin. Əli hardadır ?

  • oturub divanda cizgi filminə baxır

  • qoy baxsın. Biz keçək o biri otağa

Rəna Arzuyla birgə yataq otağına keçib çarpayıda oturandan sonra Arzu dedi

  • həə əzizim, indi başdan danış görüm nə olub

  • srağagün Aybəniz xala - yəni Əlinin nənəsi mənə zəng vurdu ki -bəs yıxılmışam ayağım burxulub. Imkan varsa Əli 2-3 gün sənin yanında qalsın-. Mən də otpuskada olduğum üçün dünən səhər gedib Əlini babasıgildən götürdüm ki Samirdən da bir xəbər yoxdur, yazıq uşaq aralıqda qalmasın. Bu gün səhər Əli dedi ki bəs -Rəna bibi televizoru qoş daa, indi cizgi filmi başdayacaq-. Mən də televizoru yandırdım, gördüm xəbərlər gedir. Dedim ki -xəbərlər proqramı hələ qurtarmıyıb. Cizgi filmi başdayana qədər sən get əl-üzünü yu. Sonra gəl səhər yeməyini yeyə-yeyə rahatca bax- Əli otaqdan təzəcə çıxmışdı ki gördüm yanğın haqda danışıllar. Evi görən kimi tanıdım

  • bəlkə səhf eliyirsən ?

  • yox. Küçə də tanış gəlirdi. Bir də ki bayaqdan zəng vururam heç kim götürmür

  • bu ki dəhşətdir. Samirdən xəbər yoxdu, bunlar da ki belə. Uşağa yazığım gəlir

  • çalışacam Samirdən bir xəbər çıxana qədər Əli yanımda qalsın. Bəlkə Əlini də götürüb rayona-valideyinlərimin yanına getdim

  • birdən siz gedən kimi Samir tapıldı. onda noolacaq ? uşağı burdan ora-ordan bura yormaq lazım deyil. Dur hazırlaş, uşağı da hazırla. Bizə gedirik. əgər Əlini öldürmək istəyiblərsə deməli onun harda olduğunu mütləq öyrənəcəklər. Burda hər ikinizin həyatı təhlükədədir

  • sizin də başınızı dərd açmak istəmirəm

  • sən bizə görə narahat olma. Evdə 2 dənə şkaf boyda qardaşım var, üstəlik biri sənə aşiqdı. Həm də polis məntəqəsi bizdən cəmi 2 bina uzaqdır. Bizdə qaldığınız müddətdə heç kim sizə zərər verə bilməz

  • ( Rəna gülümsünərək ) sizə əliuşaqlı gəlsəm qardaşın mənim ərə getdiyimi hesab eliyərək boğub öldürər

  • Qorxma, deyərik qeyri-rəsmi nigahdandır. ( Rənanın özünə gəldiyini görüb onu tələsirdi) di tez ol, yubanma. Mən də gedim bir nəfəri qıdıqlıyım

  • ən acığı gələn şeydi

  • elə ona görə qıdıqlayacam dəə

Arzu otaqdan çıxandan sonra Rəna çarpayının altından kiçik çamadanı çıxardaraq özüylə götürmək istədiyi əşyaları onun içinə yığmağa başladı.

Ankara. Türkiyə

Almeyda otelin pəncərəsindən şəhərə baxa-baxa Silvaya zəng vurdu


  • alo

  • salam Silva necəsən ? eşitdim sənə qarşı hücum olub. Indi necəsən ?

  • sənin bütün xasiyyətlərindən xoşum gəlir, bircə bu dalbadal sual verməyindən başqa. Indi yaxşıyam. Dünən gecəni xəstəxanada keçirtdim. Yarım saat olar ki idarəyə gəlmişəm. Sən necəsən ?

  • üst-üstə baş verən olumsuz hadisələr əhvalımı əməlli-başlı korlamışdı. Türkiyəli əməkdaşlar mənə dedilər ki helikopterdə olan meyid məhz madriddə ölən adama məxsusdur. Hətta bu barədə ispaniyanın yerli qazetlərində də məlumat dərc olunub. Helikopterin sürücüsü türkiyə vətəndaşıdır və 5 ildir ki bu işdə çalışır. Digər iki nəfər isə ispaniyadakı bir dəfn bürosunun əməkdaşlarıdır. Bütün sənədlər də ki qaydasında. Bir söznən şübhəli heç nə yoxdur. Ancaq polisə zəng vuran adamın dedikləriynən burdakı hadisələrin üst-üstə düşməsini və toleodakı hadisəni nəzərə alıb burdakı əməkaşlarımızın yaxından köməkliyiylə helikopterdəki 3 nəfəri və meyidi əməlli-başlı araşdırdıq və maraqlı nəticələr əldə etdik. Ölən şəxs hətda şəklinə qədər qazetlərdəki məqalələrlə uyğun gəlsə də həmin şəxs heç zaman ispaniyada olmayıb. Buna görədə helikopterdəkiləri sorğu-sual etmək üçün sabah ankaraya gətirəcəklər. Mən də burdakı əməkdaşlarla birgə həmin sorquda iştirak eliyəcəm. Ürəyimə damıb ki onlar həm Samirin, həm də Conun yerini bilirlər

  • sən məni sevindirdin. Kaş mənim də sənə bir köməkliyim dəyə bilərdi

  • sən sabah hazır vəziyyətdə ol. Samirin yerinin öyrənən kimi sənə xəbər verəcəm gedib azad eliyəsən. Birdə ki çalış qızı tapasan. Bütün dünya məhz həmin qızın sayəsində Conun əməllərindən xəbər tutub. Yoxsa kim bilir daha nə qədər günahsız insan “ hoja de sauce ” təşkilatının qurbanı olacaydı. Biz gərək həmin qızı tapaq və təhlükəsizliyini təmin eliyək. Qardaşının vəziyyəti necədir ?

  • özünə gəlib. Tez-tez bacısını xəbər alır

  • hələlik ona heç nə deməyin. Qoy bir az sağalsın. Ancaq mühafizəsini gücləndirin. Qızdan əvəz çıxmaq üçün qardaşından və atasından istifadə edəcəklər

  • oldu. Başqa bir əmrin var ?

  • Yox. sabah danışarıq

  • oldu. Özündən muğayət ol

  • sən də. Hələlik

Almeyda Silvayla sağollaşıb noutbukunu açaraq “ samir ” mərkəzi haqda olan məlumatları nəzərdən keçirtməyə başladı.

Karabük. Türkiyə



Karabükdəki çoxdandır fəaliyyətini dayandırmış köhnə tikiş fabrikindəki çürük taxtaların üstündə oturmuş Con, xəritələri qarşısındakı köhnə stolun üzərinə sərib sabahkı əməliyyatın planını qururdu. Kağızda bir neçə qeyd aparandan sonra başını qaldırıb Viktordan soruşdu

  • neçə adam gətirmisən ?

  • 34 nəfər gətirmişəm. Iki adamımız Lusianın gizləndiyi evi gözətliyir, ikisi isə Silvanı vurmaq əmrinizi yerinə yetirmək üçün madridə gediblər. Onlardan başqa ispaniyada nə bir adamımız, nə bir silahımız, nə də hər hansı bir əmlakımız qalmadı. Verdiyin əmrə uyğun olaraq bütün məkanlar partladılıb, telefonlar və kompyüterlər isə dənizə atılıb. Bir söznən ispaniya təhlükəsizlik əməkdaşları bütün ispaniyanı axtarsalar da bizə aid heç nə tapa bilməzlər

  • afərin. Gələrkən heç bir problem olmadı ki ?

  • elə bir ciddi problem olmadı. Adamların çoxu bura birbaşa ispaniyadan yox, üçüncü dövlətdən keçməklə gəliblər. ( bir az pauza verərək soruşdu ) bilmək olar biz niyə burdayıq ?

  • ( Con qələmlə xəritələrin birində kiçik dairə çəkərək dedi ) sabah Burakı istintaqa çəkmək üçün ankaraya aparacaqlar. Burak bizim haqqımızda çox şey bilir, əgər onu sorğu-sual etsələr problemimiz olacaq.

  • Burak bərk adamdır, onlara heç nə deməz

  • Indi kimisə danışdırmaqdan ötrü nə döymüllər, nə dırnağını çıxartmırlar, nə də ki elektrik cərəyanına qoşmurlar. Sadəcə bir iynə vururlar vəssalam. Özü hər şeyi bircə-bircə danışır

  • Elədirsə onda gərək Burakı mütləq ələ keçirdək. Ya diri, ya da ölü. Yoxsa həqiqətən problemimiz olacaq

  • Sən bu əməliyyatda iştirak eləmiyəssən. ( xəritələrdən birini Viktora uzadıb dedi ) sən özünlə 6 nəfər götür, get meşədə Samiri axtar. Dünəndən bəri axtardığımız yeri xəritədə işarələmişəm. Qalan yerləri sən axtar.

  • O vəziyyətdə inanmıram sağ qala. Yəqin hansısa yırtıcı heyvana yem olub

  • Biz yenə də əmin olmalıyıq

  • Tapsam onunla nə edim

  • Öldür. Mən sənə Silvanı vurdurmaq yox, öldürtməyi tapşırmışdım. Çalış bu dəfə işi yarımçıq görmə. Mən isə Burakı həll eliyim

  • Bu iş üçün 28 nəfər az deyil ?

  • Sergey, Karlos, Markez, Xavyer hamısı öldülər. Adamları isə həpsxanalarda taxtabiti öldürürlər. “ hoja de sauce ” təşkilatından bircə bu 34 nəfər qalıb. Hamısı təlim keçmiş adamlardır, məncə bu işin öhdəsindən gələcəklər

  • ( Viktor - ok - deyib getmək istəyəndə qəfildən dayanıb soruşdu ) bu vur ha vurda Samir bizim nəyimizə lazımdır ?

  • bizi bu vəziyyətə salanların hamısından intiqam almaq lazımdır. Almeyda, Samir, Silva, argentinalı qız, Burak və bu adamların ailə üzvləri. Hamısı ölməlidirlər. əgər dünyanın bir çox ölkələrinə yayılmış və 3 il ərzində cinayət aləmində böyük ad-san qazanmış “ hoja de sauce ” təşkilatını bu vəziyyətə salıblarsa mütləq ölmədirlər. Nəyin bahasına olursa-olsun. Yoxsa güzgüdə özümüzə baxmağa üzümüz gəlməz. Bir də ki Samir polerin həqiqətdə kim olduğunu bilir

Viktor - ok - deyib gedəndən sonra Con yenidən oturaraq xəritələrdə qeydlər aparmağa başladı.

HADİSƏDƏN 2 GÜN SONRA

Ankara. Türkiyə

Almeyda təhlükəsizlik nazirliyinin binasının həyətinə girəndə səhər saat 10 idi. Maşından düşən kimi bir nəfər yaxınlaşıb dedi


  • salam. Mən Səlcukun köməkçisiyıəm. Lütfən buyurun, Səlcuk sizi kabinetində gözləyir

onlar Səlcukun kabinetinə girəndə Səlcuk oturmaq üçün Almeydaya yer təklif edib, katibəsinə 2 stəkan kofe gətirməsini tapşırdı. Almeyda oturan kimi birbaşa suala keçdi

  • dindirəcəyimiz adamlar nə zaman ankarada olacaqlar ?

  • onların həps olunduğu bölgədə hava limanı olmadığından kastamonuya qədər helikoterlə, ordan ankaraya qədər isə təyyarəylə gətirməyi planlaşdırırdıq. Ancaq hal-hazırda karabükdə çox güclü külək əsdiyindən onları kastomonuya qədər helikopterlə yox, maşınla gətirməyə məcbur olduq. Artıq maşın karvanı yarım saat bundan qabaq karabükdən kastamonuya doğru yola düşüb. Ümid eliyirəm bir neçə saatdan sonra burda olacaqlar

  • türkiyə polisinin peşəkarlığına şübhəm yoxdur. Ancaq Conun adamları yüksək təlim keçmiş, fiziki cəhətdən çox güclü və bununla bahəm qəddar insanlardır. Buna görə də təhlükəsizliklə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək istərdim

  • həmin 3 nəfəri karabükdən ankaraya polislərdən, ordu qüvələrindən və xüsusi təyinatlılardan ibarət 100 nəfərlik ordu gətirəcək, dəstənin rəhbərliyi isə Erkan adlı cəsur və bacarıqlı bir nəfərə tapşırılıb. Həps olunanlar Karabükdən kastamonuya qədər olan və ankaradakı hava limanından bura qədər olan yolu xüsusi zirehli maşında gələcəklər. Onlara yuxu iynəsi vurulduğundan bütün yolboyu yatacaqlar. Hətda onların təhlükəsizlikləri naminə maşınlarda və təyyarədə yanlarında onlara nəzarət eləmələri üçün heç bir adam qoyulmayacaq, yalnız kənardan müşayət eliyəcəklər. Yəni maşından təyyarəyə və əksinə daşınmalarını nəzərə almasaq heç kim onlarla təmas yarada bilməyəcək

Almeyda selcukun sözlərindən bir az rahatlanaraq kofedən bir qurtum içib saata baxdı.

Karabük. Türkiyə



Con ağacın dibində oturub tapança darağına güllə yığa-yığa öz-özünə fit çalırdı. Yolun hər iki tərfində gizlənmiş adamları isə sakitcə oturaraq maşınların gəlməsini gözləyirdilər. Maşınların yaxınlaşdığını xəbər vermək üçün 10 dəqiqəlik irəli məsafədə dayanan Conun adamı maşınları gözləyə-gözləyə özüdə bilmədən yuxuya getmişdi. Yaxınlaşan maşınların səsinə oyananda ilk öncə harda oluğunu və nə baş verdiyini anlamasada sonradan polis maşınlarını və hərbi maşınları gördükdə hər şeyi ani olaraq yadına düşdü. Hərbi hissəyə ərzaq və digər ləvazimatları daşıyan 4 hərbi maşın və onları müşayət eliyən 2 polis maşınını Burak gili aparan maşın karvanı olduğunu zənn edib Cona zəng vuranda hələ yuxudan tam ayılmamışdı. Con tapançanı silirdi ki yanına qoyduğu telefon zəng çaldı. Telefonu götürərək bir az dinlədikdən sonra - ok - deyib telefonu söndürərək yaxınlıqdakı içinə yağış suyu dolmuş kiçik çuxura atdı. Darağı tapançaya taxaraq ayağa durub qışqırdı

  • hazır olun. Qarşı tərəfə də xəbər verin hazır olsunlar. 2 polis və 4 hərbi maşındır, 5 dəqiqədən sonra burda olacaqlar. Dediyim kimi hər bir maşın hər iki tərəfindən raketlə vurulsun

Con bu yeri təsadüfən seçməmişdi. Yolun hər ik tərəfi sıx meşəlik idi və yaxınlıqda döngənin olması maşınların sürətlərinin azalmasına səbəb olurdu. Cona xəbər verən şəxs yuxudan tam ayılmaq və özünə gəlmək üçün üçün bir az ləngimək qərarına gəldi və ağaclardan birinə söykənərək siqaret yandırdı. Bir-iki qüllab vurmuşdu ki yaxınlaşmaqda olan maşın karvanın görüb özünü itirdi. Səhf etdiyini ba.şa düşərək əlindəki siqareti cəld kənara atıb sifəti qorxudan ağarmış halda telefonu cibindən çıxardaraq Cona zəng vurdu. Bir neçə dəfə cəhd etdikdən sonra Cona zəng çatmadığını görüb telefonu ataraq pusquda duranlara tərəf qaçmağa başladı. Bir az qaçdıqdan sonra maşınları keçə bilməycəyini görərək dayandı və Conun öz işini bacarmayan adamlarına necə dəhşətli işgəncələr verdiyini bildiyi üçün əli titrəyə-titrəyə silahını çıxardaraq gicgahına dayayıb atəş açdı. ərzaq maşınları döngədən keçib lazımi məsafəyə çatan kimi yolun hər iki təfindəki meşədəki ağacların arasında gizlənmiş adamlar raketlə hər iki tərəfdən maşınları vurduqdan sonra maşınlara baxmaq üçün aşaraq yanan maşınlara tərəf getdilər. Conun tapşırığı belə idi. Burakın öldüyünə əmin olmaq lazım idi. Burak gili kastamonuya aparan maşın karvanı ərzaq maşınlarının vurulduğu anda artıq döngəyə çatmışdılar və dəhşətli partlayış səslərini eşedib cəld dayanaraq maşından düşüb nə baş veriyini anlamaq üçün baxmaq qərarına gəldilər. Conun adamları hərbiçiləri və polisləri görən kimi bir birilərinə - ehtiyatlı olun, bizi tələyə saldılar, tez burdan uzaqlaşaq deyə - qışqıraraq atəş aça-aça meşəyə doğru qaçmağa başladılar. Erkan yolun ortasında aşaraq yanan hərbi maşınları və onlara atəş açanların xarici dildə danışdıqlarını görüb məsələnin nə yerdə olduğunu başa düşdü. Xüsusi təyinatlı qüvvələri Burakgilin yanında saxlayaraq polis və ordu qüvvələrini götürüb quldurları tutmaq üçün hücuma keçdi. Conun adamları meşənin içi ilə br az qaçdıqan sonra güclü atəş təzyiqinin altında dayanaraq vuruşmağa məcbur oldular və meşədə tərəflər arasında karabükdə indiyə qədər görünməmiş və indidən belə də görünməyəcəyi ehtimal edilən şiddətli döyüş başladı. Səlcuk telefonun zəng çaldığını görüb əlindəki kofeni masanın ütünə qoyaraq telefonu götürü. Bir az dinlədikdən sonra əsəbi halda bir-neçə söz deyib telefonu söndürdü. Almeyda türk dilini bilməsə də Səlcukun üzünün ifadəsindən və əsəbdən titrəyən səsindən Səlcuka verilən xəbərin pis oluğunu dərhal başa düşdü. Ona görə də səlcuk telefonu söndürən kimi ümüdsizliklə soruşdu

  • Burak da əlimizdən çıxdı ?

  • yox. Burak bizim əlimizdədi. Bir qrup silahlı dəstə bizim maşın karvanımıza hücum eləmək üçün pusquda dayanıblarmış. Sonra bizim maşınlardan bir az irəlidə gedən və hərbi hissəyə ərzaq və digər ləvazimatlar aparan maşın karvanını bizmki olduğunu zənn edərək raketlərlə atəşə tutublar. Indi bizim döyüşçülərlə onlar arasında atışma gedir. əmr elədim həmin yerə təcili olaraq əlavə qüvvələr göndərilsin

Almeyda heç nə deməyərək başını əllərini içinə alıb həyacanla hadisələrin sonrakı gedişini gözləməyə başladı. Döyüşün getdiyi yerdə ağaclar çox olduğundan quldurlar çox rahat şəkildə müdafiə olunaraq geri çəkilə bilirdilər. Buna görə də Erkan adalarının yarısına 200 metrədək sağ və sol tərəflərə qaçaraq ordan irəliləmələrini və dəstəni mühasirəyə almalarını tapşırdı. Yerdə qalanlara isə adamlarının azalmasını qarşı tərəfə hiss etdirməmək üçün atəşin şiddətini artırmalarını əmr etdi. 10-15 dəqiqədən sonra quldurları tam mühasirəyə alan dəstə onları məhf etmək üçün hücuma keçdi. Con mühasirəyə düşdüklərini görüb adamlarına bir tərəfə hücum edərək mühasirəni yarmalarını tapşırdı. Ilk əvvəl güclü müqavimət göstərərək mühasirəni yarmağa yaxın olsalar da sonradan xeyli sayda itki vermələri, patronlarının azalması və qarşı tərəfə kömək gəlməsi onları çətinə saldı. Mühasirə halqasının get-gedə daraldığını və adamlarının 7-8 nəfər qaldığını görən Con, adamlarına atəşi dayandıraraq təslim olmağı əmr etdi. Adamlara əllərini başlarının ardına qoyub üzü üstə yataraq polislərin gəlməyini gözləmələrini tapşırıb özü ağacların arxasına keçərək yaxınlıqdakı palıd ağacına dırmaşdı və sıx yarpaqların arasında görünməz oldu. Polislər qarşı tərəfdən atəşin kəsildiyini görüb ehtiyatla irəliləməyə başladılar. Erkan təslim olanların yanına çatanda yanındakı leytenanta dedi

  • Siz yaralıları bir yerə yığıb ilk tibbi yardım göstərin ki qanaxmadan ölməsinlər. Ölənlərlə işiniz olmasın, qoy onlarla ankaradan gələcək müstəntiq və ekspert qrupu ilgilənsin. Bizə köməyə gələn dəstənin yarısı qoy burda qalsın. Bizim isə burda bir işimiz qalmadı, təslim olanlarıda götürüb yolumuza davam eliyirik. ( üzünü yanında dayanan polis zabitinə çevirib dedi ) burdakı əsirləri Burakgilin olduğu maşına qoymayın, bu Burakı öldürmək üçün tələ ola bilər. Burda təslim olanları və hər iki tərəfdən ölənlərlə, yaralananları sayıb mənə deyin ki bu barədə mərkəzə xəbər verim

Erkan geri qayıdanda onsuz da dar olan yolun partladılmış maşınlar ucbatından bağlandığını gördü. Buna görə də maşınların yanına çatanda xüsusi təyinatlı dəstənin rəhbərinə dedi

  • yol bağlıdır, maşınlar burdan keçə bilməyəcək. gərək geri qayıtsınlar

  • bəs içindəkiləri kastamonuya qədər necə aparacayıq ?

  • ən yaxın qəsəbəyə qədər kürəyimizdə daşıyacıyıq. Orda bir-neçə maşın tapmaq olar

  • bu çox risklidir

  • başqa təklifin var ?

  • təklifimin olub-olmamasının məsələyə heç bir dəxli yoxdur. Mən reallıqdan danışıram

  • sən özünə güvənmirsən, yoxsa adamlarına ? səni deyə bilmərəm, amma mən bu mühafizədə iştirak eliyən hər bir kəsə inanıram və güvənirəm. Onlar br az bundan qabaq güvənilir olmalarını isbat etdilər. Daha nə istəyirsən ?

Ankara. Türkiyə

Almeyda həyacanla otaqda o baş bu başa var-gəl edirdi. Səlcuk isə gözünü telefona dikərək veriləcək xəbəri gözlüyürdü. Hadisə yerindən artıq bir-neçə dəfə xəbər gəlsə də hamısı eyni məzmunlu idi “ tərəflər arasında döyüş hələ də davam edir. Hər iki tərəfdən itkilər var. Quldurlar hələ də müqavimət göstərirlər. V.s ” telefon zəng çalan kimi hər ikisi həyacalna telefona baxdılar və Səlcuk dəstəyi götürüb danışmağa başladı. Bir az danışandan sonra üzünü səbirsiklə onun nə deyəcəyini gözləyən Almeydaya tutub dedi



  • artıq rahat nəfəs ala bilərik, hər şey arxada qaldı

  • ( Almeyda stulda əyləşərək soruşdu ) Burak salamatdı ?

  • əlbətdə salamatdı. Indi zəng vuran Erkan idi. Deyir silahlılardan 15-i öldürülüb, 11-i isə yaralanıb. 8 nəfər təslim olublar, onları da bura gətirirlər. Sənə demişdim axı dustaqların mühafizəsini etibarlı adamlara tapşırmışıq. Görürsən heç 34 nəfərlik bir ordu belə Burakı bizim əlimizən ala bilmədi. Bacardıqları tək şey maşın karvanını 1-2 saat ləngitmləri oldu ( Səlcuk gülərüzlə cavab verdi )

  • siz tərəfdən nə qədər itgi oldu ?

  • ( qəflətən Səlcukun üzünə dərin bir hüzn çökdü ) bu döyüşdə 12-i əsgər və 8-si polis olmaqla 20 nəfər insanımız həlak oldu, 9 nəfər isə yaralanıb

  • Mən təhsüf eliyirəm. ( Almeyda danışdıqca səsi titrəyirdi ) ordakı insanların ölümü dünyanın müxtəlif yerlərinə olan minlərlə əlil insanın bu dünyada rahat və xöşbəxt yaşamalarına vəsilə olacaq. Məncə orda həlak olanların anaları öz ölümlərinin hesabına minlərlə insana həyat verən cəsur övladlarıyla fəxr etməılidirlər. Məndə öz canlarını başqalarının xöşbəxtliyi üçün fəda edən o 20 nəfərin ruhu qarşısında baş əyirəm. Ümid edirəm 9 nəfər tezliklə sağalaraq ayağa qalxacaqlar

Səlcuk nə isə demək istəsə də qəhərdən heç nə deyə bilmədi və başını aşağı-yuxarı yelləməklə Almeydaya təşəkkürünü bildirdi.

Kastamonu. Türkiyə

Maşın karvanı kastamonudakı hava limanına çatanda maşın karvanı uçuş zolağına çıxıb düz təyyarənin yanında dayandı. Erkan maşından düşən kimi bir nəfər yaxınlaşıb özünü təqdim etdi


  • salam cənab. Mənim adım Okandır, bu aeroportun rəhbəri müavini vəzifəsində işləyirəm. Vəziyyətlə bağlı ankaradan bizə məlumat veriblər. Hər şeyin yüksək səviyyədə olması üçün əlimizdən gələni edirdik ki uçuş vaxtında və təhlükəsiz həyata keçirilsin. Bunun üçün xüsusi təyyarə də hazırlamışdıq. Ancaq təəhssüf ki son anda təyyarənin yanacaq çənində kiçik bir problem ortaya çıxdı. Indi onu təmir edirik

  • ( Erkan hirslə əlini maşının kapotuna vurdu ) bir bu çatmırdı. Təmir uzun çəkər ?

  • Mühəndislər hal-hazırda bu işin üstündə çalışırlar. Baş mühəndis 15 dəqiqə bundan qabaq mənə dedi ki 1 saata düzələr. Yəni təqribən 45 dəqiqə çəkəcək. Karabükdə baş verən hadisədən xəbərim var, bilirəm ki bərk yorulmusunuz buyurun kabinetimə yorğunluk kofesi için. Uşaqlara tapşıracam burdakı insanlara da kofe gətirsinlər

  • Yox təşəkkür edirəm. Burda qalsam daha yaxşı olar. Quldurların hardan çıxacağı, nə vaxt çıxacağı məlum deyil

  • Aeroportda bütün təhlükəsizlik tədbirləri görülüb, hətta bütün uçuşlar ləğv edilib. Ancaq yenə də siz necə istəyirsiniz elə olsun. Mən tapşıraram sizin də kofenizi bura gətirərlər

Erkan - sağ olun - deyib ətrafa göz gəzdirməyə başladı.

Karabük. Türkiyə



Con polislərin başının yaralılara qarışdığını görüb səssizcə ağacdan düşərək aradan çıxdı. Hadisə yerindən bir xeyli uzaqlaşıb corabının içindən telefonu çıxardaraq Murada zəng vurdu. Murad masallı rayonundakı evinin baxçasında döşəkçənin üstündə uzanaraq radioya qulaq asa-asa samovarın qaynamasını gözləyirdi. Telefonunun zəng çaldığını görüb radionun səsini azaldaraq telefona cavab verdi

  • alo. Eşidirəm

  • salam Murad, bu mənəm Con

  • bilirəm. Nömrən telefonumda var. nə oldu ? Burakı ələ keçirə bildin ? sağdı, ya ölü ?

  • yox Murad. Burak hələ də türk polisinin əlindədi. Türklər bizi pusquya saldılar. Bizi meşədə mühasirəyə alıb öldürməyə başladılar. Cəmi 7-8 adamımız qaldı. Mən güclə aradan çıxa bildim

  • ( Murad əsəbindən qalxıb oturaraq qışqırdı ) sən nə danışırsan ? sənə nə olub həə Con ? səndən soruşuram Con, sənə nə olub ? qızı öldürə bilmədin, Samirin qardaşı oğlunu öldürə bilmədin, Silvanı öldürə bilmədin, Samir isə bilinmir sağdır ya ölü. Indidə Burak. “ söyüt yarpağı ” təşkilatından bizə qalan həmən 34 nəfər idi, onun da axırına türkiyədə çıxdın

  • Istər argentinalı qız olsun, istər Silva, istərsə də bir başqası. Onları öldürmək üçün mən getməmişdim, adamlarımı göndərmişdim. əgər işlər yarımçıq görülübsə bu mənim günahım deyil. Mən şəxsən gördüyüm işləri tam görməsəydim indi Sergey də, Markez də, digər 2 nəfər də sağ qalardılar

  • əgər belədirsə onda mənə diqqətlə qulaq as. Hələlik 1-2 gün türkiyədə qalıb Samirin məsələsini həll elə, sonra madridə gedib qızı öldür. Qızın gizləndiyi yerin ünvanını mesajnan göndərəcəm

  • qızın gizləndiyi yeri öyrənmisən ? ( Con təəccüblə soruşdu )

  • əlbətdə. Yoxsa elə bilirsən bütün günü çay içə-içə musiqiyə qulaq asıram ? sonra sənə deyəcəyim planlar əsasında Almeydanı, silvanı, birdə zəiflədiyimizi düşünərək limandakı 4 gəmimizi özününküləşdirən rusiyalı Aleksandrı da öldürərsən. Sən bizim qarşımızı kəsməyə çalışanları məhv elə ki hamı bizim kim olduğumuzu bilsin. əgər bu işləri bacarsan biz yeni təşkilat qura biləcəyik. Yox bu işlərdən başıuca çıxa bilməsək onda heç kim bizi saymayacaq. Ya cinayət aləmindəki düşmənlərimiz axırımıza çıxacaq, ya da ki polislər

  • biz hər kəsə kim olduğumuzu göstərərik

  • bəs yeni işimizin nə olacağını bilmək istəmirsən ?

  • əlbətdə istəyirəm

  • özümüzə yerin altında zavod açaraq orda müxtəlif cür silahlar istehsal edib düsnyanın bütün ölkələrinə satacayıq. Ancaq dediyim kimi gərək bu işlə məşğul olan insanlar bizim rəhbərliyimiz altında işləməyə razı olsunlar

  • arxayın ol boss. “ söyüd yarpağı ” təşkilatını dağıdanlara elə dəhşətli dərs verəcəm ki cinayət aləmində hamı bizdən danışacaq

  • afərin. Mən sənə inanıram

  • boss bəs Burakla bağlı nə etməyimi istəyirsən ?

  • olnunla işin olmasın, o nə edəcəyini yaxşı bilir. sən Samirlə maraqlan

Con Muradla sağollaşandan sonra telefonu söndürüb yenidən corabının içinə qoydu və cəl ordan uzaqlaşdı.

Kastamonu. Türkiyə

Kastamonu hava limanında hər şey yolunda getsə də Erkan çox təlaşlı idi. Bacardığı qədər maksimum diqqətli olmağa çalışırdı. Təyyarəni təmir edən mühəndislər, arada bir Erkana və adamlarına çay gətirən aeroptun işçiləri, bir sözlə hər kəs Erkanın gözünə Conun adamı kimi görünürdü. Ona elə gəlirdi ki quldurlar bu saat hardansa peyda olacaqlar. Ona görədə Burakın olduğu aftomobildən bir addım da uzaqlaşmadan diqqətlə ətrafı nəzərdən keçirdirdi. Okan gəlib Erkanın yanına çatan kimi dedi


  • problem həll olundu əfəndim. Artıq yola düşə bilərsiniz

  • ( Erkan üzünü adamlarına tutub dedi ) cinayətkarları təyyarəyə aparın. bir az tez olun, onsuz da kifayət qədər vaxt itirmişik

Adamlar maşının qapısını açaraq Burakı təyyarəyə aparandan sonra Erkan rahat nəfəs aldı. Digər cinayətkarlar da təyyarəyə daşınandan sonra mühafizə dəstəsi də təyyarəyə mindi və pilot mühərriki işə saldı.

Ankara. Türkiyə

Səlcuk kabinetə girərək içi yeməklə dolu padnosu masanın üstünə qoyub dedi


  • artıq rahatca nahar eliyə bilərik. Təyyarə 10 dəqiqə bundan qabaq kastamonu aeroportundan yola düşüb. Buyur, yaxın əyləş

Almeydanın yeməyə iştahı olmasada Səlcukun sözünü yerə salmamaqdan ötəri masaya yaxın oturdu. əslində Səlcukun da yeməyə həvəsi yox idi. Karabükdə 20 nəfərin ölümü onu əməlli-başlı dilxor eləmişdi. Bu yemək məsələsini də “ birdən Almeyda ac olar və yemək istəməyə utanar ” deyə fikirləşərək ortaya atmışdı.

Təyyarə ankaradakı hava limanında yerə enən kimi onları mərkəzə aparacaq olan maşın karvanı cəld təyyarəyə yaxınlaşdı. Erkanın göstərişi ilə adamlar vaxt itirmidən Burakı və helikopterdə həbs olunan 2 adamı bir maşına, meşədə təslim olanları isə başqa maşına mindirib yola düşdülər. Yolboyu bir neçə dəfə tıxaca düşsələr də nəhayət təyin olunan yerə gəlib çıxa bildilər.

Telefonun zəng çalmasından sonra Səlcuk kiminləsə danışıb dəstəyi yerə qoyan kimi Almeydaya dedi


  • gözün aydın, axır ki Burakı və digərlərini gətirdilər. Maşın karvanı 5 dəqiqədən sonra binanın həyətinə giriş edəcək. Buyurun getdik

Səlcukla Almeyda həyətə çıxanda maşınlar hasarın qapısından həyətə girirdilər. Maşınlar dayanan kimi Erkan maşından düşüb Səlcukla Almeydanın yanına gəldi və yolboyu baş verən hadisələrlə bağlı onlara məlumat verdi. Səlcuk Erkanın dediklərini bircə-bircə Almeydaya tərcümə edirdi və Erkan sözünü qurtaran kimi hər üçü Buraka baxmağa getdilər. Erkangil Burakın olduğu maşına yaxınlaşanda maşının yanında dayanan adamlar Səlcukun işarəsiylə maşının qapısını açdılar. Hər ikisi maraqla içəri boylananda yerlərində donub qaldılar. Təəccübdən Almeydanın gözlərinin böyüməsini və Səlcukun - aman ALLAH - deyərək geri çəkilməsini görən Erkan içəri baxanda-içi qan gölməçəsinə dönmüş maşının içində hərəkətsiz halda uzanan adamların didilib-dağılmış biləklərini görəndə görəndə nə baş verdiyini anlamasa da sonradan Burakın qanlı ağzını görəndə hər şeyi başa düşdü. Səlcuk gördüyü mənzərədən çaşıb qalmışdı, ona görə də səsi titrəyə-titrəyə soruşdu

  • burda nə baş verib ?

  • hər şey aydındır. ( Erkan dilləndi ) Burak fiziki cəhətdən çox möhkəm adam olduğundan yuxudan tez ayılıb və həm öz biləyini dişləyərək damarını qopardıb, həmi də bu iki nəfərin

  • aydındır. ( Səlcuk dedi ) yolboyu bu qədər ləngimələri gərək nəzərə alaydıq. Təbii ki bir müddətdən sonra iynənin təsiri keçməliydi. ( cəsədləri diqqətlə nəzərdən keçirib dedi ) əgər intihar edibsə mütləq mühüm bir şey bilirmiş. Gedək karabükdə ələ keçirilənlərə baxaq. Görək orda vəziyyət necədir

onlar digər maşının qapısını açanda içindəkilərin sağ olduğunu görüb sevinən vaxt Almeyda səkinin kənarında oturaraq dərin fikrə getmişdi.

Karabük. Türkiyə



Meşənin içi ilə bir az getdikdən sonra Samir yorularaq dedi

  • yorulmuşam. Gəl bir az istirahət eliyək

hər ikisi ağacın dibində oturdular. Pedro çantadan butulkanı çıxardıb dedi

  • suyumuz qurtarır. Bizə qalan bircə bu yarım butulka sudur. Tezliknən su tapmasaq vəziyyət çətin olacaq

  • yağış suyu içə bilirsən ?

  • içə bilirəm. Amma biz butulkanı yağışın altına qoyub dolmasını istəsək gərək ən az 2 gün yağış yağa

  • sən onu mənim öhdəmə burax. Sən rahatca suyunu iç. Butulkanı doldurmaq mənim boynuma

  • qabırğan yenə ağrıyır ?

  • hə. Amma dünənkinə baxanda ağrı bir xeyli azalıb

  • axşam yadıma sal, qolunun yarasını yenə açım təmmizləyim. Yoxsa infeksiya keçər

  • oldu, deyərəm

  • ( Pedro sudan bir az içib butulkanı Samirə uzadaraq soruşdu ) nə əcəb indiyə qədər evlənməmisən ?

  • Azərbaycanda fiziki qüsurlu insanların evlənməsi bir az çətindir

  • Niyə ki qanun yol vermir ?

  • ( Samir sudan bir-neçə qurtum içib dedi ) yox. Qanunun gözündə hər kəs bərabərdir. Problem yazılmamış qanunlardadır

  • Başa düşmədim

  • Səbr elə hər şeyi biləcəksən. Təsəvvür elə ki əlil bir oğlan gözəl və sağlam bir qızı sevir. Qızın heç bir problemi yoxdur. Şəhərdə yaşayır, valideyinləri sağ və salamatdırlar, maddi vəziyyətləri normaldır, qızın yaşı da elə çox deyil ki nəyəsə məcbur qala. Təbii ki belə bir qız heç vaxt əlil oğlana ərə getməyə razı olmaz. O yalnız qüvvətli, imkanlı və ən əsası sağlam bir oğlan arzusundadır

  • Qızların ki hamısı elə deyil ? həyata məntiqlə yanaşan qızlar da var

  • Dedim axı səbr elə. Deməli belə. Oğlan yaxınlaşır qıza və ona evlənmək təklif edir. Qız da xasiyyətindən asılı olaraq ya ağır cavablarla oğlanı təhqir edir, ya da şirin dillə başından eliyir. Deyək ki qız sənin dediyin kimin məntiqli və ağıllı bir qız olur və təklifə müsbət cavab verir

  • Sonda mən deyənə gəldin

  • Bizim tərəflərdə sənin kimisinə altıaylıq deyillər

  • Altıaylıq nədir ?

  • Yəni o qədər səbirsizdir ki dünyaya gəlmək üçün 9 ayı gözləməyə hövsələsi çatmayıb 6 aylığında dünyaya gəlib

  • ( Pedro gülümsünərək ) yaxşı, davam elə. Qız razı, oğlan razı. Burdan belə olan problemlər məni də marağa saldı

  • Demək belə. Qız bir gün bu haqda valideyinlərinə danışır. Valideyinlərdə çığır-bağır salırlar ki - o oğlan sənə layiq deyil, biz səni böyütmüşük ki xoşbəxtliyini görək, elə bir insana ərə getsən işin-gücün ona qulluq etmək olacaq, o özü bu həyatda kimdənsə asılı vəziyyətdədir sənə necə dolandıracaq. V.S - bir sözlə qızın beynini elə doldururlar ki öz qərarından rahatlıqla imtina edir

  • Bu artıq həqiqətən də problemdir

  • Bu hələ hamısı deyil. Deyək ki valideyinlər qızlarının qərarına hörmətlə yanaşdılar və ona heç nə demədilər. Bax əsl həngamə bundan sonra başlayır ki bunu da adına qohum-qonşu təzyiqı deyillər

  • Qohum-qonşu ?

  • Bəli. qohum, qonşu, dost, iş yoldaşı. Bir söznən özünü həmin ailəyə yaxın hiss edən şəxslər. Ilk reaksiya qızın rəfiqəsindən gəlir - axtara-axtara bunumu tapdın ? mən 48 yaşıma qədər evdə qalsaydım da buna ərə getməzdim. əgər məni məcbur beləsinə versəydilər utandığımdan evdən bayıra çıxmazdım. Heyf deyil yol gedərkən yanımda hünürboy, yaraşıqlı bir oğlan olsun. Yoxsa beləsi ? hətta düşünəndə belə tüklərim biz-biz olur - sonra meydana qızın xalaları, bibiləri çıxıb qızın anasına deyillər - aaz sənin ağlın hardaydı ki gül kimi qızını beləsinə ərə verirsən ? eşidəndə ətim ürpəşdi, v.s - Daha nə uzadım ee ? bir tərəfdən tikanlı sözlər, bir tərəfdən lağlağı atmacalar, digər tərəfdən də təəccüb dolu kinayəli baxışlar. Bir söznən hərtərəfdən o qədər təzyiq gəlir ki bu təzyiqin qabağında durmaq hər kəsə nəsib olmur. Mənim “ samir ” mərkəzini yaratmaqda əsas məksədim budur. əlil insanları digərlərinin beyninə elə yeritmək lazımdır ki onlar əlillərə qeyri-adi bir varlıq, başqalarına möhtac, uğursuzluq simvolu kimi baxmasınlar. Onların da özləri kimi adı bir insan oluğunu dərk etsinlər.

- bu lap eşitdiyim əhvalata bənziyir ki

- o nə əhvalatdır elə ?

- olmuş hadisədir. Bir fiziki qüsurlu insanla sağlam bir qız bi-birilərini sevirlərmiş. Ancaq atası qızını ona vermək istəmirmiş. Bir gün oğlan gəlir qızın atasının yanına ki onunla danışa, ancaq atanı heç cür yola gətirməyin mümkün olmadığını görən oğlan deyir - yaxşı, mən sənin qızından uzaq duracam və bir daha nə sənin, nə də qızının gözünə görsənməyəcəm. Ancaq əvəzində kiçik bir istəyim var - qızın atası soruşur ki - o nə istəkdir elə ? - oğlan deyir ki - mənə 1 saat vaxt ayır, gedək sənə iki şey göstərəcəm - ata soruşur - bundan sonra qızımdan uzaq duracaqsan ? - oğlan - əlbətdə - deyir və hər ikisi taksiyə minərək yola düşüllər. Yolboyu kişi fikirləşir ki “ görəsən bu məni hara aparır ? mənə nə göstərəcək ? ” bir həpsxananın qarşısında oğlan deyir ki - çatdıq -. Oğlan həpsxana rəisi ilə əvvəlcədən danışdığı üçün onları maneəsiz içəri buraxıb dustaqların hava almaq üçşün gəzdikləri əraziyə aparırlar. Oğlan hər tərəfi tikanlı məftillərlə əhatə edilmiş ərazidə o tərəf-bu tərəfgə gəzişən dustaqları göstərib deyir - bu həpsxanda 500-dən çox dustaq var. onlara yaxşı-yaxşı bax. Gör bu 500 nəfərdən neçəsi fiziki qüsurludur. ən çox 5 nəfəri. - sonra oğlan kişini binası həpsxananın binasına bitişik olan narkomaniyadan və alkoqolizmdən əziyyət çəkənlər üçün tikilmiş xəstəxanaya aparır və yenə deyir - burda 150-dən çox insan müalicə alır. Səncə bunlardan neçəsi fiziki qüsurlu insanlardır ? cəmi 2 nəfər cənab. Bəli mənim bir qolum yoxdur. Ancaq əvəzində mən oğru deyiləm, narkotikdən istifadə etmirəm, bu vaxta qədər heç kimin xətrinə dəymədən vicdanlı və təmmiz həyat sürmüşəm. Indi son söz sənindir. əgər qızının mənimlə evlənməsini istəmirsənsə mən söz verdiyim kimi sizin həyatınızdan birdəfəlik çıxacam - kişi nəinki öz qızını həmin oğlana ərə verir, hətda oğluna da fiziki qüsurlu qız alır

- həqiqətən də ibrətamiz əhvalatdır. Insanlar məsələnin yalnız bir tərəfinə baxırlar, o da gözlə görünən tərəfdir. əslində isə fiziki qüsuru olan insanlar öz işində sağlam insanlardan bir baş üstün olmağa çalışır ki buna görə də öz üzərlərində daha çox çalışır. Deyək ki ailənin qızı bir oğlanı sevir. Qızın valideyinləri oğlanla tanış olduqda onun hündürboy, sağlam və yaraşıqlı olduğunu görüb qızlarının doğru seçim etdiyini düşünürlər və oğlanı daha yaxından tanımağa çalışmırlar. Bəlkə bu oğlan narkomandır, bəlkə fırıldaqçıdır, bəlkə hansısa cinayətkar qrupun üzvüdür, bəlkə hansısa daxili xəstəliyi var, bəlkə qumar oynamağı çox sevir. Və ya əksinə. Valideyinlər oğlanlarının seçdiyi qızın gözəlliyinə baxıb övladlarının seçminə araşdırmırlar. Daha demirlər ki bəlkə bu qız fahişədir, indiyədək neçə dəfə evlənib boşanıb, bəlkə fırıldaqçıdır. Bu saydığım problemlər fiziki qüsurlu oğlanlarda və qızlarda ən az 80 faiz az rast gəlinir. bəs sənin ölkəndə bu barədə ümumi vəziyyət necədir ?

- bizim tərəfdə bu məs.....

- bağışla Pedro sözünü kəsirəm. Ancaq 1 neçə dəqiqədən sonra yağış yağacaq. Tez su üçün yer düzəldək, onsuzda yağış 10 dəqiqəyə kəsir. Nə qədər mümkün oldu yığarıq

- bəs bunu necə eliyəciyik ?

Samir - yağış yağarkən çətir kimi başımıza tutduğumuz klyonkalardan birini mənə ver, ikimiz birinin altında birtəhər yağışdan daldanarıq - deyib yeri qazmağa başladı. Pedro klyonkanı çantadan çıxardıb Samirə verdikdən sonra yeri qazmaqda ona kömək etməyə başladı. Köməkləşib maşin təkəri diametrində və dərinliyində bir çala qazaraq torpağı çalanın kənarlarına yığdılar ki su torpaqdan süzülüb çalaya dolmasın. klyonkanı çalanın içinə sərməyə başlayanda güclü yağış yağmağa başladı. Birtəhər klyonkanı səliqə ilə çalanın içinə sərib özləri digər klyonkanın altında yağışdan qorunmağa çalışdılar. Yağış kəsdikdən sonra çalaya baxanda ora xeyli su yığıldığını gördülər. Suyla torpağın arasında klyonka olduğu üçün su təmmiz qalmışdı və içmək üçün yararlı idi. Pedro butlkanın hər ikisini doldurduqdan sonra klyonkanı çaladan çıxardaraq qatlayıb çantaya qoydu. Pedro işlərini qurtaran kimi Samir əlini ona tərəf uzadıb dedi



  • kömək elə qalxım. Artıq getməliyik. Bizlərdə belə bir atalar sözü var “ yolçu yolda gərək ” həm yolumuza davam eləyək, həm də sən bayaq yarımçıq qalan söhbətini davam eliyərsən

Pedro Samiri ayağa qaldırıb qoluna girdi və hər ikisi meşənin içi ilə ağır-ağır irəliləməyə başladılar.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə