Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,01 Mb.
səhifə12/17
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38398
1   ...   9   10   11   12   13   14   15   16   17

HADİSƏDƏN 3 GÜN SONRA

Ankara. Türkiyə

Almeyda oteldəki nömrəsində çarpayının üstündə oturaraq noutbukda skayp vasitəsiylə görüntülü olaraq Silvayla danışırdı


  • bax belə Silva, sonu məhz bu cür qurtardı. Burakdan və adamlarından ötrü türkiyəyə gəldim, 1 gün həyacan içində onun yolunu gözlədim, türk polisi 20 nəfər itgi verdi, sonu isə belə oldu

  • fikir eləmə. ( Silva Almeydaya təsəlli verməyə çalışırdı ) sən Conun adamlarından bərk yapış, onlar heç nə bilməmiş olmazlar, mütləq Conla bağlı bir ipucu əldə eliyə biləcəksən

  • dünən hamımız stres içində olduğumuzdan cəmi birini dindirə bildik. Digərlərini bu gün dindirməyi planlaşdırırıq. Ola bilər ki istintaq bir neçə gün çəksin. Ona görə də hələ bir-iki gün burdayam

  • mən argentinalı qızın atası ilə bağlı məlumat əldə eləmişəm. O qaçaq yolla türkiyədən argentinaya taxta-şalban daşımaq istəyən bir firmaya işə düzəlib və o firmanın işçiləri ilə birlikdə türkiyəyə gəlib. Sonra türk polisi həmin işçiləri həps eliyərək ankaraya aparıb. Çalış geri dönəndə onu da özünlə gətirəsən

  • oldu. Ispaniyada vəziyyət necədir ?

  • burda sakitlikdir

  • Samirlə bağlı bir xəbər yoxdur ki ?

  • xeyr. Bütün olkəboyu onu axtarırıq, hələ heç bir izə rast gəlməmişik. Conun adamlarının ifadələri bizim üçün çox vacibdir. Bir şey öyrənə bilsən dərhal bizə xəbər ver

  • oldu. Yeni bir məlumat olan kimi sizə deyəcəm

  • görüşənədək

  • görüşənədək

Almeyda Silvayla sağollaşaraq əynini dəyişib türkyə ədliyəsinə getdi.

Karabük. Türkiyə



Pedro başını qaldırıb səmaya baxaraq dedi

  • bu günlük bəsdir. Bir azdan hava qaralacaq, gərək tonqal qalayaq

  • nə deyirəm ki. Sən tonqal yandırmaq üçün quru budaqlar topla, mən də o vaxta qədər ovladığımız dovşanı təmmizləyim

  • bacararsan ?

  • lap dərisini də soyaram

Pedro tonqal qalayıb Samirin təmmizlədiyi dovşanı yaş budağa keçirərək pişirməyə baçladı.

  • deyəsən 1 ay da yol getsək bu meşədən kənara çıxa bilməyəcəyik ( Samir sükutu pozdu )

  • narahat olma. Bilmirəm niyə, amma ürəyimə damıb ki 1-2 günə yaşayış məntəqəsinə rast gələcəyik. Sən mənə öz ölkən haqda danış. Görüm necə yerdə yaşayırsan

  • bizlərdə belə bir məsəl var “ heç kim öz ayranına turş deməz ”. buna görə də mən ölkəmi tərifləməyəcəm, yalnız onun haqqında danışacam. Özün nəticə çıxardarsan

  • buyur. Eşidirəm səni

  • azərbaycan iqlim cəhətdən yaşayış üçün çox əlverişli bir ölkədir. Təsadüfi deyil ki 11 iqlim qurşağından 9-u azərbaycanda var. əhalisi müasir dünyagörüşlü, eyni zamanda keçmişinə bağlı və adət-ənənələrə sadiq qalan insanlardır. Hər bir azərbaycanlı üçün vətəni sevmək, böyüklərə hörmət etmək və qonaqpərvərlik əsas vəzifələrdəndir. Hər bir şəhər və rayonları özünəməxsusluğu ilə tanınırlar. Məsələn şəki şəhəri ipəyi, piti adlanan yeməyi və paxlavası ilə məhşurdur. Lənkəran limonu ilə, sabirabad qarpızı ilə, quba alması ilə, göyçay isə narı ilə məhşurdur. Paytaxt bakı şəhəridir. Mənim doğulduğm sumqayıt şəhərı “ sənaye şəhəri ” kimi tanınır. Azərbaycanın tarixi abidələri və görməli yerləri barədə danışmıram, onları sadəcə görmək lazımdır. Səni dəvət edirəm. Bir gün azərbaycana qonaq gələrsən, o yerləri sənə göstərərəm

  • eşitmişəm sənin ölkəndə müharibə şəraitində yaşayır. Müharibə gedən yerlər sizindir yoxsa qarşı tərəfin ?

  • bizim heç bir ölkənin torpağında gözümüz yodur. o yerlər azərbaycanın tarixi torpaqlarıdır. O ki qaldı sənin sualına. darıxma. Sənin sualının cavabını tezliklə o yerlərdə dalğalanacaq üçrəngli və ay-ulduzlu azərbaycan bayrağı verəcək. O günə lap az qalıb. Bizlərdə belə bir məsəl var “ oğurluqla, pisliyin ömrü ən çox 40 gündür ”

  • ən çox sevdiyiniz bayram hansıdır ?

  • islam dininə mənsub olan bayramlar, bir də novruz bayramı

  • sizin heç bir futbol klubunuzu və ya futbolçunuzu tanımıram. Sizdə futbol zəifdir ?

  • düzdür, bizdə futbol hələ təzə-təzə inkşaf edir. Ancaq əvəzində ürəklə deyə bilərəm ki bizim volleybol klublarımız argentina klublarını udar

  • bəs ...

  • dayan-dayan. ( Samir onun sözünü kəsdi ) bir az da sən argentina haqda danış

  • danışım dəə. Argentina cənubi amerika qitəsində yerləşir, paytaxtı buenos ayres şəhəridir, adının mənası ispancadan tərcümədə “ gümüş ölkə-dir ”, dini xristian, dili isə ispan dilidir, 25 may argentinanın müstəqillik günü-ölkənin milli bayramı sayılır, ölkə konstitusiyası 1 may 1853-cü ildə qəbul edilib, 1994-cü ilin avgust ayında isə yenidən düzənlənib. futbol haqda danışmıram. Məncə maradona, batistuta və messinin adları argentina futbolu haqda çox şey deyir, tanqodan isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Burda bir-neçə dəqiqənin içində bütöv bir ölkə haqda ətraflı danışmaq mümkün deyil. Bir gün qonaq gələrsən, hər şeyi öz gözlərinlə görərsən

  • mütləq gələcəm. Söz verirəm. Birinci kim keşik çəkəcək ?

  • sən yat. Mənim hələ yuxum gəlmir

Samir - gecən xeyirə qalsın - deyib uzandı və yorğun olduğunda bir-neçə dəqiqədən sonra yuxuya getdi.

HADİSƏDƏN 4 GÜN SONRA

Ankara. Türkiyə



Səlcuk ədliyə binasına girəndə Almeyda piləkənlərlə yuxarı qalxırdı. Arxadan onu səsləyib dedi

  • Almeyda. dayan, bir yerdə gedək

  • ( Almeyda dayanaraq dedi ) gəl. Mən də sənin kabinetinə gedirdim

  • ( Səlcuk yaxınlaşaraq əl verib görüşdü ) bu gün səni belə tezdən görəcəyim ağlıma gəlməzdi. Dünən hamının ifadəsini aldığımızdan fikirləşirdim ki bu gün istirahət edəcəksən. Buyurun getdik

  • Mən yalnız Con həps olunandan sonra istirahət edəcəm. 1 aylıq məzuniyyət götürüb kanar adalarına gedəcəm. Səninlə iki məsələyə görə görüşmək istədim. Birincisi burda alınan ifadələrin ispaniyaya göndərilməsi haqda, ikincisi isə burda həps olunan argentinalı ilə bağlıdır

  • Ifadələrlə bağlı narahat olma. Bütün video və kağız materialları ən gec sabaha qədər ispaniyaya göndərəcəklər. Digər məsələ ilə bağlı kiçik bir çətinliyimiz var

  • Nə çətinlik ?

  • Məsələ burasındadır ki həps olunanların arasında Pedro adlı şəxs yoxdur. Bütün tutulanları dindiriblər, ancaq hamısı birmənalı şəkildə elə bir adam tanımadıqlarını deyillər

  • Mən özüm onlarla danışmaq istəyirəm. Bu görüşü təşkil edə bilərsən ?

  • əlbətdə. Nə zaman istəsəniz

  • indi

  • buyurun getdik

hər ikisi gəldikləri yolla geri qayıdaraq küçənin digər tərəfindəki müvəqqəti saxlama təcridxanasına getdilər. Almeya maşına əyləşmək istəyəndə Səlcuk qoymadı

  • lazım deyil. Təcridxana yaxındadır, yolun qarşı tərəfindədir

onlar yolu keçib təcridxanaya gələndə Səlcuk Almeydanı təcridxana rəisinə təqdim edib məsələ ilə bağlı qısa məlumat verərək onları dustaqların yanına aparmasını istədi. Almeyda otağa girərək üzünü dustaqlara tutub dedi

  • mən sizi çox yormayacam. vaxtınızı cəmi bir-neçə dəqiqə alıb gedəcəm. Demək belə. Bilirəm ki argentinadan bura gələn işçilərin arasında Pedro adlı bir nəfər də olub. Onu satmayaraq müdafiə etməyinizi də başa düşürəm. Ancaq bilin ki onun haqqında bildiklərinizi danışsanız onu pis vəziyyətdə qoymayacaqsınız, əksinə, ona böyük yaxşılıq etmiş olacaqsınız

  • bu Pedro kimdir ? onu niyə belə bəh-bəhlə axtarırsınız ? ( dustaqlardan biri soruşdu )

  • çünki onun həyatı təhlükədədir

  • təhlükədə ? ( Gustavo həyacanla soruşdu )

  • bəli təhlükədə. Onun arvadını öldürüblər, oğlu ağır yaralıdır, qızı isə itgin düşüb. əgər tezliknən tapa bilməsək onu da öldürə bilərlər

  • düz danışdığını hardan bilək ? ( bayaqkı dustaq yenidən dilləndi )

  • əgər yalan danışırıqsa belə, yenə də susmağınız onu təhlükə altına qoyur. ( Səlcuk söhbətə qoşuldu ) işlədiyinz meşə yırtıcı heyvanlarla doludur. Təkbaşına bu qədər yırtıcı hevandan qurtulub sağ qalmaq müşkül məsələdir. əgər tezliklə onu tapa bilməsək ya aclıqdan öləcək, ya da vəhşi heyvanlara yem olacaq

  • mən Pedronun dostuyam. ( Gustavo bir-neçə addım qabağa çıxdı ) sizə onun haqqında nə lazımdır danışaram

Gustavo Pedro barədə Almeyda və Səlcuka bütün məlumatları verib, onun meşədə ola biləcəyi təqribi yeri dedi

  • polislər gələndə o maşınla meşənin şərq tərəfinə getdi və çox güman ki maşının gedə bilmədiyi yerlərdə belə o piyada olaraq yolunu yalnız şərq tərəfə davam etdirəcək. Biz öz aramızda belə danışmışdıq. Bir hadisə baş verdikdə yalnız şərq tərəfə gedəcəkdik

Səlcuk - köməyə görə çox sağ ol - deyib ayağa qalxanda Gustavo üzünü Almeydaya tutub soruşdu

  • siz bayaq dediniz ki Pedronun ailəsi pis vəziyyətə düşüb. Nə baş verib ki ? mən onun ən yaxın dostuyam, bunları bilməyə haqqım var. ALLAH xatirinə deyin, nə baş verib?

Səlcukla Almeyda Pedronun ailəsinin başına gələnləri Gustavoya danışıb otaqdan çıxanda Gustavo ayaq üstə dayana bilməyib yerə oturaraq əlləri ilə başını tutdu və ağlaya-ağlaya öz-özünə deyindi - mənim ucbatımdan oldu, onu bura mən gətirdim, bütün bunlar mənə görə oldu -. ədliyyə binasına qayıdıb kabinetinə girəndə Səlcukun ilk işi Erkana zəng vurmaq oldu.

Onu vəziyyətlə tanış edib meşəni axtarmağı tapşırdı.

Bakı. Azərbaycan

Akif su içmək mətbəxə gedəndə Asifin televizorun qarşısında olduğunu gördü. Oğlunun gözünün televizorda, fikrinin isə tamam başqa yerdə olduğunu hiss eliyib bir stəkan su içərək oğlunun yanına gəldi



  • artıq gecə saat 1-dir, nə əcəb yatmamısan ? sən ki həmişə bu vaxtlar yatardın

  • yuxum gəlmir. Televizora baxıram

  • simfonik orkestrin konsertinə ? sən ki heç günortalar belə şeyə baxmırsan

  • mən.. mən... sadəcə...

  • yaxşı görüm. 21 illik oğlumu mənə tanıdassan ? de görüm səni üzən nədi ?

  • .................

  • ( Akif arabadan tutub onu özünə tərəf çevirdi ) üzünü bəri çevir görüm. Danış ki sənə kömək eliyə bilim. əks halda səni belə gördüyüm üçün səndən də çox əzab çəkəcəm

  • Məni görəcəyim işlərdə uğurlu olub, olmayacağım narahat eliyir. “samir” mərkəzi bağlandı, nə vaxt açılacağı da məlum deyil. Lap açılsa belə, ordakı işim daim deyildi. Bir gün ordan çıxacıydım. Sənin gəlirin elə də çox deyil ki ömrümün sonunadək mənə bəs eliyəcək qədər pul yığasan. Demək istədiyim budur, gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir görməliyəm. Nə iş görəcəyimdən asılı olmayaraq o işdə mükəmməl olmaq istəyirəm. Bax məni narahat eliyən məsələ də budur. Necə eliyim ki gördüyüm hər işdə uğur mən tərəfdə olsun ?

  • Deməli belə ( Akif aramla sözə başladı ) öz işində ən yaxşı olmaq və həyatda daim irəli getmək üçün iki variant var. bunlardan birincisi odur ki qarşına çata bilməyəcəyin bir hədəf qoy. Yəni mümkün olması çox çətin olan bir məqsəd

  • əgər əldə edə bilməyəcəyim bir şeyin dalınca düşürəmsə, bunun mənə xeyri nədi ?

  • burda əsas məsələ işin gözlə görünən nəticəsi deyil, arxa planda qalan nəticəsidir. Gəl ən sadə bir misaldan başlayaq. Deyək ki fiziki cəhətdən zəif bir insan televizorda çox güclü və məhşur bir boksçunun döyüşünə baxır və döyüşə baxa-baxa qarşına belə bir məqsəd qoyur “ mən 1 ildən sonra bu boksçunu rinqdə məğlub eliyəcəm ” və məşqlərə başlayır. əlbətdə ki sıfırdan başlayaraq 1 il ərzində o səviyyəyə çatmaq mümkün deyil və təbii ki 1 il keçdikdən sonra həmin insan boksçunu məğlub eliyəcək gücdə olmur, amma 1 il əvvəlki kimi zəif də olmur. Elədiyi məşqlər sayəsində həm bədəni fiziki cəhətdən xeyli qüvvətlənir, həm də özünü hər cür təhlükədən müdafiə eliyə bilir

  • indi başa düşdüm. Deməli burda əsas məsələ hədəfə çatmaq deyil, hədəfə çatmaq üçün çalışarkən qazandıqlarındır

  • tamamilə doğrudur. Həmin insan məqsədinə çatmır, ancaq elədiyi idman ömürlük onunladır. Deyək ki kasıb bir insan ikimərtəbəli böyük bir supermarketin yanından keçərkən qarşısına belə bir məqsəd qoyur “ mən gələn il bu vaxt bu supermarketin yanında bundan da böyük bir supermarket tikdirəcəm ” və çalışmağa başlayır. Bazar və bayram günləri əlavə işlərə gedir. Gündüz bir yerdə işləyib, gecə başqa bir yerdə gözətçi qalır. Lazımsız xərclərin üstündən xətt çəkir, və sairə. əlbətdə ki bir il ərzində fəhləliklə o qədər pulu yığmaq mümküm deyil və təbii ki həmin insan xəyalındakı supermarketi tikdirə bilmir. Amma 1 il əvvəlki kimi kasıb da olmur. 3 mərtəbəli supermarket tikdirə bilməsə də ozünə kiçik bir dükan açaraq fəhləliyin və kasıblığın daşını atıb, əziyyət çəkmədən dolana bilər

  • çoxları qarşılarına qoyduqları məqsədə çatmayanda ruhdan düşərək özlərini məğlub sayıllar. Ancaq həmin məqsədə doğru gedərkən qazandıqlarımız sonradan bizim onlarla hədəfə çatmağımıza vəsilə olurmuş və biz bunu hiss eləmirmişik

  • əlbətdə. Ancaq burda bir şeyi unutmaq olmaz. Nəyin uğrunda mübarizə aparırsan apar. Bu hətda çatmayacağını bildiyin məqsəd olsa belə gərək məqsədə doğru inamla, səbrlə, möhkəm irədəylə, ağılla və planlı şəkildə irəliləyəsən. Yoxsa heç bir faydası olmaz və sən də ömrünün 1 ilini boşa vermiş olarsan

  • inamla, səbrlə, möhkəm iradəylə, ağılla və planlı şəkildə

  • əlbətdə.

  • Bəs ikinci ? sən dedin 2 variant var. bəs o necədir ?

  • Onun adı virtual rəqabətdir. Amma onu indi danışmayacam. Bu günlük bəsdir, qoy ikincisi qalsın sabaha. Artıq gecdir, get yat

Akif - gecən xeyirə qalsın deyib - yatmağa getdi. Onun ardınca Asif də televizoru söndürərək otağına getdi.

Karabük. Türkiyə

Pedro gətirdiyi ağac budaqlarını qucağından yerə tökəndə Samir soruşdu


  • dünən axşam dedin ki kibrit qurtarıb, bəs tonqalı necə yandıracaqsan ? yəqin ki odun parçalarını saatlarla bir-birinə sürtmək fikrində deyilsən

  • elə düşünürsən ki hər şeyi sən bilirsən ? bizim də nədənsə başımız çıxır

pedro ağac parçalarını üst-üstə yığaraq altında kiçik oyuq düzəltdikdən sonra çantadan 2 dənə şüşə qab çıxartdı. əvvəlcə şüşələrdən birini götürərək düzəltdiyi oyuğa bir az maye tökdükdən sonra qabın ağzını bağlayaraq digər qabı götürüb oyuqdakı mayenin üzərinə nə isə səpdi və bir neçə saniyədən sonra oyuqda alov görünməyə başladı. Tonqal çırta-çırtla yanmağa başlayanda Pedro özündən razı halda, qürurla soruşdu

  • necədir ?

  • bunu necə elədin ? ( Samir təəccüblə soruşdu )

  • deyim də, özümlə məzara aparmıyacam ki. əvvəlcə oyuğa tökdüyüm maye antifriz idi. maşında var idi, qaba töküb götürmüşdüm. Üzərinə səpdiyim isə marqansofka idi. antifrizin üstünə marqansofka tökəndə reaksiyaya girib alışır. ( gülümsünərək ) 1000 pesodan mərcə gələrəm ki bunu bilmirdin

  • mərcə ehtiyac yoxdur. Həqiqətən bilmirdim

ətrafda eşidilən səslərə görə hər ikisi qeyri-ixtiyari susub ətrafı dinləməyə başladılar. Otların xışıltısı, quru budaqların qırılması və digər anlaşılmaz səslər ətrafda bir xeyli yırtıcı hevanın olmasına işarə idi

  • təsəvvür edirəm ocaq olmasaydı burda nə baş verərdi ( Samir sükutu pozdu )

  • gərək tonqalı bir az daha gurlaşdıraq, yoxsa bunların qarşısında dayanmaq mümkün deyil

Samir yerdən yoğun bir budaq götürərək onun bir tərəfdən ortadan bir-neçə sm kəsdi. Yerdən yığdığı quru otları və kiçik budaq qırıntılarını həmin kəsiyə doldurdu. Sonra pedrodan ayaqqabısının dabanından bir parça kəsərək ona verməsini istədi. ayaqqabı dabanını da ora yerləşdirib üstünü köynəyindən cırdığı parçayla bərk-bərk sarıyaraq məşəl düzəltdi

  • hər ehtimala qarşı. Birdən lazım olar

  • əgər lazım olmasa bunu səndən yadigar saxlayacam. Səndən və bu meşədə keçirdiyim günlərdən

  • yorğun görsənirsən. əti çıxart pişirək. Bir az ye, yat

  • heç iştahım yoxdu. Al özünçün pişir ye

  • onda qoy qalsın. Mənim də iştahım yoxdur

Pedro - gecən xeyirə qalsın - deyib uzandı. Samir isə gözünü ocağa dikərək ispaniyaya getdiyi gündən - bu günədək başına gələnlər haqda fikirləşməyə başladı.

HADİSƏDƏN 5 GÜN SONRA

Karabük. Türkiyə



Samir yuxudan oyananda Pedro tonqalın üstünə torpaq tökürdü ki küləyin təsirindən alovlanıb yanğın törətməsin. Samir qalxıb oturdu

  • buenos dias senyor

  • buenos dias. Bir şey yeyirsən ?

  • yox, sadəcə su içəcəm. Nə qədər tez yola düşsək, bir o qədər yaxşıdır. Tezliknən bu qorxunc meşədən canımı qurtarmaq istəyirəm

  • mən də. Polislərin qorxusundan bir neçə gün meşədə qalsam da, sonradan həpsə düşməyi belə burda qalmaqdan üstün tutdum

  • nə qədər torpağın üstündə yatmaq olar ? hər tərəfim ağrıyır. Bütün bədənim müxtəlif cücülərlə, həşaratlarla doludur. Zoologiya parkına oxşayıram. Daim yırtıcı heyvanların iştahlı baxışları altında yaşamaq isə məni lap təngə gətirib

  • yəqin ki ailə üzvlərin də indi səndən ötrü çox narahatdırlar

  • mənim 5 yaşındakı qardaşım oğlundan başqa heç kimim yoxdur. ( Samir başını aşağı salaraq kədərli şəkildə dedi ) bütün ailə üzvlərim və yaxın qohumlarım aftomobil qəzasında həlak olublar

  • bağışla. Mən bilmirdim. ( Pedro gəlib onun yanında oturdu ) bu necə ola bilər ? hamısı eyni anda. Bu nə vaxt baş verib ?

  • 2 il bundan əvvəl. Qış günü Rayondan əmim oğlunun toyundan qayıdırdıq. Qarşıdan gələn yük maşını bizim olduğumuz avtobusu vurub 20 metr hündürlükdən dərəyə aşırdı. Hər kəs, atam, anam, qardaşım, qardaşım arvadı, əmim öz ailəsi ilə, bibilərim öz ailələri ilə həmin qəzada həlak oldular. Yalnız ikimiz sağ qaldıq. Mən və qardaşım oğlu Əli. Bu sadəcə bir möcüzə idi

  • Bəs xalan, dayın yoxdur ?

  • Yox. Anam evin tək qızı idi

  • Bilirsənmi Samir. Məncə sən özünlə fəxr etməlisən. Belə vəziyyətlə bu həyatda tək-tənha qalaraq bu səviyyəyə qalxmaq həqiqətən də hər kəsin bacardığı bir şey deyil.

  • bir az da sən öz ailən haqda danış

  • mənim ailəm 4 nəfərdən ibarətdir. Mən, mənim sevimli Mariam və 2 uşaq. Dayan şəkillərini sənə göstərim

Pedro cibindəki şəkili çıxartmaq istəyəndə qəfildən yaxınlıqda atəş açıldı və güllə Pedroyla yanaşı olan ağaca dəydi. Pedro cəld aşağı əyilərək Samiri yanına gəlib onun daldalandığı ağacın arxasında gizləndi. Dalbadal bir neçə dəfə də güllə atıldıqdan sonra bir nəfərin yoğun səsi eşidildi

  • sənin axırın çatıb Pedro. Satqınların cəzası yalnız ölümdür

  • bu nə danışır ? ( Samir soruşdu )

  • ( Pedro çiynindəki tüfənglə bir dəfə atəş açıb dedi ) aydındır. Işlədiyim şirkətdə elə bilirlər ki adamları polisə mən satmışam

  • bəs niyə fikirləşmirlər ki adamları polisə sən satmısansa tək-tənha bu meşədə nə işin var ?

  • nə bilim. Yəqin buna da bir məntiq tapıblar

  • gəl hər şeyi onlara izah eliyək

  • heç işə yarayacağına inanmıram. Onları bura məni öldürmək üçün göndəriblər. Nə deyəcəyimizin onlar üçün elə də əhəmiyyəti yoxdur. Görmürsən necə həvəslə atəş açıllar ?

  • bəs indi neyləyək ?

Pedro - bax bunu - deyərək çantanın ağzını açaraq içindəkiləri yerə tökdü. Yerə tökülən əşyaların arasından tapança götürərək atəş açmağa başladı və Samirin digər tapançanı götürdyünü görüb soruşdu

  • atəş aça bilirsən ?

Samir - yox - deyərək atəş açıb adamlardan birini yaraladı. Pedro təəccüblə bir anlıq Samirin üzünə baxıb, gülümsünərək döyüşü davam etdirdi. Bir neçə güllə atdıqdan sonra dedi

  • sən bacardığın qədər onların başın qat, mən onların arxa tərəfinə keçəcəm

  • bu təhlükəlidir

  • başqa çarə yoxdur. Nə qədər ki bu onların ağlına gəlmiyib, bunu biz edək

  • ( Pedro getmək istəyəndə Samr onu saxladı ) dayan. Al bunu, özünlə ehtiyat tapança darağı götür

Pedro gedəndən sonra Samir onun yoxluğunu hiss elətdirməməkdən ötrü daha çox atəş açmağa başladı. Bir müddətdən sonra Pedronun səsi eşidildi

  • atəş açma Samir. Mən hər şeyi həll elədim

Samir Pedronun gəldiyini görüb ağacdan tutaraq ayağa qalxdı. Pedro yaxınlaşıb dedi

  • 3 nəfər idilər. Birini sən yaraladın, ikisinidə mən vurdum

  • Gedək yaralıya kömək eliyək. Yoxsa qanaxmadan öləcək

  • Kömək eləyək ? axı o bizi öldürmək istəyirdi

  • Mən özümü müdafiə edərkən istənilən hərəkəti edə bilərəm. Ancaq yaralı bir insanı meşədə təkbaşına atıb getmək düzgün hərəkət deyil. Çarəsiz vəziyyətdə olan insanlara kömək etmək hər birimizin borcudur

  • Hətta bu sənin ən qatı düşmənin olsa belə ?

  • Bilirsənmi Pedro ? ömrüm boyu həyatda bu qədər əzab-əziyyət çəksəm də, heç zaman yaxşılıq etməyi ikinci plana keçirmədim . Gedək görək vəziyyəti necədir

Pedroyla Samir yaralının yanına çatanda Samir onun nəbzini yoxladı. Nəbzinin vurmadığını görüb əlini bir-neçə saniyəlik yaralının burnuna tutdu. axırdada qulağını onun sinəsinə qoyub ürəyinin döyünmədiyini görəndən sonra başını qaldırıb dedi

  • artıq gecdir, ölüb

  • məncə tezliknən burdan uzaqlaşmalıyıq

Pedro Samirin qolundan tutub onu ayağa qaldıranda arxadan səs eşidildi

  • durun, kıpırdamayın. Təslim olun. Burda nə yapyonuz ?

hər ikisi ehtiyatla səs gələn tərəfə döndülər. Yaşlı bir kişi əlindəki tüfəngi onlara tuşlayıb burda nə baş verdiyini anlamağa çalışırdı

  • qaldırın əllərinizi

  • bu nə deyir ? ümumiyyətlə bu hardan çıxdı ? ( Pedro soruşdu )

  • deyəsən meşəbəyidir. Deyir əllərinizi qaldırın

  • orda nə pıçıldaşırsınız ? ( meşəbəyi qəzəblə soruşdu )

  • qulaq as əmi ( Samir sözə başladı ) mənim adım Samirdir, ”samir” mərkəzinin rəhbəriyəm. ( yerdəkiləri göstərərək ) bunlar bizə hücum eləmişdilər. Bi....

  • dayan görüm ( meşəbəyi Samirin sözünü kəsdi ) kimi aldadırsan ? mən heç bir mərkəz, filan tanımıram. əgər bunlar sizə hücum etmiş olsaydılar gərək indi yerləriniz dəyişik olardı.

  • Başa düşürəm əmi. Bizim ikimizin də burda olmağımızı, yerdəki cəsədləri, ümumiyyətlə burda baş verənləri izah etmək hal-hazırda çox çətindir. Ancaq xaiş edirəm bizi ən yaxın polis məntəqəsinə apar. Ya da ki telefonu ver zəng vurum

  • Sizə heç nə verən deyiləm. Ancaq sizi polisə mütləq təhvil verəcəm. Düşün qabağıma. Bu tərəfə gəlin

Meşəbəyi Samirin - əmi xaiş edirəm telefonu mənə ver, mən mütləq zəng vurmalıyam - sözlərini eşidib - niyə israr eliyib əsəbimi pozursan ? - deyə qəzəblə soruşaraq ona yaxınlaşdı və eşidilən atəş səsindən sonra Samirin üstünə yıxıldı. Gülləsinin Samirə dəymədiyini görən Viktor öz-özünə deyindi - bu qoca hardan çıxdı ? - sonra adamlarına atəş əmrini verdi. Pedro meşəbəyinin vurulduğunu görüb - hektor yerə yat. Bizə atəş açıllar - deyə qışqırmasından sonra hər ikisinin yerə yatmasıyla silahların işə düşməsi bir oldu. Güləllərn ağacdan qopardığı yarpaqlar və ağac budaqları yerdə uzanaraq əlləri ilə başlarını tutmuş Samirlə Pedronun üstünə tökülürdü. Pedro başına yerdən qaldıraraq öldürdüyü adamlara tərəf sürünüb silahlardan birini götürərək cavab atəşi açdı. Qarşı tərəfdən atəş açılacağını gözləmyən Viktorun adamları cəld yerə yatdılar. Samir yaranan pauzadan istifadə edərək Pedronun yanına gəldi

  • nə çox iş yoldaşın var imiş ?

  • boş-boş danışmaqdansa al silahı məni qoru. Mən də yerdə qalan silahları yığım döyüşə-döyüşə geri çəkilək. Yoxsa bizi mühasirəyə alacaqlar

  • ( Samir aftomatdan bir-neçə dəfə atəş açaraq zarafatla dedi ) mən geri çəkilməkdənsə qəhrəman kimi ölməyi üstün tuturam

  • Mən isə geri çəkilərək qəhraman kimi yaşamağı

  • ( atəş aça-aça ) yaxşı, sən dediyin olsun. bizlərdə özündən böyüyün sözündən çıxmaq eyib sayılır

  • Silahları götürdüm. Gedirik

Yağışın təsirindən yaranan palçığın əl-ayaqlarına, üstlərinə bulağmasına baxmayaraq atəş aça-aça srünək geri çəkilməyə başladılar. Meşədəki ağaclar sıx olduğundan güllələrdən qorunmaq və geri çəkilmək o qədər də çətin deyildi. Döyüşə-döyüşə bir xeyli gerilədikdən sonra Samir dedi

  • işlədiyin yer yaman xoşuma gəldi. Görəsən yeni işçiyə ehtiyacları yoxdur ki ?

  • bu səni belə maraqlandırırsa get özlərindən soruş

birdən-birə atəş səsləri şiddətini artırdı. Samirlə Pedro təəccüblə bir-birilərinə baxdılar, həddən artıq çox silahdan atəş açılsa da heç kim onlara atəş açmırdı

  • bu qədər atəş səsi eşidirik, amma biz tərəfə bir güllədə gəlmir. Görəsən orda nə baş verir ?

  • biz də tənhalıqdan şikayət eliyirdik. Göz dəyməsin, 1 saatın içində ən az 15 nəfərlə qarşılaşmışıq

  • deyəsən bizim dalımızca düşənlər başqa bir qrupla döyüşürlər

  • türklər belə vəziyyətlə üçün bilirsən nə deyiblər ? “ at izi it izinə qarışdı ” gəl burdan uzaqlaşaq

Pedro Samirin qoluna girdi - pis fikir deyil -. onlar hadisə yerindən uzaqlaşan vaxt Viktor ağaclardan birinə daldalanaraq Cona zəng vurdu - o sağdır boss, Samir sağdır. Biz onu tapanda 3 cəsədin yanında dayanmışdı, yanında da 2 nəfər var idi, birini vurdum, digəri isə sağdır. Bizə silahlı müqavimət göstərdilər. Təzəcə onları sıxışdırıb vurmaq istəyirdik ki hardansa polislər peyda oldu. Bilmirəm boss, yəqin ki başımızın qarışmağından istifadə eliyib aradan çıxıblar. Oldu boss.- Viktor telefonu cibinə qoyub adamlarına səsləndi - siz mümkün qədər polislərin başın qatın, mən Samiri tapmağa gedirəm. Hətda ölmək bahasına olsa belə polisləri ləngidin -. Erkan 10 nəfər polislə birlikdə dünəndən bəri Yenice meşəsində Pedronun axtarışına çıxmışdılar. Yarım saat qabaq isə atəş səslərini eşidib nə baş verdiyini yoxlamaq üçün səs gələn tərəfə gəlib çatanda Viktorun adamları polisləri görən kimi onları atəşə tutmağa başlamışdılar və polislərin də qarşılıq verməsindən sonra tərəflər arasında başlayan döyüş Samirlə Pedronun işinə yaramışdı. Polislərin özləri ilə götürdükləri tərcüməçi ağaclardan birinin arxasına qısılaraq qorxudan əlləri ilə başını tutmuşdu. Erkan qarşı tərəfdəki adamları geyimlərindən tanıdı. “ bir neçə gün bundan qabaq maşın karvanına hücum edənlər də məhz belə geyinmişdilər. Bunlar Conun adamlarıdır ” deyə fikirləşdiyi vaxt güllələrdən biri düz onun qulağının yanından keçib ağaca dəydi. Polislər quldurların geri çəkilmədiyini görüb onları mühasirəyə almağa başladılar və mühasirə halqasını tam qurub başa çatdıranadək quldurların 4-ü öldürüb, 2-i yaraladılar. Erkan yerdə uzanan quldurların yanına gəldi. Sinəsindən yaralanan quldurun vəziyyəti ağır olsa da, ayağından yaralanmış digər quldurun vəziyyəti nisbətən yaxşı idi və əlləri ilə ayağının qanını saxlamağa çalışaraq qorxu dolu baxışlarla Erkana baxırdı. Erkan yaxınlaşıb onun yanında oturaraq tərcüməçini çağırdı. Tərcüməçi yaxınlaşan kimi erkan dedi

  • dediklərimi buna tərcümə elə. Heç bir nöqtəsinə, vergülünə toxunmadan, heç bir sözü artırıb, azaltmadan. Elə tərcümə et ki dediklərimin mənası ona çatsın.

  • Baş üstə abi

  • ( Erkan quldurun yaxasından tutub dedi ) səndən bircə dəfə soruşacam və fikirləməyə cəmi bircə dəqiqə vaxt verəcəm. əgər suallarıma cavab verməsən sənin ayağını qandallayıb burda qoyacam. Bu vəziyyətdə ayı və ya canavarla qarşılaşmağın nə demək olduğunu yəqin ki bilirsən. ( tərcüməçi tərcümə edəndən sonra davam elədi ) Onlar hər dəfə sənin bədəninin bir hissəsini dişləyib qopardanda tək bacardığın şey dəhşətli ağrının təsirindən qışqırmaq olacaq. Yox, əgər bizə kömək eləsən sənin təhlükəsizliyinə təminat verirəm. sənə yeni kimlik verib istədiyin ölkəyə yola salarıq ( tərcüməçiyə imkan yaradıb, yenidən davam elədi ) burda nə axtarırsınız ? biz gələndə kiminlə vuruşurdunuz ? başçınız kimdi ?

tərcüməçi sözünü qurtaran kimi yerdə uzanan yaralı, yalvarış dolu səslə bir qədər danışdıqdan sonra tərcüməçi onun dediklərin Erkana deməyə başladı

  • o deyir ki onlar bura Samiri öldürmək üçün gəliblərmiş. Bütün meşəni axtararaq nəhayət Samiri burda tapıblar. Onu öldürmək istəyirlərmiş ki polislər onlara mane olub. Deyir bizi bura Viktor gətirib. Viktor adamlara bizi ləngitməyi tapşırıb, özü Samirin dalınca getdi

  • bu qədər uzun müddətə yalnız bunları dedi ?

  • yox. Yalvarırdı ki onu burda qoymayaq

  • soruş gör hansı tərəfə getdi və naxt gedib

  • ( tərcüməçi quldurla danışdıqdan sonra dedi ) 10 dəqiqə olar. Istiqaməti isə əliylə göstərdi

  • Hə gördüm. Zabit, neçə nəfər itgimiz var ?

  • 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb

  • 1 polis və tərcüməçi mənimlə gəlsin. Qalanlar isə kömək gələnə qədər yaralılarla məşğul olsun. Zabit sən kömək çağır

Bir xeyli getdikdən sonra Samir yorulub dayandı

  • daha gedə bilmirəm. Gəl bir az istirahət eliyək

  • çanta orda qaldı. Indi nə suyumuz var, nə də tonqal qalamaq üçün vasitəmiz

  • ( dərindən nəfəs alaraq ) eybi yox. Meşəbəyi buralarda dolanırsa deməli kəndə çatmağımıza az qalıb

Bir müddət hər ikisi susaraq dinclərini aldılar

  • mənə ailən haqda danışırdın, ( Samir sükutu pozdu ) yarımçıq qaldı

  • hə, düz deyirsən. Dayan şəkillərini sənə göstərim. Oğlum Xoseyə yaxşı-yaxşı bax, bəlkə “samir” mərkəzinin hansısa tədbirində onula rastlşdın

  • yəqin onlardan ötrü çox darıxırsan ?

  • onlara deyəsi o qədər sözüm var ki. Şəkli hara qoymuşam ? hə tapdım

Pedro şəkli cibindən çıxartmaq istəyəndə yaxınlıqda bir nəfərin - yerinizdən tərpənməyin - sözünü eşidib dayandı. Samir bir nəfərin silahı ona tuşladığını görb yerindən qalxaraq ağaca söykənib dayandı. Viktor silahı Samirə tuşlayıb dedi

  • həə Samir. Səninki bura qədər imiş

  • sən kimsən ? məni niyə öldürmək istəyirsən ?

  • Muradın ən böyük arzusu dünyanı xəstə və zavallı insanlardan təmmizləməkdir. Necə ki ağacdələn ağacları zərərvericilərdən təmmizləyir, necə ki insanlar becərdikləri güllərin qurumuş hissələrini qopardıb atırlar. Murad da yer üzünü xəstələrdən və əlillərdən bax beləcə təmmizləmək istəyir. Bu yolda onun qarşısına kim çıxsa öldürməyə hazıram.

  • Muraddakı arzuya bir bax. Yaxşı deyiblər “ itin diləyi qəbul olsaydı göydən yağış yerinə sümük yağardı ” get Murada çatdır ki tezliknən bütün yarımçıq qalan işlərini sona çatdırsın. Mən öz işimə qayıtdığım gündən sonra ona 1 dəqiqəlik olsun belə yaşamaq şansı verməyəcəm

  • başına silah tuşlanan sənsən, Murad deyil

  • ancaq hələ də yaşayıram. Sənin sahibin məni öldürməyə layiq deyil, o ki qaldı sən olasan. Ikinizi də eyni qəbirdə basdıracam

Vikor gülərək Samiri nişan alanda Pedro mənzərəni görməmək üçün gözünü yumdu və atəş səsi eşidiləndən sonra təhsüf hissiylə gözlərini ağır-ağır açaraq Samirə baxdı. Onun sağ-salamat ayaq üstə dayandığını görüb Samiri öldürmək istəyən adam tərəfə baxdı. Adam üzü üstə yerdə uzanmışdı, başı isə qan içində idi. ondan bir az aralıda polis geyimli bir nəfər tapançanı qabına qoyurdu. Erkan tapançanı yerinə qoyub yaxına gəldi

  • salam cənab Salam. Mən karabük polis komisarı Erkanam. Məni bu meşəyə Pedronu tapmaq üçün göndəriblər. Çox şadam ki sizin hər ikinizi sağ-salamat tapa bildik

  • həyatımı xilas etdiyiniz üçün sizə təşəkkür edirəm

  • təşəkkürə ehtiyac yoxdur, bu mənim vəzifə borcumdur. Sizin oğurlanmanız və “ söğüt yaprağı ” təşkilatının məhv edilməsilə bağlı ispaniyada beynəlxalq mərkəz yaradılıb. Mənə Pedronu taparaq həmən mərkəzə aparmaq tapşırılıb. Gərək sizi sağ-salamat ora çatdırım. Sizin bütün sual və problemlərinizin həlli ilə orda məşğul olacaqlar. Bir azdan helikopter gələcək, buyurun gedək.

  • Məni başa düşdüm. Bəs Pedroyla niyə maraqlanırlar ?

  • Pedro ispaniyadakı oteldə “ söğüt yaprağı ” təşkilatı ilə bağlı sənə məlumat verən qızın atasıdır

  • ( Samir az qaldı heyrətdən yıxıla ) ola bilməz ? qız necədir ?

  • O vaxtdan bəri qızdan bir xəbər yoxdur. Pedronun oğlu isə yaralıdır, xəstəxanada müalicə alır

  • Mümkünsə məni tapmağınız barədə mətbuata bildirməyin. Yoxsa Con burdan ispaniyaya qədər bizə başağrısı olacaq. Qoy elə bilsinlər ki ölmüşəm. Bu həm təhlükəsizlyə görə, həmi də qrupun əsl başçısını tutmaq üçün lazımdır

  • Necə istəyirsiniz cənab

  • Samir burda nə baş verir ? xahiş edirəm məni başa sal. Tez-tez mənim adımı çəkirsiniz, nə olub ?

  • Təbrik eliyirəm Pedro. Səni işlədiyin firmanın rəhbəri təyin eliyiblər.

  • Bəsdir görək

  • Düz deyirəm. Bizə atəş açanlar isə səsvermə zamanı sənin rəqiblərin olublarmış

  • samiiiir

  • Bu türk polisidir Pedro. Bizi xilas eləməyə gəlib. Bir azdan helikopter gələcək və biz burdan gedəcəyik. Qalan şeylər barədə yolda sənə ətraflı danışaram. Getdik

Pedro Samirin qoluna girdi və hər ikisi Erkanın arxasınca getməyə başladılar.

Madrid. İspaniya

Təyyarə madrid aeroportuna yenən kimi polis maşınları təyyarənin yanına yığışdılar. Almeyda təyyarədən düşəndə maşına söykənərək onu gözləyən Silvanı gördü. Silva onu görən kimi qabağa gəlib onunla görüşdü


  • sabahın xeyir amigo. Necə gəldin ? yəqin yol səni yorub

  • sabahın xeyir. Təyyarədə uçmaq həmişə məni yorur

  • deyəsən orda üzünə yaxşı baxırdılar, geri qayıtmaq istəmirdin

  • “hoja de sauce” təşkilatı aləmi bir-birinə elə qatıb ki bütün parçaları bir yerə yığaraq hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq çox vaxt tələb eliyir. Mərkəzdə vəziyyət necədir ?

  • Türkiyədə həps olunanların ifadələri əsasında interpol dünyanın bir çox yerlərində genişmiqyaslı əməliyyatlar keçirib və bunun nətcəsində “ hoja de sauce”-yə aid çoxlu gizli yerlər aşkara çıxarılıb ki həmin yerlərdən xeyli miqdarda silah-sursat, pul və qızıl, narkotik vasitələr, insan orqanları, vacib sənədlər və xeyli adam ələ keçirilib

  • Bu həqiqətən də yaxşı xəbərdi

  • Buyurun maşına, sizi evə aparım

  • Evə yox. Məni mərkəzə apar. Indi istirahət vaxtı deyil

Almeyda Silvayla birlikdə mərkəzə yola düşəndə ispan polisi Conun karabükdə həps olunan adamlarını təyyarədən düşürərək maşına mindirirdilər.

Karabük. Türkiyə



Con Samirin sağ olduğunu xəbər vermək üçün Murada zəng edəndə onun səsinin titrədiyini hiss etdi

  • vəziyyət günü-gündən pisləşir Con. Interpol bizim bütün məkanlarımızı deşifrə eliyib

  • heyf o qədər puldan, silahdan, narkotikdən

  • Samirdən bir xəbər yoxdur ?

  • mən də sizə bunun üçün zəng vurmuşam boss. o sağdır. Bu gün Viktor zəng vurmuşdu. Samiri sağ-salamat meşədə dolanan vəziyyətdə tapıb, yanında da 2 nəfər varmış. Həm də silahlı imişlər. Viktor onu öldürmək istəyəndə güllə Samirə yox, yanındakı adamlardan birinə dəyib. Sonra aralarında atışma düşüb. Bizim adamlar onları sıxışdırıb öldürmək istəyəndə hardansa polislər peyda olub. Indi Viktora nə qədər zəng vursam da telefon çağırır, amma cavab verən yoxdur

  • aydındır Con. polislər Viktoru öldürüb, Samiri xilas ediblər. çalış azərbaycana gələsən. Gərək bir müddət gizlənək. Təyyarəylə gəlmə, aftobusla gəl. Çalış ki tutulmayasan “ söyüd yarpağı ” təşkilatından cəmi üçümüz qalmışıq sən, mən və Tahir. Sən də tutulsan gərək bu işlərə əlvida deyək

  • gələcəm boss. Ancaq əvvəlcə ispaniyada yarımçıq qalan bir işi tamamlamalıyam. Adamlarıma arxayın deyiləm, heç bir işi tam görə bilmirlər. Ona görə də qızı anasıyla özüm görüşdürmək istəyirəm

  • ehtiyac yoxdur Con, yığdığımız pul bizə həmişəlik bəs edəcək. Indi gizlənmək vaxtıdır

  • yox poler. Gizlənmək mənlik deyil. Mənə mane olub, bu vəziyyətə salanların hamısından intiqamımı alacam. Sonra isə yenidən əvvəlki şöhrətimi geri qaytaracam

  • afərin Con. Heç vaxt yolundan dönmə və yadından çıxartma ki bu işdə hər zaman sənin yanındayam. çalış ki tutulmayasan “ söyüd yarpağı ” təşkilatından cəmi üçümüz qalmışıq sən, mən və tahir. Sən də tutulsan gərək bu işlərə əlvida deyək

  • arxayın ol boss. Tədbirli olacam

  • sənə uğurlar, azərbaycanda görüşərik

  • hələlik

Murad Conla sağollaşandan sonra Tahirə zəng vurdu

  • sənə mesajla bir ünvan göndərəcəm. sabah həmin ünvana gedib Conu öldürərsən. Çox təcrübəli adamdır, çalış ki hansısa qeyri-adi üsuldan istifadə eliyəsən. Sonra qayıt gəl azərbaycana. Səninlə elə bir yerdə gizlənəcəyik ki bizi ömrümüzün axırına qədər də axtarsalar tapa bilməyəcəklər

  • təbii ki tapşırığına əməl eliyəcəm. ancaq bunu niyə istədiyin mənə maraqlı gəldi. Bu 2 ildə bizim bütün işlərimizi Con görürdü, vəziyyət pisləşəndə isə 4-lüyü Con aradan götürdü

  • Con bizimlə birgə gizlənmək istəmir. O ölsə də, qalsa da, tutulsa da işinə davam etmək istəyir. Mən isə yığdığım 650 milyon dollarla birgə xəlvətə çəkilib bu gündən sonra rahat yaşamaq istəyirəm. Con bizim haqqımızda çox şey bilir, əgər onu öldürməsən bunları edə bilməyəcəyik

Murad Tahirlə danışıb qurtarandan sonra mesajla Cona göndərdiyi ünvanı eyni üsulla Tahirə göndərdi. Tahir Muradın göndərdiyi mesajı oxuyub qartaran kimi telefonun batareyasını çıxardaraq hər ikisini yanındakı içi suyla dolu çəlləyə atdı.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə